Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3973/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı2 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(1*2)-3973/2*23 (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 2(1*4)-43/2*23 nömrəli, *1 may 2*23-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 (Vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2*23-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı1 ASC ilə Cavabdeharasönda bağlandığı görünən 27 dekabr 2*11-ci il tarixli, 31 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı1 ASC tərəfindən Cavabdeh illik 9 faiz olmaqla 18* ay müddətinə 15*.*** manat kredit verilmişdir. 2. 14 iyun 2*19-cu il tarixli xəbərdarıq məktubuna əsasən, ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedici Əmanətlərin siğortalanması forndu tərəfindən borcalan Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 3. 24.*6.2*19-cu il tarixli maliyyə arayışıa əsasən, borclu Cavabdeh bank qarşısında 2* iyun 2*19-cu il tarixə 126.836,97 (bir yüz iyirmi altı min səkkiz yüz otuz alt manat doxsan yeddi qəpik) manat əsas kredit borcu, 39.731,47 (otuz doqquz min yeddi yüz otuz bir manat qırx yeddi qəpik) manat faiz borcu, 3*9,78 (üç yüz doqquz manat yetmiş səkkiz qəpik) manat cərimə üzrə borc, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu *,** (sıfir)manat cəmi 166.878,22 (bir yüz altmış altı min səkkiz yüz yetmiş səkkiz manat iyirmi iki qəpik) manat məbləğində borc öhdəliyi vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı2 Cavabdeh qarş ı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli kredit müqaviləsinə əsasən 126.836,97 manat əsas, 39.731,47 manat faiz, 3*9,78 manat cərimə olmaqla, cəmi 166.878,22 manat borcun və ödənilmiş 3* manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı1 ASC-yə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli kredit müqaviləsi bağlanmış, sonuncuya illik 9 faiz olmaqla 18* ay müddətinə 15*.*** manat kredit verilmişdir. Bundan sonra Cavabdeh 27 dekabr 2*11-ci il traixdə “Gəncə 25**” M MC ilə yaşayış sahəsinin alınmasına dair 14 nömrəli müqavilə bağlanmış və sonuncu tərəfindən Gəncə şəhəri Gülüstan qəsəbəsi Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra ikinci binanın birinci mərtəbəsində yerləşən, sahəsi 14* kv.metrdən ibarət qeyri-yaşayış sahəsi alınmışdır. Bank müqavilə üzrə öhdəlikləri tam icra etsə də, borclu Cavabdeh müqavilə şərtlərini pozmuş və 126.836,97 manat əsas, 39.731,47 manat faiz, 3*9,78 manat cərimə olmaqla, cəmi 166.878,22 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş, lakin Cavabdeh borcu ödəməmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatinda göstərmişdir ki, 27 dekabr 2*11-ci il tarixli 31 nöm rəli kredit müqaviləsindəki imzalardan xəbəri yoxdur. Odur ki, iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2*2*-ci il tarixli 4887 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Gəncə Bank” SKB ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalarCavabdeh tərəfindən icra olunmuşdur.
8. Göygöl Rayon Məhkəməsinin 2(*66)-53/2*2* nömrəli, 27 avqust 2*2*-ci il tarixli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 126.836,97 manat əsas kr edit borcu, 39.731,47 manat faiz borcu, *3 manat cərimə üzrə borc, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu *,** manat, cəmi 166.571,44 manat məbləğində vəsait və 3* manat dövlət rüsumunun İddiaçı1 ASC-nin xeyrinə tutulması; iş üzrə 127 manat ekspertiza xərcinin cavabdehdən tutularaq X1 müxbir hesaba ödənilməsi qət edilmişdir.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin iş üzrə iddianın iddiaçı tərəfindən tələb olunan cərimənin məbləği əsas borc məbləğinə mütənasib olmadığından cərimənin məbləğinin azaldılması və iddia tələbinin bu hissədə *3 manat məbləğində təmin edilməsi məqsədə uyğundur.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 462.1, 462.3, 466.2.3, 467 və 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 1*6.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamışdır. Belə ki, bankla onun arasında bağlanmış kredit müqaviləsi üzrə borcun verilməsinə dair məxaric orderini n əsli yoxdur. Sadəcə tərəflər arasında bağlanmış kredit müqaviləsi var. Eləcə də kredit müqaviləsindəki imza ona məxsus deyil.
13. Apellyasiya məhkəməsinin iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2*11-ci ildən əvvəl arvadı İddiaçı1 ASC-dən kredit götürmüş, lakin öz adına kredit almamışdır. Arvadının adına götürdüyü kreditə görə sonradan ona sənədlərə imza etdirmişlər. 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli kredit müqaviləsi üzrə bank tərəfindən ona pul verilməmiş, eləcədə “Gəncə 25**” MMC-dən ona ipotekaya mənzil verilməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*4)-43/2*23 nömrəli, *1may 2*23-cü il tarixli qətnaməsi ilə (X2 (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməmişdir.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2*2*-ci il tarixli 4887 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş İddiaçı1 SKB ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli kredit müqaviləsin də “Borcalan” qrafasındakı imzalar-Cavabdeh tərəfindən icra olunmuşdur. Halbuki, ekspertiza keçirilərkən Cavabdeh ekspremental imza nümunələri götürülməmişdir. Ekspertiza işin 8*ci vərəqində olan *7 sentyabr 2**9-cu il tarixli 67 saylı kredit müqaviləsində olan imza nümunəsi əsasında aparılmışdır.
16. Apellyasiya icraatı zamanı isə Cavabdeh alınmış sərbəst xətt və imza nümunələri əsasında iş materiallarında olan 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli kredit müqaviləsində “Borcalan”, eləcədə iddiaçı tərəfin təqdim etdiyi 27 iyun 2*14 (1.522 manat ödəniş), 3* iyun 2*14 (1.521,4* manat ödəniş) və 3* sentyabr 2*14 (1.521 manat ödəniş) xəzinə mədaxil orderində “İmza” sözlərinin qarşısındakı imzaların Cavabdeh və ya kənar şəxs (şəxslər) tərəfindən icra edilibedilməməsini müəyyən etmək üçün məhk əmə-xətşunaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *8 dekabr 2*22-ci il tarixli 4/1764 nömrəli ekspert rəyi ilə mülki işin 57-61-ci vərəqələrində olan 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli “Kredit müqaviləsi”nin 15-ci vərəqlərində “Borcalan” qrafalarında olan imzalar-Cavabdeh tərəfindən icra olunmuş; Mülki işin 134-136-cı vərəqlərində olan 27 iyun 2*14-cü il tarixli 31 nömrəli, 3* iyul 2*14-cü il tarixli 99 nömrəli, 3* sentyabr 2*14-cü il tarixli 79 nömrəli “Xəzinə mədaxil orderlərin”də “İmza” qrafalarında olan imzalar-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
17. Eləcədə apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstint aq İdarəsindən daxil olmuş 19 sentyabr 2*22-ci il tarixli 182*261*3 nömrəli məktubda İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2*11-ci il tarixli 31 saylı kredit müqaviləsi üzrə digər sənədlərin istintaqa təqdim edilməsi qeyd olunsada, lakin həmin kredit müqaviləsi üzrə kassa məxaric orderinin təqdim edilmədiyi bildirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə-xətşunaslıq ekspertizasi keçirilməklə işin 24-cü vərəqində olan kserosurət kassa məxaric orderindəki alanın imzası qrafasındakı imza ilə işin 57-61-ci vərəqində olan 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli kredit müqaviləsində borcalan sözlərinin qarşısındakı imzaların eyniliyi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *1 mart 2*23-cü il tarixl i 4/13* nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 24-cü vərəqəsində olan 27 dekabr 2*11ci il tarixli 47 nömrəli xəzinə məxaric orderinin kserosurətində “Alanın imzası” qrafasındakı imza ilə 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli kredit müqaviləsində (i.v. 57-61) “Borcalan” qrafalarında olan imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəylərindən müəyyən olunur ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli kredit müqaviləsini Cavabdeh imza etsə də, lakin həmin müqavilədə nəzərdə tutulan pulun borcalana verilməsinə dair 27 dekabr 2*11-ci il tarixli 47 nömrəli xəzinə məxaric orderinə Cavabdeh imza etməmişdir. Halbuki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri aras ında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. Göründüyü kimi, İddiaçı1 ASC ilə Cavabdeh arasında 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli kredit müqaviləsi bağlansada, lakin həmin müqavilə üzrə 168.*** manat (47 nömrəli xəzinə məxaric orderində qeyd olunan məbləğ) borcalana verilməmişdir. Buda öz növbəsində onu qeyd etməyə əsas verir ki, tərəflər arasında bağlanmış 27 dekabr 2*11-ci il tarixli 31 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh həmin müqavilə şərtlərinin icrası ilə bağlı kreditor qarşısında öhdəlik daşımır.
19. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslnadırarkən Mülki Məcəllənin 385.1, 386.1, 739.1, 739.2-ci, Mülki Prosessual Məcə llənin 14.1, 77.1, 87.2, 88, 124.1, 247.3, 384.*.2, 385.1,386, 388-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
20. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi 27.12.2*11-ci il tarixli 31 saylı kredit müqaviləsi üzrə Bankın iddiasını rədd edərək düzgün nəticəyə gəlməmişdir. Belə ki, *8.12.2*22-ci il tarixli, 4/1764 nömrəli ekspert rəyinə əsasən 27.12.2*11-ci il tarixli 31 saylı kredit müqaviləsindəki imzanın Cavabdeh məxsus olma sı müəyyən olunmuşdur. İş materiallarında olan *1.*3.2*23-cü il tarixli 4/13* saylı ekspert rəyinə əsasən 27.11.2*11-ci il tarixli 47 nömrəli kassa məxaric orderinin kserosurətində “alanın imzası” qrafasındakı imza ilə 27.12.2*11-ci il tarixli 31 saylı kredit müqaviləsində “Borcalan” qrafalarında olan imzaların müxtəlif şəxslər tərəfindən icra olunması müəyyən olunmuşdur. O bildirmişdir ki, keçirilən ekspertiza kassa məxaric orderinin surəti əsasında aparılmışdır ki, bu da ekspertizanın düzgünlüyünü sual altına salır. Belə ki, sənədin əsli mövcud olduğu halda ekspertizanın surət əsasında aparılması ağlabatan deyildir. Tərəflərindən 27.11.2*11-ci il tarixli 47 nömrəli kassa məxaric orderinin əsli təhvil-təslim aktı əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə verilmişdir. (akt şikayətə əlavə olunur). Məhkəmənin nəzərə almadığı hallardan biri də odur ki, mübahisəli kredit “Gəncə-25**” MMC ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra ikinci binanın birinci mərtəbəsində yerləşən sahəsi 14* kv.m. olan qeyri-yaşayış sahəsinin alınması üçün verilmişdir. Həmçinin, Cavabdeh ilə “Gəncə 25**” MMC arasında qeyri-yaşayış sahəsinin alınması üçün 14 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin alqı-satqı müqaviləsində qeyri-yaşayış sahəsinin kredit müqaviləsi əsasında alınmasına dair müddəalar əks olunmuşdur. Əgər kredit götürülməsəydi, həmin alqı-satqı müqaviləsi imzalanmazdı. Sırf ipoteka və alqı-satqı m üqaviləsi ilə bağlı hissə məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Bundan başqa bu kreditlə bağlı cavabdeh tərəfindən icra edilmiş ödənişlər və Mərkəzləşdirilmiş Kredit Reyestrində də borc öhdəliyi mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iş tirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 4*6.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
25. Maddə 4*6.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.
26. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. M addə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
28. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır
30. Maddə 74*. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (3* iyun 2*16-cı il tarixədək qüvvədə olmuş redaksiya). Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə
88. Məhkəmə süb utlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
42. Kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
46. Məhkəmə kollegiyası bildirir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları hazırki qərarın 15-18-ci paraqraflarında əksini tapmışdır. Sübutları araşdırmaq və qiymətləndirmək səla hiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin tərəflərindən 27.11.2*11-ci il tarixli 47 nömrəli kassa məxaric orderinin əslinin təhvil-təslim aktı əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə verilməsi barədə dəlilinə münasibət bildirərək həmçinin onu da qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, iddiaçının nümayəndəsi sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsinə 27.11.2*11-ci il tarixli 47 nömrəli kassa məxaric orderinin əslini, yəni iddia tələbinin təsdiq olunmasına aid olan əsas sübutu təqdim etməmişdir.
49. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
50. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan hal ların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
51. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*4)-43/2*23 nömrəli, *1 may 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.