Məhkəmə qərarları › İş №2(102)-3966/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3966/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3966/2023 29.09.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin İddiaçı direktoru X2 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC-nin İddiaçı direktoru X2 və vəkili Vəkil2 Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-867/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Məhkəmə tərkibi kassasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, müəyyən olunmuşdu r ki, elektron məhkəmə informasiya sistemində yerləşdirilmiş kassasiya şikayəti İddiaçı direktoru X2 tərəfindən imzalansa da, Vəkil2 tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mül ki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin İddiaçı direktoru X2 və vəkili Vəkil2 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-867/2023 saylı, 1 iyun 2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar