Məhkəmə qərarları › İş №2(102)-3955/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3955/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3955/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), X8 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-909/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 03 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı, qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda 87,12 kv.m. sahəsi olan mənzil İddiaçı adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Həmin mənzilin yerləşdiyi binanın yanındakı 22,2 kv.m. sahəsi olan qeyri-yaşayış binası (qaraj) İddiaçı istifadəsində olmuşdur.

3. Bakı şəhəri 43 saylı notariat ofisinin 7E-6586 reyestr nömrəsində xx.xx.2022-ci il tarixdə qeydə alınmış etibarnaməyə ə sasən, Cavabdeh1 X13 Bakı şəhəri Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı 28.06 1991-ci il tarixli qərarına əsasən Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar etmişdir.

4. Bakı şəhəri Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı 28.06 1991-ci il tarixli qərara əsasən, Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın Cavabdeh1 tərəfindən şəxsi istifadəsi ilə bağlı onun adı müəyyən olunmuş siyahıya daxil edilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasporta əsasən, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 32/196 saylı binanın yanında yerləşən 22,2 kv.m.-dən ibarət olan qeyri-yaşayış binası (Qaraj) xx.xx.2022-ci ildə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 6. 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Eşlən İsmayılov tərəfindən 4Ə-2399 nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış ”Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, ünvan 2 ünvanında yerləşən 22,2 kv.m. sahəsi olan qeyri-yaşayış binası Cavabdeh1 tərəfindən Cavabdeh2 hədiyyə (bağışlanmışdır) edilmişdir.

7. Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı Orxan Təhməzlinin “cinayət işinin rədd edilməsi haqqında” xx.xx.2023-cü il t arixli qərara əsasən, İddiaçı müraciəti əsasında toplanmış 1 saylı HK-2158 nömrəli təhqiqat materialları üzrə araşdırılma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1594/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 iddiası təmin edilərək, İddiaçı (hazırkı iş üzrə iddiaçının) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 22,2 kv.m. olan qeyri-yaşayış binası (qaraj) sahəsindən çıxarılması və həmin qeyri-yaşayış binasının (qarajın) boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, İddiaçı Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmamas ı qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya ad, soyadı) qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, 2017-ci ildə ünvan 4 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödədiyi 14.000 manat pulun əvəzinin, qarajın təmiri üçün xərclədiyi 3.500 manat pulun əvəzinin, 10.229 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 5.000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat pulun əvəzinin, qaraja dair texniki pasportun verilməsi üçün ödənilmiş 360,54 manat pulun əvəzinin, cəmi 33.313,94 manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş 190 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin dekabr ayında ünvan 5 ünvanında yerləşən mənzili daş qarajla satıldığını elandan bilib, X14 ilə əlaqə saxlamış, sonuncu mənzili və həmin mənzilə aid sənədsiz daş qarajı təxminən 20 il əvvəl 1998-ci ildə 31.500 ABŞ dolları mənzilə görə və mənzilin üstündə satılan sənədsiz daş qaraja görə 2.000 ABŞ dolları olmaqla, ümumilikdə 33.500 ABŞ dolları məbləğində pul ödəməklə Məzahir adlı şəxsdən bacısı X4 adına aldığını bildirmişdir. 20 ilə yaxın müddət ərzində mənzil və sənəds iz daş qaraj X9 və bacısının faktiki sahibliyində və istifadəsində olmuşdur. İddiaçı Nüsrət Quliyevin vasitəsi ilə sonuncunun bacısı X6 məxsus olan mənzilin qiymətini 133.000 manata, mənzilə aid olan sənədsiz daş qarajın qiymətini isə 14.000 manat olmaqla, ümumilikdə 147.000 manata razılaşmaqla almışdır. İki il sonra, yəni 2019-cu ilin sonlarında aldığı sənədsiz daş qaraja işıq çəkdirmək üçün iddiaçı ASAN Kommunala müraciət etmiş, bu zaman ona qaraj sənədsiz olduğuna görə və qarajın ən azı texniki pasportu olmadığı üçün qaraja işıq çəkdirmək mümkün olmadığını bildirmişlər. 28 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 32/196 ünvanında yerləşən mənzillərə görə əlavə qarajın tikilməsinə ica zə verilməsi barədə qərarın surətinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ərizəsinə cavab olaraq göndərilmiş məktubda keçmiş Kirov rayon XDS-nin İK-si tərəfindən “Qarabağ” Kooperativinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 32/196 ünvanında yerləşən mənzillərə görə əlavə qarajın tikilməsinə icazə verilməsi barədə 28 iyun 1991-ci il tarixli, 12/269 nömrəli qərarın surətini əldə etmişdir. Lakin Arxiv tərəfindən verilmiş qərarın surətində qeyd edilmişdir ki, qərara cizgi sənədi və adlı siyahı əlavə edilməmişdir. 02 iyun 2020-ci ildə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşadığı mənzilə aid olan qaraja görə tərtib edilmiş cizgi sənədini və ad lı siyahını vermələrini xahiş etmişdir. Müraciətinə cavab olaraq bildiriblər ki, 1991-ci ilə aid Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamları cari arxivdə saxlanma müddəti başa çatdığı üçün aidiyyəti üzrə Azərbaycan Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Eyni zamanda, ərizədə qeyd edilən adlı siyahı və cizginin əsli sərəncama əlavə olunmadığı üçün Arxivə təhvil verilməmişdir. Bundan sonra, aldığı sənədsiz daş qarajın sənədləşdirilməsi ilə bağlı mənzili satan Səxavət Quliyevanın qardaşı Nüsrətdən və digər qonşulardan maraqlanmış, soraqlaşmış və nəhayət qonşuların birindən “Qarabağ” Kooperativi tərəfindən mənzillərə görə əlavə qaraj inşa edilməsi ilə bağlı adlı siyahının surətini əldə etmişdir. Həmin adlı siyahıda, Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti ev 32/196 ünvanı nda yerləşən 147 saylı mənzilə görə tikilmiş qarajın ilk sahibi kimi Cavabdeh1 adı qeyd edilmişdir. Həmçinin öyrənmişdir ki, aldığı qarajı adına sənədləşdirmək üçün qaraj əvvəlcə mənzilin ilk sahibinin adına sənədləşdirilməli, sonra isə aldığı həmin qarajı öz adına keçirə bilər. Bundan sonra, satıcı Quliyeva Səxavətin qardaşı Nüsrət Quliyevlə əlaqə saxlamış və ondan mənzilin ilk sahibi olmuş Məzahir adlı şəxslə əlaqə yaratmaq üçün köməklik göstərməsini xahiş etmişdir. Nüsrət mənzilin ilk sahibi olmuş Məzahirin mənzili onlara satandan sonra başqa ünvana köçdüklərini, 20 ilə yaxındır onu görmədiyini, eşitdiyinə görə Məzahirin əslən Qəbələ rayonundan olduğunu bildirmişdir. Buna görə də Nüsrət və digər tanışları vasitəsilə Məzahiri axtarmağa başlamış, 2021-ci ilin yanvar ayında mənzilin biri nci sahibi Cavabdeh1 ilə və onun oğlu X2 telefon nömrələrini əldə etmiş, onlarla əlaqə saxlamış və məsələni izah etmişdir. Məzahir etiraz etməmiş, Qəbələ rayonunda olduğunu, Bakıya gələ bilmədiyini deməklə, qarajı sənədləşdirmək üçün oğlu Mehmanın adına etibarnamə verəcəyini və qarajın sənədləşmə işlərində köməklik edəcəyini demişdir. Bundan sonra səyyar notarius vasitəsilə etibarnamə verilməsi xərcləri ilə bağlı Məzahirin oğlu Mehman öz şəxsiyyət vəsiqəsinin surətini və "xxxx" ASC hesab kartını iddiaçıya göndərmiş, iddiaçı Mehmanın kart hesabına 149 manat pul köçürtmüşdür. 13 dekabr 2021-ci il tarixdə Cavabdeh1 qarajı iddiaçının adına sənədləşdirmək üçün Qəbələ regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi vasitəsilə oğlu Mehman Mustafayevin adına etibarnamə vermişdi r. Lakin Mehman çox vaxt rayonda olduğuna görə qarajın sənədləşməsi üçün sənədlərin toplanması üçün Bakıdakı aidiyyəti orqanlara gedib-gələ bilmədiyindən onun adına verilmiş etibarnamə heç nəyə yaramamışdır. 28 mart 2022-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisi vasitəsilə 28 mart 2022-ci ildə iddiaçının qardaşı X11 adına baş etibarnamə vermişdir ki, lazımi sənədləri toplayıb qarajı sənədləşdirə və qaraja dair texniki pasportu ala, sonra da qarajı öz adına keçirə bilsin. 28 may 2022-ci il tarixdə Cavabdeh1 tərəfindən qardaşı X11 adına verilmiş etibarnamədən görünür ki, Cavabdeh1 iddiaçının qardaşı X11 adına - ünvan 6 ünvanında yerləşən ünvan 7ına əsasən Azadlıq (Lenin) prospektində 32/196 (32) nömrəli evin arxasında yerləşən daş qarajı özəlləşdirilməsi üçün tələb edilən b ütün sənədləri toplamağı, qaraja müvafiq icra orqanının sənədi və icazəsi olduqdan sonra, özəlləşdirməyi, çıxarış almağı, tikinti işləri aparmağı, sənədləşdirməyi, bununla bağlı bütün dövlət və qeyri-dövlət orqanlarında o cümlədən bütün RİH-də, arxiv idarələrində, Bələdiyyədə, Qəsəbə nümayəndəliyində, ASAN xidmətdə, notariat ofislərində onu təmsil etməyi, sənədləri təhvil verib qəbul etməyi, kadastr layihəsini almağı, toplanmış sənədləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və yaxud ASAN xidmətinə təhvil verib torpağa və üzərindəki qaraja çıxarış, texniki pasport almağı, rüsumlar ödəməyi, gələcəkdə həmin əmlakın yüklü olubolmaması barədə arayış aldıqdan sonra sərəncam verməyi, satmağı, pulu nu almağı, bağışlamağı, dəyişməyi, buna dair müqavilə imzalamağı, ilkin alğı-satqı müqaviləsi imzalamağı, Bank əməliyyatları aparmağı, notariusun depozit hesabından pulu qəbul etməyi, vergi və digər rüsumları ödəməyi, bağlanmış müqavilələri ləğv etməyi, ərazidə söküntü işləri aparılarsa dövlət tərəfindən ayrılacaq kompensasiyanı almağı, Bölgü-Eskiz layihəsində imza etməyi, elektrik, qaz, su, telefon xətlərinin çəkilməsi, qeydiyyata alınması və müvafiq tipli sayğacın quraşdırılması, o cümlədən quraşdırılmış sayğacların digər şəxsin adına keçməsi ilə əlaqədar aidiyyəti olan orqan və təşkilatlarda, o cümlədən "xxxx" ASC, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, rayon QİS-də, ASAN xidmət, Asan Kommunal Mərkəzlərində, FHN-nin bütün idarə və təşkilatlarında, Telefon Qovşağı idarələrində təmsil etməyi, a dından ərizə yazmağı, imza etməyi, sayğac quraşdırmağı, bununla əlaqədar müqavilə bağlamağı, abunə kodu və kartı almağı, rüsumlar ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar edir kimi səlahiyyətlərin verilməsini etibar etmişdir. Bundan sonra, qarajın cizgisi çəkilərək digər sənədlərlə birlikdə İcra Hakimiyyətinə müraciət edilmiş və müsbət qərar alaraq müvafiq məktubla Əmlak Xidmətləri Məkanına sənədləşmə üçün müraciət edilmişdir. 31 may 2022-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, sənədsiz daş qarajın sənədləşdirilməsi üçün Cavabdeh1 tərəfindən qardaşı Taleh Əliyevin adına verilmiş 28 mart 2022-ci il tarixli etibarnamə əsasında qardaşı qarajın sənədləşdirilməsi üçün tələb olunan 75,40 manat dövl ət rüsumunu Əmlak Məsələləri Dövlət Xidmətinə "xxxx" ASC vasitəsilə ödəmişdir. Həmçinin mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçının qardaşı Taleh Əliyev 22 iyun 2022-ci il tarixdə saat 12:49-da Əmlak Məsələləri Dövlət Xidmətində olmuş və verilmiş etibarnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərə görə 360,54 manat pulu Əmlak Məsələləri Dövlət Xidmətinə "xxxx" ASC vasitəsilə nağd ödəyərək, sənədsiz qaraja dair Cavabdeh1 adına tərtib edilmiş texniki pasportu götürmüşdür. Texniki pasportu düzəltdirəndən sonra iddiaçı təkrar Mehmanla və Məzahirlə əlaqə yaradıb bildirmişdir ki, qarajın sənədi, yəni texniki pasportu hazırdır, məsələnin sonlandırılması üçün qarajın onun adına keçirilməsi üçün Məzahirin və onun həyat yoldaşının ra zılığı lazım olacaq. Bundan sonra Məzahirdən nə zənglərinə, nə də ki səs yazılarına cavab gəlmişdir. Tanışları vasitəsilə cavabdeh ona eşitdirmişdir ki, qaraja görə Məzahir 5.000 manat pul istəyir. Lakin o, vicdanlı alıcı kimi 2017-ci ildə Nüsrətin vasitəsilə bacısı Səxavət Quliyevadan aldığı mənzilin üstündə bu qaraja görə əlavə 14.000 manat pul ödəmiş, 6 il qaraj onun qanuni sahibliyində və istifadəsində olmuş, bu müddət ərzində 3.500 manat pul xərcləyib qarajı təmir etdirmişdir. Sonradan iddiaçının ünvanına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən məhkəmə bildirişi gəlmiş və məlum olmuşdur ki, Cavabdeh2 adlı bir nəfər ona qarşı həmin məhkəmədə “qarajdan çıxarılma, qarajın boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia qaldırmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh1 1998-ci ildə X1, X4 isə 2017-ci ildə iddiaçıya satdığı və vicdanlı alıcı kimi onun qanuni sahibliyində və istifadəsində olan daş qarajı, iddiaçı tərəfindən xərc çəkib texniki pasport düzəltdiriləndən sonra 25 noyabr 2022-ci il tarixdə nəvəsi Cavabdeh2 bağışlamışdır. Bununla da Cavabdeh1 onun mülkiyyətçi kimi gözlənti hüquqlarını pozmuş, nəvəsi Cavabdeh2 isə əsassız olaraq varlandırmışdır. Cavabdeh1 ona qarşı bu qanuna zidd hərəkətləri nəticəsində 17.500 manat (14.000 manat qarajın alınmasına görə ödədiyi pul vəsaiti, 3.500 manat qarajın təmiri üçün ödədiyi məbləğ) maddi ziyan, məhrum olduğu gəlirlər (əldən çıxmış fayda) 2018-ci ildə 1.706,25 manat, 2019-cu ildə 1.440,5 manat, 2020-ci ildə 1.265,4 manat, 2021-ci ildə 1.588,6 manat, 2022-ci ildə 1.938,8 manat, 2023-cü ildə 2.289,5 manat hesablanmaqla – 10.229 m anat əldən çıxmış fayda və 5.000 manat mənəvi zərər olmaqla və müvafiq rüsumlar da hesablanmaqla, ümumilikdə ona 33.313,94 manat məbləğində maddi ziyan və mənəvi zərər vurulmuşdur. Cavabdeh1 bu kimi qanuna zidd hərəkətləri nəticəsində iddiaçı qonşular arasında rüsvay olmuş, işgüzar nüfuzuna xələl yetirilmiş, ağır iztirablar, fiziki və mənəvi sarsıntılar keçirmişdir.

11. Cavabdehlər iddia tələbinə qarşı yazılı etiraz verərək, etirazlarını onunla əsaslandırmışlar ki, iddiaçının onlara qarşı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamış, qanunsuz olaraq qaraja görə pulu Nüsrət Quliyev və onun bacısı Səxavət Quliyevaya vermiş, pulu hansı əsasla cavabdehlərdən tələb etdiyini əsaslandıra bilməmişdir. İddiaçının 3.500 manat qarajın təmirinə xərclənmiş pulları sübut edən heç bir mötəbər sübu t məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdehlərin mülkiyyətində olan daşınmaz əmlak qanunsuz olaraq iddiaçının istifadəsində olduğu üçün əldən çıxmış faydanı cavabdehlər iddiaçıya qarşı qaldıra bilərlər. 5.000 manat məbləğində mənəvi zərərin iddiaçıya dəyməsinə dair iddia ərizəsində mülahizədən başqa heç bir mötəbər sübutlara istinad olunmamış və məhkəməyə təqdim edilməmişdir. 149 manat etibarnamə üçün xərci iddiaçı öz istəyi ilə xərcləmişdir. İddiaçı qaraja dair sənədlərin hazırlanması üçün 75,40 manat, qaraja dair texniki pasportun verilməsi üçün isə 360,54 manat pul xərcləmiş və həmin sənədlər iddiaçının özündədidr. Qaraja aid sənədlər cavabdehlərin hesabına edilmişdir. İddiaçı qaraja işıq çəkdirmək bəhanəsi ilə cavabdehi aldadıb etibarnamə almış, sonra iddiaçının və ailə üzvlərin in imzalarına zərurət yarananda aydın olmuşdur ki, iddiaçı cavabdehlərin əmlakına sahiblənmək istəyir. Ona görə də, Cavabdeh1 iddiaçının adına vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. İddiaçı qarajı qanunla müəyyən olunmuş qaydada əldə etmiş olsaydı, notariat qaydasında təsdiqlənmiş müqaviləsi olmalı idi və sərəncam vermək üçün isə həmin əmlak dövlət reyestrində qeydiyyata alınmalı idi. Belə bir müqavilə notariat qaydasında bağlanmamış və dövlət reyestrində qeydə alınmamışdır.

12. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 bildirmişdir ki, 1999-cu ildə tanışı ünvan 9 ünvanında olan mənzili Cavabdeh1 33.500 ABŞ dolları müqabilində həm mənzili, həmdə həyətdə olan 24 kvadratmetr qarajı almışdır. Həyətdəki qarajı şifahi sözlə razılaşmışlar, mənzili isə sənədləşdirərək almışdır. İlki n olaraq 31.500 ABŞ dolları mənzilə və 2.000 ABŞ dolları isə sahəsi 24 kvadratmetr olan qaraja verməklə ümumilikdə 33.500 ABŞ dollar pulu vermişdir. Məzahir 9 ay evdən çıxmamış və ona problemlər yaratmışdır. Məzahir evdən çıxmadığı üçün məcbur qalıb Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qərar çıxartdıqdan sonra Məzahir və ailəsini evdən çıxarda bilmişdir. 18 il həmin ünvanda yaşamışdır. Yaşadığı müddətdə Məzahir və ailəsi həmin qarajdan istifadə etməmişdir. 2017-ci ilin dekabr ayında yaşadığı həmin mənzili və qarajı İddiaçı 147.000 manata satmışdır. Alı ilə 133.000 manat mənzilə razılaşmışlar və 14.000 manat isə həyətdəki sahəsi 24 kvadratmetr olan qaraja görə alğı-satqı etmişlər. Qaraja alğısatqını şifahi olaraq həyata keçirtmişlər. 2022-ci ilin oktyabr ayında Alı onunla mobil telefonla əlaqə saxlayıb Məzahirin onu aldadaraq həmin mənzilin qarajını öz adına keçirtdiyini demişdir. Həmin dövrdə verilmiş müvafiq sərəncam və adlı siyahıya əsasən qaraj mənzilin üzərində rəsmiləşdirilmiş və bu səbəbdən qarajda mənzilin üzərində sənədləşdirilmişdir.

13. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Cavabdeh1 Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar etməsinə dair ona Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə qeydə alınmış etibarnamə vermişdir. Bundan sonra qarajı n sənədləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adı qeyd olunmaqla "xxxx" ASC-yə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX xidmətə görə 75,40 manat, xx.xx.2022ci il tarixdə isə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX Bakı ŞƏİ daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tarifləri olaraq 360,54 manat məbləğində ödəniş edilmişdir.

14. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, Cavabdeh1 onun atasıdır. Hazırkı məhkəmə mübahisəsinin predmeti olan daş qaraj faktiki sənədlə sahibi olmuş atası Mehman Mustafayev tərəfindən evlə birlikdə X10, onun bacısı X4 adına notariat orqanında rəsmiləşdirilmiş və alğı-satqı müqaviləsi əsasında satılmışdır. Daha sonra qarajı evlə birlikdə İddiaçı almışdır. Bu barədə onun və atasının m əlumatı olmuşdur. Qarajın rəsmiləşdirilməsi üçün Alı ona və atasına müraciət etmiş, buna görə atası ona və Alının qardaşına etibarnamə vermişdir. 15. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 2880/SQ saylı qiymətləndirmə rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 22,2 kv.m. ümumi sahədən ibarət, 1 mərtəbəli qeyriyaşayış binasının 08 avqust 2023-cü il tarixinə olan bazar qiyməti 22.200 manat təşkil edir.

16. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(025)-1034/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən ünvan 4 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödənilmiş 14.000 manat məbləğində pul vəsaitinin, qarajın təmiri üçün xərclənilən 3.500 manat məbləğində pul vəsai tinin, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat dövlət rüsumunun və qaraja dair texniki pasportun verilməsi üçün ödənilmiş 360,54 manat dövlət rüsumunun, cəmi 17.935,94 manat pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş 190 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən iddiaçı tərəfindən qarajın alınması, təmir bərpa işləri və sənədləşdirilməsi üçün ödənilən pul vəsaitləri və dövlət rüsumları iddiaçıya cavabdehlər tərəfindən qaytarılmalıdır. Cavabdeh tərəfin iddianı qəbul etməyərək mülki işin məhkəmə araşdırılması zamanı məh kəmədə verdiyi izahatına tənqidi yanaşan məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf verdiyi bu izahatı onları müdafiə xarakteri daşıyır. Ona görə ki, onlar iddia tələbinə etirazlarının əsaslandıqları hallara dair heç bir sübutu onlarda olmadığı səbəbindən məhkəməyə təqdim edə bilməmişlər.

18. Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddianın təmin olunan hissədə əsaslılığı iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla təsdiq olunur. Belə ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən qarajın alınması, təmir bərpa işləri və sənədləşdirilməsi üçün ödənilən pul vəsaitləri və dövlət rüsumları cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalıdır. İddiaçı iddiası nın 10.229 manat məbləğində əldən çıxmış faydanın, 5.000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin xeyrinə tutulması barədə tələbini sübut edə bilmədiyi üçün təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157, 158, 159, 182, 324, 331.1, 337.1, 1091.1, 1091.2, 1092, 1093-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

20. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili X15 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətləri vermişlər.

21. İddiaçının apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməyən hissəsi, yəni iddiaçının məhrum olduğu gəlirlər 10.229 manat əldən çıxmış fayda və 5.000 manat mənəvi zərər tutulmasının təmin edilməməsi ədalətli deyil. Cavabdeh1 bu kimi qanuna zidd hərəkətləri nəticəsində iddiaçı qonşular arasında rüsvay olmuş, işgüzar nüfuzuna xələl yetirilmiş, bu səbəbdən ağır iztirablar, fiziki və mənəvi sarsıntılar keçirtmiş, qarşılaşdığı bu qanuna zidd hərəkətlər, davranışlar səbəbindən gecələr yuxusu qaçıb, yata bilmir, əsəbləri pozulub, ona 5.000 manatdan çox mənəvi zərər yetirilmişdir. Cavabdeh1 ona qarşı bu qanuna zidd hərəkətləri nəticəsində 2017-ci ildə ödədiyi 17.500 manat (14.000 manat qarajın alınmasına görə ödədiyi pul vəsaiti, 3.500 manat qarajın təmiri üçün ödədiyi məbləğ) məbləğində pula başqa yerdə qaraj və s. əmlak alsaydı faydalanardı, xeyli gəlir əldə edərdi, hazırkı halda isə o, 2018-ci ildə 1.706,25 manat, 2019-cu ildə 1.440,5 manat, 2020-ci ildə 1.265,4 manat, 2021-ci ildə 1.588,6 manat, 2022ci ildə 1.938,8 manat, 2023-cü ildə 2.289,5 manat hesablanmaqla, 10.229 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum olmuşdur.

23. Cavabdehlərin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə şahid qismində cəlb edilən 2 şahid istintaqda və məhkəmədə verdikləri ifadələrdə hazırkı iddia ərizəsində qeyd olunan pul vəsaitlərinə dair heç biri halı sübut edəcək ifadə verməmişdirlər. İddiaçı şahid Nüsrət Quliyevdən evi alarkən qaraja görə 14.000 manat ödədiyini bildirsə də, şahid qismində məhkəmədə ifadə verən Nüsrət Quliyev iddiaçıdan qaraja görə aldığı pulun qədərini deyə bilmədi. Məhkəmə prosesi audio-video ilə aparıldığından həmin məqam orada qeyd edilmişdir. Amma məhkəmə qətnaməsində şahid Nüsrət Quliyevin 14.000 manatı həyətdəki sahəsi 24 kv.m. olan qaraja görə alğısatqı etdiyini qeyd etmişdir. Lakin məhkəmə qətnamədə bu faktı da özünə sərf edən qaydada qeyd etmişdir. İddiaçı əvvəlki hazırlıq prosesində məhkəməyə dəvət etmək istədiyi şahidlərin məlumatlarını daxil etməklə yazılı şəkildə məhkəməyə müraciət etmişdir. Həmin sıyahıda X2 adı olmasa da sonra məhkəmə öz maraqları naminə, cavabdehlərin vəkili və nümayəndəsi olmadan həmin şəxsi ayrıca qəbul edib ifadəsini almağa nail olmuşdur. X5 Cavabdeh1 oğludur və hal-hazırda aralarında ciddi narazılıqlar var. Bu məqamdan istifadə edən Mehman, iddiaçı və məhkəmənin maraqları üst-üstə düşdüyündən, cavabdehlərin yeganə hazırlıq prosesində iştirak etmədiklərini məhkəmənin vasitəsi ilə belə qiymətləndirmişdirlər. Mehmanın şahid qismində xəlvətcə didndirilməsi zərurəti nədən ibarət idi? Belə şahidin ifadəsi obyektiv hesab oluna bilməz. Çünki Mehman məhkəməyə verdiyi ifadəsində və məhkəməyə iddiaçının vasitəsilə göndərmi ş olduğu ərizəsində atası Cavabdeh1 adından yalan məlumatlar səsləndirib. Amma məhkəmə bu halı Mehmanla və iddiaçı ilə birlikdə cavabdeh iştirak etmədiyi məhkəmə prosesində təşkil edərək hüququ, qanunu tapdalamışdır. Məhkəmə iddiaçının tələb etdiyi məbləğin 17.935,94 manatını və 190 manat dövlət rüsumunu hər iki cavabdehdən zərəin əvəzi kimi tutub. Lakin zərərin mövcud olması üçün delikt törədilməlidir. Deliktin törədildiyi isə məhkəmədə müəyyən olunmamışdı. Beləliklə iddiaçının cavabdehlər qarşısında tələb hüququ yaranmamışdır.

25. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-1319/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Mahir Əsədli) cavabde hlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş - 2017-ci ildə ünvan 10 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödədiyi 14.000 manat pulun, qarajın təmiri üçün xərclədiyi 3.500 manat pulun, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat pulun və qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360,54 manat pulun əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçının cavabdehlərə qarşı iddiasının həmin hissədə rədd edilməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

26. Apell yasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin təmin edilmiş hissələrindən biri qarajın təmiri üçün xərclədiyi 3.500 manat pulun əvəzinin ödənilməsidir. Mülki işin materiallarında mübahisəli qarajda hər hansı təmir işlərinin aparılması ilə bağlı heç bir sübut və ya dəlil mövcud deyildir. Hazırkı iş üzrə ünvan 11 ünvanında yerləşən qarajın hansı əsasla Nüsrət Quliyevin sahibliyinə, o cümlədən hansı əsasla sonuncunun sahibliyindən iddiaçının sahibliyinə keçməsi heç bir sübut və ya dəlillə təsdiqini tapmır. Belə olan halda, iddiaçı həmin qaraja münasibətdə nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsi baxımından vicdanlı əldə edən, nə də həmin Məcəllənin 158-ci maddəsi baxımından sahib statusuna sahib olmamaqla, hər hansı zərərin əvəzinin ödənilməsini t ələb etmə hüququ da yaranmır. İşin hallarından görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin 7E-6586 reyestr nömrəsində 28 mart 2022-ci il tarixdə qeydə alınmış etibarnamə ilə Cavabdeh1 X13 Bakı şəhəri Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı xx.xx.1991-ci il tarixli qərara əsasən Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar etmişdir. Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən qeyd edilən etibarnamə ünvan 11 ünvanında yerləşən qarajın iddiaçının sahibliyinə və ya mülkiyyətinə verilməsi üçün deyil, həmin qarajın cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyata alınması üçün verilmişdir. O cümlədən, iddiaçı qeyd edir ki, cavabdeh mübahisə edilən qarajın onun adına rəsmiləşdirilməsi üçün tanışları vasitəsilə iddiaçıdan 5.000 manat pul istəmişdir. Bu hal da, həmin qarajın artıq iddiaçıya satılmış olması barədə iddiaçının iddialarını şübhə altına alır. iddiaçının təmin olunmuş tələblərindən biri də sənədləşdirmə işlərinin aparılması üçün ödənilmiş 75,40 manat, qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360,54 manat dövlət rüsumlarının qaytarılmasıdır. Hazırkı halda işdəki sənədlərdən görünür ki, mübahisə edilən dövlət rüsumları Cavabdeh1 tərəfindən ödənilmişdir. Ona görə də, iddiaçının həmin rüsumları tələb etməsi əsassızdır. İddiaçı həmin rüsumların cavabdehin adından əslində iddiaçının qardaşı X17 tərəfindən ödənildiyini id dia edir ki, belə olan halda da, sonuncu hazırkı iddiaçıya həmin pulu tələb etmək üçün hər hansı etibarnamə vermədiyindən iddiaçının həmin pulu hansı əsasla tələb etdiyi aydın deyildir. Apellyasiya kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, onun tələbinin təmin edilməyən hissəsi 10.229 manat məbləğində əldən çıxmış faydanın əvəzinin və 5.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin təmin olunmuş hissəsinin əsassız olduğu qənaətinə gəldiyindən iddianın təmin olunmamış hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, iddiaçının hansı əsasla hansı mənəvi zərərə məruz qalması, o cümlədən hansı faydalardan məhrum olması işin halları ilə sübut edilmir.

27. Ape llyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 152, 157, 158, 159, 182, 324, 331.1, 337.1, 1091.1, 1091.2, 1092, 1093-cü və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372, 384.0.2, 385 və 390-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsindəki birinci icraat:

28. Qətnamədən iddiaçı (Vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin X3 2017-ci ildə ünvan 12 ünvanında yerləşən mənzili və həmin mənzilə aid olan sənədsiz daş qarajı alana qədər, həmin sənədsiz daş qa rajın Cavabdeh1 aid olmasını iddiaçının bilməməsinə baxmayaraq, qarajı 2017-ci ildə Səxavət Quliyevadan almağını biləndən sonra Cavabdeh1 susmasına, heç bir iddia və tələb irəli sürməməsinə, hətta 28 mart 2022-ci il tarixdə iddiaçının qardaşı X11 adına həmin sənədsiz daş qarajın sənədləşdirilməsi və sənədlər düzələndən sonra onun adına keçirilməsi üçün sərəncam vermək və s. səlahiyyətləri nəzərdə tutan etibarnamə verməsinə, lakin etibarından suiistifadə edərək, iddiaçını aldadaraq öz şəxsi pul vəsaiti hesabına qaraja dair sənədləşmə işlərini aparandan sonra, özünün verdiyi etibarnamə əsasında və qarşılıqlı razılaşmaya əsasən tərəfindən rüsumlar ödənilib qaraja Texniki Pasport alınandan sonra verdiyi vədə əməl etməyərək, 2017-ci ildən iddiaçının qanuni istifadəsində olan qarajı onun adına k eçirməkdən imtina etməsinə, qardaşının adına etibarnamə veriləndən 6 ay sonra, yəni 18 sentyabr 2022-ci il tarixdə gedib həmin etibarnaməyə xitam verməsinə, qarajın Texniki Pasportunun dublikatını əldə edərək qarajı bağışlama müqaviləsi əsasında nəvəsinin, hazırkı iş üzrə digər Cavabdeh2 İlkin oğlunun adına keçirməklə iddiaçıya qarşı “delikt” törətməsinə, onun əmlak hüquqlarını pozmasına, nəvəsini əsassız olaraq varlandırmasına, bununla da cavabdehlərin günahı ucbatından ona zərər vurulmasına və mənəvi zərər vurulmasına düzgün hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1370/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (məruzəçi), Elşanə Vəliyeva və Əhliman Xıdı rov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

31. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Belə ki, nəzərə alınmalıdır ki, mübahisəli qaraj tikilərək ilk olaraq Cavabdeh1 istifadəsinə verilsə də, onun həmin zaman qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə əsasən qaraj üzərində mülkiyyət hüququ yaranmamışdır. Yuxarıda qeyd olunduğu kimi, qaraj “Qarabağ” qaraj-tikinti kooperativi tərəfindən inşa olunmuş və Cavabdeh1 həmin kooperativin üzvlərindən biri olmuşdur. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 94-cü maddəsinə əsasən kolxozlar və digər kooperativ təşkilatları, onların birləşmələri öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, həmin əmlakdan istifadə edir və onun üzərində sərəncam verirlər. Kolxozların və digər kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyətində olan əmlakların, onların birləşmələrinin mülkiyyətində olan əmlak üzərinə sərəncam hüququ ancaq mülkiyyətçiyə məxsusdur. Göründüyü kimi, qaraj üzərində mülkiyyət hüququ Cavabdeh1 deyil, Qaraj-tikinti kooperativinə məxsus olmuş, qaraj sonuncunun istifadəsinə həmin ərazidə yaşayan sakin olaraq verilmişdir. Həmçinin mübahisəsizdir ki, cavabdehin qaraj üzərində sahiblik və ist ifadə hüququ 2022-ci ilin iyun ayınadək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Halbuki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmənin qənaətinə görə, hazırkı iş üzrə müəyyən olunmalı olan hal, cavabdehin öz mənzilini satarkən, kooperativin üzvü kimi qarajdan sahiblik və istifadə hüququnun qalıb-qalmaması olmuşdur ki, bu istiqamətdə apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamışdır. Nəzərə alınmalıdır ki, Cavabdeh1 Binəqədi rayon Polis İdarəsində verdiyi izahatında mənzilini Nüsrət adlı şəxsə satmasını, lakin qarajı satmadığını, sonuncunun müvəqqəti istifadəsinə verdiyini bildirmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində cavabdehlərin adından verilən etirazda və apellyasiya şikayətində də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunan bu izahata istinad olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin bu izahatını işin müəyyən olunan digər halları ilə yanaşı qiymətləndirməmiş və iddiaçının qaraj üzərində sahibliyinin qanuni olub-olmamasını müəyyən etməmişdir. Kassasiya kollegiyasının mövqeyinə görə, cavabdeh mülkiyyətində olan mənzili sataraq başqa yaşayış məntəqəsinə köçdüyü halda, həmin mənzilin yanında yerləşən, kooperativin mülkiyyətində olmuş qaraja sahibliyi nin saxlanılmasını sübut etmək vəzifəsi məhz cavabdeh tərəfin üzərinə düşür. Həmçinin, cavabdeh özü izahatlarında etiraf etmişdir ki, qaraj iddiaçının istifadəsində olmuş, sonuncu özü cavabdehlə əlaqə saxlayaraq, qarajın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün etibarnamə istədiyini, onun razılaşaraq iddiaçının qardaşının adına etibarnamə göndərdiyini bildirmişdir. Yəni, qaraj 24 ilə yaxın cavabdehin sahiblik və istifadəsində olmamış, o, həmin əmlakın taleyi ilə maraqlanmamış, onun saxlanılması üçün hər hansı vəsait xərcləməmiş, qarajın başqa şəxslərin, o cümlədən iddiaçının sahibliyində və istifadəsində olmasından məlumatlı olmuş, bu sahibliyə etiraz etməmiş, əksinə əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçıya imkan yara tmışdır. Apellyasiya məhkəməsi, Cavabdeh1 mənzilini Səxavət Quliyevaya satarkən qaraja da sahiblik hüquqlarını ötürüb-ötürməməsinə, sonuncunun və müvafiq olaraq sonradan mənzilin yeni mülkiyyətçisi kimi iddiaçının da qarajdan sahibliyi qanuni olubolmamasına, cavabdehlərin qaraj üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, onu iddiaçının sahibliyindən geri tələb etməklə, sonuncunun da qarşılıqlı olaraq həmin əmlaka sərf etdiyi vəsaitini tələb etmək hüququnun yaranıbyaranmamasına, əks halda cavabdehin Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanıb-varlanmamasına, cavabdehlərin hüquqlarından sui-istifadəyə yol veribverməmələrinə hüquqi qiymət verilməli olduğu halda, bununla bağlı qətnamədə hər hansı əsaslandırma etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hü quqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat:

32. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-909/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Əyyub Kərimov və Tural Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarajın təmiri üçün xərclənilən 3.500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli qaraj tikilərək ilk olaraq Cavabdeh1 istifadəsinə verilsə də, onun həmin zaman qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə əsasən qaraj üzərində mülkiyyət hüququ yaranmamışdır. Yuxarıda qeyd olunduğu kimi, qaraj “Qarabağ” qaraj-tikinti kooperativi tərəfindən inşa olunmuş və Cavabdeh1 həmin kooper ativin üzvlərindən biri olmuşdur. Qaraj üzərində mülkiyyət hüququ Cavabdeh1 deyil, “Qarabağ” qaraj-tikinti kooperativinə məxsus olmuş, qaraj sonuncunun istifadəsinə həmin ərazidə yaşayan sakin olaraq verilmişdir. Həmçinin mübahisəsizdir ki, cavabdehin qaraj üzərində sahiblik və istifadə hüququ 2022-ci ilin iyun ayınadək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Halbuki Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İşdə olan sənədlərdən görünür ki, Cav abdeh1 Binəqədi rayon Polis İdarəsində verdiyi izahatında mülkiyyətində olan mənzilini Nüsrət adlı şəxsə satsa da, mənzilin yaxınlığında yerləşən, onun sahiblik və istifadəsində olan qarajı satmadığını, qarajı sonuncunun müvəqqəti istifadəsinə verdiyini bildirmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində cavabdehlərin adından verilən etirazda və apellyasiya şikayətində də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunan bu izahata istinad olunmuşdur.

34. Məhkəmə kollegiyası cavabdeh tərəfin gətirdiyi bu dəlillərlə bağlı qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan mənzili sataraq başqa yaşayış məntəqəsinə köçdüyü halda, həmin mənzilin yanında yerləşən, kooperativin mülkiyyətində olmuş qaraja sahibliyinin saxlanılmasını sübut etmək vəzifəsi məhz cavabdeh t ərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf irəli sürdüyü dəlillərini sübuta yetirə bilməmişdir. İşdən görünür ki, Cavabdeh1 özü izahatlarında etiraf etmişdir ki, qaraj iddiaçının istifadəsində olmuş, sonuncu özü cavabdehlə əlaqə saxlayaraq, qarajın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün etibarnamə istəmiş, o da razılaşaraq iddiaçının qardaşının adına etibarnamə göndərmişdir.

35. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, göründüyü kimi, işdə olan sübutlarla, o cümlədən Cavabdeh1 özünün izahatları ilə təsdiq olunur ki, qaraj 24 ilə yaxın onun sahiblik və istifadəsində olmamış, o, həmin əmlakın taleyi ilə maraqlanmamış, onun saxlanılması üçün hər hansı vəsait xərcləməmiş, qarajın başqa şəxslərin, o cümlədən iddiaçının sahibliyində və istifadəsində olmasından məlumatlı olmuş, bu sahibliyə etiraz etməmiş, əksinə əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçıya imkan yaratmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh1 mənzilini Səxavət Quliyevaya satarkən mübahisə predmeti olan qaraja da hüquqlarını Səxavət Quliyevaya ötürmüşdür. Bu baxımdan hesab edilməlidir ki, Səxavət Quliyevanın (faktiki olaraq qardaşı Nüsrət Quliyevin) və müvafiq olaraq sonradan mənzilin yeni mülkiyyətçisi kimi iddiaçının da qarajdan sahibliyi qanuni olmuşdur. Sonradan cavabdehlər qaraj üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, onu iddiaçının sahibliyindən geri tələb etməklə, sonuncunun (iddiaçının) da qarşılıqlı olaraq həmin əmlaka sərf etdiyi vəsaitini tələb etmək hüququ yaranmışdır. B eləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının mübahisəli qaraj üzərində sahibliyi qanuni olduğuna, cavabdehlərin bununla bağlı davranışı isə hüquqdan sui-istifadə olduğuna görə, iddiaçı Mülki Məcəllənin 1091-ci maddəsinin tələblərinə əsaslanaraq qaraja sərf etdiyi vəsaitini tələb etməkdə haqlı olmuşdur.

36. İddiaçının xeyrinə tutulmalı olan məbləğlə bağlı isə məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi yalnız qaraj üçün ödənilmiş 14.000 manat, qaraja görə sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat, qaraja aid texniki pasportun alınması üçün ödənilmiş 360,54 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Qeyd olunan hissədə iddianı təmin edən birinci instansiya məhkəməsi iş üzrə düz gün nəticəyə gəlmişdir. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır.

37. Apellyasiya kollegiyası öz mövqeyini Mülki Məcəllənin 386.1, 560.1, 560.2, 560.3.4, 1091.1, 1091.2, 1092.1, 1092.1.1-ci və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

38. Qətnamədən cavabdehlər (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən “cavabdehlərdən ünvan 5 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödənilmiş 14.000 manat məbləğində pul vəsaiti, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat dövlət rüsumu, qaraja dair texniki pasportun verilməsi üçün ö dənilmiş 360,54 manat və iddianın verilməsi üçün ödənilmiş 190 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilsin” hissəsində ləğv edilərək iddiaçının iddia tələbinin təmin edilməməsinə dair yeni qərarın qəbul olunmasını xahiş etmişlər.

39. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının tələb etdiyi daş qarajın alınması üçün Nüsrət Quliyevə iddiaçı tərəfindən ödənilmiş 14.000 manat, qaraja dair sənədlərin hazırlanması üçün 75,40 manat dövlət rüsumu və qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 360,54 manat pul məbləğini cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Lakin zərərin mövcud olması üçün delikt törədilməlidir. Deliktin törədildiyi isə məhkəmədə müəyyən olunmamışdır. Beləliklə, iddiaçının cavabdehlər qarşısında tələb hüququ yaranmamışdı r.

40. Məhkəmə qərarını qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır. Belə ki, iddiaçı əvvəlki hazırlıq prosesində məhkəməyə dəvət etmək istədiyi şahidlərin məlumatlarını daxil etməklə yazılı şəkildə məhkəməyə müraciət etmişdir. Həmin sıyahıda Mehman Mustafayevin adı olmasa da sonra məhkəmə öz maraqları və iddiaçının maraqları naminə, cavabdehlərin vəkili və nümayəndəsi olmadan həmin şəxsi ayrıca qəbul edib ifadəsini almağa nail olmuşdur. Məhkəmə adına ləkə olacaq ən ciddi fakt isə heç bir əsas, zəruri səbəb göstərilmədən, cavabdehlərin, vəkilin və nümayəndəsinin rəsmi məktubla müraciət edərək hazırlıq iclasında iştirak edə bilməyəcəklərini bildirməsinə və baxış iclasının vaxtının təyin edilməsinə etiraz etmədiklərini bildirmələrinə baxmayaraq məhkəmə iddiaçının şifahi m üraciəti əsasında hazırlıq iclasında Mehman Mustafayevi, Mehmanın, iddiaçının və məhkəmənin maraqlarının üst-üstə düşməsindən istifadə edərək şahid qismində xəlvətcə dindirmişdir. Mehman Mustafayev Cavabdeh1 oğludur və həmin ərəfədə aralarında ciddi narazılıqlar baş vermişdir. Mehman Müstafayevlə digər ailə üzvləri arasında baş vermiş münaqişə əsasında başlanmış təhqiqat Qəbələ Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi də xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Bu səbəbdən də bu faktı birinci instansiya məhkəməsinə təqdim etmək mümkün olmamışdır. Bu məqamdan istifadə edən Mehman, iddiaçı və məhkəmənin maraqları üst-üstə düşdüyündən, cavabdehlərin yeganə hazırlıq prosesində iştirak etmədiklərini məhkəmənin vasitəsi ilə belə qiymətləndirmişdirlər. Mehmanın şahid qismində xəlvətcə dindirilməsi zərurəti nədən ibarət idi? Belə şahidin ifadəsi obyektiv hesab oluna bilməz və sübutların siyahısından çıxarılmalıdır. Çünki, Mehman məhkəməyə verdiyi ifadəsində və məhkəməyə iddiaçının vasitəsilə göndərmiş olduğu ərizəsində atası Cavabdeh1 adından şifahi şəkildə, heç bir mötəbər sübuta əsaslanmayan yalan məlumatlar səsləndirib.

41. Digər tədəfdən, iddiaçı Binəqədi RPİ-nin 5-ci bölməsinə müraciət etsə də Binəqədi RPİ xx.xx.2023-cü il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul etmiş və həmin qərarın 3-cü səhifəsinin 1-ci abzatsında qeyd edilmişdir ki, “Vət. İddiaçı ərizəsi ilə əlaqədar olaraq, barəsində şikayət olunan Cavabdeh1 övladı Mehman Mustafayevin istifadəsində olan 055 *** ** ** nömrəli mobil telefonu ilə əlaqə saxlanılmış, lakin qarajın boşaldılması ilə əlaqədar iddiaçıya müraciət olunsa da iddiaçı qarajı boşaltmaqdan imtina etmişdir. Vətəndaş həqiqətən İddiaçı notarial qaydada etibarnamə verməsini etiraf edərək həmin etibarnaməni Alının onun işində köməklik göstərməsi üçün verdiyini bildirmişdir. Alı ilə aralarında olan mübahisə mülki məhkəmə predmeti olduğu üçün bu məsələnin məhkəmədə həll olunmalı olduğunu, hazırda özü Qəbələ rayonunda olduğundan, ümumiyyətlə aralarındakı mübahisə mülki xarakter daşıdığından təhqiqat orqanına gəlib izahat verməkdən qəti imtina etmişdir. Bu barədə arayış tərtib edilərək materiala əlavə edilmişdir.” Mehman Mustafayevin iki ifadəsi arasındakı fərqi məhkəmə gör məzdən gəlmiş, araşdırmamış, qiymətləndirməmişdir.

42. Amma məhkəmə bu halı Mehmanla və iddiaçı ilə bilikdə cavabdehlərin və vəkillərinin iştirak etmədiyi məhkəmə prosesində təşkil edərək hüququ, qanunu tapdalamışdır. Məhkəmə çəkişmə prinsipini kobud şəkildə pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə çəkişmə prinsipini pozmasaydı, qanunun tələblərinə dürüst əməl etsəydi qanunsuz məhkəmə qətnaməsi qəbul olunmazdı. Apellyasiya instansiya məhkəməsi isə bu faktı, vəkil məhkəməyə təqdim etsə də və çıxışında qeyd etsə də, araşdırmamış və qiymətləndirməmişdir.

43. Binəqədi Rayon Məhkəməsin 2(001)-1594/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 22,2 kv.m. olan qeyri-yaşayış binasının boşaldılaraq cavabdehə təhvil verilməsinə dair Cavabdeh 2 tərəfindən Binəqədi Rayon Məhkəməsində qaldırılmış iddia ərizəsi əsaslı, qanuni və ədalətli olduğundan təmin olunmuş, həmin 2(001)1594/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş və artıq qanuni qüvvəsini almışdır.

44. Lakin buna baxmayaraq məhkəmə artıq bir dəfə həmin qətnamədə təsdiqini tapmış faktları yenidən araşdıraraq və həmin faktlara əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə belə bir qətamənin olduğunu araşdırmamış, tədqiq etməmiş və qiymətləndirməmişdir.

45. Məhkəmə iddiaçının cavabdehin mülkiyyətində olan qaraja görə Nüsrət Quliyevə və onun bacısı Səxavət Quliyevaya ödəmiş olduğu pul vəsaitini həmin şəxslərdən tələb etməli oduğu halda heç vaxt tanımadığı, ünsiyyətdə olmadığı, pul vermədiyi, 1) aldatma yolu ilə etibarnamə aldı ğı, 2) iddiaçının saxtakarlığı sonradan məlum olduğundan etibarnaməni ləğv etdiyindən, 3) cavabdehin ailə daxili münaqişəsindən istifadə edərək cavabdehin övladı Mehman Mustafayevi xəlvətcə məhkəməyə cəlb edərək yalan məlumatlarını məhkəməyə söylətdirməklə sübut görüntüsü yaratdığından (müxtəlif orqanlarda ziddiyyətli ifadələr verməsinə baxmayaraq), hazırkı şəxs(lər)dən tələb etməsi qanunsudur və yolverilməzdir.

46. Məhkəmə cavabdehlərin təqdim etdiyi bu mötəbər subutu araşdırmadı və qiymətləndirmədi. İddiaçı əvvəlki hazırlıq prosesində məhkəməyə dəvət etmək istədiyi şahidlərin məlumatlarını daxil etməklə yazılı şəkildə vəsatətlə məhkəməyə müraciət etmişdir. Həmin siyahıda Mehman Mustafayevin adı olmasa da sonra məhkəmə öz maraqları və iddiaçının maraqları naminə, cavabdehlərin vəkili və n ümayəndəsi olmadan həmin şəxsi ayrıca bir iclasda qəbul edib ifadəsini almağa nail olmuşdur. Məhkəmə adına ləkə olacaq ən ciddi fakt isə heç bir əsas, zəruri səbəb göstərilmədən, cavabdehlərin, vəkilin və nümayəndəsinin rəsmi məktubla müraciət edərək hazırlıq iclasında iştirak edə bilməyəcəklərini bildirməsinə və baxış iclasının vaxtının təyin edilməsinə etiraz etmədiklərini bildirmələrinə baxmayaraq məhkəmə iddiaçının şifahi müraciəti əsasında hazırlıq iclasında Mehman Mustafayevi, Mehmanın, iddiaçının və məhkəmənin maraqlarının üst-üstə düşməsindən istifadə edərək şahid qismində xəlvətcə dindirmişdir.

47. Beləliklə, məhkəmə Binəqədi RPİ-də xx.xx.2023-cü il tarixində Qəbələ RPŞ-də isə xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarında vermiş olduğu ziddiyyətli ifadələri araşdırmadan çəkişmə prinsipini kobud şəkildə pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Şəki Apellyasiya məhkəməsi isə bu faktı, vəkil məhkəməyə təqdim etsə də və çıxışında qeyd etsə də, araşdırmamış və qiymətləndirməmişdir və ümumiyyətlə qiymətləndirməkdə maraqlı olmadığını aşkar şəkildə nümayiş etdirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

48. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

49. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş d igər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

51. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

52. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

53. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

54. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cü r varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

55. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

56. Maəddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya o lmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

59. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 6

3. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Mad də 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

68. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən iddianın təmin olunduğu hissədə qismən mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qismən yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış ka ssasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

73. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

75. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

76. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübu ta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

78. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-909/2024 nömrəl i, 30 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar