Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3964/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X3 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, cavabdehin nümayəndəsi X2 və vəkili X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019cu il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Mirzəzadə, iş № 2(004)-xx/17) İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təminedilərək Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə İddiaçı hesablanmış 2851.14 manat borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və E.Kazımov, iş № 2(103)-xx/18) Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx xx 2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov-sədrlik edən və məruzəçi, Ə.Rüstəmov və Ə.Əhmədov, iş № 2(102)-xx/18) cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq Ba kı Apellyasiya Məhkəməsinin MK-nın xx xx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova-sədrlik edən və məruzəçi, E.Şamayev və X.Sarıyev, iş № 2(103)-46/19) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Мəhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən h esablanmış 2851.14 manat borcun silinməsi və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin nümayəndəsi N.Hümbətov və vəkili F.Sadıqov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Res publikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin nümayəndəsi N.Hümbətovun və vəkili F.Sadıqovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ASC ilə iddiaçı arasında 18.06.2015-ci il tarixdə bağlanmış “Su təchizatı və su tullantılarının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqaviləyə” əsasən ASC abonentin (iddiaçının) tələbatına uyğun məişət – içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı suların fasiləsiz qəbulunu həyata keçirilməsini, abonent isə ASC tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturada göstərilmiş müddətdə ödəməsini öhdəsinə götürmüşlər. Cavabdeh ASC tərəfindən təqdim edilmiş “08/03355 saylı Akta əsasən iddiaçıya aid ünvanda 06.07.2015-ci il tarixdə “ALFA-20” markalı, 49761389 №-li sayğac quraşdırılmışdır. Cavabdeh ASC-nin əməkdaşlarının MXŞ-1775 saylı, 30.06.2016-cı il tarixli ak tdan görünür ki, iddiaçı X4 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx xxx 2016-cı il tarixdə cavabdeh “Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zaman məlum olmuşdur ki, obyektdə sayğacdan kənar d=20 mm-lik boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilir. Həmin su xətti ASC-nin əməkdaşları tərəfindən dayandırılmışdır. Cavabdeh ASC tərəfindən tərtib edilmiş “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından” görünür ki, 30.06.2016-cı il tarixli akta əsasən iddiaçıya məxsus obyektdə sudan qeyri-qanuni istifadə etməklə D-20 mm-lik boru vasitəsilə qeyri-qanuni birləşmə ilə sudan orta hesabla sutkada 5 saat istifadə edilərək, cəmi 2052 kub.metr miqdarında su itkisinə yol verilmiş, nəticədə ASC-yə 2851.14 manat məbləğində maddi ziyan vurulmuşd ur. Cavabdeh tərəfindən hesablanmış abonent borcu ilə razılaşmayan iddiaçı borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı su xəttinə qanunsuz müdaxilə etsə də, əlavə su borusunun sayğacdan kənar qoşulduğu müəyyən edilmədiyindən, yəni iddiaçının əlavə su sərfiyyatına, yəni haqqı ödənilməyən sərfiyyata yol verildiyi sübuta yetirilmədiyindən iddia təmin olunmalıdır. Kassasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən ona istinad etmişdir ki, işə apellyaisya qaydasında baxan məhkəmə kollegiyası işin faktiki hallarının araşdırılıb yoxlanılması baxımından hər hansı bi r prosessual hərəkət etməmiş və gəldiyi nəticənin hüquqi əsaslandırılmaısnı təmin etməmişdir. İşə yenidən baxılan zaman işin faktiki halları tam, hərtərəfli və obyektiv olaraq araşdırılmalı, apellyasiya şikayətində qeyd olunan faktla bağlı videoçəkiliş aparılıb-aparılmaması müəyyən edilməli və nəticəsinə lazımı hüquqi qiymət verilməlidir. Kassasiya instansiyası məhkəməsinin qeyd edilən göstərişləri ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya baxışı zamanı aşağıdakıları müəyyən etmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə ünvanladığı 28.07.2016-cı il tarixli ərizəsi ilə sayğacdan keçməklə əlavə su xəttinin çəkildiyini etiraf etmişdir. İddiaçı tərəfindən su xəttinə müdaxilə edilməsi işin mübahisə olunmayan halıdır. Mübahisələndirilən hal isə əlavə su xəttinin su sayğacına qoşulub-qoşulmamasının və bununla da cavabdehə ziyanın vurulub-vurulmamasının müəyyən olunmasıdır. İşin hallarından görünür ki, cavabdeh iddiaçının sayğacdan kənar d=20 mm-lik su boru xətti ilə sudan qeyri-qanuni istifadə etdiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutlarla çıxış etməmişdir. Belə ki, akt iddiaçının nümayəndəsinin iştirakı olmadan birtərəfli qaydada-Xətai rayon su kanal idarəsinin nümayəndələri tərəfindən tərtib edilmiş və onların imzaları ilə doğruluğu təsdiq edilmişdir. Cavabdeh tərəf aktın tərtib edilməsində iddiaçının iştirakını təmin etməmiş, bununla da iddiaçı tərtib olunan aktla razı olub-olmaması ilə bağlı akta dair hər hansı qeyd şərtini təqdim etmək imkanından məhrum qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il xx xxx tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalar”ının 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ASC-nin əməkdaşlarının tərtib etdikləri akt qanunun tələblərinin pozulması ilə tərtib edildiyindən aktın özü və onun əsasında hesablanmış borc etibarsızdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cı maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, elə cə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlannm, icra və s. orqanlarm aktlarmm etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmış orqanın üzərinə düşür. Cavabdeh aşkar edilmiş su xəttinin məhz iddiaçıya məxsus sayğacdan keçməsi halını təsdiq edəcək sübutla nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrində çıxış etməmişlər. Cavabdehin qeyd edilən faktı təsdiq edən sübut kimi istinad etdiyi işə əlavə edilmiş video disklərə tərəflərin iştirakları ilə baxış keçirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş videogörüntüdə plastik bor udan təzyiqlə suyun gəldiyi görünsə də, həmin borunun obyektdə quraşdırılmış smart kart tipli sayğacdan keçmədiyi bilavasitə müşahidə olunmur. Bununla yanaşı iddiaçı videogörüntüdə əks olunmuş sahənin ona aid olmamasını bildirmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş digər video diskə baxış keçirilmiş (iddiaçının bildirdiyinə görə həmin diskdəki görüntülər onun tərəfindən lentə alınaraq məhkəməyə təqdim edilmişdir), həmin görüntüdə sayğacdan kənar boru quraşdırılması müəyyən edilmir. Eləcə də, akt tərtib edilərkən aşkar olunmuş kənar xətlə bağlı fotoşəkillər də cavabdeh tərəfindən təqdim edilməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının abonent haqqında məlumat vərəqinə əsasən, sudan və kanalizasiya xidmətindən istifadə haqları abonent tərəfındən mütəmadi olaraq ödənilmiş, abonentin artıq ödəmələri olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1.-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir. Hazırkı mübahisələndirilən tələbin həlli üçün əhəmiyyətli olan mülki məhkəmə icraatında vurulmuş zərərlə bağlı göstərilən maddədəki sübutetmə yükünə münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya sudan qanunsuz istifadəsi nəticəsində hesablanmış borcun silinməsi ilə bağlı tələbin əsaslılığına qiymət verilərkən qanunsuz istifadə halının mövcudluğunu sübut etmək vəzifəsi prinsip etibarı ilə cavabdehə aiddir. Hazırkı işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh iddiaçının sudan qanunsuz istifadəsi ilə bağlı əsas sübutu əməkdaşları tərəfindən çəkilmiş videoçəkilişdir ki, həmin çəkilişdə əks edilmiş sahənin iddiaçıya məxsus olması sübut olunmur və bununla da, iş materiallarına əlavə edilmiş sənədlər sudan qanunsuz istifadə halını təsdiq etmək üçün k ifayətedici hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.1, 10 96.2) Mülki hüquq pozuntusundan irəli gələn öhdəliyin yaranmasının mühüm şərti zərərin vurulması faktıdır. Əks təqdirdə, nə əmlak hüququ pozulmuş, nə də öhdəlik yaranmış olur. Pozulmuş əmlak hüququn olmaması, o cümlədən bununla əlaqədar öhdəliyin yaranmaması məsuliyyətin həcmini müəyyən etməyi istisna edir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən müqavilə şərtləri və qüvvədə olan qanunvericiliyin tələbləri pozulması halı, sayğacdan kənar qanunsuz xəttin çəkilməsi və bununla da cavabdehə zərər vurulması faktı sübuta yetirilmədiyindən iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə il ə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahi səli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Resp ublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qə
Məhkəmə qərarları › İş №2(102)-3964/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3964/2019
04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver