Məhkəmə qərarları › İş №2(102)-3971/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3971/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3971/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X1” MMC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Abdurrəhman oğlunun iştirakları ilə. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)xxx/2015 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Məhkəməsinin (hakim R.Həsənov) xx.xx.2014-cü il tarixli, 2(003)xxx/2014 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X1” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun və ona hesablanmış faizlərin tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 8027A nömrəli istehlak krediti müqaviləsinin ləğv edilməsi, iddiaçı “xxxx” ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19963.71 ABŞ dolları əsas borc, 9390.61 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 29554.32 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumu və xidmət haqqına görə 25.91 manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 41.79 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 8.21 manatın isə “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, C.Səfiyeva, V.Həsənov) xx.xx.2015-ci il tarixli, 2(103)-xxx/2015 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin qismən- faiz borcu kimi 9390.61 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilməsi, faiz borcunun tutulması barədə tələbin qismən təmin edilməsi, faiz borcu kimi 9374.13 ABŞ dolları məbləğində pulun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “xxxx” ASCnin xeyrinə tutulması, əsas borc kimi 19963.71 ABŞ dolları, faiz borcu kimi 9374.13 ABŞ dolları, cərimə kimi 200 ABŞ dolları, cəmi 29537.84 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq manatla Cavabdeh1 Abdurrəhman oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə tutulması, mübahisələndirilən hissədə qətnamənin qalan göstərişlərinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASC ləğvedicisi “X1” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun və ona hesablanmış faizlərin tutulması” tə ləbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin 1 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 8027A saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada xx.xx.2011-ci il tarixli, 8027A saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcu üzrə 19963.71 ABŞ dolları, faiz borcu üzrə 9390.61 ABŞ dolları, 6000 ABŞ dolları cərimə faizi olmaqla, cəmi 35354.32 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat xidmət haqqının tutularaq “xxxx” ASC-yə ödənilməsi, tutmanın ilk növbədə xx.xx.2011-ci il tarixli 8027A saylı İpoteka müqaviləsinə əsasən girov qoyulmuş və borclu Cavabdeh1 məxsus “BMW X5” minik markalı, 2001-ci il buraxılışlı, ağ rəngli, **-KB-*** dövlət nömrə nişanlı avtomob ilə yönəldilməsi/, həmin avtomobilin açıq hərrac yolu ilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili Hüseynova Zoya Kərəm qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh2 Xəzər rayon məhkəməsində borcun cavabdehlərdən müştərək qaydada tutulmasının ona aid hissəsinin 9850 ABŞ dollarının ləğv edilərək rədd edilməsini xahiş etsə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövcud qanunvericiliyin normalarının tətbiqində yol verdiyi kobud səhvləri aradan qaldırmaq əvəzinə, həmin səhvləri olduğu kimi təkrarlamışdır. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatda borcu əsas borc hissəsində qəbul etmiş, faiz və cərimə borcunun isə şişirdildiyini göstərmişdir. Məhkəmə bu fakta əhəmiyyət verməyərək kredit borcunun Cavabdeh2 və Cavabdeh3 tutulmasını qət etmişdir ki, bu da tamamilə əsassızdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-xxx/2015 nömrəli qətnaməsinin ləğv edilməsi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh2 vəkili Hüseynova Zoya Kərəm qızı və cavabdehlərdən Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin s əbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X1” MMC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-xxx/2015 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsi nə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tələbini təsdiq edən maliyyə arayışını və hesabdan çıxarışı məhkəməyə təqdim etmişdir. Sübutetmə bölgüsü baxımından kredit müqaviləsi üzrə alınmış pulun qaytarıldığını sübutetmə vəzifəsi kredit alanın üzərinə düşür. Cavabdehlər əsas borc üzrə 2936.29 dollardan artıq məbləğdə pul qaytardıqlarına dair məhkəməyə məhkəməyə sübut təqdim etməmişlər. Buna görə əsas borcun tutulması və cərimə məbləğinin azaldılması hissəsində iddia əsaslıdır. Faiz borcu barədə tələb isə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən qismən əsaslıdır. Cavabdeh2 apelyasiya şikayətində pul məblə ğinin yalnız özünə aid olan hissəsini mübahisələndirsə də (o ümumilikdə tutulması qət edilən pul məbləğini (29554.32 ABŞ dollarını) 3-ə bölməklə bu qənaətə gəlmişdir) qeyd edilməlidir ki, cavabdehlərin öhdəliyi ayrıca deyil, müştərəkdir. “Müştərək” ifadəsi öhdəliyin icrasının bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin faiz borcu hissəsində dəyişdirilməsini qət etmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmışdır. Belə ki, kasasiya şikayətinin dəlilləri a pelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası borcun müştərək qaydada tutulmalı olmasını izahat etməklə əsaslandırmışdır. Ümumilikdə kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icr a edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-xxx/2015 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar