Məhkəmə qərarları › İş №2(102)-3965/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3965/2023

06.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3965/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3965/2023 (Açar sözlər: mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, mülkiyyət hüququ, torpaq sahəsinin qanunsuz zəbt edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneə lərin aradan qaldırılması” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2023-cü il tarixli 2(105)195/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi ilkin olaraq xx.xx.2015-ci il tarixdə və daha sonra xx.xx.2020-ci il tarixdə yerdə qalan 0,0209 ha İddiaçı adına qeydə alınmışdır. İş üzrə qə bul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus zəbt etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli çıxarış əsasında N ərazisində yerləşən 0.209 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin Cavabdeh hesabına boşaldılması, ona məxsus torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanın da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsinin qarşısında Bakı-Quba yolunun kənarında Cavabdeh ikimərtəbəli tikili tikmişdir. Son il yarımdır ki, Cavabdeh həmin tikilinin arxa hissəsini ona məxsus torpaq sahəsini zəbt edərək, orada tikinti işləri aparır, onun torpaq sahəsini zəbt edərək orada hasar çəkir və başqa tikinti işləri aparır. O, Cavabdeh dəfələrlə torpaq sahəsindən çıxmağı, tikinti işlərinin dayandırmağı bildirsə də, cavabdeh buna əməl etməmişdir. Bundan sonra cavabdehə qarşı iddia ərizəsil ə məhkəməyə müraciət edərək ona məxsus 0,08 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmasını xahiş etmişdir. Lakin imkansızlıqdan özünə məxsus zəbt edilməmiş torpaq sahəsinin bir hissəsini satıb. Yerdə qalan 0,0209 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alıb. Hazırda ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir.

4. Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020 ci il qeydiyyat tarixli çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi Cavabdeh hesabına boşaldılması, İddiaçı məxsus torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsi İddiaçıun mülkiyyətinə ver ilmiş, lakin işdə olan şənədlərdən və fotoşəkillərdən görünür ki, həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və içində tikinti işləri aparılmışdır.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 152.1,157.4-cü,Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

6. Cavabdeh X6 Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətna mə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi ona məxsusdur. Belə ki, Alekseyevka Bələdiyyəsinin 14 iyun 2006-cı il tarixli, 09 saylı Protokolu ilə Quba-Bakı yolunun sağ tərəfindən 300 kvadrat metr torpaq sahəsi kommersiya məqsədilə istifadə etmək üçün alqı-satqı yolu ilə anası X1 qərara alınmışdır. Alekseyevka Bələdiyyəsinin üzvü N.Sultanova həmin torpaq sahəsini ölçərək təhkim edilməsi tapşırılmışdır. Eyni zamanda, DTXK-nin Quba rayon şöbəsindən, həmin torpaq sahəsinin qeydiyyata alınması cizgi xəritəsinin hazırlanmasında köməklik göstərilməsi xahiş edilmiş və bu məqsədlə Quba rayon Alekseyevka Bələdiyyəsi 18 iyul 2006-cı il tarixli, 106 nömrəli məktubla DTXK-nin Quba rayon şöbəsinin müdiri cənab A.Xudaverdiyeva müraciət edərək Quba rayon Alekseyevka kənd sakini X2 Alekseyevka Bələdiyyəsinin 14 iyun 2006-cı il tarixli, 09 saylı protokoluna əsasən Quba-Bakı yolunun sağ tərəfindən 300 kv.m. torpaq sahəsini kommersiya obyekti tikmək məqsədilə alqı-satqı yolu ilə satılmasına razılıq verilməsi barədə məlumat verilərək, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına və cizgi xəritəsinin hazırlanmasında köməklik göstərilməsi xahiş olunmuşdur. Məlumat üçün qeyd etmək istəyir ki, yuxarıda qeyd etdiyi torpaq sahəsinin önündə, yəni yolun kənarında anası X2 məxsus 2 mərtəbəli kommersiya obyekti mövcuddur. Yuxarıda qeyd etdiyi 3,0 sot torpaq sahəsi 2 mərtəbəli kommersiya obyektinin arxa və sağ hissəsində yerləşir və o obyekt 1996-1997-ci illərdə tikilmişdir. Həmin obyekt tikilən zaman İ ddiaçı məxsus heç bir əmlak yox idi. İddiaçı torpaq sahəsini bir neçə ildən sonra qeyd etdiyi torpaq sahəsini almışdır. Sonradan iddiaçıya məxsus torpaq sahəsinin arxa hissəsində Diaqnostika xəstəxanası, önündə isə Quba şəhərinə girişində arka tikilmişdir. Lakin, onun torpaq sahəsinin forması düzbucaqlı dar uzun formada, Quba-Bakı yolunun 3 metrliyində yerləşdirdi və torpağın arxasında təpələr var idi və həmin təpələr heç kimə məxsus deyildi. Diaqnostika xəstəxanası tikildiyi üçün icra hakimiyyəti həmin təpələri dağıdaraq iddiaçıya vermişlər. Lakin iddiaçı, qeyd etdiyi kimi torpaq sahəsi yolun 3 metrliyində torpaq sahəsini qəsdən qanunsuz olaraq 20 metrdən çox olaraq arxaya çəkmiş və qəsdən torpaq sahəsi ilə yolun arasında 20 metrdən çox ərazi saxlamasını istəyir. Bununla da iddiaçı qəsdən onun torpaq sahəsini zəbt etmək istəyir. Bundan əlavə tək onun torpaq sahəsi deyil, əlavə olaraq 2 qonşunun da torpaq sahəsini mənimsəmək istəyir. Qətnamə qüvvədə olan həm maddi, həm də prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün cavabdehin yazdığı izahatı, imzaladığı öhdəliyi, ödədiyi vəsaitləri nəzərə almayaraq prosessual hüquq normasını kobud şəkildə pozmuşdur. İşi tam, obyektiv və hərtərəfli araşdırmadığı üçün məhkəmənin gəldiyi nəticə səhvdir. Məhkəmə qətnaməsində güya iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməməsi göstərilmişdir. Halbuki, işin faktiki halları iddia tələblərini tam və şərtsiz sübut olunur. Bu onu göstərir ki, məhkəmə tərəfi ndən işin faktiki halları ümumiyyətlə araşdırılmamışdır.

8. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə mülki iş üzrə ekspertiza təyin etmiş, keçirilmiş ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi B.Əlistanovun mütəxəssis rəyində qeyd etmişdir ki, DƏDRX-nin **********40 reyestr nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus olan Quba-Bakı yolunun kənarında Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə qonşu sərhədləri müəyyən edi ldi və mülkiyyətçinin faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşməsi aşkar olundu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi B.Əlistanovun mütəxəssis rəyində qeyd etmişdir ki, Quba rayonu, Alekseyevka bələdiyyəsinin qərarı ilə kənd sakini X3 Quba-Bakı yolunun sağ tərəfindən ayrılmış 300 kv.metr torpaq sahəsinə aid müvafiq sənədlər işə əlavə olunmadığı üçün hazırda cavadehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçülərini müəyyən edilməklə eyni və ya müxtəlif ərazilər olmasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi B.Əlistanovun mütəxəssis rəyində qeyd etmişdir ki, Quba rayonu, Alekseyevka bələdiyyəsinin qərarı ilə kənd sakini X3 Quba-Bakı yolunun sağ tərəfindən ayrılmış 300 kv.metr torpaq sahəsinə aid müvafiq sənədlər işə əlavə olunmadığı üçün iddiaçıya məxsus torpaq sahəsi ilə qonşuluq sərhədləri mövcudluğunu müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi B.Əlistanovun mütəxəssis rəyində qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qərb sərhədinin 0.01 ha hissəsi cavabdeh tərəfind ən mişar daşı ilə hasara alınaraq zəbt edilmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2023-cü il tarixli 2(105)-195/2023 nömrəli qətnaməsi ilə (hakimlər S.A.Qafari(sədrlik edən),A.A.Mahmudov və L.M.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh Ələm oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi qismən təmin edilməsi, İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış əsasında Quba-Ba kı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.01 ha torpaq sahəsi Cavabdeh Ələm oğlunun hesabına boşaldımaqla, həmin torpaq sahəsindən çıxarılması, iddia tələbi qalan hissədə təmin edilməməsini qət etmişdir.

10. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,01 hektar hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq istifadə edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 0,01 ha hissəsindən istifadə etdiyi ekspert rəyində öz təsdiqini tapdığından, bu hal da iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, iddia tələbi torpaq sahəsinin 0,01 ha hissəsindən Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılmalıdır.

11. Məh kəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 157.4-cü, Torpaq Məcəlləsinin 49, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh Ələm oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2023-cü il tarixli 2(105)-195/2023 nömrəli qətnaməsini iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, proses zamanı məhkəməyə yazılı ərizə təqdim edərək iddia müddətini tətbiq etməyi və iddianı rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Lakin, məhkəmə iddia müddətini tətbiq edi lməsi barədə ərizəyə əhəmiyyət verməmiş, qeyd olunan mülki normanın tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Alekseyevka Bələdiyyəsinin 14 iyun 2006-cı il tarixli, 09 saylı Protokolu ilə Quba-Bakı yolunun sağ tərəfindən 300 kvadrat metr torpaq sahəsi kommersiya məqsədilə istifadə etmək üçün alqı-satqı yolu ilə anası X1 qərara alınmışdır. Alekseyevka Bələdiyyəsinin üzvü N.Sultanova həmin torpaq sahəsini ölçərək təhkim edilməsi tapşırılmışdır. Eyni zamanda, DTXK-nin Quba rayon şöbəsindən, həmin torpaq sahəsinin qeydiyyata alınması və cizgi xəritəsinin hazırlanmasında köməklik göstərilməsi xahiş etmiş və bu məqsədlə Quba rayon Alekseyevka Bələdiyyəsi 18 iyul 2006-cı il tarixli, 106 nömrəli məktubla DTXK-nin Quba rayon şöbəsinin müdiri cənab A.Xudaverdiyeva müraciət edərək Quba rayon Alek seyevka kənd sakini X2 Alekseyevka Bələdiyyəsinin 14 iyun 2006-cı il tarixli, 09 saylı protokoluna əsasən Quba-Bakı yolunun sağ tərəfindən 300 kv.m. torpaq sahəsini kommersiya obyekti tikmək məqsədilə alqı-satqı yolu ilə satılmasına razılıq verilməsi barədə məlumat verilərək, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına və cizgi xəritəsinin hazırlanmasında köməklik göstərilməsi xahiş olunmuşdur. Cavabdeh 2006-cı ildə həmin sahəni hasarlayıb və sahəyə bitişik obyektini çirkab sularını axıdılması üçün məhz həmin səhədə də beton quyu (şambo) tikib. Beləliklə, iddiaçı iddia müddətini 14 il ötürlməklə vermişdir. Halbuki, daşınmaz əmlaklara bağlı iddia müddəti 6 il təşkil edir.

14. Bundan əlavə, ekspertiza onun xəbəri olmadan gizli olaraq keçirilmişdir. Cavabdehin iştirakı təmin edilməm işdir. Bu tip işlərdə ekspertiza ilə yanaşı DƏK və R xidmətinin mütəxəssisləri iştirak edir və onlar da rəy verirlər. Bir qayda olaraq onların iştirakı yalnız xidmət haqqının ödənilməsindən sonra həyata keçirilir və bu xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. Bu hal da ona dəlalət edir ki, mütəxəssilər rəy verərkən birtərəfli mövqe nümayiş etdiriblər. Bununla bağlı ekspertizada iştirak edə bilmədiyi üçün bu məhkəmə kollegiyasından iş üçün əhəmiyyətli halların araşdırılması məqsədilə müvafiq suallar qoymaqla əlavə ekspertizanın keçirilməsi barədə vəsatət vermişdir. Lakin, məhkəmə bu ziddiyyətə əhəmiyyət verməyərək vəsatətini təmin etməmişdir. Bu səbəbdən məhkəmə ekspertin rəyi ilə nəyə görə və hansı xüsusata görə razılaşmış, habelə ekspert rəyində ziddiyyətlərin olub-olmaması müəyyən e dilməmiş, olduğu təqdirdə isə onların nədən ibarət olması araşdırılmamış və müzakirə edilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən işə obyektiv baxılmaması qənaətinə gəlmək olar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 157.4 Mülki yyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

21. Maddə 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı ara şdırılmış və sübutlar müvafiq prossesual normalara uyğun qiymətləndirilmiş və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.

31. Belə ki, hazırkı tələb mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması haqqında tələb olduğundan bu tələblərə iddia müddəti şamil edilmədiyindən cavabdehin tələb üzrə iddia müddətinin keçməsi barədə dəlili əsassızdır.

32. Həmçinin cavabdehin iş üzrə alınmış mütəxəssis rəyinin və onun əsasında verilmiş ekspert rəyinin qeyri-mötəbərliyi barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və cavabdehin mübahisəli torpaq sahəsinin ona və ya anasına məxsus olması barədə dəlil ərinin heç bir sübutla təsdiq edilmədiyini qeyd edir.

33. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişiklik edilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2023-cü il tarixli 2(105)195/2023 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar