Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3977/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov AbiddinQabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-633/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-508/2019 sayl ı qətnaməsi ilə iddiа qismən təmin еdilmiş, Cavabdeh1 borc məbləği olaraq 10000 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 16 manatdan ibarət hissəsi və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğin 160 manatdan ibarət hissəsi - cəmi 10176 manat tutularaq İddiaçı ödənilməsi və Cavabdeh2 borc məbləği olaraq 8000 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 14 manatdan ibarət hissəsi və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğin 140 manatdan ibarət hissəsi - cəmi 8154 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləcavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borc məbləği olaraq 18000 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilən 30 manat, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat məbləğin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilm əsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Maddi çətinlik səbəbindən borc məbləğini ödəyə bilməmişlər. Lakin borc məbləğinin ödənilməsindən imtina da etməmişlər. Həmin məbləği hissə-hissə ödəməyə hazırdırlar. Məhkəmə bu hallara qiymət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə mə lumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə iddiaçıdan 10000 manat borc alması ilə bağlı borc (kredit) müqaviləsi qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Həmin müqavilədə Cavabdeh1 borc məbləğini xx xxxx 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü qeyd edilmişdir. İddiaçı ilə digər Cavabdeh2 arasında Cavabdeh2 xx xxxx 2018-ci il tarixdə iddiaçıdan 8000 manat borc alması ilə bağlı borc (kredit) müqaviləsi qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Həmin müqavilədə Cavabdeh2 borc məbləğini xx xxxx 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü qeyd edilmişdir. Müqavilələrin şərtinə əsasən borc məbləğlərinin tam şəkildə qaytarılmalı olduğu vaxtdan xeyli müddət keçmiş, həmin müddət ərzində iddiaçı borc olaraq verdiyi pulun qaytarılması üçün təşəbbüs göstərmiş, bununla bağlı hətta polis orqanına da müraciət etmişdir. İddiaçının müraciəti əsasında araşdırma aparılmış, mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanm ası rədd edilmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştira kçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuli yyət dаşıyır. Birinci instansiya məhkəməsi işin hallarını, sadalanan normaları nəzərə alaraq iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. İddia tələbinin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, şikayət formal mülahizələrdən ibarət olmaqla əsaslandırılmamışdır. Cavabdehlər borcun hissə-hissə ödəmək istədiklərini bildirsələr də, bu hal iddiaçının mənafeyinə əhəmiyyətli dərəcədə toxuna biləcəyindən iddiaçının razılığı mütləqdir. İddiaçının isə belə bir razılığı olmamışdır. Bundan başqa borcun hissə-hissə icra edilməsi icra mərhə ləsinə aid olan məsələ olduğundan həmin tələbə hazırkı halda baxıla bilməz. Ona görə də аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehlərin öz etirazlarının əsası kimi istinad etdikləri və apellyasiya şikayətində göstərdiklə ri hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-633/2020 nömrəli iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3977/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3977/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver