Məhkəmə qərarları › İş №2(102)-3956/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3956/2019

12.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3956/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ilkin, Cavabdeh2 cavabdehlər “xxxx” ASC-nə və Cavabdeh1 qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 20.12.2018-ci il tarixli 2(103)-13617/2018 nömrəli qətnaməsindən Cavabdeh1və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC 12.08.2016-cı il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 “xxxx” ASC-nə olan 02 aprel 2015-ci il tarixli, 930-SF/15 saylı kredit müqaviləsi üzrə 41.128,93 ABŞ dolları əsas, 8.782,24 ABŞ dolları faiz olmaqla, cəmi borcu 49.911,17 ABŞ dolları məbləğində pulun; 21 avqust 2015-ci il tarixli 1122-SF/15 kredit müqaviləsi üzrə 13.738 ABŞ dolları əsas, 2.986,60 ABŞ dolları faiz olmaqla, cəmi borcu 16.724,60 ABŞ dolları məbləğ ində pulun; (ümumilikdə 66.635,77 ABŞ dolları) ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun tutulması; həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 09.08.2006-cı il tarixdə qeydiyyata alınmış MH N 0033880, reyestr nömrəsi **********05-05101-093010, Qeydiyyat nömrəsi ********* olan Çıxarışa əsasən) Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsində istifadədə olan 0.08949 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada yerləşən 47 kv.m ümumi sahəsindən ibarət 2 otaqlı 52 nömrəli mənzilə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxx” A SC-nə ödənilməsi; ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qaydada tutularaq “xxxx” ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “iddia ərizəsinə əlavə” barədə məhkəməyə ərizə vermiş və Cavabdeh1 ilə “xxxx” ASC 02 aprel 2015-ci il tarixli, 930-SF/15 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 41.128.93 ABŞ dolları, 7465.09 ABŞ dolları faiz və 1317.15 ABŞ dolları cərimə faizi olmaqla, cəmi borcu 49.911,17 ABŞ dolları; 21 avqust 2015-ci il tarixli 1122-SF/15 kredit müqaviləsi üzrə 13.738 ABŞ dolları əsas, 2.642,32 ABŞ dolları faiz, 344,28 ABŞ dolları cərimə olmaqla, cəmi 16.724,60 ABŞ dolları borcun tutulması, tutmanın Cavabdeh1 məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi t ərəfindən 09.08.2006-cı il tarixdə qeydiyyata alınmış MH № 0033880, reyestr nömrəsi **********05-05101-093010, Qeydiyyat nömrəsi ********* olan Çıxarışa əsasən) Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsində istifadədə olan 0.08949 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada yerləşən 47 kv.m ümumi, - kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 52 nömrəli mənzilə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxx” ASC-nə ödənilməsi; ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qaydada tutularaq “xxxx” ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 20.10.2016-cı il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək onunla “xxxx ” ASC arasında bağlanmış 02.04.2015-ci il tarixli 930-SF/15 saylı və 21 avqust 2015-ci il tarixli 1122SF/15 saylı kredit müqavilələrinə ilkin iddia məhkəməyə təqdim edildiyi 28.07.2016-cı il tarixdən xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 19.05.2017-ci il tarixdə cavabdehlər “xxxx" ASC-nə və Cavabdeh1 qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsində istifadədə olan 0.8949 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada yerləşən 47 kv.m ümumi, kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 52 nömrəli mənzilinə dair bağlanmış və Bakı şəhəri, 53 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02 aprel 2015-ci il tarixli, 9 30-SF/15 saylı ipoteka və 21 avqust 2015-ci il tarixli 1122-SF/15 saylı sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-48/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə “xxxx” ASC arasında 02 aprel 2015-ci il tarixli, 930-SF/15 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 41.128,93 ABŞ dolları əsas, 7.465,09 ABŞ dolları faiz və 130 ABŞ dolları cərimə faizi olmaqla, cəmi borcu 48.725,02 ABŞ dollar (qırx səkkiz min yeddi yüz iyirmi beş) ABŞ dolları 02 sent; 21 avqust 2015-ci il tarixli 1122-SF/15 kredit müqaviləsi üzrə 13.738 ABŞ dolları əsas, 2.642,32 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə olmaqla, cə mi 16.410,32 ABŞ dolları (on altı min dörd yüz on) ABŞ dolları 32 sent məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, tutmanın Cavabdeh1 məxsus olan (DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 09.08.2006-cı il tarixdə qeydiyyata alınmış MH N 0033880, reyestr nömrəsi **********05-05101-093010, Qeydiyyat nömrəsi ********* olan Çıxarışa əsasən) Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsində istifadədə olan 0.08949 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada yerləşən 47 kv.m ümumi, - kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 52 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxx” ASC-nə ödənilməsi, ipoteka pr edmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qaydada tutularaq “xxxx” ASC-nə ödənilməsi qət edilmişdir. Cavabdeh1 Şəmiştan qızının “xxxx” ASC ilə aralarında bağlanmış 02.04.2015-ci il tarixli 930-SF/15 saylı və 21 avqust 2015-ci il tarixli 1122-SF/15 saylı kredit müqavilələrinə 28.07.2016-cı il tarixdən xitam verilməsinə dair qarşılıqlı iddia ərizəsi və iddiaçı Cavabdeh2 cavabdehlər “xxxx” ASC-nə və Cavabdeh1 qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Tofiq Səmədov, hakimlər İkram Şirinov və Elşən Kazımov) 20.12.2018-ci il tarixli 2(103)-13617/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 v ə Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməyərək iş üzrə Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bankla kredit müqaviləsi bağlanarkən həmin vaxt mövcud olan bazar şərtlərini nəzərə almış və həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problemi olmamış, lakin sonradan baş vermi ş devalvasiya nəticəsində ABŞ dollarının dəyəri birdən-birə 100 faizdən artıq qalxmış, şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Məhkəmə mövqeyini əsaslandırarkən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini, Mülki Məcəllənin 421 və 422-ci maddələrinin tələblərini nəzərə almamışdır. Təkrar ekspertiza keçirilməsi barədə vəsatəti əsassız şəkildə rədd edilmişdir. Ekspert tərəfindən müəyyən olunmuş cərimə və faiz məbləğləri həddindən artıq şişirdilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh1 vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məh kəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” ASC-nin “Sahil” filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli 930/SF/15 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18% olmaqla 36 ay müddətinə 60.000 ABŞ dolları məbləğində və 21 avqust 2015-ci il tarixli 1122-SF/15 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% olmaqla 36 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 02 aprel 2015-ci il tarixli 930/SF/15 saylı kredit müqaviləsi və 21 avqust 2015-ci il tarixli 1122-SF/15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın “Sahil" filialı ilə Cavabdeh1 arasında müvafiq olaraq 02 aprel 2015-ci il tarixli 930/SF/15 saylı İpoteka müqaviləsi və 21 avqust 2015-ci il tarixli 1122-SF/15 saylı sonrakı İpoteka müqaviləsi bağlanmış, həmin müqavilələrə görə Cavabdeh1 məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 09.08.2006-cı il tarixdə qeydiyyata alınmış seriya MH N 0033880, R eyestr nömrəsi **********0505101-093010, Qeydiyyat nömrəsi ********* olan Çıxarışa əsasən) Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsində istifadədə olan 0.08949 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 5 mərtəbəli binada yerləşən 47 kv.m ümumi, - kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 52 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı 02 aprel 2015-ci il tarixli, 930-SF/15 saylı kredit müqaviləsi və 21 avqust 2015-ci il tarixli 1122-SF/15 kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh2 arasında 02 aprel 2015-ci il tarixli, 930-SF/15 N 123/Z-15 saylı və 21 avqust 2015-ci il tarixli 1122-SF/15 zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh 02 aprel 2015-ci il tarixli, 930-SF/15 saylı kredit müqaviləsi 22 iyul 2016-cı il tarixinədək 21171.97 ABŞ dolları əsas, 14 548.17 ABŞ dolları faiz borcu ödəməli olduğu halda əsas borcdan 18871.07 ABŞ dolları, faiz borcundan isə 5765.93 ABŞ dolları ödəniş etmiş, “xxxx” ASC-nə 41.128.93 ABŞ dolları əsas, 8782.24 ABŞ dolları faiz olmaqla, cəmi borcu 49911.17 ABŞ dolları təşkil edir. Eyni zamanda cavabdeh 21 avqust 2015ci il tarixli 1122-SF/15 kredit müqaviləsi üzrə 3678.33 ABŞ dolları əsas, 3956.60 ABŞ dolları ödəməli olduğu halda, əsas borcundan 1262 ABŞ dolları, faiz borcundan 970 ABŞ dolları ödəniş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2017-ci il tarixli, 27547 saylı rəyinə əsasən “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli, 930-SF/15 saylı və 21 avqust 2015-ci il tarixli, 1122-SF/15 saylı kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla onun 22.07.2016-cı il tarixə banka 1-ci müqavilə üzrə əsas borcu 41.168,19 ABŞ dolları, faiz borcu 4.631,42 ABŞ dolları, artırılmış faiz borcu 3.499,30 ABŞ dolları, 2-ci maqavilə üzrə həmin tarixə əsas borcu 13.740,45 ABŞ dolları, faiz borcu 1.603,59 ABŞ dolları, artırılmış faiz borcu 1.152,67 ABŞ dolları təşkil edir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına borcun ödənilməsinə dair tələbi təmin etmiş, eyni zamanda iddiaçının cərimə tələbi ilə bağlı 1317,15 ABŞ dolları və 344.28 ABŞ dolları cərimə (dəbbə pulu) tənasübsüz sürətdə yüksək hesab edərək tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla, cavabdehdən müvafiq olaraq 130 ABŞ dolları və 30 ABŞ dolları cərimə tutulmasını qərara almışdır. Həmçinin Cavabdeh1 (Cavabdeh1) ilə “xxxx” ASC arasında bağlanmış 02.04.2015-ci il tarixli 930-SF/15 saylı və 21 avqust 2015-ci il tarixli 1122-SF/15 saylı kredit müqavilələrinə 28.07.2016-cı il tarixdən xitam verilməsinə dair qarşılıqlı iddia ərizəsinin və iddiaçı Cavabdeh2 cavabdehlər “xxxx” ASC-nə və Cavabdeh1 qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən öhdəliklər lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra edilmədiyindən müqavilədən yaranan öh dəliyə görə sonuncunun məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqavilələrə görə yaranmış öhdəliklər (əsas kredit borcu, faiz və cərimə borcu) icra edilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılı q» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdi rsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından, iddiaçı kredit borcunun tutulması barədə borcluya və zaminə qarşı tələb irəli sürməkdə, borcun ipotekaya yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəliləri ilə bağlı qeyd edir ki, ölkədə baş verən devalvasiya ilə bağlı cavabdehə hər-hansı güzə şt edilməsi bankın müstəsna hüququdur. Tərəflər bununla bağlı məhkəmədən kənar qaydada istənilən razılığa gələ bilərlər. Tərəflər arasında bağlanmış müqavilə şərtlərində borc alanın maddi vəziyyətinin pisləşməsi halında öhdəliyi icra etməkdən imtina etməsi halı nəzərdə tutulmamışdır. Kassator kredit borcun düzgün hesablanmamasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, iş üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş, kredit borcunun məbləği həmin ekspert rəyinə uyğun olaraq müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası kassatorun şəraitin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci maddəsinin hazırki mübahisəyə tətbiq edilməsinin əsaslarına apelyasiya instansiyası məhkəmə si tərəfindən araşdırılmaması barədə dəlilinə qiymət verərək hesab edir ki, hazırki iş üzrə cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliklər əsasında müəyyən vəzifələr daşıyıcısıdır və iş üzrə tərəflər arasında bağlanmış müqavilənin şəraitin dəyişməsi ilə bağlı ləğv edilməsinə əsaslar olmadığı üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq hazırki mübahisəyə Mülki Məcəllənin 422-ci maddəsi tətbiq edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 07.09.2018-ci il tarixli qərarında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2018-ci il tarixli 2(103)13617/2018 nömrəli qətnaməsi kassatora aid hissələrdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar