Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3961/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əldən çıxmış faydanın ödənilməsi 19.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1375/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəmkir Rayon M əhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(076)-372/2022 nömrəli qətnaməsi ilə JN-863 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında İddiaçı, habelə Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payının Dövlət Aktının JN-863/0.56 ha hissəsində 0,112 ha olmaqla şimali şərqdən başlayaraq, cənubi şərqə doğru və JN863Z/1.06 ha hissəsində 0.21 ha olmaqla şimali şərqdən başlayaraq, cənubi şərqə doğru ayrılmış hissələrin natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. 2. 3123004143 qeydiyyat nömrəli, xx.xx.2023 tarixli, **********80 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindənçıxarışa əsasən Şəmkir rayonu, Keçili kə ndində yerləşən 0,2095 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və X2 (bundan sonracavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş 8.869 manat maddi zərərin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun keçmiş əri, digər cavabdeh X3 isə keçmiş baldızıdır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 saylı qərarı ilə onlara ailə olaraq pay torpaq sahəsi verilmişdir. Sonradan ailə münasibətləri pozulduğundan Cavabdeh1 ayrılmış və paylı mülkiyyətlərində olan torpaq sahəsini ayırıb ona təhvil vermələrini istəmişdir. Lakin cavabdehlər buna könüllü olaraq razılıq verməmiş, bu səbəbdən də o, məhkəmədə iddia qaldırmalı olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-372/2022 nömrəli qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. İddia tələbi ilə bağlı olaraq o, cavabdehlərin təqsiri ucbatından maddi ziyan çəkmişdir. Dövlət rüsumları, vəkil xidmət haqqı və ekspertiza xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdehlər həmin maddi ziyanın əvəzini ona ödəməlidirlər. Eyni zamanda cavabdehlər 2008-ci ildən 2023-cü ilin mart ayına kimi onun mülkiyyətində olan 0.2095 ha torpaq sahəsini onun razılığı olmadan əkib-becərmiş, bu hərəkətləri ilə mülkiyyətində olanəmlakdan onu mərhum etmişlər. Cavabdehlərin təqsirindən o, öz torpaq sahə sindən gəlir əldə edə bilməmişdir. Cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus 0.2095 ha pay torpaq sahəsindən hər il orta hesabla 500 manat gəlir əldə etmişlər. Cavabdehlər onun torpaq sahəsində 2008-ci ildən 2023-cü ilin mart ayına kimi kartof, kələm, taxıl və digər kənd təsərrüfatı məhsulları əkiblər becərmişlər. 15 il ərzində cavabdehlərin əldə etmiş olduğu gəlir 7500 manat təşkil etmişdir. Cavabdehlər həmin pulu ona qaytarmır. Nəzərdə tutulduğu kimi bir qayda olaraq vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Cavabdehlərin təqsiri ucbatından ona ekspertiza xərci olaraq 311 + 51 manat, məhkəməyə 100 manat dövlət rüsumu, Şəmkir 11 saylı Əraz İdarəsinə ölçmə işləri üçün 240 manat rüsum, vəkilə verilən etibarnamə üçün 17,25 manat, vəkil xidmət haqqı olaraq 350 manat, hazırkı iddia ilə bağlı 120 manat dövlət rüsumu ödəmiş, poçt ödənişləri, nəqliyyat xərci olaraq 200 manat ödəmişdir. Cavabdehlərin ona vurmuş olduqları maddi ziyanı 8869 manat dəyərində qiymətləndirir. Buraya cavabdehlərin ona mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsini əkib-becərməklə əldə etdikləri 7500 manat gəlir də daxildir.
5. Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)-2226/2023 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 120 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə iddia tələbinin əvvəlki məhkəmə qətnaməsi üzrə çəkmiş xərclərin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin iş üzrə iddiaçının çəkmiş olduğu xərclər məhkəmə xərcləridir və həmin iş üzrə işə baxılark ən iddiaçı onu tələb etmək imkanı olmuşdur, hətta belə imkan əlavə qətnamə ilə də mümkün ola bilərdi. Ona görə də məhkəmə hesab etmişdir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir.
7. İddianın cavabdehlərin 2008-ci ildən 2023-cü ilin mart ayına kimi onun mülkiyyətində olan 0.2095 hektar torpaq sahəsini onun razılığı olmadan əkib-becərməsi nəticəsində hər il orta hesabla 500 manat gəlir əldə etdiklərindən 7500 manatın tələb edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbinin əsaslı olması üçün cavabdehlər tərəfindən ona maddi ziyan vurulması təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdeh mülki hüquq pozuntusu törədən şəxs kimi məhkəmə tərəfindən tanınmalıdır. Eləcə də, vurulmuş maddi ziyanla cavabdehlərin hüquqa zidd hərəkətləri ara sında səbəbli əlaqə olmalıdır. Yalnız o halda iddiaçının ona vurulmuş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yaranmış olur. Torpaq sahəsini əkib-becərməsi, gəlir əldə etməsi və nə qədər zərərə məruz qalmasını sübut edə bilməmişdir, bu hissədə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
8. Həmçinin hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən vəkil xidmət haqqı təmin edilməməldir. Ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir.
9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəicraat
10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlərdən onların vurmuş olduqları maddi ziyanı tələb etmək hüququ vardır. Cavabdehlər onun paylı mülkiyyətində olan əmlakdan istifadəsinə məhdudiyyət yaratmışlar. Onların bu qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan əmlakdan məhrum olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sübut olunur ki, cavabdehlərin qanunsuz hərəkətlərinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qal mışdır və cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən çıxarılmışlar.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1375/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər –İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və ŞamilRzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)-2226/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki iddiaçı, iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
14. Məhkəmə kollegi yası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 213.1, 213.2, 215.1, 215.2, 216, 1096.1 və1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkil Nümayəndəoğlu) kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1375/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məc əlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
21. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
22. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
23. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
24. Maddə
216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
36. Maddə
420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, məhkəmənin a ktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüqüqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddia tələbinin əvvəlki məhkəmə qətnaməsi üzrə çəkmiş xərclərin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin iş üzrə iddiaçının çəkmiş olduğu xərclər məhkəmə xərcləridir və həmin iş üzrə işə baxılarkən iddiaçı onu tələb etmək imkanı olmuşdur, hətta belə imkan əlavə qətnamə ilə də mümkün ola bilərdi. Ona görə də bu hissədə iddia tələbi təmin edilməməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddianın- cavabdehlərin 2008-ci ildən 2023-cü ilin mart ayınadək onun mülkiyyətində olan 0.2095 hektar torpaq sahəsini onun razılığı olmadan əkib-becərməsi nəticəsində hər il orta hesabla 500 manat gəlir əldə etdikləri ndən 7.500 manat pul tələb edilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçının tələbinin əsaslı olması üçün cavabdehlər tərəfindən ona maddi ziyan vurulması təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdeh mülki hüquq pozuntusu törədən şəxs kimi məhkəmə tərəfindən tanınmalıdır. Eləcə də, vurulmuş maddi ziyanla cavabdehlərin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. Yalnız o, halda iddiaçının ona vurulmuş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yaranmış olur. Cavabdehlərin torpaq sahəsini əkib-becərməsi, gəlir əldə etməsi və özünün nə qədər zərərə məruz qalmasını iddiaçı sübut edə bilməmişdir. Bu səbəbdən iddia bu hissədə də rədd edilməlidir.
43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçı nın kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(104)-1375/2024 saylı qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.