Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-396/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu barədə məlumatların kredit reyestrinə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli, 2(103)5859/2021 saylı qətnaməsindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 21 dekabr 2012-ci il tarixli, 109625-1-4895 saylı krediti müqaviləsinə əsasən müştəriyə 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 33 673 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borc öhdəliyinin müştəri tərəfindən vaxtında və lazımınca icra edilməməsi səbəbindən, bank borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2-(012)-877/2016 saylı qətnaməsi ilə Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə 10871,42 ABŞ dolları məbləğində əsas borcun, 2662,65 ABŞ dolları məbləğində faiz, 57,80 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13.591,87 ABŞ doll arı məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun cavabdehlər İddiaçı və X1 müştərək qaydada tutularaq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, ödəmənin ipoteka qoyulmuş, İddiaçı mülkiyyətində olan «Hyunday Santafe» markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaitindən 13591,87 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaitinin İddiaçı Bank VTB (Azərbaycan) ASCyə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hiss əsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.02.2020-ci il tarixli, 2(105)-295/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli 2(012)-877/2016 saylı qətnaməsi cavabdeh İddiaçı munasibətdə dəyişdirilmiş, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 109625-1-4895 saylı, 21.12.2012-cı il tarixli avtomobil krediti müqaviləsi üzrə yaranmış 06 yanvar 2016-cı il tarixə olan 9.749,81 ABŞ dolları məbləğində əsas borcun, 1.546,96 ABŞ dolları məbləğində faiz, 57,80 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 11.296,77 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi val yuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun cavabdehlər İddiaçı və X1 müştərək qaydada tutularaq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, ödəmənin ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan «Hyunday Santafe” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaitindən 11296.77 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaitinin İddiaçı Bank VTB (Azərbaycan) ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir.
3. Həmin qətnamədən verilmiş kassasiya şikayətləri Az ərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.09.2020-ci il tarixli, 2(102)-3372/2020 saylı qərarı ilə təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının ona tətbiq olunması məqsədi ilə kreditordan Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş borc məbləği barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına və Mərkəzi Banka məlumatların verilməsini xahiş etmişdir. Lakin kreditor Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına iddiaçı ilə bağlanmış müqavilə üzrə 21 fevral 2015-ci il və 21 dekabr 2015-ci il tarixlərinə olan borcun məbləğini Abşeron Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2-(012)-877/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş məbləğdə 10871,42 ABŞ dolları əsas borc kimi göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.12.2012-ci il tarixli, 109625-14895 saylı müqavilə üzrə yaranmış kredit borcu (06.01.2016-cı il tarixə olan 9.749,81 ABŞ dolları məbləğində əsas borc, 1.546,96 ABŞ dolları məbləğində faiz borc, 57,80 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 11.296,77 ABŞ dolları) barədə dəqiq məlumatın Mərkəzi Banka təqdim edilməsi öhdəliyinin Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasını, xarici valyutada olan 21.12.2012-ci il tarixli, 109625-1-4895 saylı müqavilə üzrə yaranmış kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə hesablanıb kompensasiya şəklində İddiaçı hesablanmasının Azərbaycan Respublikası Milli Bankının üzərinə vəzifə kimi qoyulmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona qarşı borcun tutulması və borcun ipotekaya yönəldilməsi tələbinə dair işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən vəsatət verərək, əsas borc məbləği 10.000 ABŞ dolları məbləğindən çox olmadığına görə bu məbləğin "Fiziki şəxslərə aid problemli kreditlərin həlli üçün əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarix li, 2(012)-877/2016 saylı qətnaməsinin ləğv edilməsini və Bank VTB (Azərbaycan) ASC-nin borcun tutulmasına dair iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Lakin məhkəmə vəsatəti təmin etməmişdir. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qəbul edilməmişdən əvvəl tənzimləyici orqana onun kredit borcu barədə məlumat vermişdir. Belə ki, ona göndərilən 06.03.2020-ci il tarixli 1086 saylı cavab məktubu ilə cavabdeh bildirmişir ki, borc öhdəliyinin müştəri tərəfindən vaxtında və lazımınca icra edilməməsi səbəbindən, bank tərəfindən ərizə ilə aidiyyəti məhkəməyə müraciət edilmişdir. Məsələ üzrə yekun qərarın verilməsindən sonra bank tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq tədbirlər görüləcəkdir. Dəfələrlə müraciət edərək ona kompensasiya v erilməsi üçün tədbir görülməsini xahiş etsə də, cavabdeh heç bir tədbir görməmişdir. Hesab edir ki, əsas borc məbləği 10.000 ABŞ dollarından çox olmadığı üçün həmin məbləğ “Problemli kreditlərin həlli ilə bağlı” Prezidentin Fərmanının təsiri altına düşür. Bu səbəbdən də cavabdeh “Problemli kreditlərin həlli ilə bağlı” Prezidentin Fərmanına uyğun olaraq kredit barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. Kredit borcu barədə məlumatlar Mərkəzi Banka göndərilmədiyi üçün bunun məsuliyyəti cavabdehin üzərinə düşür. Bu səbəbdən iddiaçıya kompensasiyanın hesablanıb verilməsi mümkün olmamışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-354/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) 109625-1-4895 saylı, 21.12.2012-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə 06.01.2016-cı il tarixə olan əsas borcun 9.749,81 ABŞ dolları məbləğində olması barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh1 ASC-yə həvalə edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən cavabdeh məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.02.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının banka olan borcun məbləği dəqiqləşdirilmiş, onun 06.01.2016-cı il tarixə olan əsas borcun məbləği 9.749,81 ABŞ dolları, faiz borcunun məbləği 1.546,96 ABŞ dolları, cərimə borcunun məbləği 57.80 ABŞ dolları olmaqla, cəmi 11.296,77 ABŞ dolları kimi müəyyən edilmişdir. Lakin cavabdeh müvafiq məlumatı “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmişdir. Halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olması haqqında məlumat verməlidir. Beləliklə bank "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqları na xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da iddiaçının müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuşdur.
9. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 109625-1-4895 saylı, 21.12.2012-cı il tarixli kredit müqaviləsi barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh1 ASC-yə həvalə edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425-ci maddələrinə, “İnformasiya əldə etmək haqqında” Qanuna, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarına və “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalara istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli, 2(103)5859/2021 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-354/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh onun tərifindən sistemdə olan məlumat ların vaxtı-vaxtında Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edildiyini göstərsə də, hazırki iddia tələbində göstərilən məlumatı təqdim etməməsinin həqiqi səbəblərini göstərmir, yaxud göstərmək istəmir. Əksinə iddia tələbinə etiraz edir, hətta Sumqayıt Apellyasiya Məhkəməsinin 17.02.2020-ci il tarixli 2(105)-295/2020 saylı qətnaməsində hər hansı bir məlumatın "xxxx" MMC-yə təqdim edilməsinin nəzərdə tutulmadığını göstərir. Həmin işdə hansısa məlumatın "xxxx" MMC-yə təqdim edilməsinə dair tələb olmadığından qətnamədə də bu məsələyə dair hansısa göstəriş ola bilməzdi. Göründüyü kimi, bu cür dəlillərdən istifadə edilməsi cavabdehin açıq-aşkar haqsız mövqeyinin olduğuna dəlalət edir.
14. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, tərəflər arasında olan hazırki münasibət kredit müqa viləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin nəticəsi olaraq qətnamənin icrası ilə bağlı olduğundan iddiaçının da mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməsi tələb olunmurdu. Çünki, tələb olunan məlumatların "xxxx"na təqdim edilməsi cavabdehin qanunvericiliyin tələbinə əsasən vəzifəsi və borcudur və bu vəzifəni də icra etməli idi. Lakin icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə iddiaçının banka hər hansı bir müraciət etmədiyini göstərsə də, bu dəlil də iş materialları ilə təkzib olunur. Çünki, iş materiallarında (bax.i.v.10-11) cavabdehin iddiaçıya ünvanladığı 06.03.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, əksinə iddiaçı tələbində göstərdiyi məsələlərlə bağlı cavabdehə dəfələrlə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya bu cür münasibəti haqlı olaraq mülki dövriyyənin iştirakçısı kimi iddiaçıda narazılıq yaratmışdır. Bu hal isə yolverilməzdir.
15. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qeyd olunan kredit müqaviləsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş kredit borcunun, o cümlədən əsas borcun məbləği barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə dəqiq məlumat verilmiş olsa idi, ümumiyyətlə bu iddianın irəli sürülməsinə əsaslar olmazdı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütün faktiki halların aydınlaşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
18. Kassasiya şikayətində qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.02.2020-ci il tarixli, 2(105)-295/2020 saylı qətnaməsi kassasiya qaydasında mübahisələndirildiyi üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.09.2020-ci il tarixli, 2(102)-3372/2020 saylı qərarı qəbul edildiyi tarixdən qanuni qüvvəyə minmişdir. İddiaçı həmin tarixdən sonra mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə banka hər hansı bir müraciət etməmiş, kredit tarixçələrinin məlumat bazasında onun qeyri-dəqiq məlumatlarının olması ilə əlaqədar heç bir şikayət verməmiş və müraciət etmək imkanını itirməmişdir. Bundan başqa, İddiaçı iddia ərizəsindən görünür ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən kompensasiya ödənişinin alınmasıdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditl ərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə-01 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi, 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə isə xarici valyutada əsas kredit borcuna münasibətdə-01 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi fiziki şəxslərin bankalara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesab ına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. Mübahisələndirilən qətnamədə isə İddiaçı “Bank VTB (Azərbaycan) “ ASC-yə 06.01.2016-cı il tarixə olan əsas borcun 9.749,81 ABŞ dolları məbləğində olması barədə məlumatların "xxxx" MMC-yə verilməsi nəzərdə tutulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mü lki Məcəlləsi: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmə lə gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanı
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restruktur izasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İddiaçının tələbi, onun məhkəmə qətnaməsi ilə banka olan borc məbləği haqqında məlumatların kredit reyestrində yerləşdirilməsi məqsədi daşıyır. Məhkəmələrin müəyyən etdiyi kimi, bu cür məlumatların verilməsi cavabdehin birbaşa vəzifəsidir. Çünki Azərbaycan Respublikası X3 Heyətinin 03.11.2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci bəndinə görə banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər.
30. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir (Qaydaların 2.2-ci bəndi).
31. Qaydaların 2.5-ci bəndinin tələbinə görə banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir.
32. Göründüyü kimi MKR məlumatları və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil etmiş olduğu elektron portal məlumatları, mühasibat registrindəki hesabat lara əsasən icbari qaydada vaxtaşırı yenilənən məlumatlardır. Bu məlumatlar mötəbər əsaslara söykənməldir. Hazırki işdə bu cür məlumatın əsasını borc məbləğini müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təşkil edir və cavabdeh bu məlumatların verilməsindən imtinanı qanuna istinadən əsaslandıra bilmir.
33. İddiaçının verilmiş iddia tələbində irəli sürdüyü tələblə əvvəlcədən cavabdehə müraciət olunmadığı və buna görə də iddia ərizəsinin baxılmamış saxlanması barədə kassasiya dəlili əsassızdır. Çünki apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, cavabdehin iddiaçıya ünvanladığı 06.03.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı tələbində göstərdiyi məsələlərlə bağlı cavabdehə dəfələrlə müraciət etmişdir. Cavabdehin iddiaçıya bu cür münasibəti haqlı ola raq mülki dövriyyənin iştirakçısı kimi iddiaçıda narazılıq yaratmışdır.
34. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz təsdiqini tapmır.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli, 2(103)5859/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.