Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3958/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 11 noyabr 2011- ci il tarixli kredit kartı üzrə bank hesabı razılaşmasına əsasən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 1.260 manat məbləğində kredit verilmişdir.
2. Hazırda bank, cavabdehin öhdəliyin icrasını gecikdirməsinə istinad edərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, borclu Cavabdeh ASC-nin xeyrinə 1230,63 manat əsas və 1660,66 manat faiz borcunun olmaqla cəmi 2891,29 manatın və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hazırda borclu ödəniş(lər)in aparılması üçün istifadə edilmiş müvafiq məbləğ(lər)i istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1,6 və ya 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələrlə olmaqla ödəməli olduğu krediti banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Müqaviləyə əsasən müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
5. Ağdam Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, X saylı məhkəmə əmri ilə Cavabdeh 1230,63 manat əsas, 1660,6 6 manat faiz olmaqla 2891 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına köçürülməsi əmr edilmişdir.
6. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz edərək ləğv olunmasını və materialların iddia icraatına keçirilməsini xahiş etmiş, məhkəmənin 07 dekabr 2017-ci il tarixli qərardadı ilə iddia icraatına keçirilməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 noyabr 2019-cu il tarixli, 1176 nömrəli ekspertiza rəyinə əsasən, hesabdan çıxarış məlumatlarını və 11 noyabr 2011-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X1 "xxxx" ASC-yə ödənilməli olan borcu müəyyən edilmir.
8. Ağdam Rayon Məhkəməsinin (hakim M.Niftəliyev) 11 dekabr 2019-cu il tarixli, X nömrəli qətn aməsi ilə iddia rədd edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
9. Məhkəmə qeyd olunan ekspertiza rəyinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürülmüşdür. İddiaçı, cavabdehə 11.11.2011-ci il tarixli bank kartı hesabı müqaviləsinə əsasən 1.260 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə həmin pulu qaytarmaqla öhdəliklərini icra etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2020-ci il tarixli 9/1325 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları 11 noyabr 2011-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi şərtləri əsas götürülməklə X1 17 sentyabr 2017-ci il tarixə (iddia ərizəsinin və maliyyə arayışının tarixi) sualda göstərilənlərə əsasən banka olan borcu tam ödənilmiş və 935,54 manat məbləğində artıq ödəniş müəyyən edilir. İş materiallarında tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli təqdim edilməmişdir. Buna görə də kreditin hansı tarixdə hansı məbləğdə ödənilməsini müəyyən etmək mümkün olmur. Bu səbəbdən cərimə hesablamaq mümkün deyil.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Mehtiyev (sədrlik edən və məruzəçi), A.Bayramov və Ə.Məmmədov) 23 sentyabr 2020-ci il tarixli, X nömrəli qə tnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(013)-181/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə məhkəmə ekspertiza xərci olan 200 (iki yüz) manatın "xxxx" ASC-dən tutularaq X2 ödənilməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 13. "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, ekspert rəylərinə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsinə iddiaçı tərəfində təqdim edilmiş təkrar mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətə əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1325 saylı 20.07.2020-ci il tarixli ekspert rəyində tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditdən istifadəyə görə faiz dərəcəsi və faiz hesablanması nəzərdə tutulmaması, ödəniş cədvəlinin olmaması müqaviləsinə görə Cavabdeh "xxxx" ASC-yə olan borcu tam ödənilmiş və 935.54 manat məbləğində artıq ödəniş müəyyən olunduğu qeyd olunmuşdur. Halbuki, 11.11.2011-ci il tarixli Kredit kartı üzrə bank məbləğ(lər) növbəti təqvim ayının 10-dək ö dənilməlidir. İstifadə edilmiş məbləğ(lər) növbəti təqvim ayının 10-dək ödənilmədikdə təqvim ayının 11-ci günündən hər növbəti təqvim ayının 10-dək istifadə edilmiş məbləğin qalıq hissəsinə aylıq 2.5 faiz hesabı ilə komisyon haqq hesablanır. Hesablanmış komisyon haqq hər növbəti təqvim ayının 10-dək ödənilmədikdə bu müqavilənin şərtlərinə uyğun olaraq gecikdirilmiş kredit yaranır. Komisyon haqqın hesablanması istifadə edilmiş məbləğin qalıq hissəsinin mövcud olduğu bütün növbəti aylar üzrə borc məbləği (hesablanmış komisyon haqqlarda daxil olmaqla) tam ödənilənədək aparılır. 1 (bir) aylıq ödəniş növü ilə istifadə edilmiş məbləğ(lər) (hesablanmış komisyon haqqlarda daxil olmaqla) ən geci kredit xəttinin müddətinin bitməsindən sonrakı 12 (on iki) ay ərzində tam olaraq Banka ödənilməlidir. Əks halda ödənilməmiş borc məbləğinə bu müqavilənin şərtlərinə uyğun olaraq cərimə hesablanır. Müqavilənin qeyd olunan şərtləri ekspertiza qarşısında qoyulmuş sualda da aydın şəkildə göstərilsə də, ekspert sualdan kənara çıxaraq faiz dərəcəsinin müəyyən edilməməsi qənaətinə gəlmişdir. Bundan əlavə, faiz dərəcəsinin müəyyən edilməsi hüquqi məsələ olub ekspertin deyil, məhkəmənin səlahiyyətindədir. Əgər ekspert faizi müəyyən edə bilmirsə bu o demək deyil ki, borclunun bütün ödənişləri əsas borcdan çıxılmalıdır. Nəticə etibarilə, Məhkəmə Ekspertiza Mərkəzi rəy verərkən kredit müqaviləsinin şərtlərini, qoyulmuş sualı, müqavilənin 1.3.1 bəndinə uyğun olaraq iş materiallarına əlavə edilmiş maliyyə arayışını (kreditin faiz dərəcəsi, əsas faiz və cərimə borcu qeyd olunmuşdur), hesabdan çıxarışları (əsas, faiz və cərimə borcundan silinmələr ayrı- ayrılıqda göstərilməklə) nəzərə almamış, ödənilmiş məbləği isə ümumilikdə əsas borcdan silmişdir. Bundan başqa hər iki ekspert rəyi arasında ziddiyət olduğu açıq aşkardır. Belə ki, Ağdam Rayon Məhkəməsinin icraatı dövründə təyin olunan mühasibatlıq ekspertizasının ekspert rəyində Borcun müəyyən olunmadığı”, Gəncə Apellyasiya Məhkəməsinin icraatı dövründə təyin olunmuş təkrar mühasibatlıq ekspertizasının ekspert rəyində isə (həmin tarixlərdə cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır) “Borcun tam ödənildiyi və 935.54 manat artıq ödəniş olunduğu” qeyd olunmuşdur. Hər iki ekspertiza zamanı iş materiallarına əlavə edilmiş sənədlər, maliyyə arayışları, hesabdan çıxarışlar (əsas, faiz və cərimə ayrı-ayrılıqda) eynidir. Gəncə Apellyasiya m əhkəməsində əsassız və ziddiyətli ekspert rəylərinə əsaslanmaqla maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul edilmişdir. İş Gəncə apellyasiya məhkəməsinin icraatında olan dövrdə iddiaçı ekspert rəyi ilə məhkəmə iclası zamanı tanış olmuşdur və ekspert rəyindən narazı qaldığı üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti məhkəmə tərəfində təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 41 5.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
19. Maddə
528. Öhdəliyə onun kreditoru n xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 26. "xxxx" ASC ilə X3 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən iddiaçı cavabdehə 1260 manat vermək öhdəliyini yerinə yetirmiş, qarşı tərəf isə borcunu qaytarmağı öhdəsinə götürmüşdür.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 noyabr 2019-cu il tarixli 1176 nömrəli rəyindən görünür ki, hesabdan çıxarış məlumatlarını və 11 noyabr 2011-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X1 "xxxx" ASC-yə ödənilməli olan borcu müəyyən edilmir.
28. Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2020-ci il tarixli 9/1325 nömrəli rəyindən görünür ki, X3 tərəfind ən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları 11 noyabr 2011-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi şərtləri əsas götürülməklə X1 17 sentyabr 2017-ci il tarixə (iddia ərizəsinin və maliyyə arayışının tarixi) sualda göstərilənlərə əsasən banka olan borcu tam ödənilmiş və 935,54 manat məbləğində artıq ödəniş müəyyən edilir. İş materiallarında tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli təqdim edilməmişdir. Buna görə də kreditin hansı tarixdə hansı məbləğdə ödənilməsini müəyyən etmək mümkün olmur. Bu səbəbdən cərimə hesablamaq mümkün deyil.
29. Beləliklə, tərəflər arasında kredit müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüş, iddiaçı bank cavabdehə müqaviləyə əsasən 1260 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, cavabdeh isə həmin pulu qaytarmaqla öhdəliklərini icra etmişdir. İddiaçı tərəf dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir. İddiaçının dəlilləri iş materialları və işin araşdırılmış halları ilə təkzib olunur.
30. Apellyasiya kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddianı təmin etməməkdə haqlı olmuşdur.
31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş v ə məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
32. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
33. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X rə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.