Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3969/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ Kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməs” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-324/2024 nömrəli iş üzrə 9 oktyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 03 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı LPO ”Zaminbank” ASC ( ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 503145,11 manat, bundan 266041,39 manat əsas, 237103,72 manat faiz borcun və iş üzrə ödənilmiş 794 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı bin anın 16-cı mərtəbəsində yerləşən 72 və 73 saylı mənzillərə yönəldilməsi, mənzillərin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-432/2023 saylı xx.xx.2023- cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilməsi,Cavabdeh 185887 manat əsas borc və 237103,72 manat faiz borcu olmaqla, cəmi 422991,03 manat borcun və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 667,51 manat pulun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC – nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 126,49 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-324/2024 saylı 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) iddiaçı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e2(004)-432/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin əsas borcun məbləğinə aid hissədə dəyişdirilməsi, cavabdeh X1 əsas borc olaraq 266.041,39 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixində kassasiya şikayəti və qətnamədən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə vermişdir.
6. Ərizə onunla əsaslandırmışdır ki, cavabdeh Yasamal Rayon Məhkəməsinin e-2(004)432/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən razı olduğu üçün həmin qərarın qanuni qüvvəyə minməsini gözləyirdi. Lakin sonradan cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-324/ 2024 saylı qətnaməsinin mövcudluğundan icra mərhələsində məlumat əldə etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Yasamal rayon məhkəməsinin qətnaməsində olan əsas borc məbləği dəyişdirilərək artırılmış və nəticədə apellyasiya instansiyası tərəfindən isə icra vərəqəsi verilmişdir. Belə olan halda cavabdeh bilmədən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə rəsmi qaydada çatdırılmamış, hətta apelyasiya instansiyasında cavabdehin vəkili olmayıb, özü yaşlı biri olduğundan məhkəmə proseslərindən heç bir anlayışı yoxdur. Belə olan halda cavabdehin kassasiya şikayəti vermək hüququ məhdudlaşdılır. Məhz bu səbəbdən də cavabdeh tərəfindən kassasiya şi kayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət üzrlü səbəblərdən ötürülmüşdür.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-324/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) Bakı Apellyasiya Məhkəməsinin 2(103)324/2024 saylı 12 iyun 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair Cavabdeh ərizəsi təmin olunmamış və kassasiya şikayəti geri qaytarılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən göründüyü kimi mübahisələndirilən qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixində yerləşdirilmiş, bununla da həmin qətnamə ona rəsmi qaydada təqdim edilmişdir. C avabdeh onun elektron kabinetinə yerləşdirilmiş qətnamədən yalnız icra mərhələsində xəbərdar olduğunu qeyd etsə də, kollegiya bildirir ki, elektron kabinetə yerləşdirilmiş sənəddən tərəfin hansı tarixdə məlumatlı olması prosessual müddətin hesablanmasına təsir etmir, çünki prosessual normalara əsasən sənəd elektron kabinetə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab edilir.
9. Apellyasiya instansiyası məhkəməsi bu baxımdan hesab etmişdir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 128.1, 133.1, 135.5, 135.6, 405.0.2 və 408.1.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 14.1, 133.1, 418.1 və 418.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə rəsmi qaydada çatdırılmamış, hətta apelyasiya instansiyasında cavabdehin vəkili olmayıb, özü yaşlı biri olduğundan məhkəmə proseslərindən heç bir anlayışı olmamışdır. Belə olan halda cavabdehin kassasiya şikayəti vermək hüququ məhdudlaşdırılmışdır. Məhz bu səbəbdən də cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət üzrlü səbəblərdən ötürülmüşdür. Kassasiya şikayəti verilmə müddəti cavabdehin öz təqsiri ucbatından bilərəkdən ötürülməmiş və hazırkı ərizədə göstərilənlər kassasiya şikayə ti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas sayılmalı idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 1
4. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
15. Maddə-128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
17. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.
18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhk əmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
20. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
21. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
22. Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.
23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron mə hkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılm ış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi qərardaddan kassasiya şikayətlərinə baxarkən prosessual hüquq normalarının pozulub-pozulmadığını yoxlayır.
29. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunduğundan qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İşdən görünür ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixində yerləşdirilməklə MPM-nin 135.6-cı maddəsinə əsasən rəsmi çatdırılmış, qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı xx.xx.2024-cü il tarixdə bitmiş, qətnamədən kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə verilmişdir.
32. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdehin prosessual müddətin ötürülmə səbəbi kimi qeyd etdiyi hallar (elektron kabinetdən istifadə qaydalarını bilməməsi, kabineti izləməməsi) müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilməz. Belə ki, müd dətin bərpası üçün məhkəmə tərəfindən üzürlü hesab edilə biləcək hallar o hallar ola bilər ki, həmin hallar şəxsin iradəsindən asılı olmayaraq baş vermiş olsun və nəticədə kassasiya şikayətinin vaxtında təqdim edilməsi mümkün olmasın. Cavabdeh elektron məhkəmə sistemində elektron kabinet yaratdığı andan kabinetə daxil olan sənədlərə nəzarət etməyə (özü və ya nümayəndəsi vasitəsi ilə) borclu olduğundan kabineti izləməməsi prosessual müddətin bərpası üçün əsas ola bilməz.
33. Göstərilənlərə əsasən müddətin bərpasından imtina edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan kassasiya şikayətində göstərilənlər mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hə r hansı prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-324/2024 nömrəli iş üzrə 9 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.