Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3970/2018 21.06.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 21 iyun2018-ciil İş№ 2(102)-3970/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun iştirakı ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2nin Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-151/2018 saylı 10 yanvar 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnamə si ilə (hakim Z.M.Əliyev, iş № 2(007)-872/2017) iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 37R*********1333 saylı kredit razılaşması üzrə 34022 ABŞ dolları məbləğində kredit borcu, 7819.20 ABŞ dolları məbləğində faiz borcu və 2000 (iki min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 43841,20 (qırx üç min səkkiz yüz qırx bir dollar, on iki sent ) ABŞ dolları məbləğində borcun manat hesabı ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə a lınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutulması, tələbin Şirvan şəhəri, ünvan 1 ünvanda yerləşən mağazaya və Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən 1P nömrəli evin Cavabdeh1in mülkiyyətindəki 17 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dən müştərək qaydada tutulması, Şirvan şəhəri, ünvan 3 ünvanda yerləşən, Cavabdeh1in mülkiyyətindəki 1/115 saylı mağazaya tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra mağazanın boşaldılması və alıcıya təhvil verilməsi, həmçinin Şirvan şəhəri, ünvan 2 ü nvanda yerləşən 1P nömrəli evin Cavabdeh1in mülkiyyətindəki 17 nömrəli mənzilinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1in mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi hissəsində iddia tələbi təmin edilməmişdir. Cavabdeh1 Şirvan Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli 2(007)-872/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbulolunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlərN.F.Mirzəyev (sədrlik edən və məruzəçi),T.X.Heydərov və Z.B.Babayev, iş № 2(106)151/2018) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli 2(007)-872/2017 saylı qətnaməsi ipoteka predmeti olan Şirvan şəhəri, ünvan 3 ünvanda yerləşən 23,05 kv.m ümumi sahəsi olan 1/115 saylı mağazanın ilkin satış qiymətinin 15686 manat müəyyən edilməsinə dair hissədə dəyişdirilməklə ipoteka predmetinin ilkin satış qiymətinin 19000 (on doqquz min) manat, ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilin ilkin satış qiymətinin 34509,20 manat müəyyən edilməsinə dair hissədə dəyişdirilməklə ipoteka predmetinin ilkin satış qiymətinin 38000 (otuz səkkiz min) manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilməmişdir. Göstərilən qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı "xxxx" QSC-nin iddiası onunla əsaslandırı lmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 27.01.2014-cü il tarixli 37L*********1240 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 28.01.2014-cü il tarixli 37R*********1333 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 64000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 24.06.2015-ci il tarixli 37R**********S saylı razılaşmaya əsasən ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredi t razılaşması üzrə ödənişləri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.01.2016-cı il tarixdə banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 29978 ABŞ dolları ödəmiş, onun 34022 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 29.12.2016-cı il tarixə 360 gün üçün hesablanmış faiz borcu 7819,20 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində ödəməlidir. 29.12.2016cı il tarixə 360 gün üçün hesablanmış cərimə 12272.57 ABŞ dolları təşkil edir. Kredit xətti m üqaviləsi üzrə Cavabdeh1in öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 27.01.2014-cü il tarixli 37S*********1914 saylı və Cavabdeh3 isə 27.01.2014-cü il tarixli 37S*********1913 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan Cavabdeh1 ilə bank arasında bağlanmış 27.01.2014-cü il tarixli 37M*********0066 saylı ipo teka müqaviləsinə əsasən Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən Cavabdeh1 mülkiyyətindəki 1/115 saylı mağaza iddiaçının xeyrinə ipoteka ilə yüklü еdilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX0322969 nömrəli çıxarışla Şirvan şəhəri, ünvan 3 ünvanda yerləşən, Cavabdeh1in mülkiyyətindəki 1/115 sayı mağazanın Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Həmçinin, kredit xətti müqaviləsi üzrə Cavabdeh1in öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında bağlanmış 27.01.2014-cü il tarixli 37M*********0067 saylı ipoteka müqaviləsinə əsasən, Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən 1P nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 17 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 sayı Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 156\3 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarışla, Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən 1P nömrəli evin Cavabdeh1in mülkiyyətindəki 17 nömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qeyd olununlara əsasən borcun Şirvan şəhəri, ünvan 3 ünvanda yerləşən Cavabdeh1 m ülkiyyətindəki 1/115 saylı mağaza və Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən 1P nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 17 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 54113 (əlli dörd min yüz on üç) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dən müştərək qaydada tutulması, Şirvan şəhəri, ünvan 3 ünvanda yerləşən, Cavabdeh1 mülkiyyətindəki 1/115 saylı mağazaya tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra mağazanın boşaldılması və alıcıya təhvil verilməsi, ünvan 2 ünvanda yerləşən 1P nömrəli eyin Cavabdeh1in mülkiyyətindəki 17 nömrəli mənzilinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1in mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili X3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslan dırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 14.2, 217-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqişdə iştirak edən şəxslər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmas ınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olma lıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən kassatorlara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, bir tərəfdən Cavabdeh1, digər tərəfdən isə "xxxx" QSC olmaqla 28.01.2014-cü il tarixli 37R*********1333 saylı kredit kredit müqaviləsi bağlanmış, kredit öhdəliyinin təminatı kimi digər cavabdehlər Cavabdeh2 ilə 27.01.2014-cü il tarixli 37S*********1914 saylı və Cavabdeh3 ilə 27.01.2014-cü il tarixli 37S*********1913 saylı zaminlik müqavilələri bağlanmış, eyni zamanda ipoteka qoyan Cavabdeh1 ilə bank arasında bağlanmış 27.01.2014-cü il tarixli 37M*********0066 saylı ipoteka müqaviləsinə əsasən Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən Cavabdeh1 mülkiyyətindəki 1/115 saylı mağaza və ünvan 1 ünvanda yerləşən mənzilin ipoteka qoyulması haqqında müqavilə bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır.Cavabdeh1 28.01.2014-cü il tarixli 37R*********1333 saylı kredit müqaviləsinin tələbinə görə kreditor "xxxx" QSC-dən müqaviləyə əsasən götürdüyü pul məbləğini, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin 14 noyabr 2017-ci il tarixli 426/AB qiymətləndirmə rəyində Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 1P ünvanında 5 mətəbəli, köhnə tikili binanın 2-ci girişində, 1-ci mərtəbədə yerləşən 83,1 kv.m ümumi, 60,44 kv.m yaşayış və 22,66 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı, 17 nömrəli mənzilin ilkin satış qiymətinin 38000 (otuz səkkiz min) manat təşkil etdiyi göstərilmişdir. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin 14 noyabr 2017-ci il tarixli qiymətləndirmə rəyində Şirvan şəhəri, ünvan 3 ünvanda yerləşən Cavabdeh1in mülkiyyətindəki 1/115 saylı mağazanın ilkin satış qiymətinin 19000 (on doqquz min) manat təşkil etdiyi göstərilmişdir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə i ştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülk i Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditoru n etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1-ci maddələri). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişd ir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər b orclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Bundan başqa əsas öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının tələbinə əsasən ipoteka və girov predmetinə yönəldilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kas sasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-151/2018 saylı 10 yanvar 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən kassatorlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-3970/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-3970/2018
21.06.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver