Məhkəmə qərarları › İş №2(102)-3959/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3959/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3959/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi – hakim), X3 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Ağalı qızına, Cavabdeh5, Cavabdeh2, X2 və Cavabdeh6 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli 04 mart 2020-ci il tarixli qərardadından Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzr ə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Zaur Əliyev) 13 fevral 2018-ci il tarixli, X5 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 İddiaçı-nin xeyrinə 479.511,37 manat əsas və 19.471,21 manat faiz borcu olmaqla, cəmi 498.982,58 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 150 manat dövlət rüsumunun tutulması, ipoteka predmetləri olan, Cavabdeh3 məxsus X5, 6 saylı evin 74 saylı mənzilinin ilkin satış qiyməti 165.000 manat, Bakı şəhəri, X5 saylı mənzilinin ilkin satış qiyməti 105.000 manat, X5 saylı mənzilinin ilkin satış qiyməti 80.000 manat, X5, 6 saylı evin 75 saylı mənzilinin ilkin satış qiyməti 76.000 manat, Cavabdeh4 məxsus X5 saylı mənzilinin ilkin satış qiyməti 140.000 manat müəyyən edilməklə, tutmanın həmin mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı-nin təmin edilmiş tələblərinin ödənilməsi, mənzillər satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh3 və Cavabdeh5 X5, 6 saylı evin 74 saylı mənzilindən, X5, 6 saylı evin 75 saylı mənzilindən, habelə onlarla birlikdə X4 və Cavabdeh2 Bakı şəhəri, X5 saylı mənzilindən, Cavabdeh3 və Cavabdeh5la birlikdə Cavabdeh6 X5 saylı mənzilindən, Cavabdeh4 X5 saylı mənzilindən çıxarılması, həmin mənzillərin boşaldılması (iddiaçıya satıldığı təqdirdə), İddiaçı-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 300 manatın Cavabdeh1 tutularaq “xxxx” MMC-nin hesabına, 100 manat məbləğində pulun isə dövlət nəfinə (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova-sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İsmayıl Xəlilov) X5 saylı, 23 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh6 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli, X5 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əhməd Nurməmmədov-sədrlik edən və məruzəçi, Mehparə Əhmədova, Əli Rüstəmov) X5 saylı, 24 dekabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh6 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 saylı, 23 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 saylı, 14 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli, X5 saylı qətnaməsi Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov-sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) X5 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli, X5 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Aida Hüseyn-sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Vüsalə Baxışova) X5 saylı, 04 mart 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli, X5 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, apelyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi Səbail rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli qətnaməsi Cavabdeh1 şikayət etdiyini və bu səbəbdən onun (Cavabdeh2) həmin qətnaməni mübahisələndirm ək hüququnun olmadığını qeyd edir. Bununla da, apelyasiya instansiyası məhkəməsi cavabdehin prosessual hüquqlarını pozur. Belə ki, qətnaməni almış tərəfin ondan bir ay ərzində şikayət etmək hüququ var. Digər tərəflərin apelyasiya şikayəti verməsi onun şikayət etmək hüququndan məhrum edilməyi anlamına gələ bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının iddia tələbləri təmin olunmu ş, Cavabdeh1 apelyasiya şikayəti verərək qətnaməni kredit borcunun tutulması hissəsində mübahisələndirmişdir. Hazırda, Cavabdeh2 da sözügedən qətnaməni məhz həmin hissədə mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 apelyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 saylı, 14 mart 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi mübahisələndirilən hissədə qanuniliyi və əsaslılığı yoxlanılaraq dəyişdirilmədən saxlanıldığından hazırkı işə Cavabdeh2 apelyasiya şikayətinə əsasən yenidən həmin hissədə apelyasiya qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Hazırki iş üzrə mübahisələndirilən hissədə (tutulan kredit borcunun məbləği) birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə borclu Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlandığından və bu barədə apellyasiya məhkəməsinin qətnaməsi artıq qanuni qüvvəyə mindiyindən həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə digər cavabdeh, ipotekaqoyanlardan birinin ailə üzvü olan Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli 04 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar