Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3978/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 qızının cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzilə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-373/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı X1 qızı 12 aprel 1997-ci il tarixdə Cavabdeh3 ilə rəsmi nikaha girmiş və həmin vaxtdan ərinin və digər cavabdehlərin birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən evə köçmüşdür. Birgə nikahdan onların 1997, 2000-ci illərdə iki uşaqları olmuşdur. 2001-ci ilin iyun ayında iddiaçı həmin evdən cavabdehlər tərəfindən qovulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2001-ci ilin iyun ayında X2 qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin yaşadıqları mübahisəli evə onların razılığı ilə köçməsini və orada cavabdehlərlə birgə təsərrüfat aparmaqla yaşamasını və yaşayış sahəsinə istifadə hüququnu əldə etməsini əsas göstərməklə evə istifadə hüququnun tanınması nı və uşaqları ilə birlikdə həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1293/2001 saylı, 06 noyabr 2001-ci il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov) iddia təmin edilərək iddiaçının ünvan 1 saylı evə yaşayış hüququnun tanınması və iki uşağı ilə həmin evə köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdehlər Cavabdeh1 və N qızı apellyasiya şikayəti verərək işə onların iştirakının qanunla müəyyən olunmuş qaydada təmin olunmadan baxılmasını, onun anasının evində yaşamaqla onlara yalnız qonaq qismində gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-373/2021 saylı, 16 f evral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və X.Ə.Sarıyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1293/2001 saylı iş üzrə 06 noyabr 2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdehlər kassasiya şikayəti verərək iddiaçının onlarla birgə yaşayıb təsərrüfat aparmamasını, məhkəmənin sübutlara düzgün qiymət vermədən iş üzrə səhv nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətin ə qarşı etiraz verilməmişdir. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh2 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi Maddə
53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci m addəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, mübahisəli mənzil üç otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aiddir və mənzilin icarədarı Cavabdeh1dur. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı nikaha girməsi ilə əlaqədar 1997-ci ildə cavabdehlər tərəfindən mübahisəli mənzilə köçürülmüş və onlarla birgə təsərrüfat aparmaqla mənzildə yaşamışdır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İşin müəyyən olunmuş halları və tətbiq olunan maddi hüquq norması iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün əsas verdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-373/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.