Məhkəmə qərarları › İş №2(102)-397/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-397/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-397/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-397/21 (Açar sözlər: kredit borcunun ödənilməsi, zaminliyə xitam verilməsi) Bakı şəhəri, 01 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəki li Əzimov Rauf Nəriman oğlunun, Cavabdeh2 vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)644/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 01 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” ASC xx.xx.2013-cü il tarixli, 1157 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 25 faizlə 18 ay müddətinə, 3500 manat məbləğində kredit verib.

2. Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyini tamamilə icra etməsi üçün zamin kimi üzərinə məsuliyyət götürmüşdür. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx xxxx 2019-cu il tarixə kredit öhdəliyi üzrə qalan 2504 manat əsas, 1043,95 manat faiz (müddətin sonuna hesablanmış), 1559,88 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq) 486,88 manat faiz borcu olmaqla, cəmi 5594,71 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıx arılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.1-ci bəndinə görə borcalan bankdan aldığı krediti və hesablanmış faizi ödəməlidir, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmirlər.

5. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 448.1, 445.7 və 739.1-ci maddələrinə istinad etmişdir.

6. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

7. Yasamal Rayon Məhkəməsinin 2(004)-4473/2019 nömrəli, 16 sentyabr 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Rəşad Cavadzadə)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh2 ilə “xxxx” ASC arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə 18 ay müddətinə, illik 25 faizlə 3500 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh1 ilə həmin tarixdə 1092 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə borc yaranmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə görə kredit 18 ay müddətinə verilmiş və kredit üzrə son ödəmə müddəti xx xxxxx 2015-ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən hazırkı tələblə məhkəməyə xx xxxx 2019-ci il tarixdə müraciət olunmuş və cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir.

10. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı tərəfindən məhkəm əyə iddia ərizəsi müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti buraxılmaqla verildiyindən iddia təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 373.2, 375.1, 377.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddia müddəti nin ötürülmüş olması nəticəsinə gəlib. Çünki Cavabdeh2 tərəfindən banka sonuncu dəfə xx.xx.2016-cı il tarixdə ödəniş edilib və beləliklə də iddia müddətinin axımı həmin tarixdən hesablanmalı idi.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında müqavilə müddətinin sonuna borcun məbləği və müddət bitəndən sonra hansı məbləğdə ödəniş edilməsi barədə suallar qoyulmuşdur.

15. Məhkəmə Ekspertiza Mərkəzinin 31023 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, cavabdehin xx xxxxx 2015-ci il tarixinə 2.506,26 manat əsas, 146,98 manat faiz borcu vardır. Cavabdeh2 tərəfindən iddiaçı banka xx.xx.2015-ci il tarixdən sonra da ayrı-ayrı tarixdə, ümumilikdə 750,00 manat məbl əğində ödəniş edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-644/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmis, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4473/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, Cavabdeh2 1903,24 (min doqquz yüz üç manat 24 qəpik) manat əsas kredit borcu, 100 (yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 486,88 (dörd yüz səksən altı manat 88 qəpik) manat faiz borcu, iddianın və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun və bank xidməti xərcinin əvəzi qi smində 45,80 (qırx beş manat 80 qəpik) manat olmaqla cəmi 2535,92 (iki min beş yüz otuz beş manat 92 qəpik) manatın Ləğv prosesindəki “xxxx” ASC-nin xeyrinə tutulması, iddia tələblərinin qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fuad Babayev)

17. Apelyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələblərinə üç illik iddia müddətinin tətbiq edilməsi qənaətində haqlı olsa da, iddiaçının iddia müddətini ötürmüş olması barədə nəticəyə işin hallarına düzgün qiymət verməməsi səbəbindən gəlmiş, beləliklə də maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

18. Apellyasiya məhkəməsinin mövqeyinə görə qanunverici iddia müddətlərini iddia tələbinin əsasında dayanan hüquq münasibətin in xarakterinə görə fərqləndirmiş, müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuş, həmçinin iddia müddətinin axımının hansı hallarda kəsildiyi müəyyən edilmişdir. Bu baxımdan, bankın iddia tələbinə iddia müddətinin və məhz hansı müddətin tətbiq edilib-edilməməsi məsələsinə onunla cavabdehlər arasında yaranmış münasibətin qanunvericilikdə nəzərdə tutulmuş qanuni əsası kontekstində qiymət verilməli, eləcə də müddətin axımının kəsilməsinə əsas verən halların mövcud olub-olmadığı təsbit olunmalıdır.

19. Apellyasiya məhkəməsi işin müəyyən olunmuş hallarına əsasən iddiaçı bankla cavabdehlər arasında müqavilə(lər)dən irəli gələn hüquq münasibətlərinin yaranmasını və iddia tələblərinə müddətin tətbiqini də məhz bu münasibətlər kontekstində nəzərdən keçirilməli olmasını qeyd etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, xx.xx.2013-cü il tarixindən etibarən kredit müqaviləsi üzrə yaranmış borc hesabına müxtəlif tarixlərdə (2013-2016-cı illər ərzində) ödənişlər həyata keçirilib, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 100 manat ödəniş olunub; bu isə o deməkdir ki, iddiaçı bank xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbləri üzrə əsas borcluya – yəni Cavabdeh2 münasibətdə iddia müddətini ötürməmişdir.

21. Apellyasiya instansiyası iddia tələblərinin əsaslandırıldığı hallara əsasən müəyyən edib ki, cavabdehdən tələb olunan borc məbləğləri xx xxxx 2019-cu il tarixədək olan dövr üçün hesablanmışdır; halbuki, işə apellyasiya qaydasında baxılarkən təyin edilmiş ekspertizanın rəyi əsasında müəyyən olunmuşdur ki, xx xxxxxxx 2013-cü il tarixli kre dit müqaviləsi üzrə Cavabdeh2 müqavilə müddətinin başa çatdığı xx.xx.2015-ci il tarixinə 2506,26 manat əsas, 146,98 manat faiz borcu olmuş, müqavilə müddətinin başa çatmasından sonrakı dövrdə isə o cəmi 750 manat ödəniş həyata keçirmişdir.

22. Apellyasiya instansiyası ekspert rəyini, cavabdehin müqavilə müddəti bitəndən sonra ödədiyi məbləğləri, xüsusilə də qətnamənin icrası zamanı yarana biləcək anlaşmazlığın qarşısını almaq məqsədilə hesab edib ki, xx.xx.2015-ci il tarixinə hesablanmış 146,98 manat faiz borcu Cavabdeh2 sonradan ödədiyi məbləğin müvafiq hissəsində əvəzləşdirilməli (yəni faiz borcu xx.xx.2015-ci il tarixindən sonra ödənilən 750 manatın müvafiq hissəsi hesabına ödənilmiş hesab olunmalı) və buna uyğun olaraq faiz borcu sıfırlanmalı (750 – 146,98), 750 manatın qalan hissəsi i sə əsas borcdan çıxılaraq cavabdehdən 1903,24 manat əsas kredit borcu tutulmalıdır (2506,26 – 603,02 = 1903,24).

23. Apellyasiya instansiyası həmçinin cavabdehdən 1559,88 manat cərimə borcunun tutulması hissəsində də iddianı qismən əsaslı hesab etmiş və dəbbə pulunun məbləğinin 100 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətli saymışdır.

24. Apellyasiya instansiyası dəbbə pulunu azaldarkən qeyd edib ki, qanunvericiliyə görə borclu ilə yanaşı, ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericili k müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

25. Apellyasiya instansiyası iddiaçının “kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 486,88 manat faiz borcunun tutulması” tələbini də əsaslı hesab edib və qeyd edib ki, iddiaçı bankın həmin pul vəsaitlərini yenidən kredit verməklə, illik ən azı uçot dərəcəsi ilə gəlir (fayda) əldə etmək imkanı olmuşdur.

26. Apellyasiya instansiyası hesab edib ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə təmin etməməkdə haqlı olmuş, lakin ona qarşı yönəlmiş tələbi də iddia müddətini tətbiq edilməsi ilə rədd etməkdə səhvə yol vermişdir.

27. Apellyasiya instansiyası qeyd edib ki, Cavabdeh1la bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, qanunvericiliyin tələbinə görə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan başa çatmasıdır.

28. Bankla borclu Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 18 ay müddətində, yəni xx.xx.2015-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan, bank zamin Cavabdeh1 qarşı xx.xx.2016- cı il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.

29. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 373.1, 371.2, 380, 385, 386.1, 425, 442, 448.1, 467-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4- cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qəra r qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti belə əsaslandırılıb ki, faizlər və cərimələr düzgün hesablanmamış, məhkəməyə süni şəkildə şişirdilmiş rəqəmlər təqdim olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etsə də, apelyasiya məhkəməsi buna qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının iclasında cavabdehin Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

34. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Əzimov Rauf Nəriman oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi..

35. Məhkəmə iclasının yeri və v axtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə Maddə

88. Məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.” Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. E kspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxa rkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.” Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Kassasiya şikayətində Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin məzmunu və dəlillərindən görünür ki, şikayət borcun məbləği hissəsindəndir. Eləcə də iddianın təmin olunmayan hissəsindən də şikayət olmadığı üçün məhkəmə kollegiyası qətnaməni cavabdehin şikayəti üzrə yalnız mübahisələndirilən hissədə (kreditin məbləği hissəsində) yoxlayır. Kassasiya instans iyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

40. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

41. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh2 arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

42. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 448.1-ci maddəsini düzgün tətbiq etmişdir.

44. Kassasiya şikayətinin borc məbləğinin şişirdilməsi barədə dəlilinə gəldikdə, qeyd edilməlidir ki, apellyasiya məhkəməsi borc məbləğinin müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etmi ş və ekspert rəyinə əsasən cavabdehin əsas borcunun 2506,26 manat, faiz borcunun 146,98 manat olmasını müəyyən etmişdir. Apellyasiya məhkəməsi 146,98 manat faiz borcunu Cavabdeh2 sonradan ödədiyi məbləğin müvafiq hissəsi ilə əvəzləşdirmiş və buna uyğun olaraq faiz borcunun sıfırlanmalı olması nəticəsinə gəlmişdir. 750 manatın faizə çıxılan hissəsindən qalan məbləğ isə əsas borcdan çıxılaraq cavabdehdən 1903,24 manat əsas kredit borcu tutulmuşdur.

45. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cavabdehdən tutulan borcun məbləği ilə bağlı gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına və ekspert rəyinə uyğun olaraq əsaslı hesab edir.

46. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.

47. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, borc məbləği hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Apellyasiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etmiş və borcun məbləğini də məhz ekspert rəyinə uyğun müəyyən etmişdir.

48. Təkrar ekspertiza təyin edilməsi barədə dəlilə gəldikdə qeyd edilməlidir ki, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir. Mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə cavabdeh apellyasiya baxışında təkrar ekspertiza barədə vəsatətinin təmin edilməməsini bildirsə də, bu barədə dəlillərini əsaslandırmadığı üçün apelyasiya instansiyası düzgün olaraq təkrar ekspertuiza təyin etməmişdir.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-644/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qə tnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar