Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3972/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2*22-ci il tarixli, 2(1*4)553/2*22 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki iş ə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 22 yanvar 2*15-ci il tarixli, 4873 saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 29 faiz dərəcəsi ilə 24 ay müddətinə, 1725* ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 arasında bağlanmış 22 yanvar 2*15-ci il tarixli zaminlik müqavilələri ilə sonuncular borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 17598 ABŞ dolları əsas borcun, 2158 ABŞ dolları faiz borcunun, 11** ABŞ dolları cərimə borcunun və 3* manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklər tam icra edilmədiyindən, onun iddiaçı qarşısında borcu yaranmışdır.
5. Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2*15-ci il tarixli, 2(*21)-2837/2*15 nömrəli qətnaməsi ilə (hakim İ.B.Fəttahov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 1725* ABŞ dolları əsas kredit borcunun, 2158 ABŞ dolları faiz borcunun, 1* ABŞ dolları cərimənin Azərbaycan manatı ilə məzənnəsi və ödənilmiş 3* manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh borcalan kredit öhdəliklərini yerinə yetirməmiş, kredit götürdüyü pulu müqavilədə nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Lakin iddiaçının cavabdehlərdən 17598 ABŞ dolları məbləğində əsas kredit borcu tələbi əsassızdır. Ona görə ki, təqdim edilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh1 iddiaçıdan 1725* ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmçinin 11** ABŞ dolları cərimə tənasübsüz surətdə yüksəkdir və həmin cərimənin 1* ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir.
7. Məhkəm ə öz mövqeyini Mülki Məcəllənin 448.1, 448.2, 462.1, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2*15ci il tarixli, 2(*21)-2837/2*15 nömrəli qətnaməsinin ləğv edilməsini və işin baxılmamış saxlanılmasını xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2*22-ci il tarixli, 2(1*4)-553/2*22 nömrəli qətnaməsi ilə (hakim Ş.Q.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Abdullayevdən və A.V.İsgəndərovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2*15-ci il tarixli, 2(*21)-2837/2*15 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 467, 472.1, 472.2, 475, 739.1, 739.2-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı hesab etmişdir.
11. Həmçinin apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin şikayətinin dəlillərində ilk vaxtlar müqavilə öhdəliyini layiqincə yerinə yetirdiyi, lakin sonradan iqtisadi böhranla əlaqədar olaraq öhdəliyini icra edə bilmədiyini göstərmiş olsa da, həmin hal iş materialları ilə təsdiq olunmur. Cavabdehin özü də məhkəməyə həmin xüsusatı, yəni lazımi qaydada ödənişlər etdiyini təsdiq edən sübutu təqdim etməmişdir.
12. Bundan başqa, iddia tələbi üzrə məhkəmə qətnaməsi 24.11.2*15-ci il tarixdə, yəni Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2*19-cu il tarixli Fərmanından əvvəl çıxarıldığından və cavabdehin əsas kredit borcu 1725* ABŞ dolları təşkil etdiyindir ki, kredit borcu Fərmanın təsir dairəsinə düşmür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2*22-ci il tarixli, 2(1*4)-553/2*22 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 425.1, 425.2-ci, Mülki Prosessual Məcəllənin 97.1, 88, 1*6, 218.3-ci maddələri pozulmuşdur. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə borcun çox hissəsini ödəmiş, lakin tələb olunan borc məbləğinin dəqiq müəyyən ed ilməsi üçün məhkəmələr tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktl ara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. Birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunmuş hissəsində apellyasiya qaydasında mübahisələndirilmişdir. Hazırki kassasiya şikayətinin dəlilləri də apellyasiya şikayətinin dəlillərinə uyğun olduğundan, kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasə n öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu ge cikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları g özləməlidirlər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini qismən icra etməsi, iddiaçı tərəfindən isə borcun düzgün hesablanmaması ilə bağlı hər hansı bir sübut (ödəniş qəbzləri, maliyyə sənədləri və s.) təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mövcud sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermişdir.
23. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əs aslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2*22-ci il tarixli, 2(1*4)-553/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.