Məhkəmə qərarları › İş №2(102)-3967/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3967/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3967/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1060/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.04.2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 04.02.2015-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla 250.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 03.07.2015-ci il tarixli Sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq "xxxx" QSC ilə Cavabdeh2 arasında 26.12.2011-ci il tarixli, Cavabdeh4 və Cavabdeh3 arasında isə 26.04.2011-ci il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər borclu Cavabdeh1 kredit xətti müqaviləsi ü zrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyi öhdələrinə götürmüşlər. 15.04.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus Bərdə rayonu, Lək kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi, 16.12.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən isə Cavabdeh2 məxsus Bərdə rayonu, Lək kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evləri kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin yanvar ayında "xxxx" QSC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada cəmi 377.995,20 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və s. dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-293/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Ə.V.Kərimov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 15.04.2011-ci il tarixli kredit xətti müqaviləsi, 04.02.2015ci il tarixli Kredit razılaşması və 03.07.2015-ci il tarixli saziş ləğv edilmiş, cavabdehlərdən müştərək qaydada cəmi 292.496,88 ABŞ dolları öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bank ının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pulun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka bildirişlərinin qeydiyyata alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutma ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilmiş, Cavabdeh4 məxsus Bərdə rayonu, Lək kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 85.000 manat, Cavabdeh1 məxsus Bərdə rayonu, Lək kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 200.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ö dənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin cavabdehlərə qaytarılması, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı "xxxx" QSC qətnamədən apellyasiya şikayəti verərək işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin işdəki sübutlara düzgün qiymət verilmədən, işin halları tam və hərtərəfli araşdırılmadan çıxarılmasını əsas göstərərək ləğv edilməsi, əsas və faiz borcunun silinməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1060/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) iddiaçı və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(021)-293/2019 saylı qətnaməsi-iddianın Bərdə rayonu, Lək kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması, Bərdə rayonu, Lək kəndində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilərək Bərdə rayonu, Lək kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılaraq fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması, Bərdə rayonu, Lək kəndində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması qət edilişdir. Qətnamə ilə həmçinin Bərdə Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(021)-293/2019 saylı qətnaməsi cavabdehlərdən müştərək qaydada 105.516,08 ABŞ dolları faiz borcunun öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pulun tutularaq iddiaçı bankı xeyrinə ödənilməsi hissəsində dəyişdirilmiş, faiz borcu 69.654,52 ABŞ dolları müəyyən edilərək cavabdehlərdən müştərək qaydada181.980,80 ABŞ dolları əsas, 69.654,52 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 256.635,32 ABŞ dolları öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə m üəyyən etdiyi məzənnə üzrə pulun tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək Cavabdeh2 məxsus Bərdə rayonu, Lək kəndində olan 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 238.000 manat, Cavabdeh4 məxsus Bərdə rayonu, Lək kəndində olan 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 92.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh4 kassasiya şikayəti verərək borcun və faizlərin həddindən artıq şişirdilməklə tutulmasını, ipoteka predmeti olan Bərdə rayonu, Lək kəndində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respubli kasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilmə si) başa düşülür. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayətində borcun məbləğinin şişirdilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması iddia olunsa da, iş materiallarından görünür ki, cavabdehlərdən tutulması qət olunmuş borcun məbləği ekspertin rəyi ilə müəyyən olunmaqla kassasiya şikayətinin dəlilləri borcun məbləğinin düzgün müəyyən olunmaması nəticəsinə gəlmək üçün əsas vermir. İpoteka predmetlərinin ilkin satış qiyməti isə "xxxx" MMC-nin 29.09.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir. Belə olduqda ipoteka predmetlərinin dəyərinin aşağı müəyyən olunmasına dair şikayətin dəlili əsaslı sayıla bilməz. Cavabdeh1 kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmədiyindən, kollegiya hesab edir ki, borcun tutulması və tutmanın ipoteka predmeti nə yönəldilməsi müəyyən olunmuş sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə əməl olunmaqla çıxarılmış, maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmuş, qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1060/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar