Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3959/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi, sübutlara tam qiymət verilməməsi 05.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1397/2024 nömrəli 15 avqust 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən torpaq sahəsi almaq üçün verdiyi 12000 ABŞ dolları, ev inşa olunmasına icazə barədə sərəncam verilməsi üçün verdiyi 1500 ABŞ dolları və torpağın hasarlanmasına xərclədiyi 4000 manat məbləğində pulun, 171 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Gədəbəy rayonun Slavyanka kəndində yaşayır. 2011-ci ildə X2 makler kimi torpaq alğı-satqısı işi ilə məşğul olan şəxs kimi tanımışdır və Ariflə görüşüb torpaq sahəsi almaq istədiyini bildirmişdir. Arif isə tanışı Cavabd eh satışda olan torpaq sahələrinin olduğunu bildirmişdir. Daha sonra onlar birlikdə Gəncə Şəhəri Sevinc qəsəbəsinə gedərək 23 və 24-cü küçələrdə olan iki torpaq sahəsini onlara göstərmişdir. Bir neçə gündən sonra onu Səyad adlı şəxslə görüşdürüb birlikdə həmin torpaq sahələrinə yenidən baxmaq üçün getmişlər. Cavabdeh Arifin yanında Sevinc qəsəbəsində 23 və 24-cü küçədə Arifin göstərdiyi torpaqları bir daha ona göstərərək satılması ona həvalə olunduğunu və torpağın hər birini 6000 ABŞ dollarına satdığını bildirmiş və iddiaçı həmin qiymətlə razılaşaraq hər iki torpaq sahəsini almaq qərarına gəlmişdir. Bundan sonra iddiaçı Səyada hər bir torpaq sahəsi üçün 6000 ABŞ dolları olmaqla, cəmi 12000 ABŞ dolları pulu Arifin iştirakı ilə ödəmiş, Səyad isə ona yaxın bir müddətdə həmin torpaq sahələrini iddiaçının adına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin cavabdeh müxtəlif bahanələr edərək rəsmiləşdirməkdən yayınmışdır. Həmin torpaqlardan birində tiknti işləri aparmaq istəyərkən sahə müvəkkili yaxınlaşıb tikiliyə icazə sənədi tələb etdikdə, iddiaçı Ariflə birlikdə Səyadla görüşüb tikiliyə razılıq verilməsi ilə bağlı sənəd tələb olunduğunu bildirmişdir. Səyad isə bildirmişdir ki, 1500 ABŞ dolları pul versə torpaqda tikinti işlərinin arparılması ilə bağlı ona sərəncam alıb verəcəkdir. İddiaçı razılaşıb Səyada Arifin yanında 1500 ABŞ dolları pul versə də, Səyad hər hansı bir sərəncamı ona verməmişdir. Sahə müvəkkili isə sonradan ona hər hansı bir problem yaratmadığı üçün torpaq sahəsinin kənarlarını mişar daşı ilə tikdirmişdir. İddiaçı 12000 ABŞ dollarına razılaşıb Səyaddan aldığı iki to rpaq sahəsinə dair hüquqi sənədlərin düzəldilib verilməsini dəfələrlə tələb etsə də, düzəldəcəyi barədə vədlər verərək torpaqlara dair hüquqi sənədlərin düzəldilməsi ilə bağlı ondan əlavə olaraq 3600 manat məbləğində pul istəmişdir. İddiaçı Ariflə birlikdə Səyadla görüşüb və həmin 3600 manat pulu Arif ondan götürərək sayıb onun yanında Səyada vermişdir. Lakin Cavabdeh ondan aldığı 12000 ABŞ dolları dəyərində olan torpaq sahələrinə dair hüquqi sənədləri verməmişdir. Dəfərlərlə ondan torpağa dair hüquqi sənədlərin düzəldib təhvil verməsini tələb etsə də, müxtəlif bəhanələr edərək yayınmışdır. Əlavə olaraq, cavabdeh ona verdiyi 13500 ABŞ dolları pulu ona verdiyini etiraf edir və qaytarmayacağını bildirir. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh iddiaya etiraz edər ək bildirmişdir ki, torpaq sahələri iddiaçıya verildiyi üçün onların əvəzi olaraq aldığı pulları geri qaytarmalı deyil. Həmin torpaq sahələrinin Nizaminin adına rəsmiləşdirildiyini deyə bilmir. O, pul alınıb-verilməsini görməmişdir. İddiaçı torpağın dəyərindən qalan 4000 manat pulu ödəməmişdir. Pul məsələsi o qədər uzanıb ki, sərəncam üçün verilən 3600 manat pulu geri qaytarmalı olmuşdur.
4. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 bildirib ki, Nizamini uzun müddətdir tanıyır, münasibətləri yaxşıdır. Səyadı makler kimi tanıyır. 2011-ci ilin sentyabr ayının əvvəlində Səyad 2 torpaq sahəsini satdığını bildirmişdir. O, Nizamiyə torpaq sahələrinin satıldığını demiş, Nizami isə həmin torpaq sahələri üçün onun yanında 12000 ABŞ dolları pulu Səyada vermişdir. Daha sonra Nizami Səyada t ikintiyə icazə almaq üçün 1500 ABŞ dolları, çıxarış almaq üçün sənədləşdirməyə görə 3600 manat pul vermişdir. Torpaq sahəsini satın almaq barədə danışıq məktəbdə dərs ili başlamazdan əvvəl olmuş, 12000 ABŞ dolları pul isə məktəbdə dərs ili başladıqdan sonra verilmişdir. Nizaminin verdiyi pulları o, sayıb əlbəəl Səyada verdiyi üçün pulların məbləğini və məzənnəsini dəqiq bilir. Onun iştirakı olduğu üçün pulların alınıb-verilməsi vaxtını xatırlayır.
5. Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilmiş və Cavabdeh 13500 ABŞ dolları məbləğdə pulun (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158,85 manat pulun t utularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
6. Məhkəmənin mövqeyinə görə, iddiaçının tələbini sübut etmək üçün məhkəməyə təqdim etdiyi şahid ifadəsi ilə müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin əldə edilməsi üçün 12000 ABŞ dolları, rəsmiləşdirilməsi üçün 1500 ABŞ dolları pulu Arif Həsənovun iştirakı ilə Cavabdeh təhvil vermişdir. Lakin tərəflər arasında barəsində razılaşdırılmış torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməmiş və ya bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, həyata keçirilməmiş əsasa görə pul, yəni məhrum olan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia sübuta yetirilmişdir. Belə ki, varlanmış şəxs cavabdehin əməli gözlənilən məqsədə uyğ un olmadığndan – torpaq sahəsi adına rəsmiləşdirilmədiyindən məhrum olan iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Bundan başqa, qanunvericiliyə əsasən, qaytarma tələbini istisna edən hal(lar) müəyyən olunmur. Həmçinin nəzərə alınır ki, cavabdeh iddiaya etiraz etsə də, onun verdiyi izahat bir-birinə ziddiyyətli cümlələrdən ibarət olmuş, habelə məhkəmə qaydasında tələb edilən pulun verilməsi şahid ifadəsi ilə təsdiq olunmuş, geri qaytarılması isə sübut olunmamışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edib ki, iddia 13500 ABŞ dollarının tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.
7. Məhkəmə həmçinin qeyd edib ki, iddiaçı mübahisəli daşınmaz əmlakın hasarlanması üçün çəkilən xərcin əvəzi qismində 4000 manat pulun tutulmasını xahiş etsə də, həmin hissədə iddia sübuta yetirilmədiyi üçün təmin edilməməlidir.
8. Məhkəmə onu da bildirib ki, iddianın sübutu qismində təqdim edilmiş audio səs yazılarını ehtiva edən diskin tədqiqi nəticəsində adının Səyad olduğunu təsdiqləyən şəxsin ona 13000 ABŞ dolları pulu verildiyini bildirməsi və qalıq 4000 ABŞ dolları təhvil veriləcəyi halda torpaq sahələrinin rəsmiləşdirilməsinə razılıq bildirməsi müəyyən edilsə də, həmin danışıqlar birbaşa tərəflər arasında deyil, iddiaçının təmsilçisi ilə aparılmışdır, buna görə həmin danışıqlar sübut qismində qəbul edilə bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1093.2.1, 1093.2.2ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icr aat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamışdır. Əvvəldən bu iddia ona qarşı deyil, torpaq alveri ilə məşğul olan Arif adlı şəxsə qarşı qaldırılmışdır. Sonradan onlar iddianı ona qarşı qaldırmışlar. O, Nizamiyə 2 torpaq sahəsi vermişdir. Nizami ona bu 2 torpağa görə 12000 ABŞ dolları verməli idi, lakin ona 8000 ABŞ dolları verib pulun yerdə qalanını verməmişdir. Nizami onun verdiyi torpaqları satmışdır. Bu gün iddiaçı ondan aldığı 4000 ABŞ dollarını vermədiyi torpaqları satıb ondan pul istəyir. Halbuki, torpağı satıb iki qat pul qazanan şəxs əgər ondan pul istəyirsə, torpağını geri qaytarmalıdır. Məhkəmə işdə şahid kimi X1 şahid qismində verdiyi ifadəyə istinad etmişdir. Halbuki, şikayətə əlavə etdiyi şahid X1 xx.xx.2023-cü ildə Gəncə Şəhər Məhkəməsinə yazdığı etiraz ərizəsində ona pul vermədiyini bildirmişdir. Belə olan halda şahidin izahatının sübut kimi qəbul edilib, ondan 13500 ABŞ dolarının tutulmasının hüquqi əsası yoxdur. Ona verilən pul 12000 ABŞ dolları yox, 8000 ABŞ dolları məbləğindədir. Məhkəmə isə bu halı tam araşdırmadan iddianı təmin etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1397/2024 nömrəli iş üzrə 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - L.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və İ.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)- 1158/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmiş, Cavabdeh 8000 ABŞ dolları məbləğdə pulun (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş 158 manat dövlət rüsumunun 110 manatı alınaraq İddiaçı verilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: - Birinci instansiya məhkəməsi iddianı 13500 ABŞ dolları məbləğində təmin edərkən şahid qismində dindirilmiş X1 ifadəsinə əsaslanmışdır. - Məhkəmə kollegiyası qeyd edib ki, hazırkı iş üzrə şahid X1 ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, o, hazırkı iş üzrə maraqlı şəxs olmaqla, həm də onun ifadəsi digər sübut növləri ilə öz təsdiqini tapmır. - Göründüyü kimi, iddiaçı cavabdeh ə 13500 ABŞ dolları məbləğində pul verməsi barədə heç bir mötəbər sübut növü təqdim etməmişdir. - Bununla belə, Cavabdeh iddiaçıdan 8000 ABŞ dolları pul alması onun izahatı ilə təsdiq edilir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2, 1093.1-ci, MPM-nin 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Gəncə Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməkdə haqlı olmamışdır. Gəncə A pellyasiya Məhkəməsi məhkəmə prosesində ciddi prosessual pozuntulara yol vermişdir.
17. Pozuntular aşağıdakılardan ibarətdir: - Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə prosesində iddiaçıdan ona satdığı iki torpaq sahəsinə görə cəmi 12000 ABŞ dolları məbləğdə pul ödədiyini etiraf etmişdir; - Cavabdehin İddiaçı iki torpaq sahəsinə görə cəmi 12000 ABŞ dolları aldığını təsdiq edən səs yazısı sübut kimi birinci instansiya məhkəməsinə təqdim edilmiş, Cavabdeh isə həmin səsin ona məxsus olduğunu məhkəmə prosesində etiraf etmişdir; - Gəncə Şəhər Məhkəməsində digər iddia tələbi ilə bağlı 2(125)-1317/2023 saylı iş üzrə məhkəmə prosesində şahid kimi ifadəsi alınan Cavabdeh sözügedən iki torpaq sahəsinə görə İddiaçı 10000 ABŞ dolları pul aldığını bildirmiş və bununla bağlı məhkəmə prosesində ərizə tərtib edərək işə əlavə olunması üçün təqdim etmişdir. Cavabdeh özünü müdafiə etmək üçün fərqli və ziddiyyətli ifadələr vermişdir; - Cavabdeh apellyasiya məhkəməsində ifadə verərkən iki torpaq sahəsini satmaq üçün İddiaçıla cəmi 12000 ABŞ dollara razllaşdığını, 8000 ABŞ dollarını aldığını və İddiaçı ona əlavə 4000 manat borcu qaldığını bildirmişdir; - Cavabdeh özünü müdafiə etmək üçün apellyasiya məhkəməsində ziddiyətli ifadələr vermişdir. Lakin məhkəmə cavabdehin ifadəsini dəyişərək qətnamədə 4000 ABŞ dolları qeyd etmişdir. Bununla da cavabdehin ziddiyyətli ifadəsinə düzəliş etməsində köməklik göstərmişdir. - Cavabdeh səs yazısı diqqətlə dinlənilərsə Cavabdeh iki torpaq sahəsinə görə Nizamidən 12000 ABŞ dolları aldığı açıq-aşkar etiraf olunur. Məhkəmə təqdim edilmiş səs, əl yazma və şahid ifadəsi olan sübutları nəzərə almamış, cavabdehin fərqli, ziddiyyətli yalan ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.
20. İddia tələbinin predmeti baxımından kassasiya baxışının hədləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə, cavabdehdən 13500 ABŞ dolları məbləğdə pulun tutulmasını qət etmiş, iddia tələbini qalan hissədə rədd etmişdir. İddiaçı tələbinin təmin olunmayan hissəsi ilə razılaşmış və birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verməmişdir. Bu hal onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində qanuni qüvvəyə minmişdir.
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində dəyişdirmiş, cavabdehdən 8000 ABŞ dolları məbləğdə pulun və ödənilmiş 158 manat dövlət rüsumunun 110 manatının alınaraq İddiaçı verilməsini qət etmişdir. İddiaçı hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb etməsinə baxmayaraq, kassasiya şikayəti üzrə yoxlanılması mümkün olan hissə - birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilən (13500 ABŞ dollarının azaldılaraq 8000 ABŞ dolları tutulması və buna uyğun məhkəmə xərclərinin bölüşdürülməsi) hissəsidir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd olunan mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki q anunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 24. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.7. Əsassız varlanma.
25. Maddə 1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
26. Maddə 1091.2 əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
27. Maddə 1093.1 öh dəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllə nin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.
38. Belə ki, işin mahiyyəti üzrə həlli olunması üçün əhəmiyyətli olan halları kimi məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya Gəncə şəhərinin Sevinc qəsəbəsinə torpaq sahəsini sənədləşdirməklə satmaq barədə razılığa gəlib ondan pul almışdır. İşin bu halı mübahisələndirilmir. İşin mübahisələndirilən halı – tərəflərin razılaşmasına əsasən cavabdehə verilən pulun məbləği ilə bağlıdır. Çünki iddiaçı cavabdehə torpağı almaq üçün 13500 ABŞ dolları verildiyini bildirdiyi halda, cavabdeh apelyasiya məhkəməsində iddiaçıdan 8000 ABŞ dolları alıdığını bildirmiş və apelyasiya instansiyası məhkəməsi də cavabdehin bu etirafına istinad edərək, iddia tələbini 8000 ABŞ dolları məbləğdə təmin etmişdir. İddiaçı bu nəticə ilə razılaşmır və qeyd edir ki, cavabdeh eyni torpaq sahəsi ilə bağlı Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş 2(125)-1317/2023 saylı iş üzrə verdiyi izahatında iddiaçıdan 10000 ABŞ dolları məbləğdə pul aldığını bildirmişdir və məhkəmə prosesində həmin izahatın kserosurətini təqdim etmişdir.
39. Həqiqətən də mülki işin 33-cü səhifəsinə cavabdehin iddiaçıdan 10000 ABŞ dolları məbləğdə pul aldığını təsdiq edən yazılı izahatı əlavə olunmuşdur. Lakin işə baxmış apelyasiya instansiyası məhkəməsi həmin izahata qiymət verməmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiya nın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
41. Konstitusiyanın qeyd edilən normaları məhkəmələrdə işlərə baxılarkən prosessual qaydalara dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiy alı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.
42. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğ un olsun.
44. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apelly asiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).
46. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
47. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.
48. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-in tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.
49. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli 2(104)1397/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.