Məhkəmə qərarları › İş №2(102)-3976/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3976/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3976/2024 24.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X4 X” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka yüklülüyünə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4148/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı:

1. XX QSC ilə "xxxx" MMC arasında bağlanmış 20449/2019 nömrəli, 22 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank "xxxx" MMC-nə xx.xx.2021-ci il müddətinədək, illik 1 faiz olmaqla 1.951.000.00 ABŞ dolları məbləğində kredit vermişdir. 2. “X4 X” QSC, ilə borcalan "xxxx" MMC və ipoteka qoyan "xxxx" MMC arasında 22 aprel 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nə məxsus və Gəncə şəhəri, Nizami rayonu, Gəncə Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksi “X4 X” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin likvid dəyəri xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 2.460.062 manat müəyyən edilmişdir. 3. “X4 X” QSC, ilə borcalan "xxxx" MMC və ipoteka qo yan İddiaçı (bundan sonra mətndə- iddiaçı) arasında 22 aprel 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, İddiaçı məxsus ünvan 1-də yerləşən 17 saylı mənzil “X4 X” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş mənzilin likvid dəyəri xx.xx.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 1.187.500 manat müəyyən edilmişdir.

4. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-39/2023 saylı qərardadına əsasən cavabdeh İddiaçı "xxxx" QSC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh “X4 X” QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 17 n ömrəli mənzil üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi barədə qətmanə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu ildə cavabdeh Bank ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan "xxxx" MMC-nə digər öhdəliklərin bağlanması ilə bağlı 1.951.000 ABŞ dolları məbləğində kredit vermişdir. Borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdə Bank ilə borcalan "xxxx" MMC və ipoteka qoyan "xxxx" MMC arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyət hüququ "xxxx" MMC-nə məxsus və Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda yer ləşən əmlak kompleksi cavabdeh Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin likvid dəyəri xx.xx.2017-ci il tarixli qiymətləndirməyə görə 2.460.062 manat məbləğində müəyyən edilmişdir. Həmçinin borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdə Bank ilə borcalan "xxxx" MMC və ipoteka qoyan İddiaçı arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyət hüququ İddiaçı məxsus və ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzil cavabdeh Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən, ipoteka ilə yüklü edilmiş mənzilin likvid dəyəri xx.xx.2015-ci il tarixli qiymətləndirməyə görə 1.187.500 manat məbləğində müəyyən edilm işdir. Sonradan “X4 X” QSC Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-dən, "xxxx" MMC-dən, X1 və İddiaçı müştərək (birgə) qaydada ümumilikdə 2.092.643,21 manat məbləğində kredit borcunun və s. xərclərin tutulması, eyni zamanda borcun hər iki ipoteka predmetinə yöndəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi ilə tələbini crası üçün ipoteka ilə yüklü edilmiş əmlakların dəyəri demək olar ki, eynidir. Lakin həmin əmlakların orta bazar və likvid dəyərləri öncəki qiymətləndiricilər tərəfindən süni şəkildə endirildiyindən məhkəmə tərəfindən ekspertizalar təyin edilmişdir. İş üzrə ipoteka predmeti olan mənzilin dəyərinin müəyyən edilməsi üçün məhkəmə eskpertizası keçirilmiş və mənzilin bazar dəyəri 2.450.000 manat, likvid dəyəri isə 2.220.000 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə, digər ipoteka predmeti olan əmlak kompleksinin dəyərinin müəyyən edilməsi üçün 2 məhkəmə ekspertizası keçirilmişdir. xx.xx.2022-ci il tarixli ekspert rəyinə görə, əmlak kompleksinin bazar dəyəri 6.550.000 manat, likvid dəyəri isə 6.300.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçının vəsatəti əsasında təkrar ekspertiza keçirilmiş və xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə, yuxarıda qeyd edilən əmlak kompleksinin bazar dəyəri 6.380.000 manat, likvid dəyəri isə 6.060.000 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, müəyyən etmək olur ki, ipoteka predmeti olan əmlak kompleksinin ümumi dəyəri mövcud kredit borcundan dəfələrlə yüksəkdir. Belə olan təqdir də, digər əm lakın, yəni ipoteka predmeti olan mənzil inipoteka ilə yüklü qalmasına heç bir ehtiyac qalmır. Çünki ən riskli halda belə ipoteka predmeti olan əmlak kompleksinin dəyəri hesabına hazırkı kredit borcu ödənilə biləcək, başqa əmlakların hərraca çıxarılmasına ehtiyac qalmayacaq, ən əsası da bankın heç bir maliyyə itkisi olmayacaq. Əksinə, digər əmlakın, yəni ipoteka predmeti olan mənzilin girovda qalması mülkiyyətçinin konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. Qeyd olunanlara əsasən, ipoteka predmeti olan mənzil ipoteka yüklülüyündən azad edilməlidir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadına əsasən, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı “X4 X” QSC-nə qarşı “ipoteka yüklülüyünə xitam verilmə si” tələbinə dair 2(006)3157/2023 saylı mülki iş Gəncə Kommersiya Məhkəməsinin icraatında olan “X4 X” QSC-nin "xxxx" MMC, "xxxx" MMC-nə, İddiaçı və X2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2-2(115)-1626/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadına əsasən, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3157/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6570/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayətin təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

10. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1224/2023 nömrəli, xx.xx.2023-cü il qərardadı ilə (hakim G.E.Quliyeva) İddiaçı “X4 X” QSC-nə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair 22(115)-1224/2023 saylı iş Gəncə Kommersiya Məhkəməsinin hazırlıq iclasından çıxarılaraq, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadına əsasən, İddiaçı “X4 X” QSC-nə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3157/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)681/2024 saylı qərardadına əsasən, Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006 )-3157/2023 saylı qərardadının ləğv edilməsi, işin həmin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. 14. "xxxx" MMC tərəfindən Gəncə Kommersiya Məhkəməsinə ünvanlanmış 283/YKB/22 saylı, 09 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, e-2-2(115)1626/2022 saylı qərardad üzrə "xxxx" MMC-nə məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir yolunun sag tərəfi, Sevinc qəsəbəsi ünvanında mülkiyyətdə olan 1.314 ha torpaq sahəsi üzərindəki əmlak kompleksinin hazırki bazar və likvid qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC mütəxəssisləri tərəfindən həyata keçirilmiş, həmin əmlakın 09 dekabr 2022-ci il tarixinə olan: bazar qiyməti: 6.550.000 manat; likvid qiyməti: 6.300.000 manat müəyyən edilmişdir. 15. "xxxx" MMC tərəfindən Gəncə Ko mmersiya Məhkəməsinə ünvanlanmış 282/YKB/22 saylı, 09 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, e-2-2(115)1626/2022 saylı qərardad üzrə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilin bazar və likvid qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC mütəxəssisləri tərəfindən həyata keçirilmiş, həmin əmlakın 09 dekabr 2022-ci il tarixinə olan: bazar qiyməti: 2.450.000 manat; likvid qiyməti: 2.220.000 manat müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2023-cü il tarixli, 10/621-9/576 saylı rəyinə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfində, Sevinc qəsəbəsinin cənubunda yerləşən, "xxxx" MMC-nin mülkiyyətində olan əmlak kompleksinin təyinatı nın istehsalat fəaliyyəti olduğunu, yerləşdiyi ərazinin infrastrukurunu, eləcə də faktiki olaraq fəaliyyət göstərdiyini nəzərə alaraq, həmin əmlak kompleksinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 6.380.000 manat, hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri isə təqribən 6.060.000 manat məbləğində müəyyən edilir.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1868/2024 nömrəli mülki iş üzrə (hakim Ə.E. Heydərova) qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçnın hazırki iş üzrə iddia tələbinin əsası üzrə ünvan 1-də yerləşən 17 saylı mənzil üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi “İpoteka haqqında” Qanunun tələbləri baxımından mümkün d eyildir.

19. Belə ki, iddiaçının qeyd etdiyi əsasla, yəni ipoteka predmetlərindən birinin (Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin) dəyərinin kredit borcunun məbləğindən 2 dəfə yüksək olduğu üçün borcun ödənilməsi üçün kifayət etməsi və bu səbəbdəndə digər əmlakın (ünvan 1-də yerləşən 17 saylı mənzilin) ipoteka ilə yüklü qalmasına heç bir ehtiyac qalmadığından həmin əmlakın üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi əsası “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsində sadalanan ipotekaya xitam verilməsi əsaslarından heç birinə aid deyildir.

20. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edib ki, məhkəmə gedişatı zamanı cavabdeh “X4 X” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı istənilən əml akın ipotekada ola-ola satılaraq borcun ödənilməsi və bununla barışıq əldə edilməsi təklif edilmiş, məhkəmə barışığın təmini üçün baxış iclasını təxirə salmış, lakin İddiaçı tərəfindən bu müddət ərzində borcun ödənilməsinə yönəlmiş hər hansısa tədbirlər görülməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Pespublikasının Mülki Məcəlləsinin 307.1, 309.1-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə və MPM-in 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

22. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1868/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslan dırılmışdır ki, qanunun analogiyasına əsaslanaraq qəti olaraq demək olar ki, əgər qanunverici “qanunla qadağan olunmayan hər şey icazəlidir” prinsipini tanıyırsa və ya əgər qanunverici ipoteka saxlayana tələblərin icrasında növbəlik üstünlüyünün dəyişilməsin əicazə verirsə, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edirsə və ya bir neçə öhdəlikdən biri (alternativ öhdəlik) icra edilməli olduqda seçmək hüququ, əgər müqavilədən, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, borcluya mənsubdursa, niyə məhkəmə analogiya tətbiq etməklə bir ipoteka predmeti ilə kredit öhdəliyi tam olaraq ödənilə bilirsə digər ipoteka yüklülüyünə xitam vermir. Belə qərarın verilməsinə bir başa qadağanın olmaması ilə yanaşı, məhkəmənin mübahisələndirilən mövqeyi ilə iddiaçının Konstitusiyanın 15, 29 və 59-cu maddələrində sadalanan hüquqları pozulur. İddia ərizəsində də qeyd edildiyi kimi, Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin dəyəri mövcud kredit borcundan ən azı 2 dəfə yüksəkdir. Hətta “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ilkin və təkrar hərracların baş tutmadığı halda da ipoteka predmetinin dəyəri azalarsa (əmlak kompleksinin dəyəri müvafiq qaydada 15 və 25 faiz azalsa belə) yenə də həmin dəyər kredit öhdəliyini ödəməyə yetərlidir. Belə olan təqdirdə, digər əmlakın, yəni ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilin ipoteka ilə yüklü qalmasına heç bir ehtiyac qalmır. Çünki ən riskli halda b elə əmlak kompleksinin dəyəri hesabına hazırkı kredit borcu ödənilə biləcək, başqa əmlakların hərraca çıxarılmasına ehtiyac qalmayacaq, ən əsası da bankın heç bir maliyyə itkisi olmayacaq. Əksinə digər əmlakın, yəni mənzilin girovda qalması mülkiyyətçinin Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)4148/2024 nömrəli qətnaməsi ilə (hakimlər İ.M.Cəfərov (sədrlik edən və məruzəçi), F.V. Abdıyev və X.Ə.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1868/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edtmişdir ki, qanunv erici iddiaçının hazırda əsaslandığı halı ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir. Hazırda da ipoteka öhdəliyinin bağlı olduğu əsas öhdəlik, yəni borc öhdəliyi icra edilməmiş vəziyyətdədir və bununla bağlı kommersiya məhkəməsində iddia tələbi mövcuddur. Əmlakın ipoteka ilə yüklü edilməsindəki məqsədlərdən biri də, məhz borc öhdəliyinin icra edilmədiyi təqdirdə ipoteka predmeti olan əşyanın satılması ilə əldə olunmuş vəsait hesabına tələbin təmin edilməsi olduğundan, ipoteka saxlayanı bu hüququndan məhrum etmək ədalətsiz olar. Bu baxımdan, iddiaçının irəli sürdüyü əsasla ipoteka predmetinin yükülülükdən azad edilməsi ipoteka saxlayanın hüquqlarının pozulması ilə nəticələnəcəkdir.

26. Həmçinin nəzərə almaq lazımdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış ö hdəliklərin təmin edilməsi ilə bağlanmış eyni tarixli ipoteka müqavilələrinin hər biri ipoteka saxlayanla müxtəlif şəxslər ("xxxx" MMC və TağıyevToğrul Mahmud oğlu) arasında ayrı-ayrılıqda bağlanmışdır. "xxxx" MMC və İddiaçı hər ikisi öz ipoteka müqaviləsini imzalamaqla kredit borcunun ödənilməsinə əmlakları ilə cavabdeh olmuşlar. Belə olan halda, həmin şəxslərdən birinin əmlakının qanuna uyğun olmayan faktorlara əsaslanaraq ipoteka yüklülüyündən azad edilməsi, onun bu kredit borcuna münasibətdə cavabdehlikdən azad edilməsi ilə nəticələnəcək və digər ipoteka qoyana münasibətdə ədalətsiz qərar olacaq, onun əsas öhdəliyə cavabdehlik yükünü artıracaqdır. Digər tərəfdən, dəyərinin borc məbləğindən nə qədər artıq olmasından asılı olmayaraq iki əmlakın ipoteka ilə yüklü edilmiş olması cavabdeh bank qarşısında götürülmüş öhdəliklərin icrasının təmin edilməsi prosesini asanlaşdırır, ipoteka müqaviləsi də hazırda məhz qanunvericilikdə nəzərdə tutulmuş məqsədlərə xidmət edir. Odur ki, iddiaçının “mənzilini ipoteka yüklülüyündə qalmasına ehtiyac yoxdur” fikri də əsassızdır.

27. Beləliklə, birinci instansiya məhkəməsi qanunvericilikdə mübahisənin həlli ilə bağlı konkret əsaslar müəyyən edildiyini, bu əsasların isə hazırkı mübahisə üzrə mövcud olmadığını rəhbər tutaraq, iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

28. İddiaçının “qanunun və hüququn analogiyası” ilə bağlı dəlilinə münasibətdə məkmə qeyd edib ki, analogiyadan istənilən şəraitdə istifadə oluna bilməz və bu qanunvericiliklə məhdudlaşdırılmışdır. Hansı ki, bu hallardan biri də normativ tənzimləmənin mövcud olmasıdır. İpotek a yüklülüyünə xitam verilməsinin əsasları da “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsi ilə tənzimləndiyindən analogiyanın tədbiqindən istifadə oluna bilməz.

29. İddiaçının apellyasiya şikayətinin dəlillərində göstərdiyi “əmlakının zərurət olmadığı təqdirdə ipoteka yüklülüyündə qalması onun mülkiyyət hüququnu pozulması” ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, ddiaçı ilə cavabdeh Bank arasında bağlanmış ipoteka müqaviləsindən müəyyən edilir ki, iddiaçı könüllü olaraq mülkiyyət hüququnun əqd əsasında məhdudlaşdırılmasına razı olmuş və bununla bağlı müqavilə imzalamışdır. Odur ki, bu hal onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

30. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 269.1, 269.2, 269.4, 269.5, 269.6, 269.7, 317.1- ci maddələrinə, “İpoteka haqqında” Qanunun 1.0.5.,1.0.7., 48.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:

31. İddiaçı (onun vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4148/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təçkil etməklə əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmənin istinad etdiyi “İpoteka haqqında” Qanunun 48-ci maddəsinin özündə bu Qanunla nəzərdə tutulmuş digər hallarda cüm ləsi vardır. Bu isə o deməkdir ki, 48-ci maddədə qeyd edilən ilk 4 hal mütləq çərçivəyə sığdırılmış hallar deyil. Qanunverici digər halların da mümkünlüyünü məqbul sayır. Belə olan halda Mülki Məcəllənin 11-ci maddəsinin tətbiqi realdır. Həmin maddənin tələbinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə bir başa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmçinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə 2 dəfə məhkəmə iclası keçirilmiş və hər ikisində də işə 2 fərqli hakimlər tərkibi baxmışdır. Belə olan təqdirdə ətraflı araşdırmadan, tərəfləri n gətirdiyi dəlillərə obyektiv hüquqi qiymətin verilməsindən söz gedə bilməz. Bundan əlavə məhkəmə kollegiyası "xxxx" MMC-ni 3-cü şəxs qismində işə cəlb etmədən, iddia tələbinin ona necə təsir edə biləcəyini məhkəmə iclasında araşdırmadan, öz qətnaməsində şikayətin təmin edilməməsinin əsaslarından birini də 3-cü şəxs "xxxx" MMC-yə mənafeləri ilə əsaslandırılır. Bu isə ciddi prosessual pozuntudur. Görünən odur ki, məhkəmə kollegiyasının məqsədi hər tərəfli araşdırma yox, işin baxılmasını tez yekunlaşdırmaq olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

33. Cavabdeh “X4 X” QSC-nin nümayəndəsi və vəkili Vəkil3nın kassasiya şikayətinə etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahi ş olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

35. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

36. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

37. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

38. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.

39. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

40. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədik də, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

41. Maddə 1.0.5. İpoteka saxlayan – ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icras ını tələb etmək hüququ olan şəxsdir

42. Maddə 1.0.7. İpoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılanə qddir.

43. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (vəya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ipoteka öhdəliyinin bağlı olduğu əsas öhdəlik, yəni borc ö hdəliyi icra edilməmiş vəziyyətdədir və bununla bağlı kommersiya məhkəməsində iddia tələbi mövcuddur. Halbuki, əmlakın ipoteka ilə yüklü edilməsində məqsədlərdən biri də, məhz borc öhdəliyinin icra edilmədiyi halda, ipoteka predmeti olan mənzilin satılması ilə əldə olunmuş vəsait hesabına tələbin təmin edilməsi olduğundan, ipoteka saxlayan kimi Bankı bu hüququndan məhrum etmək olmaz.

54. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi ilə bağlı eyni tarixli ipoteka müqavilələri müxtəlif şəxslər arasında, yəni Bankla ipoteka qoyan "xxxx" MMC və Bankla ipoteka qoyan İddiaçı arasında bağlanmışdır, yəni ipoteka qoyanlar eyni şəxslər deyildirlər. Belə olan halda, həmin şəxslərdən birinin əmlakının qa nuni əsas olmadan ipoteka yüklülüyündən azad edilməsi, digər ipoteka qoyanun hüququnun pozulmasına və onun öhdəlik yükünün artmasına səbəb ola bilər.

55. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan normaların tələblərinə istinad edərək qeyd etmişdir ki, ipotekaya xitam verilməsi üçün “İpoteka haqqında” Qanunun 48-ci maddəsində nəzərdə tutulan əsaslar olmalıdır. Belə ki, həmin normada göstərilir ki, ipotekaya o hallarda xitam verilə bilər ki, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəlsin; əsas öhdəliyə xitam verilsin; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satılsın; ipoteka predmeti məhv olsun və “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş digər hallar baş versin.

56. Hazırkı işdə sözügedən Qanunda nəzərdə tutulan hallar baş verməmişdir, i ddiaçının iddia ərizəsində istinad etdiyi hal isə ipotekaya xitam verilməsi üçün əsas sayıla bilməz. Çünki belə bir hal Qanunda nəzərdə tutulmamışdır.

57. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə öhdəliklər tam icra edilmədiyi üçün ipoteka qoyan kimi iddiaçının tələbinə əsasən sözügedən mənzilin üzərindən ipoteka yüklülüyünə xitam verilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni m əzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2024-cü il tarixli, 2(103)-4148/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar