Məhkəmə qərarları › İş №2(102)-3979/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3979/2020

06.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3979/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh Adgözəlova Nisə Məhəmməd qızının vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Adgözəlova Nisə Məhəmməd qızına qarşı su yolunun açılması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Adgözəlova Nisə Məhəmməd qızının verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Adgözəlova X8 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Adgözəlova Nisə Məhəmməd qızına qarşı su yolunun açılması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Quliyev, iş № 2(046)-812/2019) iddia təmin edilmiş, Göyçay rayonunun Cəyirli kəndində cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı tərəfindən qanunsuz bağlanmış və İddiaçı məxsus torpaq sahəsinə gedən su yolunun açılması, cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 89 (səksən doqquz) manat xərc cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli, iş № 2(107)516/2020) cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il ta rixli, 2(046)-812/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh Adgözəlova Nisə Məhəmməd qızının vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normaları nı düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili X3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiy ası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Göyçay rayonu Cəyirli kənd İƏD nümayəndəsi Vüsal Abbasov, Cəyirli Bələdiyyəsinin sədri Fuad Nəbiyev, Su istifadə birliyin sədri Sahib Xudiyev, Göyçay RPŞ-nin İTB-nin rəisi Qiyas Behbudov, Sudan İstifadə Şöbəsinin rəisi Elxan Pənahov, kənd sakinləri tərəfindən imzalanmış Akta əsasən Adgözəlova Nisə Məhəmməd qızının həyətindən keçən su bərəsindən uzun illər qonş uları və qohumları, o cümlədən İddiaçı istifadə etmişlər. Hazırda Adgözəlova Nisə Məhəmməd qızı həmin su bərəsinin üzərində mal-qara tövləsi tikmiş və vətəndaşların həyatyanı sahələrinə gedən suyu kəsmişdir. JN-249 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Göyçay rayonu Cəyirli kəndində 0,21 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli yerli baxış protokoluna görə, cavabdeh Adgözəlova Nisə Məhəmməd qızının həyətindən keçən su bərəsindən uzun illər İddiaçı istifadə etmiş və bunu cavabdeh də təsdiqləmişdir. Hazırda cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı həmin su bərəsinin üzərində mal-qara tövləsi tikmiş və iddiaçının həyatyanı sahələrinə gedən suyu kəsmişdir. İddiaçıya məxsus torpaq sahəsində xurma ağ acları qurumuşdur. Cavabdeh öz həyətində su verməyəcəyini bildirmişdir. Apelyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Göyçay rayon İHB Cəyirli kənd X5 xx.xx.2020-ci il tarixli məktubla, Cəirli kənd Bələdiyyəsi isə xx.xx.2020-ci il tarixli məktubla bildirmişlər ki, Cəyirli kənd sakini İddiaçı məxsus torpaq sahəsinə qonşusu Nisə Adgözəlovanın həyətyanı sahəsindən əvvəllər su arxı olub və illər öncə də o arxdan istifadə olunub. İddiaçıya məxsus həyətyanı sahəyə baxış keçirilərkən məlum olmuşdur ki, başqa alternativ ərazidən su xəttinin aparılması mümkün deyil. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.5, 152.6, 560.1, 170.1, 170.2, 170.3-cü, Torpaq Məcəlləsinin 47-ci, Su Məcəlləsinin 64-cü maddələrini t ətbiq etmişdir. Cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. «…məhkəmə kollegiyasının iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qonşuluq münasibətində olmaqla, iddiaçıya məxsus olan torpaq sahəsinə su arxı u zun illər cavabdehin həyətyanı torpaq sahəsindən keçmişdir. Lakin son vaxtlar iddiaçıya məxsus torpaq sahəsinin suvarılmasına cavabdeh tərəfindən maneələr yaradılır. İkincisi, həm tərəflərin izahatından, həm də Cəyirli kənd icra nümayəndəliyi və kənd bələdiyyəsi tərəfindən verilmiş məlumatlardan aydın olur ki, iddiaçıya məxsus olan torpaq sahəsinə su arxı cavabdehə məxsus torpaq sahəsindən keçmiş, uzun illər də həmin arxdan istifadə olunub. İddiaçıya məxsus həyətyanı sahəyə başqa alternativ ərazidən su xəttinin aparılması mümkün deyil. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehin bu kimi hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.» Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün t ətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Adgözəlova Nisə Məhəmməd qızının kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh Adgözəlova Nisə Məhəmməd qızının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar