Məhkəmə qərarları › İş №2(102)-3955/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3955/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3955/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3955/2023 (Açar sözlər: əmlakın boşaldılaraq təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3535/2023 nömrəli, 02 iyun 2023cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil İlyas oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoru tərəfindən 04 aprel 2014-cü il tarixdə ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (ümumilikdə cəmi 436.282,63 ABŞ dollan məbləğində borc, 31 manat xidmət haqqı və 10 manat dövlət rüsumu) tələbinin, ipotekaqoyan Cavabdeh2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 2ci Yasamal küçəsində istifadədə olan 0,02957 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 340,0 kv.m. yaşayış, 103,9 kv.m. köməkçi sahədən ibarət 186 nömrəli fərdi yaşayış evinə - Cavabdeh2 1-ci mərtəbə 3 otaq (yaşayış sahəsi 61,52 kv.m., köməkçi sahə-43,5 kv.m.) 2-ci mərtəbə 2 otaq (yaşayış sahəsi 97,11 kv.m., köməkçi sahə-17,8 kv.m.) hissəsinə tutmanın yönəldilməsi barədə icra qeydi verilmişdir.

2. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən icra qeydi ilə bağlı müəyyən icra hərəkətləri aparılmış, "xxxx" MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2014-cü il tarixli 97/01 nömrəli protokolu və "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış ipoteka predimetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2014-cü il tarixli müqaviləsi ilə, Bakı səhər 53 saylı Dövlət Notariat Kontorunun 7E/4271 saylı, xx.xx.2014- cü il tarixli icra qeydinin, Yasamal rayon İcra şöbəsinin xx/xx-2433/1 saylı, xx.xx.2014-cü il tarixli məktubunun və " xxxx" QSC-nin 4386 saylı, xx.xx.2014 cü il tarixli məktubunun icrasına əsasən keçirilən iki hərrac baş tutmadığına görə, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində istifadədə olan 0,02957 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 340 kv.m. yaşayış, 103,9 kv.. köməkçi sahədən ibarət 186 saylı fərdi yaşayış evinin Cavabdeh2 məxsus olan 1-ci mərtəbə 3 otaq (yaşayış sahəsi 61,52 kv.m., köməkçi sahə - 43,5 kv.m.) 2-ci mərtəbə (yaşayış sahəsi 97,11 kv.m., köməkçi sahə 17,8 kv.m.) hissəsini 114.750 manata almışdır. 3. 21.04.2022-ci il tarixdən ünvan 1 ünvanda yerləşən 407,80 kv.m. sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh2 məxsus olmuş yuxarıda göstərilən payları iddiaçının xüsusi mülkiyyətindədir.

4. Yasamal Rayon Məhkəməsinin 2(004)-137/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı QSC və qeyrilərinə qarşı kredit müqaviləsinin (sözügedən icra qeydinin verilməsinə əsas olmuş) etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4889/2016 nömrəli, 19 iyul 2016-cı il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon MəhkəməsinBakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Yasamal rayonu 2-ci Yasamal 186 ünvanda yerləşən 407,80 kv. ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan 1-ci mərtəbəsində 3 otaq (yaşayış sahəsi 61,52 kv.m. köməkçi sahəsi 43,5 kv.m.) ikinci mərtəbəsində 2 otaq (yaşayış sahəsi 97,11 kv.m., köməkçi sahəsi 17,8 kv.m. olan) hissəsindən çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat rüsumun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən bankın mülkiyyətində olan fərdi yaşayış evinin sözügedən hissəsinin 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və iddiaçıy a təhvil verilməsi barədə keçmiş mülkiyyətçi Cavabdeh2 və həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişdir. Cavabdehlər qeyd olunan əmlak üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olurlar.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-501/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 407,80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan 1-ci mərtəbəsində 3 otaq (yaşayış sahəsi 61,52 kv.m., köməkçi sahəsi 43,5 kv.m.), ikinci mər təbəsində 2 otaq (yaşayış sahəsi 97,11 kv.m., köməkçi sahəsi 17,8 kv.m.) hissəsindən çıxarılması və həmin əmlakın boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, cavabdehlərdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat pulun müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mülkiyyətində olan mənzili “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokola və müqaviləyə əsasən əldə etmişdir. Qeyd edilən əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən mülkiyyət hüququ əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. Əmlakın əvvəlki mülkiyyətiçisi olan Cavabdeh2 və həmin ünvanda qeydiyyatda olan Cavabdeh1 əmlakı boşaldaraq iddiaçıya təhvil verməmişlər.

9. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamədə qeyd olunduğu işin hallarını hərtərəfli və obyektiv araşdırmadan səhv nəticəyə gəlmiş, nəticədə onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pomuşdur. Qətnamədə icra qeydi və onun icrasının nəticələri əsas fakt kimi götürülsə də, məhkəmə icra qeydinin qanunvericiliyin tələblərinə uyğun icra edilib-edilməməsini araşdırmamış və buna qiymət verməmişdir. İcra qeydinin icrası ilə bağlı icra işinin materialları ilə tanış olarkən kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verildiyi müəyyən edilmişdir. Əvvəla, o, xx.xx.2013cü il tarixdə ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və həmin tarixdən hazıradək ölkəyə qayıtmamışdır. Bununla bağlı rəsmi məlumat əldə edilməsi üçün Dövlət Sərhəd Xidmətinə vəkil sorğusu göndərilmişdir (əlavə olunur). Bakı şəhəri 53 saylı dövlət notariat kontorunun 7E/4271 saylı, xx.xx.2014-cü il tarixli icra qeydi (icra vərəqəsi) xx.xx.2014-cü il tarixdə Yasamal rayon İcra şöbəsinə daxil olmuş, həmin tarixdə icra məmuru tərəfindən icraata başlanılaraq elə həmin tarixdə guya borclu kimi ona könüllü icra barədə bildiriş göndərmiş və tələbin 10 gün müddətində təmin edilməsi xahiş olunmuşdur. İcra məmuru könüllü icra üçün müəyyən edilmiş vaxtı gözləmədən xx.xx.2014-cü il tarixdə mübahisəli əmlakın qiymətləndirilməsi məqsədilə "xxxx" MMC-yə sifariş vermişdir. Hamıya məlum olduğu kimi, ideal halda poçt göndərişləri poçt xidməti təhvil verildikdən sonra 3 iş günü ərzində alıcıya çatdırılır. Hazırkı vəziyyətdə icra işinin materiallarından görünür ki, borcluya ümumiyyətlə könüllü icra barədə bildiriş göndərilməmiş, göndərilsə belə xx.xx.2014-cü il tarixdə həmin müddət başa çatmamışdır. Yəni, könüllü icra müddəti başa çatmadan icra tədbirlərinin görülməsi icra işinin materialları ilə öz təsdiqini tapır. Bu isə öz növbəsində Bankla icra məmurunun sövdələşərək borclunun əmlakını dəyər dəyməzinə satmaq, şəxsi müflisləşdirmək niyyəti güdməklə icra qurumunun da bu işdə maraqlı olduğunu göstərir. İcra qeydi, icra məmuru tərəfindən könüllü icra barədə bildiriş verilərkən və əmlak açıq hərracda satılarkən müvəkkili məlumatsız olmuş, məlumatlı olması mümkün belə olmamış, çünki qeyd olunan hərəkətlər həyata keçirilərkən o, Azərbaycan Respublikasında olmamışdır. “İcra haqqında” və “İpoteka haqqında” qanunların tələblərinə görə tələb ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilərkən həyata keçirilən bütün tədbirlər barədə ipoteka qoyanın (borclunun) məlumatı olmalıdır. Hazırkı iş üzrə is borcluya ümumiyyətlə məlumat verilməmişdir. Bu isə görülən bütün tədbirlərin hüquqi baxımdan etibarsız hesab edilməsi üçün əsasdır. İcra məmuru isə icra qeydinin icrasının dayandırılması ilə bağlı məsələyə baxılması üçün məhkəməyə təqdimat verməli olduğu halda bunu etməmiş, əksinə borclunun mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq icra tədbirləri həyata keçirmişdir. Barəsində şikayət olunan qətnamə qəbul edilərkən çəkişmə prinsipi də pozulmuş, onun məhkəmə proseslərindən məlumatı olmadan dövlətin adından məhkəmə aktı qəbul olunmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-3535/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə (X2 (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh şikayətində qətnamənin qanunsuz və əsassız olduğunu göstərsə də bu qanunsuzluğun nədən ibarət olmasını və əsassızlığın nədə ifadə olunduğunu açıqlamır. Yalnız şikayət xatirinə bu terminlərdən istifadə edilməsi isə şikayətin əsaslı olmasına dəlalət etmir. Məhkəmənin işin hallarını hərtərəfli və obyektiv araşdırmadan səhv nəticəyə gəldiyini, nəticədə cavabdehin mülkiyyət hüququnu pozduğunu göstərsə də nədənsə özünün iddiaçının mülkiyyət hüququnu pozduğunu görmür yaxud görmək istəmir. Birdəki məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, tərəflərin əvəzinə sübut toplamır, onların təqdim etdiyi sübutları araşdırır və onlardan istifadə edir (MPM.m.14.1,14.2). Cavabdehin xx.xx.2013-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getməsi və həmin tarixdən hazıradək ölkəyə qayıtmaması da iddianın təmin olunmasını istisna etmir. Çünki, cavabdehin ölkə hüdudlarından kənarda olması onun iddiaçının mülkiyyət hüquqlarını pozmasına əsas vermir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh yazılı vəsatətlə məhkəməyə müraciət edərək hazırki iş üzrə icraatın ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2014-cü il tarixli protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair B akı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işə baxılıb qurtaranadək dayandırılmasını xahiş etsə də qeyd olan tələb tərəflər arasında artıq bir dəfə məhkəmə baxışının predmeti olmuşdur. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4889/2016 nömrəli, 19 iyul 2016-cı il tarixli qətnaməsi ilə hazırki iş üzrə cavabdehin iddiaçıya qarşı eyni tələbinin rədd edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-137/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsindən verdiyi şikayət təmin edilməmişdir. Cavabdehin hazırki iş üzrə şikayətində göstərdiyi dəlillər həmin işə baxılarkən tam yoxlanılmış və iddia rədd edilmişdir. Cavabdehin iddiaçıya qarşı yenidən eyni tələblə məhkəməyə müraciət etməsi və hazırki işin icraatının dayandırılmasını xahiş etməsi də hüququn müdafiəsi ilə bağlı deyil. Yəni, cavabdehin məqsədi açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə etməklə iddiaçı banka zərər vurmaq xarakteri daşıyır ki, bu da yolverilməzdir.

17. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, apellyasiya şikayətində bir tərəfdən cavabdehin xx.xx.2013-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getməsi və həmin tarixdən hazıradək ölkəyə qayıtmaması, digər tərəfdən isə qətnamə qəbul edilərkən çəkişmə prinsipi pozulduğu göstərilir. Məhkəmə cavabdehin ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərmişdir. Bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bu cür vəziyyətdə ölkə hüdudlarından kənarda olan cavabdehi məhkəmə necə axtarmalı və tapmalı idi ki, o, da məhkəmə iclasında iştira k edə bilsin. Əlbətdə ki, bu ritorik sual kimi görünsə də cavabdeh tərəf buna cavab verməyə hazır olmalı idi. Ona görə də cavabdehin iştirakı olmadan mülki işə baxılması cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evinin tələb edilən hissəsini boşaldıb iddiaçıya ona görə təhfil verməlidir ki, iddiaçı həmin əmlakı hərracın nəticələri olaraq əldə etmiş və bir ildən artıqdır ki, mənzilə mülkiyyət hüququ mövcuddur. Qanunvericiliyin tələbinə əsasən cavabdeh artıq başqasının mülkiyyətində olan əmlakı boşaldıb ona təhvil verməlidir. Əks halda mülkiyyətin toxunulmazlığına qanuni əsas olmadan xələl gələ bilər.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin bildirmişdir ki, məhkəmə mü dafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə b aşqalarına zərər vurmaq məqsədilə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1 və 385.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

21. Qətnamədən Cavabdeh2 (Vəkil X1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə qanunun analogiyasını tətbiq etməklə cavabdehi axtarışa verməli və onun məhkəmə iclasında iştirakını təmin etməli olduğu, bunların heç birini etməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qanunsuzluğun nədən ibarət olmasını görmürsə, “yalnız şikayət xatrinə bu terminlərdən istifadə edilmişdir” ifadəsini qeyd etməklə özü də işi hərtərəfli, obyektiv və tam araşdırmadığını sübut edir. Şəxsin xx.xx.2013-cü il tarixdən hazıradək ölkə hüdudlarından kənarda olmasına baxmayaraq, əmlakının açıq hərrac vasitəsilə satılmasını isə qanunsuzluq hesab etmir. Bunu isə cavabdehə bildiriş göndərilməsi, bildirişin “bu ünvanda yaşamır” qeydi ilə qayıtmamasını isə məhkəmənin ritorik sual adlandırdığı “məhkəmə cavabdehi necə axtarmalı idi” sualı “əsaslandırır”. Halbuki “Normativ hüquqi aktlar haqqında” Konstitusiua Qanununun 13.2-ci maddəsində göstərilir ki, əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

24. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29 (hissə İV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmla kın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır.

27. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə

152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sah ib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmla ka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

32. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qey də alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Madd ə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfind ən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüqu qi əsasları düzgün müəyyən edilmişdir.

49. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

50. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətl ərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3535/2023 npmrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar