Məhkəmə qərarları › İş №2(102)-3967/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3967/2023

16.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3967/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər "xxxx" ASC-nin X14, "xxxx" ASC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X6 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdehlər "xxxx" ASC-nin X14, "xxxx" ASC və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 293/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2020-ci il tarixdə Quba rayonu, Quba-Bakı yolunun kənarında yerləşən soyuducu anbarın ərazisində, soyuducu anbarın sahibkarı Cavabdeh2 nümayəndəsi X5, soyuducu anbarın inzibatçıları X7, X4, soyuducu anbarın işçisi X12 və fermer İddiaçı4 iştirakları ilə tərtib olunmuş akta əsasən 30 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində "xxxx" ASC-nin Quba rayon elektrik şəbəkəsinin işçiləri tərəfindən elektrik enerjisinin verilməsi dayandırılmış, elektrik enerjisinin təchizatı 01 dekabr 2020-ci il tarixdə, saat 19:00 radələrində bərpa olunmuşdur. 2. xx.xx.2020-ci il tarixdə Quba rayonu, Quba-Bakı yolunun kənarında yerləşən soyuducu anbarın ərazisində soyuducu anbarın sahibkarı Cavabdeh2 nümayəndəsi X5, soyuducu anbarın inzibatçıları X7, X4, soyuducu anbarın işçisi X12, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı9 iştirakları ilə tərtib olunmuş akta əsasən 30 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində "xxxx" ASC-nin Quba rayon elektrik şəbəkəsinin işçiləri tərəfindən elektrik enerjisinin verilməsi dayandırılmış, soyuducu anbarın işçiləri və onlar işə qarışaraq, elektrik enerjisi təchizatının bərpa edilməsini "xxxx" ASC-nin Quba rayon elektrik şəbəkəsinin vəzifəli şəxslərindən tələb etmələrindən sonra da işığın verilməsi bərpa olunmamışdır. Anbarın sahibi Cavabdeh2 bildirdiyinə görə "xxxx" ASC- nin ona qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən 104000 manat borcu əmələ gəlmişdir. Soyuducu anbarın elektrik enerjisi təchizatının dayandırılması səbəbindən soyuducu kameralarda hərarət durmadan qalxır və hal-hazırda alma, armud və xurma məhsulları artıq xarab olmağa başlamışdır. 3. 01 noyabr 2020-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh2 (saxlayan) İddiaçı7 (tapşıran) məxsus 70 000 kq alma məhsulunu 01 noyabr 2020-ci ildən 01 yanvar 2021-cu ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 700, cəmi 1400 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 4. 20 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh2 (saxlayan) İddiaçı2 (tapşıran) məxsus 132000 kq alma məhsulunu 20 oktyabr 2020-ci ildən 20 dekabr 2020-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 1320 manat, cəmi 2640 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 5. 17 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh2 (saxlayan) İddiaçı3 (tapşıran) məxsus 70000 kq alma məhsulunu 17 oktyabr 2020-ci ildən 17 dekabr 2020-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 700 manat, cəmi 1400 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 6. 01 noyabr 2020-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh2 (saxlayan) İddiaçı1 (tapşıran) məxsus 140000 kq alma məhsulunu 01 noyabr 2020-ci ildən 01 yanvar 2021-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 1400 manat, cəmi 2800 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 7. 25 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsi nə əsasən Cavabdeh2 (saxlayan) İddiaçı5 (tapşıran) məxsus 70000 kq alma məhsulunu 25 oktyabr 2020-ci ildən 25 dekabr 2020-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 700 manat, cəmi 1400 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 8. 08 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh2 (saxlayan) İddiaçı10 (tapşıran) məxsus 70000 kq xurma məhsulunu 08 oktyabr 2020-ci ildən 08 yanvar 2021-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 700 manat, cəmi 2100 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 9. 01 sentyabr 2020-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh2 (saxlayan) İddiaçı8 (tapşıran) məxsus 70000 kq armud məhsulunu 01 sentyabr 2020-ci ildən 01 yanvar 2021- ci ilə qədər saxlamağı, tapşıran isə saxla yana müqaviləyə əsasən ayda 700 manat, cəmi 2800 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 10. 15 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh2 (saxlayan) İddiaçı6 (tapşıran) məxsus 40000 kq alma məhsulunu 15 oktyabr 2020-ci ildən 15 yanvar 2021-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 400 manat, cəmi 1200 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 11. 15 sentyabr 2020-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh2 (saxlayan) İddiaçı4 (tapşıran) məxsus 70000 kq alma məhsulunu 15 sentyabr 2020-ci ildən 15 yanvar 2021-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 700 manat, cəmi 2800 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 12. 05 noyabr 2020-ci il tarixli saxlama müqaviləsinə əsasən Cav abdeh2 (saxlayan) İddiaçı9 (tapşıran) məxsus 30000 kq alma məhsulunu 05 noyabr 2020-ci ildən 05 yanvar 2020-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 300 manat, cəmi 600 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

13. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli 2-2(085)37/2019 saylı Qətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarına yazılmış 70.068.87 manat borcun silinməsi qət edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(105)-71/19 saylı iş üzrə 23 may 2019-cu il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılmışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(105)-32/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunun kənarında yerləşən soyuducu anbarda elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 027494 saylı akt üzrə hesablanmış məbləğ silinmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-32/2020 saylı və Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(085)-37/2017 saylı qətnamələri icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdehlər "xxxx" ASC-nin X14, "xxxx" ASC və Cavabde h2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən və Cavabdeh2 vurulmuş ziyana görə İddiaçı2 33000 manat, İddiaçı3 13000 manat, İddiaçı1 30400 manat, İddiaçı5 9800 manat, İddiaçı6 9000 manat, İddiaçı7 11400 manat, İddiaçı8 15000 manat, İddiaçı9 9600 manat, İddiaçı4 13000 manat, İddiaçı10 12500 manat məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Sonradan iddiaçılar məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, "xxxx" ASC və Cavabdeh2 vurulmuş ziyana görə İddiaçı2 39000 manat, İddiaçı3 15000 manat, İddiaçı1 35350 manat, İddiaçı5 11600 manat, İddiaçı6 10500 manat, İddiaçı7 13500 manat, İddiaçı8 15000 manat, İddiaçı9 11200 manat, İddiaçı4 14300 manat, İddiaçı10 17500 manat məcburi qaydada tut ularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onlar kənd təsərrüfatı məhsulları-meyvə yetişdirilməsi və satışı ilə məşğul olurlar. Həmin meyvələri əsasən Rusiya Federasiyasına ixrac etməklə həm dövlətin büdcəsinə xeyir verir, ölkəyə valyuta gətirilməsinə xidmət edir, həmçinin gəlir əldə etməklə ailələrini dolandırır, dövlətin çiyinlərində yük olmamağa çalışırlar. Rusiya Federasiyasında meyvə yanvar ayından bahalaşmağa başlayır, bu vaxta qədər meyvəni Rusiya Federasiyasına göndərsələr, ziyan edərlər. Bu səbəbdən meyvəni soyuducu kameralarda saxlayaraq, yanvar ayından başlayaraq, onu Rusiya Federasiyasına ixrac etməyə məcburdurlar. Buna görə də, Cavabdeh2 ilə bağladı qları saxlanc müqavilələrinə əsasən, Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda onlar – İddiaçı4 70 000 kq “Qala” alma sortu; İddiaçı2 65 000 kq Palmet alma sortu, 67000 kq Qızıl Əhmədi alma sortu; İddiaçı3 35000 kq Palmet alma sortu, 35000 kq Qran Smit alma sortu; İddiaçı1 35000 kq Palmet alma sortu, 35000 kq Semirenko alma sortu, 70000 kq Qran Smit alma sortu; İddiaçı5 35000 kq Palmet alma sortu, 35000 kq Semirenko alma sortu; İddiaçı6 40000 kq Palmet alma sortu; İddiaçı7 35000 kq Palmet alma sortu, 35000 kq “Semirenko” alma sortu; İddiaçı8 70000 kq Meşə gözəli armud sortu; İddiaçı9 30000 kq Palmet alma sortu; İddiaçı10 70000 kq Xurma “Şişburun” sortu kimi meyvə saxlamışlar. Onlar vaxtlıvaxtında, demək olar ki, hər gün soyuducu anbara gedərək, meyvənin saxlanılması şərait i ilə tanış olur və bu işə nəzarət edirlər. Çünki, meyvənin soyuducu anbarda saxlanılaraq, Rusiya Federasiyasına ixrac olunması onların yeganə qazanc yeridir və meyvə soyuducu anbarda müvafiq şəraitdə saxlanmayaraq, xarab olarsa, onlar il boyunca qazanc olmadan, çox pis maddi duruma düşə bilər. Hansı birininsə işi olarsa və bir gün soyuducu anbara gələ bilməzsə, anbara gələn digər şəxslər anbara gələ bilməyənlərə anbardakı vəziyyət barədə məlumat verirlər. 30 noyabr 2020-ci il tarixdə İddiaçı2 və daha bir neçə iddiaçı günorta vaxtı soyuducu anbarda olarkən anbarın elektrik enerjisi təchizatı kəsilmişdir. Bu saat 17 radələrində baş vermişdir. Onlar anbarın işçilərindən, həmçinin Cavabdeh2 etibarnamə ilə nümayəndəsi və həyat yoldaşı X1 elektrik enerjisi təchizatının kəsilməsi səbəbini soruşd uqda onlar bildirmişlər ki, işığın kəsilməsi qanunsuzdur. Onlar işığın kəsilməsi ilə əlaqədar "xxxx" ASC-nin X9 müraciət etdikdə oradan bildirilmişdir ki, guya soyuducu anbarın borcu olduğundan elektrik enerjisinin verilməsi dayandırılmışdır. Belə olduqda onlar X3 müraciət etmiş, o isə bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Azərişıq ASC ona yazılmış 70068,87 manat borcu, Sumqayıt Apelyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən isə 34 600 manat borcu, ümumilikdə 104 000 manatdan çox borcu silməlidir. O, onlara 08 aprel 2020-ci il tarixli saldonu da göstərmişdir. Oradan görünürdü ki, Azərişıq ASC-də 69 270 manat Aynurə xanımın hesabında artıq pul vardır. Onlar 01 dekabr 2020-ci il tarixdə X9 gedərək, s oyuducu kameralarda saxlanılan meyvələrin xarab olacağını şəbəkənin rəisinə və başqa məsul şəxslərə bildirmiş, işığın qoşulmasını xahiş etmiş, lakin xahişlərin heç bir nəticəsi olmamışdır. Onlar bildirmişlər ki, onlara soyuducu anbarın enerji təchizatının dayandırılması barədə göstərişi "xxxx" ASCnin rəhbərliyi vermişdir, onlar üçün əsas məhkəmə qərarı deyil, rəhbərliyin göstərişidir. Onlar, Quba Rayon İcra Hakimiyyətində də olmuş, İcra Hakimiyyətinin də məsul şəxsləri X8 rəhbərliyinə müraciət edərək bildirmişlər ki, soyuducu anbarın enerji təchizatının dayandırılması qanunsuzdur, bunun nəticəsində sadə kənd adamlarının meyvələri xarab olur, bu isə özüözlüyündə əhalinin narazı düşürülməsinə gətirib çıxarır. Lakin şəbəkənin rəhbərliyi anbarın işığının qoşulmasından yenə də imtina etdi. Həmi n gün kameralarda daxili temperatur durmadan qalxmış, meyvələr xarab olmağa başlamışdır. Bu barədə həmin tarixdə Quba Rayon İcra Hakimiyyəti Başçısının İkinci Nügədi İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmaqla, müvafiq akt tərtib olunmuşdur. "Azərişıq” ASCnin yuxanda göstərilən qanunsuz hərəkətləri nəticəsində soyuducu anbarın kameralarında saxlanılan meyvələrin müəyyən hissəsi xarab olmuşdur. "xxxx" ASC-nin qanunsuz hərəkətləri nəticəsində onlara maddi ziyan dəymişdir. Onlar bu məsələ ilə əlaqədar Cavabdeh2 etibarnamə ilə nümayəndəsi X3 və enerji təchizatı təşkilatına - "xxxx" ASC-nə və onun rayondakı struktur bölməsinə dəfələrlə müraciət etsələr də, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdehlər heç bir əsas gətirmədən müraciətlərini diqqətsiz qoyduğundan, onlar məhkəmə də iddia qaldırmaq məcburiyyətində qalmışlar.

20. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X13 iddianı qəbul etməmiş, iddianın "xxxx" ASC-yə aidiyyatının olmadığını, iddiaya Cavabdeh2 cavab verməli olduğunu göstərərək, "xxxx" ASC-yə aid hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

21. Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 7/239 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş mütəxəsis rəyinə əsasən soyuducuya yüklənmiş mallar 17 saat soyuducusuz qaldıqdan sonra istehlaka yarasız hala düşə bilər. Həmin mallar fəsildən asılı olmayaraq germetik qaz vurulmuş kameralarada 17 saat hava buxarlandırıcılar vasitəsilə sirkulyasiya olunmadan qaldıqdan və yararsız hala düşdükdən sonra insan və heyvanların istifadəsi məsləhət görülmür. Cavabdeh2 məxsus Bakı-Qub a yolunun 152-ci kilometrində yerləşən soyuducu anbar 36 ədəd soyuducu kameralardan ibarət olub, hər kameranın uzunluğu 12 metr, eni 6 metr, hündürlüyü isə 7 metrdən ibarətdir. Hər bir kameranın həcmi 504 kub.metr olmaqla 80 ton meyvənin saxlanması üçün, soyuducu anbarın həcmi isə bütövlükdə 18144 kub metr olmaqla ******* kq (2880 ton) meyvənin saxlanması üçün nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı mallarının saxlanması üçün nəzərdə tutulmuş soyuducu anbarlar germetik olmaqla sendviç panellər vasitəsilə quraşdırıldığından anbarların xaricdə olan havanın temperaturundan asılılığı yoxdur. Malların saxlanması məqsədilə soyuducu kameralara meyvə sıx vurulduğundan kameranın içərisindəki tənzim olunmuş və qazlanmış hava daima buxarlandırıclar vasitəsilə sirkulyasiya olunmaqla bütün meyvəni əhatə etməlidir. Qış aylarında elektrik enerjisinin söndürülüməsi nəticəsində kameranın daxilindəki havanın sirkulyasiyası pozulduğundan qısa bir müddətdə (təxminən 17 saat) meyvələrin xarab olması üçün şərait yarana bilər.

22. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji, məhkəmə əmtəəşünaslıq ekspertizasının 02 iyul 2021-ci il tarixli, 7/562-9/4006 saylı ekspert rəyindən görünür ki, soyuducuya yüklənmiş mallar 17 saat soyuducusuz qaldıqdan sonra istehsala yararsız hala düşə bilər; həmin mallar fəsildən asılı olmayaraq germetik qaz vurulmuş kameralarda 17 saat, hava buxarlandırıcılar vasitəsilə sirkulyasiya olunmadan qaldıqdan və yararsız hala düşdükdən sonra insan və heyvanların istifadəsi məsləhət görülmür; Cavabdeh2 məxsus Bakı-Quba yolunun 152-ci kilometrində yerləşən soyuducu anbara baxış keçirilərkən müəyyən olundu ki, soyuducu anbar 36 ədəd soyuducu kameralardan ibarətdir. Hər kameranın uzunluğu 12 metr, eni 6 metr hündürlüyü isə 7 metrdən ibarətdir. Hər bir kameranın həcmi 504 kub metr olmaqla 80 ton meyvənin saxlanması üçün, soyuducu anbarın həcmi isə bütövlükdə 18144 kub metr olmaqla ******* kq (2880 ton) meyvənin saxlanması üçün nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı mallarının saxlanması üçün nəzərdə tutulmuş soyuducu anbarlar germetik olmaqla sendviç panellər vasitəsilə quraşdırıldığından anbarların xaricdə olan havanın temperaturundan asılılığı yoxdur. Lakin soyuducu kameralara meyvə sıx vurulduğundan kameranın içərisindəki tənzim olunmuş və qazlanmış hava daima buxarlandırıcılar vasitəsilə sirkulyasiya olunmaqla bütün meyvəni əhatə etməlidir. Ona görə də hətta qış aylarında belə elektrik enerjisinin söndürülməsi nəticəsində kameranın daxilindəki havanın sirkulyasiyası pozulduğundan qısa bir müddətdə meyvələrin xarab olması üçün şərait yarana bilər. Həmçinin, tədqiqat obyekti olan 04 dekabr 2020-ci il tarixli (mülki iş materialı 2(027)-412/2021- səhifə 20) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Quba X17 Mərkəzinin Bitkiçilik sektorunun böyük məsləhətçisi Hüseynov F., Zülbalayev O., Kazımov B. tərəfindən verilən akt-rəydə müxtəlif kameralarda adları aşağıda qeyd edilən şəxslərə məxsus alma, armud və xurma meyvələrinin miqdarına və 17 mart 2021-ci il tarixli, 54 nömrəli (mülki iş materialı 2(027)-412/2021-səhifə 217) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X2 və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qa raqurbanlı tərəfindən alma, armud və xurma meyvələrinin 2020-ci ilin noyabr-dekabr aylarında 1 kq-nın topdan satış qimətlərinə əsasən İddiaçı1 məxsus 12000 kq simerenka, 18500 kq palmet və 19000 kq qransimit alma sortudur. Bir kq simerenkanın orta satış qiyməti 0,60 manat olmaqla (12000 x 0,60= 7200 manat), bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (18500 x 0,70= 12950 manat) və bir kq qransimitin orta satış qiyməti 0,80 manat olmaqla (19000 x 0,80 man. = 15200 manat). Cəmi: 35350 manat. İddiaçı2 məxsus 30000 kq palmet sortundan və 10000 kq isə qızıləhmədi sortundan olan alma və həmin almanın bir kq orta satış qiyməti palmet 0,70 manat, qızıləhmədi 1,80 manat olmaqla (30000 0,70 = 21000 manat, 10000 x 1,80 manat = 18000 manat). Cəmi: 39000 manat. İddiaçı3 məxsus 10000 kq palmet və 10000 kq isə qransmit. Bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (10000 x 0,70 = 7000 manat), bir kq qransimitin satış qiyməti 0,80 manat olmaqla (10000 x 0,80 = 8000 manat) Cəmi: 15000 manat. İddiaçı4 Bahadur qızına məxsus 13000 kq alma qala sortu. Bir kq qalanın orta satış qiyməti 1,10 manat olmaqla (13000 x 1,10 = 13000 manat) Cəmi: 14300 manat. İddiaçı5 məxsus 8000 kq palmet və 10000 kq simerenka. Bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (80000 x 0,70 = 5600 manat), bir kq semirenkanın qiyməti 0,60 manat olmaqla (10000 x 0,60 = 6000 manat) Cəmi: 11600 manat. İddiaçı6 məxsus 15000 kq palmet. Bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (15000 x 0,70 = 10500 manat) Cəmi: 10500 manat. İddiaçı7 məxsus 9000 kq palmet və 12000 kq simerenka. Bir kq palm etin orta satış qiyməti 0,70 manat olmaqla (9000 x 0,70 = 6300 manat), bir kq semirenkanın qiyməti 0,60 manat olmaqla (12000 x 0,60 = 7200 manat) Cəmi: 13500 manat. İddiaçı8 məxsus 15000 kq meşə gözəli armud sortudur. Bir kq meşə gözəli armudun orta satış qiyməti 1 manat olmaqla (15000 x 1 = 15000 manat) Cəmi: 15000 manat. İddiaçı9 məxsus 16000 kq alma palmet sortu. Bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (16000 x 0,70 = 11200 manat) Cəmi: 11200 manat. İddiaçı10 məxsus 25000 kq xurma. Bir kq xurmanın orta satış qiyməti 0,70 manat olmaqla (25000 x 0,70 = 17500 manat) Cəmi: 17500 manat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 7/350 №li rəyindən görünür ki, rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəblərə əs asən 17 (iddiaçıların tərtib etdiyi aktda isə bu 26 saat təşkil edir) saat ərzində soyuducusuz qaldıqda istehlaka yararsız olub-olmaması və ya qaldıqdan sonra insanların və heyvanların istifadəsinə yararlılığı barədə suallara cavab vermək mümkün olmadı. Tədqiqata təqdim olunmuş mülki işin materiallarına əsasən həcmi 2880 ton olan mövcud soyuducu anbar ümumi çəkisi 762 ton meyvələrin düzgün ştabel qaydası ilə yığılması üçün kifayət edir. Əlavə olaraq Cavabdeh2 məxsus soyuducu anbar qida məhsulları sahəsində fəaliyyət göstərərək obyekt kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin qeydiyyatından keçmədiyi üçün tutumundan asılı olmayaraq həmin obyektdə qida məhsullarının saxlanması şəraiti haqqında Agentlikdə hər hansı bir məlumat olmadığına görə bu barədə qərardadda göstər ilən 2-ci suala cavab vermək mümkün olmadı. Meyvələrin soyuducuda elektrik enerjisi dayandırıldıqdan sonra hansı müddət ərzində xarab olmasına yalnız anbarda havanın nisbi rütubət və temperatur rejimi, havanın qaz tərkibi və dövr etməsi deyil həmçinin rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən xarab olmaya təsir edə bilən səbəblər qeyri-müəyyən olduğu üçün bu barədə suala cavab vermək mümkün olmadı.

23. Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 7/350 №li rəyindən görünür ki, rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəblərə əsasən 17 (iddiaçıların tərtib etdiyi aktda isə bu 26 saat təşkil edir) saat ərzində soyuducusuz qaldıqda istehlaka yararsız olub-olmaması və ya qaldıqdan sonra insanların və heyvanların istifadəsinə yararlılığı barədə suallara cavab ver mək mümkün olmadı. Tədqiqata təqdim olunmuş mülki işin materiallarına əsasən həcmi 2880 ton olan mövcud soyuducu anbar ümumi çəkisi 762 ton meyvələrin düzgün ştabel qaydası ilə yığılması üçün kifayət edir. Əlavə olaraq Cavabdeh2 məxsus soyuducu anbar qida məhsulları sahəsində fəaliyyət göstərərək obyekt kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin qeydiyyatından keçmədiyi üçün tutumundan asılı olmayaraq həmin obyektdə qida məhsullarının saxlanması şəraiti haqqında Agentlikdə hər hansı bir məlumat olmadığına görə bu barədə qərardadda göstərilən 2-ci suala cavab vermək mümkün olmadı. Meyvələrin soyuducuda elektrik enerjisi dayandırıldıqdan sonra hansı müddət ərzində xarab olmasına yalnız anbarda havanın nisbi rütubət və temperatur rejimi, havanın qaz tərkibi və dövr etməs i deyil həmçinin rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən xarab olmaya təsir edə bilən səbəblər qeyri-müəyyən olduğu üçün bu barədə suala cavab vermək mümkün olmadı.

24. Quba Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddia qismən təmin edilmiş, maddi ziyanla bağlı iddiaçılar, İddiaçı1 xeyrinə 35350 (otuz beş min üç yüz əlli) manat, İddiaçı2 xeyrinə 39000 (otuz doqquz min) manat, İddiaçı3 xeyrinə 15000 (on beş min) manat, İddiaçı4 xeyrinə 14300 (on dörd min üç yüz) manat, İddiaçı5 xeyrinə 11600 (on bir min altı yüz) manat, İddiaçı6 xeyrinə 10500 (on min beş yüz) manat, İddiaçı7 xeyrinə 13500 (on üç min beş yüz) manat, İddiaçı8 xeyrinə 15000 (on beş min) manat, İddiaçı9 xeyrinə 11200 (on bir min iki yüz) manat, və İddiaçı10 xeyrinə 17500 (on yeddi min beş yüz) manat, ümumilikdə 182950 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutulması, digər cavabdehlərə qarşı iddianın olunması qət edilmişdir.

25. Birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdeh "xxxx" ASC-inn təqsirli hərəkətləri, yəni əsassız olaraq digər Cavabdeh2 məxsus Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbara elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində anbarda saxlanılan meyvələrin çürüməsi baş vermiş, nəticədə Cavabdeh2 ilə bağladıqları saxlanc müqavilələrinə əsasən soyuducu anbarda saxlanılan, iddiaçılar İddiaçı1 məxsus alma sortları, 12000 kq simerenka (bir kq simerenkanın orta satış qiyməti 0,60 manat olmaqla (12000 x 0,60= 7200 manat)), 18500 kq palmet (bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (18500 x 0,70= 12 950 manat)) və 19000 kq qransimit (bir kq qransimitin orta satış qiyməti 0,80 manat olmaqla (19000 x 0,80 man. = 15200 manat)), cəmi 35350 manat, İddiaçı2 məxsus alma sortları, 30000 kq palmet və 10000 kq isə qızıləhmədi sortundan olan alma və həmin almanın bir kq orta satış qiyməti palmet 0,70 manat, qızıləhmədi 1,80 manat olmaqla (30000 x 0,70 = 21000 manat, 10000 x 1,80 manat = 18000 manat), cəmi 39000 manat, İddiaçı3 məxsus 10000 kq palmet və 10000 kq isə qransmit, bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (10000 x 0,70 = 7000 manat), bir kq qransimitin satış qiyməti 0,80 manat olmaqla (10000 x 0,80 = 8000 manat), cəmi: 15000 manat, İddiaçı4 məxsus 13000 kq alma qala sortu, bir kq qalanın orta satış qiyməti 1,10 manat olmaqla (13000 x 1,10 = 14300 manat), cəmi 14300 manat, İddiaçı5 məxsus 8000 kq palmet və 10000 kq simerenka, bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (80000 x 0,70 = 5600 manat), bir kq simerenkanın qiyməti 0,60 manat olmaqla (10000 x 0,60 = 6000 manat), cəmi 11600 manat, İddiaçı6 məxsus 15000 kq palmet, bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (15000 x 0,70 = 10500 manat), cəmi 10500 manat, İddiaçı7 məxsus 9000 kq palmet və 12000 kq simerenka, bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (9000 x 0,70 = 6300 manat), bir kq simerenkanın qiyməti 0,60 manat olmaqla (12000 x 0,60 = 7200 manat), cəmi 13500 manat, İddiaçı8 məxsus 15000 kq meşə gözəli armud sortu, bir kq meşə gözəli armudun orta satış qiyməti 1 manat olmaqla (15000 x 1 = 15000 manat), cəmi 15000 manat. İddiaçı9 məxsus 16000 kq alma palmet sortu, bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (16000 x 0,70 = 11200 manat), cəmi: 11200 manat, İddiaçı10 məxsus 25000 kq xurma, bir kq xurmanın orta satış qiyməti 0,70 manat olmaqla (25000 x 0,70 = 17500 manat), cəmi 17500 manat xarab olmuş, onlara maddi ziyan ziyan dəymişdir. Beləliklə yuxarıda adları qeyd olunan şəxslərə ümumilikdə 182950 manat maddi ziyan dəymişdir.

26. İddiaçılara maddi ziyan dəyməsində cavabdeh "xxxx" ASC təqsirli olmuş, digər cavabdeh olan anbar sahibi Cavabdeh2 təqsiri olmamış, o, anbara elektrik enerjisi verilişinin kəsilməsində təqsirli olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktları onun elektrik enerjisinə görə borcunun olmadığı müəyyən olunmuş, enerinin verilməsinin bərpası üçün özündən asılı olan tədbirləri görmüşdür.

27. Birinci instansiya məhkəməsi öz mö vqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 822, 824.1, 827, 1096, 1097.1 və 1099.1-ci maddələrinə, MPMnin 77.1,88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən irəli sürülmüş iddia üzrə cavabdehlərin subyektiv tərkibini düzgün müəyyən etməmiş, iddiaçılarla Cavabdeh2 arasında müqavilə olduğunu, iş üzrə cavabdeh şəxs yalnız Cavabdeh2 olduğunu, iddiaçılar və Cavabdeh2 ilə enerji təchizatı müəssisəi olan "xxxx" ASC arasında birtipli müqavilə olmadığını, buna görə də "xxxx" ASC-nin h əm iddia tələbi üzrə cavabdeh olmadığını, həm də onlar qarşısında heç bir müqavilə öhdəliyinin olmadığını müəyyən etməli olduğu halda bunu etməmiş, EEİQ-nın və ondan irəli gələn digər qanunvericilik aktlarının tələblərini pozmuşdur. Qətnamə tərtib edilərkən qətnamənin əsaslandırıcı hissəsi mötəbər sübutlara əsaslanmamışdır (sübut kimi qərəzli tərtib olunmuş akt və saxlama müqavilələri göstərilmişdi. Saxlama müqaviləsində əvəzli formada saxlayıcı qismində tanınan Cavabdeh2 gəlir əldə etmək məqsədilə aidiyyatı üzrə bağladığı müqavilələrdə (01 noyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 1400 manat, eyni tarixdə bağlanmış digər saxlama müqavilədən 2800 manat, 20 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 2640 manat, 17 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 1400 manat, 25 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 1400 manat, 08 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 2100 manat, 01 sentyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 2800 manat məbləğində) göstərilən gəlirlərin əldə edilməsi bağlı vergi ödəməsinə dair qəbz yoxdur. Bu da istinad edilən dəlilin qeyri-mötəbər olduğunu sübut edir.

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-293/2023 nömrəli mülki iş üzrə 03 may 2023cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsi göstəmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli rəydən sonra yenidən ekspertiza təyin edərək rəy alsa da, faktiki olaraq ekspertiza təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardadda əvvəlki qərardadın məzmunu ilə eynilik təşkil edən suallar qoyulmuşdur ki, bu da şübhəsiz ki, suallara verilən cavablar əvvəlki rəydə olan cavabla tamamilə eynilik təşkil etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2022-ci il tarixli rəyində isə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli rəylərin əksinə olaraq cavablandırılması mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsi ekspert rəylərini müqayisəli təhlil etməmiş, iki ekspert rəyi ilə sonrakı eskpert rəyi arasındakı ziddiyyətləri müəyyən etməmiş və sonun cu ekspert rəyinin əsassızlığının nədən ibarət olmasını qətnamədə göstərməmişdir. Halbuki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və qərardadda əsaslandırılmalıdır (MPM-nin 101.7 və 103.2-ci maddələri). İki ekspert rəyi ilə sonuncu ekspert rəyinin verilməsi arasında təxminən 11 ay vaxt keçməsinə baxmayaraq, açıq-aşkar ziddiyyət təşkil etməsini yəni 3-cü rəyin əvvəlki iki rəydən fərqli olaraq səbəbləri dəqiq göstərilməklə cavablandırılmasının mümkün olmamasını birinci instansiya məhkəməsi nəzərə almamış və həmin sübutlara MPM-nin 88, 101.7 və 103.1-ci maddələrinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli qiymət verməklə düzgün nəticəyə gəlməmişdir.

32. Apellyasiya instansiya məhkə məsi həmçinin qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan əvvəlki iki (xx.xx.2021-ci il və xx.xx.2021-ci il) ekspert rəylərinin qeyri-mötəbər olması ilə bağlı kifayət qədər əsasların mövcud olduğu halda iddiaçılar tərəfindən bununla əlaqədar sübut təqdim olunmamışdır. İddiaçıların qeyd etdiyi hallara əsasən məhsullara ziyan dəysə də, lakin bu ziyanın məhz elektrik enerjisinin kəsilməsi nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. Bununla yanaşı iş üzrə "xxxx" ASC-nin hesab ödəniş vərəqindən görünür ki, abonent Cavabdeh2 soyuducu anb ara görə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün 10919,78 manat borcu olması barədə xx.xx.2020-ci il tarixdə xəbərdarlıq edilmiş və sonuncu tərəfindən 01 dekabr 2020-ci il tarixdə 4420 manat məbləğində ödəniş olunmuşdur (cild 1, səhifə 64, 65, 75).

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və MPM-NİN 88, 101.7 və 103.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC nə birinci instansiya məhkəməsində, nə apellyasiya şikayətində, nə də apellyasiya instansiya məhkəməsində işə baxılarkən vurulmuş ziyanın məbləğini mübahisələndirməmişdir. saxlanca verilmiş məhsulun xarab olması anbar sahibinin öz müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsi deyil, onun iradəsindən asılı olmayan halla, "xxxx" ASC tərəfindən elektrik enerjisinin verilməsinin dayandırılması səbəb olmuşdur və bu dayandırmaya əsas olan pozuntuya da "xxxx" ASC-nin iddia etdiyi kimi anbar sahibi tərəfindən yol verilməmişdir. a)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi X10 tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin d əyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa zi yan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan p rosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəl inmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

50. Cavabbeh Cavabdeh2 məxsus soyuducu anbarda saxlanılan, iddiaçılara məxsus meyvələrin anbara elektrik enerjisinin verilişinin dayandırılması nəticəsində çürüməsi, bunnula bağlı iddiaçılara ziyan dəyməsi, iddiaçılara maddi ziyan dəyməsində cavabdeh "xxxx" ASC təqsirli olması barədə iddiaçılar tərəfindən kifayət qədər mötəbər sübutların təqdim olunmaması, iş üzrə təyin edilmiş ekspert rəyləri ziddiyyətli olduğuna görə m.təbər sübut kimi qəbulolunmaması barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməs inin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-293/2023 nömrəli mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar