Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3953/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3953/2022 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyləri) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldi lməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 28 faizlə 24 ay müddətinə 12.600 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. "xxxx" ASC ilə Cavabdeh2 arasındakı xx.xx.2014-cü il tarixli, ********* saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə Bank qarşısında ipoteka ilə yüklü etm işdir. İpoteka predmeti müqavilədə 30 min manat qiymətləndirilmişdir.
3. Mübahisə kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsini təşkil edən xx.xx.2015-ci il tarixli əlavə saziş üzrə 10.327,74 ABŞ dolları əsas, 5.437,72 ABŞ dolları faiz, 1.254,87 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 17.020,33 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, X2 ilə iddiaçı arasında bağlanımş xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsini təşkil edən xx.xx.2015-ci il tarixli əlavə sazişin ləğv edilməsi barədə qətnamə çıxarılma sını xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 edilmiş xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmir.
6. İddiaçı tələbini hüquqi əsası kimi Mülki Məcllənin 21, 317.1, 432, 445.2.2, 448.1, 501-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.3, 39.1, 39.3.3 və 59.3.1-ci maddələrinə istinad etmişdir.
7. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsi 06 noyabr 2018-ci il tarixli qərardadla ipoteka predmetinin qiymətləndirilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir. 8. "xxxx" MMC-nin 1292/21/DB saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 27.000 manatdır.
9. Cavabdeh1 iddiaya etiraz edərə k göstərib ki, 2014-cü ildə bankdan kredit götürüb, 4-5 ay ödəniş edib, sonradan devalvasiya və işsiz olduğu üçün ödəniş edə bilməmişdir.
10. Cavabdeh2 hər hansı dəlil göstərmədən iddiaya etiraz etmişdir.
11. Ağsu Rayon Məhkəməsinin 2(016)- 06/2021 nömrəli, 29 noyabr 2021-cı il tarixli, qətnaməsi ilə iddia qismən təmin edilərək, ödəniş gününə olan məzənnə ilə 10.327,74 ABŞ dolları əsas, 5.437,72 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 15.815,46 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən f ərdi yaşayış evinə (0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin 27.000 manat məbləğində olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan "xxxx" ASC-yə olan borcun ödənilməsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh2 yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, yaşayış evi boşaldılması və iddiaçıya təhvil verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Anar Əsgərov)
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyində n, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır.
13. Birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir.
14. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında 27.000 manat məbləğində müəyyən edilməlidir.
15. Birinci instansiya məhkəməsi iddia tələbinin “ipoteka predmetinə tutma yönəld ildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi” hissəsində hesab etmişdir ki, qeyd edilən daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
16. İddianın “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır.
17. Müqavilənin ləğv edilməsinə dair iddia tələbini də təmin etməyən birinci instansiya məhkəməsi bu hissədə mövqeyini belə əsaslandırıb ki, müqavilənin müddəti qurtardığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb edə bilməz.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, 319.1, 385, 421.2, 423.2, 439.1, 439.2, 442, 448.1, 462.1, 467-ci, “İpoteka haqqında” Qanununun 39.3.3, 59.3 və 59.4-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
20. Apellyasiya şikayətini dəlilləri: - birinci instansiya məhkəməsi ipoteka müqaviləsinin digər şəxslərin hüquqlarının pozulması ilə bağlanmasını nəzərdən keçirməmişdir; - istifadə hüququnun itirilməsi Mülki Məcəllənin 228-ci və Mənzil Məcəlləsi nin 30-cu maddələrinə zidd tətbiq edilib.
21. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Ağsu Rayon Məhkəməsinin 29 noyabr 2021-cı il tarixli, 2(016)-06/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən-məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli)
22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini dəlillərinə münasibətdə qeyd edib ki, cavabdeh apellyasiya şikayətində ipoteka predmeti olan evdə digər şəxslərin istifadə hüququnun olmasını, Mülki Məcəllənin 228, Mənzil Məcəlləsini 30-cu maddələrinin düzgün tətbiq edilmədiyini bildirsə də, mövqeyini iş materialları ilə sübut edə bilməmişdir. Eyni zamanda həmin ünvanda yaşayan şəxslər, onların eyniləşdirilməsini bildirən məlumatlar təqdim edilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki, ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. Eyni zamanda cavabdehin etirazı iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu id diaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr iddia ilə bağlı heç bir hesablama aparmamış, iddiaçı təşkilatdan hesabdan çıxarış və maliyyə arayışı tələb etməmiş, işlə bağlı ekspertiza təyin etməmiş, iddiaçının cavabdehdən artıq faiz tələb etməsinin yolverilməz olduğunu müəyyən edən maddi hüquq normasının tələbini pozmuş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiazın dəlilləri ondan ibarətdir ki, cavabdeh tərəfindən ödənişlər qrafikə uyğun həyata keçirilməmişdir və müqaviləyə əlavə saziş imzalandıqdan sonra yalnız 5 ay ərzində ödənişlər edilmişdir. Ödənişlərin həyata keçirilməsi cavabdeh tərəfindən dayandırıldığına görə əsas borcdan azalma baş vermədiyindən, faiz borcu da ona müvafiq olaraq azalmamışdır. Yalnız əsas borc azaldıqda faiz borcu azalır. Son ödəniş xx.xx.2015-ci il tarixində həyata keçirilmişdir. Həmin ay üçün faiz borcu 240 manat təşkil etmişdir. Bundan sonra əsas borcdan ödəniş həyata keçirilməmişdir və müvafiq olaraq da bütün aylar üçün də faiz borcu bu məbləğə uyğun olaraq hesablanmışdır. Aparılan hesablamalardan da görünür ki, kassatorun iddia etdiyi hallar həqiqəti əks etdirmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və g ecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkə məsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən borcun tutulması hissəsində mübahisələndirilib, buna görə də kollegiya qətnaməni borcun tutulması hissəsində yo xlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Cavabdeh1 birinci instansiya məhkəməsin in qətnaməsini ipoteka müqaviləsi və predmetinin boşaldılması hissəsində mübahisələndirib, apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
34. Hazırda Cavabdeh1 kassasiya şikayətində faiz borcunun artıq hesasblanması, işlə bağlı ekspertiza təyin edilməməsini bildirir. Məhkəmə kollegiyası bu dəlilləri qəbul etmir. Belə ki, cavabdehin bu dəlilləri yeni dəlillərdir. Cavabdeh bu dəlilləri işə mahiyyəti üzrə baxan məhkəmələrdə, eləcə də apellyasiya şikayətində göstərməyib, həmin instansiyalarda işə baxılarkən nə borc məbləğini mübahisələndirməmiş, nə də ekspertiza barədə vəsatət verməmiş, ap ellyasiya şikayətinin dəlilləri də yalnız ipoteka predmeti ilə bağlı olmuşdur. Buna görə də qeyd edilən halların nəzərə alınmamsı barədə dəlillər əsaslı sayıla bilməz.
35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-471/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.