Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3958/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması 06.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-649/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, KR-5069xx-xx-2012 nömrəli kredit müqaviləsinə (bundan sonra – kredit müqaviləsi) əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 15% ödəmək şərti ilə 22.400 manat məbləğində kredit vermişdir.
2. Hazırkı icraatdan əvvəl İ.M.Məmmədov və E.M.Məmmədova hazırkı iş üzrə Cavabdeh qarşı pul tələbinə dair ayrı-ayrı iddialar qaldırmış və Bərdə Rayon Məhkəməsi iddiaları bir icraatda birləşdirmişdir. Həmin Məhkəmənin 2(021)-388/390/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 21.775 manat pulun alınaraq E.M.Məmmədovaya, 18.326 manat pulun alınaraq İ.M.Məmmədo va verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1844/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamə ilə müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq E.M.Məmmədovanın xx.xx.2012-ci il tarixdə Banka 36 ay müddətinə depozitə qoyduğu 28.000 manat əmanət girov qoyulmuşdur. Eləcə də, xx.xx.2012-ci il tarixdə Bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 15 % ödəmək şərti ilə 35 ay müddətinə 20.000 manat kredit verilmiş, həmin kreditin təminatı olaraq İ.M.Məmmədovun xx.xx.2012-ci il tarixdə Banka 36 ay müddətinə depozitə qoyduğu 25.000 manat əmanət gir ovla yüklü edilmişdir. Cavabdeh kreditor qarşısında götürmüş olduğu hər iki müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən, E.Məmmədovanın əmanətindən 21.775 manat, İ.Məmmədovun əmanətindən isə 18.326 manat silinmişdir.
3. Eyni zamanda Bank cavabdehə və İ.M.Məmmədova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2012-ci il tarixli, KR-506924-1362-2012 nömrəli kredit müqaviləsi üzrə 10.503,17 manat əsas, 140.16 manat faiz borcunun tutulması barədə iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-3649/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi müddətin keçməsi əsası ilə təmin edilməmişdir. Həmin qətnamədən Bank apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(104)-871/2019 nömrəli iş üzrə 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia mahiyyəti üzrə əsassız olduğu üçün təmin edilməmişdir. Sonuncu qətnamə Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-7281/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Bank ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8280.94 manat əsas borc və 3699.09 manat faiz borcu olmaqla, cəmi 11.980.03 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, götürdü yü öhdəliyi yerinə yetirməmişdir.
6. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 dekabr 2016-ci il tarixli, 2(021)-7778/2016 nömrəli məhkəmə əmri ilə cavabdehdən Bankın xeyrinə 8280,94 manat əsas, 3699 manat faiz, cəmi 11.980,03 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması qərara alınmışdır.
7. Cavabdeh tərəfindən əmrə qarşı etiraz verilmiş və birinci instansiya məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qərardadı ilə həmin məhkəmə əmri ləğv olunaraq iş iddia icraatına keçirilmişdir.
8. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, göstərmişdir ki, maddi imkansızlıqdan borcunu ödəyə bilməmişdir. Məhkəmədən faiz borcunun silinməsini xahiş etmişdir.
9. Bank tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən, tə rəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin Banka 8280.94 manat əsas borc, 3699.09 manat faiz borcu mövcuddur.
10. İş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2020-ci il tarixli, 2337 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2012ci il tarixli KR-5069xx-xx-2012 saylı müqavilə şərtləri nəzərə alınmaqla cavabdehin Banka olan borcu xx.xx.2015-ci il tarixə 8277.16 manat əsas, 0 manat faiz, xx.xx.2016-cı il tarixə 8277.16 manat əsas, 1962.38 manat faiz borcu təşkil edir.
11. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci insta nsiya məhkəməsi) 2(021)429/2020 nömrəli, 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia qismən təmin edilmiş, cavabdehdən 8277.16 manat əsas, 1962.38 manat isə faiz borcu olmaqla, cəmi 10239.54 (on min iki yüz otuz doqquz manat əlli dörd qəpik) və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Bankın xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manatın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bank müqavilə şərtlərinə əməl edərək müqavilədə nəzərdə tutulmuş məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddia çıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur.
13. Məhkəmə hesab etmişdir ki, tələb olunan əsas və faiz borcu ekspert rəyi ilə müəyyən olunmuş məbləğdə tutulmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2, 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM ) 9.1, 9.3, 14.2, 88, 107, 115.0.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmiş lər.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən ləğv olunmalıdır.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-810/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və yeni qətnamə qəbul edilərək, Bankın cavabdehə və X1 qarşı iddiası rədd olunmuş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2017-ci il tarixli, 2(104)-1844/2017 nömrəli qətnaməsinə istinadla qeyd etmişdir ki, hazırkı iş üzrə kredit müqaviləsi üzrə yaranmış borc Elmira Məmmədovanın depozit hesabında olan əmanətdən silinmişdir. Belə olan təqdirdə, 23 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin Bank qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyi mövcud deyildir.
19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 279, 295, 385.1-ci, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə y eni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunsuz qətnamə qəbul etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra kassasiya instansiyası məhkəməsi) 2(102)-5167/2021saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər: Abiddin Hüseynov (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
23. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, haz ırkı iş üzrə iddiaçı olan Bank apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(104)-1844/2017 nömrəli işdə iştirak etməmişdir. Digər tərəfdən həmin iş üzrə məhkəmələr tərəfindən kredit müqaviləsinə əsasən cavabdehin Banka hansı məbləğdə kredit borcunun yarandığı, girov predmeti olan əmanətin həmin borc öhdəliyinin tam icrası üçün yetərli olub-olmadığı barədə hallar müəyyən edilməmiş və ümumiyyətlə bu məsələ araşdırma predmeti olmamışdır. Həmin işə əmanətlərinə tutma yönəldilmiş girov qoyanların borcluya qarşı reqress tələbinə dair iddiaları əsasında baxılmışdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmuş 2 (104)-871/2019 nömrəli digər mülki işin də baxılan işlə hər hansı əlaqəsi olmamışdır. Çünki həmin işdə Bankın Cavabdeh və əslində hazırkı iş üzrə cavabdeh olmayan X1 qarşı hazırkı işə aidiyyəti olmayan 20 aprel 2012-ci il tarixli, KR-506924-13622012 nömrəli kredit müqaviləsi üzrə pul tələbinə baxılmışdır.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-649/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və İ.T.Həsə nov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdehdən 1962.35 manat faiz borcu tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilməsi və cavabdehdən 8277.16 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, Ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 100 manatı cavabdehdən, 50 manatı isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
27. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işdə olan ekspertiza rəyinə əsaslanmaqla, cavabdehdən 8277.16 manat əsas borc, 1962.38 manat faiz borcu olmaqla, cəmi 10.239.54 manat pulu və ödənilmiş 20 manat dövlət rüsumunu Bankın xeyrinə tutmuşdur. Ha lbuki, işdə olan ekspertiza rəyinə əsasən cavabdehin müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2015-ci ilədək 8277.16 manat əsas borc olmuş, faiz borcu isə olmamışdır.
28. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən faiz borcu tutmaqda haqlı olmamışdır.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, hazırkı mülki işin Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(104)871/2019 nömrəli digər mülki işində baxılan işlə hər hansı əlaqəsi olmamışdır. Çünki həmin işdə Bankın Cavabdeh və əslində hazırki iş üzrə cavabdeh olmayan İ.M.Məmmədova qarşı hazırkı işə aidiyyəti olmayan xx.xx.2012-ci il tarixli, KR-5069241362-2012 nömrəli kredit müqaviləsi üzrə pul tələbinə baxılmışdır.
30. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə kreditin təminatı olaraq E.M.Məmmədovanın İddiaçı ASC-nin depozitinə qoyduğu əmanətindən hazırkı müqavilə üzrə 21775 manat silinmişdir ki, bu silinmə də ekspertiza rəyində öz əksini tapmışdır.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qismən işin həqiqi hallarına uyğun olmamışdır ki, bu hal isə Azərbaycan Respublikası MPM-nin 385.1.4-cü maddəsinə görə həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 385.1.4, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i
33. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC bundan əvvəl də Cavabdeh və İntamiz Məmmədova qarşı eyni iddialar qaldırmış və işə baxan məhkəmələr tərəfindən iddia tələbləri təmin edilməmişdir.
35. Kassasiya şikayətində Mülki Məcəllənin 425.1, 425.2, MPM-in 4.1, 88, 106, 218.3, 416, 417.0.3, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
37. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməl i, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlə rdən çəkinməlidirlər.
40. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
42. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər i ştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
44. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(104)-649/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.