Məhkəmə qərarları › İş №2(102)-397/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-397/2020

15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-397/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-8919/2017 saylı 10 oktyabr 2017ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim M.Qarayeva) iddia qismən təmin edilərə k, x2 2370.31 ABŞ dolları əsas borcun, 1507.34 ABŞ dolları məbləğində faiz borcunun, 30 ABŞ dolları cərimə olmaqla, cəmi 3907.65 ABŞ dollarının (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatına olan məzənnəsi ilə manatla), 30 manat dövlət rüsumunun x1-nin xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən, məruzəçi), İ.Kərimli və A.Hüseynov, 2(103)-5824/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-8919/2017 saylı 10 oktyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddia həmin hissədə də təmin edilməmiş, iddiaçı x1-dən 15 (on beş) manat döv lət rüsumu tutularaq cavabdeh x2, ekspertiza tədqiqatının dəyəri olaraq 125 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədi yi üçün həmin müqavilədən yaranan əsas, faiz və cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. 443.1, 465.2, 467, 739.1 və 739.2, maddələrinə əsasən iddia qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehə qarşı iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş 14550 saylı 09 iyul 2019-cu il tarixli ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında (i.v.1213) olan x1 ilə x2 arasında olan ********* saylı 04.12.2014-cü il tarixli kredit müqaviləsinin 1-ci və 2-ci vərəqələrinin aşağı sağ küncündəki imzalar və 2-ci vərəqəsinin arxa tərəfində “Borcalan” qrafasındakı imza və 14-cü qrafasındakı imza x2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ i olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş üzrə ekspert rəyi ilə iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 04.12.2014-cü il tarixli kredit müqaviləsinin cavabdeh tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, müqavilə üzrə pulun cavabdehə verilməsi ilə bağlı sübutetmə yükü üzərinə düşən iddiaçı tərəfindən bu barədə hər hansı sübut məh kəməyə təqdim olunmadığından qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar