Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3960/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi, müqavilə tələbləri üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələb inə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1930/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 051T08170120 nömrəli kredit müqaviləsinə əsasən kreditor borcalana 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 6000 (altı min) manat məbləğində kredit verməyi, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx. xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və sonuncular borcalanın kreditor qarşısında öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4472.51 manat əsas borcun, 4773.98 manat faiz, 3688.26 manat cərimə borcunun və 641.08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla cəmi 13 575.83 manat və ödə nilmiş 130.73 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdehlərin banka ödənilməmiş 4472 manat əsas kredit borcu, 4773.98 manat faiz, 3688.26 manat cərimə, 641.08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 13 575.83 manat borcu yaranmışdır.
5. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 6000 manat pul verilmiş, bank isə bunu bildiyinə baxmayaraq mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada vaxtında məhkəməyə müraciət etməmiş, 3 illik müddət bank tərəfindən ötürülmüşdür.
6. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(013)-269/2023 saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi vaxt 25 avqust 2019-cu il tarixdir və həmin vaxtdan onun 3 illik iddia müddətinin axımı başlamışdır. Lakin iddiaçı iddia ərizəsini 16 noyabr 2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir.
8. Məhkəmə iddia müddətinin axımının xx.xx.2019-cu il tarixdən hesablanmağa başlanmasını nəzərə alaraq hesab etmişdir ki, iddia çı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.
9. Birinci instansiya məhkəməsi iddianın zaminlərə aid hissəsinə münasibətdə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə kredit öhdəliyinin müddəti 25 avqust 2019-cu il tarixdə bitdiyindən kreditor zaminə qarşı 25 avqust 2020-ci il tarixədək iddia qaldıra bilərdi. Hazırkı işin materiallarına əsasən bank 16 noyabr 2022-ci il tarixdə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaranmışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 470.1, 470.2, 472.1, 477.0.1, 477.0.4, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, “Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən Cavabdeh1 Airf oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq iddia müddəti ötürülmədən (son i ddia müddəti xx.xx.2022-ci il tarixdə bitir), yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və onun zaminlərinin rəsmi qeydiyyatda olduqları ərazi üzrə Ağdam Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Ağdam Rayon Məhkəməsi müvafiq işi icraata götürmədən xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarmışdır. Həmin qərardad bankın ünvanına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Cavabdehin faktiki yaşayış yerini müəyyən etmək məqsədilə Bank tərəfindən Ağdam Rayon İcra Hakimiyyətinə sorğu məktubu göndərilmiş, sorğuya cavab xx.xx.2022-ci il tarixdə Banka daxil olmuşdur. Bundan sonra Ağdam Rayon Məhkəməsinə yenidən müraciət edilməsi üçün müvafiq sorğuya cavab məktubunun alınması, iddia ərizəsinin tərtib edilməsi və s. bu kimi zəruri idarədaxili prosedur qaydalar LPO "xxxx" ASC-dən asılı olmayan sə bəblərdən iddia ərizəsinin müvafiq vaxt itkisi ilə Ağdam Rayon Məhkəməsinə göndərilməsinə səbəb olmuşdur.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1930/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməməklə, müqavilə şərtlərini pozmuş və əsas kredit və faiz borcundan ibarət pul vəsaitini müəyyən olunmuş qaydada və müddətdə iddiaçıya geri qaytarmamışdır ki, bununla da iddiaçının ödənilməmiş kredit borcunun cavabdehdən tutulmasına dair subyektiv hüququ əmələ gəlmişdir. Lakin tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 051T08170120 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və müqavilənin icra müddətinin son tarixi xx.xx.2019-cu il tarix müəyyən olunmuşdur. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı müqavilənin müddətinin başa çatdığı xx.xx.2019-cu il tarixdən başlanmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı tələb üzrə iddia müddətinin axımı xx.xx.2017-ci il tarixli kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə, yəni xx.xx.2019-cu il tarixdə başlanmış, lakin iddiaçı bank xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə, üç illik iddia müddətini ötürmüşdür ki, bu da məhkəmən in iddiadan imtina etməsi, yəni iddianı rədd etməsi üçün əsas olmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin ilkin olaraq iddia müddəti ötürülmədən (son iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir), yəni xx.xx.2022-ci il tarirxdə məhkəməyə müraciət etmələri, məhkəmənin isə işi icraata götürmədən xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarması və geri qaytarma qərardadının bankın ünvanına xx.xx.2022-ci il tarixdə daxil olması ilə bağlı apellyasiya dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin 7 günlük müddət nəzərə alınsa belə, yenə də, iddiaçı bankın xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, hazırkı iş üzrə iddia müddəti ötürülmüşdür.
17. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 372.2, 373.2, 375.2, 376, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarlarına, MPM-in 385.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğundur və Mülki Məcəllənin 382-ci mad dəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına, MPM-in 88, 385.1.1 və 418.1-ci maddələrinə istinad edilməklə əsaslandırlmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
22. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti is ə altı ildir.
24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
25. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
26. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
27. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə m üəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
31. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
32. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
33. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyi ni vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
34. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı
35. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla hə ll etmək imkanı yaradır. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı
36. İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsin ə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarı
37. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlə rindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli halları bu qərarın 1-2ci paraqraflarında əksini tapmışdır.
51. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər borcla və zaminliklə bağlı öhdəlik münasibətləridir və apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq cavabdehin iddiaçı ilə borc razılaşması üzrə öhdəliyini icra etmədiyini müəyyən etmiş, lakin iddia müddəti keçdiyinə görə iddianı təmin etməmişdir.
52. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, kredit öhdəlikləri üzrə tələblər iddia müddətlərinə tabe tutulur.
53. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
54. Kredit münasibətləri də həyata keçirilməsi müddətlərlə müəyyən edilən müqavilə öhdəliklərdir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
55. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
56. İddia müddətlərinin tətbiqi zamanı mütləq müəyyən edilməli hallardan biri – iddia müddətinin axımının başlanma anıdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri).
57. Apellyasiya instansiyası məhkəməsi işin hallarını bu baxımdan araşdıraraq qeyd et mişdir ki, tərəflərin arasında borcun qaytarılması müddəti 25 avqust 2019-cu il tarixdə bitmiş, iddia ərizəsi ilə məhkəməyə 16 noyabr 2022-ci il tarixdə, yəni iddia müddəti ötürülməklə müraciət olunmuşdur.
58. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi barədə dəlilləri ilə razılaşır. Kassator iddia müddəti ilə bağlı fərqli nəticəyə gəlməyə əsas verən hər hansı sübut rəqdim etməmişdir.
59. İddiaçının Cavabdeh1 Airf oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq iddia müddəti ötürülmədən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi, lakin təqdim olunan sənədlərin tam olmaması əsasına görə məhkəmənin iddianı icraata götürmədən xx.xx.2022-ci il tarixli qərardadla geri qaytardığı, qərardadın xx.xx.2022-ci ildə iddiaçıya çatması, bundan sonra sorğu verilməsi və iddiaçıdan asılı olmayan zəruri idarədaxili proseduralar səbəbindən iddia ərizəsinin vaxt itkisi ilə məhkəməyə təqdim olunması barədə dəlilləri qətnamənin ləğvinə əsas vermir.
60. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
61. Qeyd olunan normadan göründüyü kimi iddianın irəli sürülməsi o şərtlə iddia müddətinin axımının kəsilməsinə səbəb olur ki, iddia müəyyənləşdirilmiş qaydada irəli sürülmüş olsun. İddianın irəli sürülməsi qaydaları MPM-də müəyyən olunmuşdur. Buraya ilk növbədə MPM-nin iddia ərizəsinin forma və məzmununa aid olan 149-cu və iddia ərizəsinə əlav ə edilməli sənədlərin siyahını müəyyən edən 150-ci maddəsinin tələbləri aiddir. Həmin tələblərə əməl olunmadan verilən iddia üzrə məhkəmə icraatı başlanmır və iddia ərizəsi geri qaytarılır. Başqa sözlə, icraatın başlanmasına əsas olmayan iddia ərizəsinin verilməsi, Mülki Məcəllənin 380.1-ci maddəsində bəhs olunan “iddianın müəyyənləşdirilmiş qaydada irəli sürülməsi” şərtinə uyğun deyildir və bu cür iddianın verilməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmur.
62. Kassasiya şikayətində iddia müddətləri ilə bağlı hüquq normaları, iddia müddətlərinin tənzilmlənməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları əsasında formalaşmış məhkəmə təcrübəsi yanlış təfsir edilir.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tə rəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1930/2024 nömrəli, 28 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.