Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3956/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş məhkəmədə baxılmalı deyil Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3676/2023 nömrəli iş üzr ə 14 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli L013/2019/ nömrəli Kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən bank Cavabdeh4 100.000 manat məbləğdə 84 ay müddətinə illik maksimum 30 faiz ilə kredit limiti ayırmışdır. 2. 10 oktyabr 2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh4 və Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X1 küçəsi ev 3b mənzil 3 ünvanda yerləşən mənzilini Cavabdeh4 İddiaçı ASC ilə bağladığı 09 oktyabr 2019-cu il tarixli L013/2019 nömrəli Kredit limitinin ayrılması ha qqında müqavilə və bu müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişlərindən əmələ gələn öhdəliklərin təminatı kimi bank qarışısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi bağlanarkən həm mülkiyyətçi kimi Cavabdeh2, həm də evdə qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh3 tələbin ipoteka predmetinə yönəldiləcəyi təqdirdə evi tərk edəcəklərinə dair ərizə təqdim etmişlər. 3. 12 oktyabr 2019-cu il tarixli MK/73020/71 nömrəsi kredit sazişinə görə, bank tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 23 faizlə 20.000 manat kredit verilmişdir.
4. Sonradan İddiaçı ASC ilə Cavabdeh4 arasında 17 aprel 2021-ci il tarixdə 12 oktyabr 2019-cu il tarixli MK/73020/71 nömrəli Kredit limitinin ayrılması haqqında müqavilə daxilində Kredit Sazişi üzrə kredi t borcunun restrukturizasiyasına dair Razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən, kreditin müddəti 13 mart 2023-cü il tarixdən etibarən 9 ay müddətinə uzadılmış və bu müddət ərzində Saziş üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilmiş, Saziş üzrə 12 noyabr 2020-ci il tarixdən etibarən 9 ay müddətə güzəşt müddəti tətbiq edilmişdir.
5. İddiaçının 03 fevral 2023-cü il tarixli arayışına görə, Cavabdeh4 banka 15.849,35 manat əsas, 2.299,51 manat faiz və 248,21 manat cərimə borcu vardır. 6. "xxxx" MMC-nin 24 noyabr 2022-ci il tarixli QXM 429M nömrəli qiymətləndirmə hesabatına əsasən, mənzilin likvid dəyəri 162.000 manatdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli 9/9254 nömrəli rəyinə görə, 28 noyabr 2022- ci il tarixə Cavabdeh4 15.843,08 manat əsas, 2.439,62 manat faiz borcu vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 oktyabr 2019-cu il tarixli MK/73020/71 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 15.849,35 manat əsas, 2.299,51 manat faiz və 248,21 manat cərimə borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 164 manat məvləğdə pul vəsaitinin Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına banka olan borcun təmin edilməsi, həmçinin mənzildə yaşayan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mənzildən çı xarılmaları, mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-184/2023 nömrəli iş üzrə 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli MK/73020/71 nömrəli kredit sazişinin ləğv edilməsi, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli MK/73020/71 nömrəli kredit sazişi üzrə 15.843,08 manat əsas, 2.299,51 manat faiz borcu, 248,21 manat cərimə olmaqla, ümumilikdə 18.390,8 manat məbləğdə pul vəsaitinin Cavabdeh4 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu X1 küçəsi ev 3b mənzil 3 ünvanda yerləşən mənzilə yönə ldilməsi, mənzilin ilkin satış qiymətinin 162.000 manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borc məbləğinin ödənilməsinin təmin edilməsi, qalan pulun mənzilin mülkiyyətçisi kimi Cavabdeh2 qaytarılması, mənzilin satışından əldə ediləcək gəlir hesabına borcun ödənilməsi mümkün olmadıqda qalan borcun Cavabdeh4 ümumi qaydada tutularaq banka ödənilməsi, mənzilin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 öz əşyaları ilə birlikdə mənzildən çıxarılması, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 140 manat məbləğdə pul vəsaitinin Cavabdeh4 tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci kimi 100 manat məbləğdə pul vəsaitinin 80 manat hissəsinin Cavabd eh4, 20 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh4 ondan apellyasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3676/2023 nömrəli iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. a) Kassasiya şikayətinin dəlilləri
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh4 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə evin qiymətləndirilməsi üçün yenidən mütəxəssis təyin etsəydi evin qiymətinin likvit qiymətindən daha baha olduğu müəyyən edilərdi. Hər bir halda məhkəmə onun iştirakını təmin etmədən işə baxdığından və iş üzrə ekspertiza təyin etmədən öz mülahizəsinə əsasən qərar verdiyindən, məhkəmə qətnaməsi ləğv edilməli və yenidən baxışa qaytarılmaldır. Həmçinin, məhkəmə xüsusi bilik tələb olunan halları aydınlaşdırmaq üçün ekspertiza təyin etmək əvəzinə bunu öz mülahizəsinə əsasən etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: İ. Heç kəs yaşadığı m ənzildən qanunsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 17. “İpote ka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 59.4 (xx.xx.2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən redaksiyada) Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. əri zəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıd ır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamal ı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərar: “Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.”
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: Bənd
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktının yoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslan araq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilibedilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozunt uların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya və Mülki kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2023-cü il tarixli 02/2023 nömrəli Qərardadı: Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sah əsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilmişdir, şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsində apellyasiya instansiyasının yekun məhkəmə aktı bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlanılır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, iddianın “mənzildə yaşayan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mənzildən çıxarılmaları və əmlakın boşaldılaraq banka təhvil ve rilməsi” tələbinə dair hissədə, mahiyyəti üzrə baxılaraq, təmin olunması ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da eyni hissədə iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
27. İlk olaraq, MPM-in normaları mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.
28. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alı naraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır.
29. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosess ual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
30. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də işə, tərəflər arasında məhkəmədə baxılmalı olan mübahisənin mövcud olmaması əsası ilə, məhkəmədə baxılmalı olmamasıdır. Qeyd olunan halda verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddia məhkəmənin icraatına qəbul edildiyi halda isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir (§20).
31. İşdən məlum olur ki, hazırkı iş üzrə tərəflər arasında ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixdə, yəni xx.xx.2018-ci il tarixdən sonra bağlanmışdır.
32. Demək ki, iddianın “mənzildə yaşayan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mənzildən çıxarılmaları və əmlakın boşaldılaraq banka təhvil verilməsi” tələbinə “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin (§19) tələbinə və həmin normanın tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya və Mülki kollegiyalarının xx.xx.2023-cü il tarixli Qərardadı ilə verilən izaha (§24) uyğun hüquqi qiymət verilməlidir.
33. Adı çəkilən xx.xx.2023-cü il tarixli Qərardadla verilən izaha görə, tərəflər arasında ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia icraata qəbul edilmişdirsə, MPM-in 261.0.1-ci maddəsinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
34. Göründüyü kimi, hazırkı iddia qaldırılanda xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanan dövrdə qüvvədə ol an redaksiyada “İpoteka haqqında” Qanunun 59.4cü maddəsi anlamında “mənzildə yaşayan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mənzildən çıxarılmaları və əmlakın boşaldılaraq banka təhvil verilməsi” tələbinə ilə bağlı tərəflər arasında məhkəmədə baxılmalı olan mübahisə mövcud deyildi.
35. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə (§34) ləğv olunmalı və eyni hissədə iş üzrə icraata xitam verilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 261, 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3676/2023 nömrəli iş üzrə 14 iyu n 2023-cü il tarixli qətnaməsi qismən, iddianın “mənzildə yaşayan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mənzildən çıxarılmaları və əmlakın boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair hissədə ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.