Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3979/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X24 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, etibarsız əqd, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev xxx Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-972/2023 saylı, 6 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X11 Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə 08 iyun 2005-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmiş, torpağın dəyəri olan 2.400.000 manatı bələdiyyənin hesabına ödəmiş, bunun müqabilində Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi tərəfindən bələdiyyənin ərazisindən 600 kv.m. torpaq sahəsinin ona satılması barədə 17 iyun 2005-ci il tarixli, 12/01 saylı qərar qəbul edilmişdir. Eləcə də, satılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Lakin alqı-satqı aktı həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müvafiq torpaq şöbəsində dövlət qeydiyyatına alınmamışdır.
2. X21 həmin torpaqla bağlı ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh geniş səlahiyyətli etibarnamə verməklə, torpağı faktiki olaraq satmışdır.
3. Cavabdeh da ev tikmək üçün torpaq sahəsi axtaran İddiaçı müraciətinə əsasən 20 avqust 2015-ci il tarixdə ona xxxmassivi adlanan ərazidə fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.metr torpaq sahəsini 10.000 manata satmağa söz vermiş, satmalı olduğu torpaq sahəsini İddiaçı göstərmiş, sonuncudan 10.000 manat pulu aldıqdan sonra isə torpaq sahəsinin alqı-satqısı ilə bağlı tərəflər arasında hər hansı müqavilə bağlanmamış, rəsmiləşdirmə aparılmamışdır.
4. Torpaq sahəsini görə pulu aldıqdan sonra Cavabdeh tərəfindən, X5 adından, etibar edən kimi, etibar edilən İddiaçı Bakı şəhər 19 saylı notariat kontorunda İddiaçı 20 avqust 2015-ci il tarixli AR-İ 423092 nömrəli etibarnamə verilmişdir. Həmin etibarnamədə göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli N/12/01 saylı qərarına əsasən Binəqədi rayon Xocəsən Bələdiyyəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m. olan torpaq sahəsinə dair sənədləşmə işinin aparılması, yəni hüquq müəyyənedici sənədi, dövlət torpaq aktı və ya çıxarış verildikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinin məhdudiyyət və yüklülük haqqında arayışı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Kadastr planı almağı, özəlləşdirməyi, tikinti işləri aparmağı, sərəncam verməyi satmağı, bağışlamağı, dəyişməyi, ipoteka ödənişlərini ödəməyi və iddia ərizəsi verməyi digər hərəkətləri etməyi etibar etmişdir.
5. İddiaçı torpağa görə Cavabdeh 10.000 manat pul ödəsə də, ondan torpağın alqısatqısına dair başqa hər hansı sənəd tələb etməmişdir.
6. İddiaçı 23 sentyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən ona göstərilən torpaq sahəsinin, əslində onun aldığı torpaq sahəsi olmadığını, eyni zamanda ona məxsus torpaq sahəsində başqa şəxsin tikinti işləri apardığını öyrənmişdir.
7. Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin “cinayət işindən materialın ayrılması” haqqında 19 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı X9 bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan X11 xx.xx.2005-ci il tarixdə Binəqədi rayonu, Xocəsən bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək Xocəsən bələdiyyəsi ərazisində 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmiş, həmin torpaq sahəsi ü çün həmin dövrə olan qiymətlə 2.400.000 manat pulu Xocəsən Bələdiyyəsinin büdcəsinə ödəyərək almış, Əliqulu Qəmbərov həmin torpaq sahəsini aldığı vaxtdan bir neçə il keçsə də maddi imkanının olmaması səbəbindən orada hər-hansı tikinti işləri apara bilmədiyindən, torpaq sahəsini etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh satmış, Cavabdeh da həmin torpaq sahəsində heç bir tikinti işləri aparmadan həmin torpaq sahəsini xx.xx.2015ci il tarixində etibarnamə ilə ona satmışdır. O, həmin torpaq sahəsini aldıqdan sonra, həyat yoldaşının qəflətən ciddi xəstəlik tapması, onun həmin torpaq sahəsində hər hansı bir tikinti işləri aparmasına çətinlik yaratdığını, hazırda maddi imkanı normal olduğu üçün həmin torpaq sahəsində tikinti işləri aparmaq istədiyini, ona bu işdə maneçilik yaradan şəxslərin olduğunu, torpaq sahəsi ilə qonşu olan adlarını bilmədiyi şəxslərin qanunvericiliyin tələblərini pozaraq ona məxsus torpaq sahəsinin xeyli hissəsini zəbt etmələrini və hal-hazırda tikinti işlərini aparmalarını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) 20 avqust 2015-ci il tarixdə ondan aldığı 10.000 manat pulun, həmin vaxtdan bu günə qədər olan inflyasiya fərqinin indeksasiya edilərək ona qaytarılması və məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.
9. İddia ərizəsi üzrə X24 müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yaşayan X11, 17 iyun 2005-ci il tarixdə, Binəqədi rayon Xocəsən Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək, Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadəsində olan 600 kv.m. torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmişdir. Əliqulu Qənbərov həmin torpağın nəzərdə tutulmuş satış qiymətini, 2.400.000 manat pulu Xocəsən bələdiyyəsinin büdcəsinə ödəyərək almışdır. Əliqulu Qənbərov həmin torpaq sahəsini aldığı vaxtdan bir neçə il vaxt keçsə də maddi imkanının olmaması səbəbindən, hər-hansı tikinti işləri apara bilməmişdir. Buna görə də həmin 600 kv.m. olan torpaq sahəsini etibarnamə vasitəsilə ünvan 6 ünva nda yaşayan cavabdehə satmışdır. Cavabdeh də həmin torpaq sahəsini aldıqdan bir neçə il vaxt keçsə də hər hansı tikinti işləri aparmamışdır.
11. İddiaçı və bacısının həyat yoldaşı X24 2015-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Yeni yaşayış massivi adlanan ərazidən hər birinə 3 sot olmaqla, 6 sot torpaq sahəsi almaq istəyiblər. Elnur adlı şəxsin həmin ərazidə özünə məxsus olan 600 kv.m. torpaq sahəsi satdığını öyrənmişlər. Elnurun mobil nömrəsini öyrənmiş, onunla danışmış və müəyyən olunmuş yerdə görüşmüşlər.
12. Bacısının yoldaşı Beyləqan şəhərində yaşadığına görə tez-tez Bakıya gəlməsi çətin olduğundan o, öz payına düşən (yəni 3 sotun) 5.000 (beş min) manat pulunu iddiaçıya verib ki, 600 kv.m. torpaq sahəsini alsın və sonra torpağı bölsünlər. Buna görə də iddiaçı, həya t yoldaşı ilə birlikdə xxx görüşmüşlər.
13. Söhbət zamanı cavabdeh onlara demişdir ki, Sulutəpə qəsəbəsi, Yeni yaşayış massivi adlanan ərazidə öz adına fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m. torpaq sahəsi var. Həmin torpaq sahəsini ümumilikdə 10.000 (on min) manata satır. Şifahi razılaşdıqdan sonra torpağa baxmaq üçün getmişlər. Cavabdeh hamar bir sahəni göstərərək torpaq sahəsinin ora olduğunu demişdir. Xoşagələn sahə olduğu üçün iddiaçı razılaşmışdır.
14. İddiaçının həyat yoldaşı cavabdehdən torpağın çıxarışının olub-olmamasını soruşmuş, cavabdeh isə hələ çıxarış almadığını, ancaq problem olmadığını, iddiaçının adına etibarnamə verəcəyini, həmin etibarnamə əsasında torpağın bütün sənədlərini ala biləcəklərini demişdir.
15. Həmin gün iddiaçı, həyat yoldaşı və cavabdeh Bakı şəhər 19 saylı notariusa getmiş və cavabdeh iddiaçının adına 20 avqust 2015-ci il tarixli AR-İ 423092 nömrəli etibarnamə vermişdir. Həmin etibarnamədə torpaq sahəsinin özəlləşdirilməsi, tikinti işləri aparılması, sərəncam verilməsi, adından ərizə verilməsi və digər hərəkətləri etməyi etibar edildiyi qeyd edilmişdir.
16. Dövlət notariusu tərəfindən verilən bu hüquqlar iddiaçını inandırıb ki, onlar bu etibarnamə əsasında həmin torpağın tam mülkiyyətçisi olmuşlar. İddiaçı 10.000 (on min) manat pulu cavabdehə vermişdir.
17. Həmin vaxtdan sonra iddiaçı həyat yoldaşının xəstəliyi ilə əlaqədar torpaqla maraqlana bilməmişdir. 23 sentyabr 2020-ci il tarixdə Sulutəpə ərazisində torpaq alqısatqısı (makler) ilə məşğul olan xxx adlı şəxs səhər-səhər zəng edib torpaq sahəsində kənar şəxslərin tikinti işləri apa rdığını demişdir. İddiaçı həyat yoldaşı ilə həmin yerə getmiş cavabdehin onlara göstərdiyi (satdığı) yerdə yox, sağ tərəfindəki yerdə tikinti işləri aparıldığını görmüşdür. Onlar həmin vaxt oradan Xocəsən Bələdiyyəsinə gedib sədrin qəbulunda olmuş və torpağa dair bütün sənədləri göstərmişlər. Sədr mütəxəssis çağırmış və aydın olmuşdur ki, cavabdeh yolun sol tərəfindəki hamar yeri onlara göstərərək sağ tərəfdəki hamar olmayan torpağı satıb. Hansı ki, kənar şəxslər tikinti işləri aparırlar.
18. İddiaçı 23 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət etmişlər. Etibarnamə ilə aldığı torpaq sahəsinin adlarını bilmədiyi şəxslər tərəfindən zəbt edilərək, qanuna zidd tikinti işləri aparılmasını, həmin tikinti işlərinin dayandır ılmasını, həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsini və məhkəmə vasitəsi ilə torpağından çıxarılması barədə tədbirlər görülməsini xahiş etmişdir.
19. Beləliklə, həmin gündən Xocəsən qəsəbəsinin 40-cı PB-də araşdırma işi başlamışdır. 19 oktyabr 2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin “cinayət işindən materialın ayrılması” qərarı ilə araşdırma başa çatmışdır. Həmin qərarda cavabdehdən 10.000 manat verib etibarnamə ilə aldığı 600 kv.m. torpaq sahəsini X25 heç bir rəsmi sənəd vermədən, aldadaraq öz əmlakı adı altında X15 və X7 pul alaraq satmışdır. Ona görə də həmin qərarda Elman Bağırova Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış, torpağı zəbt edənlər X13 və X6 həmin torpaq sahəsindən çıxarılmaları barədə iddiaçıya mülki q aydada məhkəmədə iddia qaldırmağı bildirmişlər.
20. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 146.3, 337 və 382-ci maddələrinə istinad etmişdir.
21. Cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Ərizədə qeyd edilmişdir ki, iddiaçının səhlənkarlığı səbəbindən torpaq sahəsi zəbt edilib. Bunda cavabdehin təqsiri yoxdur. Onların arasındakı alqı-satqıdan 7 il keçir, torpaq sahəsi ilə bağlı iddiaçının hər hansı etirazı var idisə, bu barədə 1 il müddətindən etirazını bildirməli idi, amma 7 ildən sonra yox. Hazırda iddiaçı əlində olan sxemə uyğun yerlərini tapıb tələb etməlidir.
22. Cavabdeh həmçinin iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçının müraciəti əsasında polisdə aparılan təhqiqat zamanı müəyyən edilib ki, Xocahəsən Bələdiyyəsinin elek tron bazasında X5 adına 17 iyun 2005-ci il tarixli, 12/01 saylı qərarla 600 kv.metr torpaq satılmasına dair məlumat var. 2 il ərzində torpaq sahəsinə ev tikməyən X1 torpaq sahəsini notarial qaydada təsdiq edilmiş baş etibarnamə ilə 2007-ci ildə cavabdehə satmışdır; - cavabdehin də iddiaçıya satdığı torpaq sahəsinin cizgisi və ölçülərinin Xocahəsən Bələdiyyəsinin mülkiyyətindəki torpaq sahəsinin kadastr planındakı koordinatlarla üst-üstə düşdüyü Bələdiyyənin Milli Arxivə təhvil verdiyi 30 avqust 2018-ci il tarixli arayışla təsdiq edilir; - cavabdehin başqa torpaq sahəsini özününkü kimi təqdim edib satması barədə iddiaçının dəlilləri əsassızdır. Əksinə, torpaq sahəsinin texniki sənədlərindən də görünür ki, iddiaçıya satılan torpaq sahəsi onun özünün biganəliyi ucbatından mühafizə olunmadığın a görə nəzarətsiz qalmış və hazırda axtarışda olan X25 tərəfindən başqa şəxslərə satılmışdır; - iddiaçı sahibliyində olan torpaq sahəsini zəbt etmiş şəxslərə qarşı iddia qaldırmalıdır.
23. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi (atası) iddiya etiraz edərək bildirmişdir ki, oğlu X23 hansı torpaq sahəsini alıbsa, oranı da iddiaçıya 10.000 manata satmışdır. Həmin torpaq sahəsi isə kadastr planındakı kordinatlarla üst-üstə düşür. İddiaçı sonradan oranı nəzarətsiz qoyduğundan torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edilmişdir. Hazırda həmin işlə bağlı mülkiyyətçi tərəfindən iddia qaldırılmış və iş məhkəmədədir. Eyni zamanda iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, hazırki iddianın verilməsi üçün müəyyən edilmiş 6 illik iddia müddəti ötürülüb. Həmin torpaq sahəsi satıl dığı xx.xx.2015-ci ildən 6 il 5 ay keçdikdən sonra verilmiş iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilmiş imperativ normaya, yəni daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 il müəyyən edilmiş müddətin keçirilməsi ilə verildiyindən rədd edilməlidir. Həmçinin əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında 1 illik iddia müddəti də ötürülmüşdür.
24. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 10.000 manat pulu qaytarıb almasına üzrlü səbəbdən itirilmiş iddia müddətinin bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırlıb ki, torpaq sahəsini aldıqdan sonra əri qəflətən ağır xəstəlik tapmış, onun müalicəsi ilə məşğul olmuş, müalicə Bakı şəhərində və İran İslam Respublikasında aparılmışdır. B u müalicələr 05 noyabr 2015ci ildən başlayaraq 30 iyun 2021-ci ilə qədər ardıcılı davam etmişdir. Bu da vaxt itkisinə səbəb olmuşdur. Bütün bu ağırlıqlar iddiaçının üzərinə düşmüşdür, çünki iddiaçının qızı ailəlidir, oğlu isə müddətdən artıq hərbi qulluqçu kimi Qarabağ bölgəsində hərbi xidmətdədir. X3 və X6 qanuna zidd olaraq zəbt etdikləri həmin torpaq sahəsini iddiaçı özününkü bilib 23 sentyabr 2020-ci ildə polisə müraciət etmiş və “cinayət işinin ayrılması barədə” 19 oktyabr 2021-ci il tarixli qərarı aldıqdan sonra məhkəmədə iddia qaldırmaq üçün 06 noyabr 2021-ci il tarixində vəkilə müraciət etmişdir. Vəkil iddiaçıya izah etmişdir ki, torpaq sahəsi üzərində iddiaçının heç bir mülkiyyət hüququ yoxdur. Deməli, iddiaçı həmin tarixdə bilmişdir ki, cavabdeh bir yeri göstərərək, digər yeri sa tmaqla, eyni zamanda heç bir mülkiyyət hüququ yaratmayan etibarnamə verməklə iddiaçını aldadaraq onun 10000 manat pulunu almışdır. Beləliklə, 20 noyabr 2015-ci ildən 05 noyabr 2021-ci ilə kimi xəstəxanalarda, polis orqanlarında itirdiyi vaxtlar iddiaçıdan asılı olmayan üzrlü səbəblərdən yarandığı üçün itirilmiş iddia müddəti Mülki Məcəllənin 382-ci maddəsinə əsasən bərpa edilə bilər.
25. Birinci instansiya məhkəməsində üçüncü şəxs X24 iddianın təmin edilməsini xahiş etmişdir.
26. Birinci instansiya məhkəməsində şahid qismində X19 göstərmişdir ki, iddiaçını tanıyır. İddiaçı ona torpaq axtardığını demiş və o, cavabdehin torpaq sahəsi satdığını demişdir. Özləri danışıb razılaşdıqdan sonra iddiaçı torpağı almışdır. Göstərilən torpaq tikintiyə yararlı olmuşdur.
27. Şamaxı Rayon Məhkəməsinin 2(0 74)-331/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10.000 manat pulun alınaraq İddiaçı ödənilməsi və Cavabdeh 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. (hakim Natiq İsmayılov)
28. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh 20 avqust 2015-ci il tarixdə Xocəhəsən bələdiyyəsinin ərazisindən yerləşən 600 kv.metr torpaq sahəsini qanunvericiliyin tələblərini pozaraq iddiaçıya 10000 manata satmışdır. İddiaçı 23 sentyabr 2020-ci il tarixdə ona satılan torpaq sahəsində başqa şəxslərin tikinti işləri apardığını bildikdən sonra bu barədə həmin gün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə şikayət etmişdir. Eyni zam anda xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
29. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və iddiaçı cavabdehə verdiyi 10.000 manat pul məbləğini tələb etməkdə haqlı olmuşdur.
30. Birinci instansiya məhkəməsi iddianın digər hissəsinə münasibətdə qeyd etmişdir ki, iddianın 10.000 manat pul məbləğinin 20 avqust 2015-ci il tarixdən bu günədək olan inflyasiya nəzərə alınmaqla indeksasiya edilərək qaytarılması hissəsi əsassız olduğundan təmin edilməməlidir.
31. Birinci instansiya məhkəməsi həmçinin məhkəmədə iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pula dair heç bir sübut iddia ərizəsinə əlavə edilmədiyindən həmin hissədə də iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 146.3, 337.1, 337.3, 337.5, 372.1, 377.1, 385.1, 386.1, 442, 448.1, 1091.1, 1091.2, 1092.1, 1095-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
33. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Apellyasiya şikayətinin dəlilləri belə olub: - mülki qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir il ərzində mübahisə edilə bilər. Göründüyü kimi, iddiaçı 2015-ci ildə aldığı torpaqla maraqlanmamış, səhlənkarlıq etmiş və sonradan torpaq sahəsini başqa şəxslər qanunsuz zəbt etdikdən sonra torpağı həmin şəxslərdən tələb etmək əvəzinə, cavabdehə qarşı qanunsuz iddia irəli sürmüşdür. Yəni iddiaçı öz mülki hüquqlarından sui-istifadə etmiş, nəticədə isə cavabdehin hüququnun, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur; - iddia müddəti və əqdin etibarsızlığının mübahisələndirmə müddətləri iddiaçı tərəfindən ötürülsə də, məhkəmə bu halları nəzərə almamış, qətnamədə bu hallara heç bir hüquqi qiymət verməmişdir. Halbuki, cavabdeh iki dəfə iddia ərizəsinə verdiyi etirazlarda iddia müddətinin tətbiqini məhkə mədən xahiş etmişdir; - bundan əlavə işdən aydın olur ki, Cavabdeh X4 hansı torpaq sahəsini alıbsa, həmin torpaq sahəsini də iddiaçıya satmışdır. Hətta torpaq sahəsi iddiaçıya verilərkən bələdiyyə sədri də ərazidə olmuşdur. İddiaçı torpaq sahəsini alarkən, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olmadığını bilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçının aldadılmasından söhbət gedə bilməz. Həmin torpaq sahəsi isə kadastr planındakı koordinatlarla üst-üstə düşür. İddiaçı sonradan oranı nəzarətsiz qoyduğundan torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edilmişdir; - iddiaçı özü 2015-ci ildə torpağı aldıqdan sonra torpaqla maraqlanmamış, səhlənkarlıq etmiş və sonradan torpaq sahəsini başqa şəxslər qanunsuz zəbt etdikdən sonra torpağı həmin şəxslərdən tələb etmək əvəzinə cavabdehə qarşı heç bir hüquqi əsası olmayan iddia irəli sürmüşdür. Göründüyü kimi cavabdeh iddiaçıya heç bir zərər vurmamışdır. Cavabdeh aldığı pulun əvəzinə torpaq sahəsini iddiaçıya vermişdir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan və həmçinin cavabdehin heç biri təqsiri olmadan, iddianı qismən təmin etməklə, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
35. Apellyasiya baxışında cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə etməklə, əlavə olaraq göstərib ki, mübahisə predmeti olan torpaq sahəsi cavabdeh tərəfindən qanuni əsaslarla iddiaçıya satılmış, lakin həmin torpaq sahəsinin hüquq müəyyənedici sənədi (Çıxarış) olmadığından torpaq sahəsi etibarnamə vasitəsilə satılmış və sonrakı hüquqi prosedur iddiaçıya izah edilmişdir. Lakin iddi açı məsələyə xeyli səhlənkar yanaşmış, vaxtında torpaq sahəsinə faktiki sahiblik etməmiş, müvafiq sənədlərin alınması üçün lazımi orqanlara müraciət etməmişdir, habelə həmin torpaq sahəsi keçən müddət ərzində başqa şəxslər tərəfindən zəbt edilmişdir. Bundan sonra isə tərəflər arasında hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddianın heç bir hüquqi əsası olmadığı üçün iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6, 346 və 354-cü maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarda KM-nin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verilə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirm ənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə ş ərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1865/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 saylı, 24 may 2022-ci il tarixli qət naməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari, İlqar Dəmirov)
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X2 Bələdiyyəsinə 08 iyun 2005-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmiş, torpağın dəyəri olan 2.400.000 manatı bələdiyyənin hesabına ödəmiş, bunun müqabilində Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən bələdiyyənin ərazisində 600 kv.m. torpaq sahəsinin ona satılması barədə 17 iyun 2005-ci il tarixli, 12/01 saylı qərar qəbul edilmişdir. Eləcə də, satılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Lakin bu alqı-satqı aktı həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müvafiq torpaq şöbəsində dövlət qeydiyyat ına alınmamışdır. Qanunvericiliyə görə isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Lakin buna baxmayaraq daşınmaz əmlak olan həmin torpaq sahəsinə dair sərəncam verilmiş, özgəninkiləşdirilmişdir. Göründüyü kimi torpaq sahəsinin alqı-satqısı həyata keçirilmiş, lakin qanunun tələb etdiyi kimi bu alqı-satqı notarial qaydada təsdiq edilməmiş və həmin əmlaka dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh xx.xx.2015-ci tarixli, AR-İ 423092 saylı etibarnamə əsasında X5 adından Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli, N/12/01 saylı qərarına əsasən Binəqədi rayon Xocəsən Bələ diyyəsi ərasində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m olan torpaq sahəsini 10000 manata iddiaçıya satmışdır. İddiaçı uzun müddət həmin torpaq sahəsinə faktiki nəzarət etməmiş, daha sonra 2020-ci ilin sentyabr ayında qeyd olunan torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edildiyini bilmiş, habelə bunun davamı olaraq müvafiq qurumlara rəsmi müraciəti əsasında cavabdeh tərəfindən aldadıldığını öyrənmiş və hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, cavabdeh tərəfindən aldadılmasına istinad edərək, mübahisə predmeti olan torpaq sahəsinə dair onun tərəfindən sonuncuya ödənilmiş 10000 manat məbləğində pulu tələb edir.
39. Apellyasiya instansiyası məhkəməsinin işin tədqiq edilmiş hallarına əsasən mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə tərəfl ər arasında bağlanmış əqd əhəmiyyətsiz əqddir. İddiaçı cavabdehdən əhəmiyyətsiz əqd əsasında əldə etdiyi pul məbləğinin geri qaytarılması ilə bağlı tələbi bir il ərzində irəli sürə bilərdi. Yuxarıda şərh olunanlardan göründüyü kimi o, bu müddəti ötürmüş, müddət keçdiyi üçün isə hazırki tələb hüququnu itirmişdir. Ona görə də hazırkı halda iddia tələbi təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni deyildir. İddia ərizəsində qeyd olunan hallar (iddiaçının ərinin xəstəliyi, habelə onun hüquqi savadsızlığı) daha öncə istinad olunan ötürülmüş müddətin üzrlü hesab edilməsi üçün əsas hesab edilə bilməz.
40. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 144.1, 144.2, 146.1, 146.2, 337.1, 337.2, 337.4, 354-cü maddələri, Torpaq Məcəlləsinin 6 7, 68-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli və “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 dekabr 2012-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.
41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2022-ci il tarixində cavabdehin əməlində CM-in 178-ci və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətlərinin olub-olmamasını araşdırması məqsədilə xüsusi qərardad da çıxarm ışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
42. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
43. Kassasiya şikayətinin dəlilləri belə olmuşdur: - Binəqədi rayon Polis İdarəsində 19 oktyabr 2021-ci il tarixli “cinayət işindən materialın ayrılması” barədə qərar qəbul edilmiş və həmin qərarla X16 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış və ona da torpağı zəbt etmiş şəxslərin torpaq sahəsindən çıxarılması barədə məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. İddiaçı bundan sonra hüquqşünaslara müraciət etmiş və məlum olmuşdur ki, torpaq sahəsinə dair heç bir hüquqi sənəd olmadığından, iddiaçının həmin torpaqla bağlı məhkəmədə iddia qaldırmaq hüququ da yoxdur; - həmin vaxt bilmişdir ki, cavabdeh iddiaçıya ona başqa bir adama aid olan torpaq sahəsini göstərməklə 10.000 manat pulunu ələ keçirmişdir. Buna görə də cavabdehə qarşı 01 fevral 2022-ci il tarixində Şamaxı Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmışdır; - iş materiallarından da göründüyü kimi, onların aralarında yalnız cavabdeh tərəfindən verilmiş etibarnamə vardır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnamə isə onun adına rəsmi qeydiyyatda olan heç bir mülkün olmadığı halda heç bir işə yaramır. Hətta Sumqayıt Apellyasiya Məhkəməsinin gedişində iddiaçıya məlum olmuşdur ki, cavabdehə etibarnamə vermiş X11 04 dekabr 2015-ci il tarixində vəfat etmişdir. Bu isə o demə kdir ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2015-ci il tarixli etibarnaməyə hələ 04 dekabr 2015-ci il tarixində xitam verilmişdir. Çünki mülkiyyətçinin verdiyi etibarnamə onun vəfat etdiyi gündən etibarsız sayılır; - iddiaçı cavabdeh tərəfindən verilmiş etibarnaməni torpaq sahəsinə dair hüquqi sənəd hesab etmişdir. Əslində, torpaq sahəsinə dair onların arasında hər hansı bir hüquqi sənədləşmə aparılmamışdır. Cavabdehin hamar bir torpaq sahəsini göstərərək, digər hamar olmayan torpaq sahəsini satdığını təsdiq edən şahid xxx Bəxtiyarovun səs yazısı olan disk məhkəmə iclasında dinlənilsə də məhkəmə tərəfindən nəzərə alınmamışdır; - iş materialları arasında hər hansı bir müqavilənin olmadığı təqdirdə - işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkə t edilməlidir. Əsl həqiqət odur ki, iddiaçı 600 kv.m. torpaq sahəsini cavabdehdən alandan sonra da üzun müddət hiss etmişdir ki, qanuni torpaq sahəsini almışdır. Lakin sonda məlum olmuşdur ki, satılmış torpaq sahəsi ilk gündən başqa şəxsə məxsus olmuşdur. Yalnız torpaq satılması adı ilə aldadılaraq 10.000 manat pulu ələ keçililmişdir; - Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinin tələbinə görə ümumi iddia müddəti 10 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il təşkil edir. İş materiallarından da götründüyü kimi, cavabdehin adına 600 kv.metr torpaq sahəsi olmamış və bu gün də yoxdur. Buna görə də bu məsələdə 1 illik iddia müddətin dən söhbət gedə bilməz. Çünki heç bir müqavilə sənədi yoxdur; - cinayət işinin başlanılmasının rədd edilməsindən və aldadılaraq 10.000 manat pulunun ələ keçirilməsindən sonra pul tələbinə dair iddianı təmin etmiş Şamaxı Rayon Məhkəməsinin qətnaməsini ləğv etməklə apellyasiya instansiyası məhkəməsi iddiaçının konstitusion hüquqlarını pozmuşdur; - cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2015-ci il tarixli etibarnaməyə, həmin etibarnaməni vermiş X5 04 dekabr 2015-ci il tarixdə vəfat etməsindən sonra qanunla müəyyən olunmuş qaydada xitam verilməsi həll olunmuş olsaydı, onun 10.000 manat pulunun taleyi vaxtlı-vaxtında həll edilmiş olardı. Bu qədər vaxt itkisinə yol verilməzdi; - apellyasiya instansiyası məhkəməsində heç bir əqdin olmadığı halda bir illik iddia müddətindən istifadə edilməkl ə iddiaçının 10.000 manat pulu taleyin ümidinə buraxılmazdı; - apellyasiya instansiyası məhkəməsi qətnaməni faktlar əsasında qəbul etməmişdir. Məhkəmə tam və obyektiv araşdırılma aparmadan qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin etiraz ərizəsində qeyd etdiyindən belə bir nəticəyə gəlmişdir ki, 600 kv.m. torpaq sahəsini 2007-ci ildə almış və ötən səkkiz il ərzində heç bir sənədləşdirmə apara bilmədiyindən 600 kv.m. torpaq sahəsini 10000 manata satıb. Əgər sənədləşdirə bilsəydi həmin torpaq sahəsini 20.000 manata satacağını da bildirmişdir. Bu isə o deməkdir ki, həmin torpaq sahəsinin mülkiyyətçisi ilə bağlı problem vardır; - cavabdeh apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayətini verməsindən sonra iddiaçı torpaq sahəsinin əsil sahibini axtarmağa başlamışdır. Məlum olmuşdur ki, torpaq sahəsinin sahibi X10 04 dekabr 2015-ci il tarixində vəfat etmişdir. X31 bildirmişdir ki, atasının ölümündən 1-2 il keçdikdən sonra torpaq sahəsi üçün reyestrdən çıxarışın alınması ilə bağlı maraqlanmış, lakin həmin mübahisəli torpaq sahəsi hələ 2004cü ildən etibarən Neft Şirkətinin əməliyyat şöbəsinə verildiyindən, həmin ərazilərdə olan torpaq sahələrinə mülkiyyət hüququ verən çıxarışların verilməsinin mümkün olmaması deyilmişdir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1178/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1865/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
45. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12/01 saylı qərarı ilə Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə X5 mülkiyyətinə verilməsi qərara alınmışdır. X8 Xocəsən bələdiyyəsi tərəfindən 600 kv.m torpaq satılmasına dair bələdiyyənin elektron bazasında qeydiyyat aparılmışdır. X21 həmin torpağı etibarnamə ilə ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh satmış, Cavabdeh isə öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixində etibarnamə ilə İddiaçı satmışdır. İddiaçı uzun müddət orada heç bir tikinti işi aparmadığından həmin t orpaq sahəsi kənar şəxslər tərəfindən zəbt edilərək orada tikinti işləri aparılmağa başlanılmışdır. Məsələyə aydınlıq gətirilməsi üçün iddiaçı ona məxsus olduğunu hesab edən torpaq sahəsinin hansı ərazi olduğunu müəyyən etmək məqsədi ilə 23 sentyabr 2020-ci il tarixdən sonra Xocəsən Bələdiyyəsinə müraciət etmiş və araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh yolun sol tərəfindəki hamar yeri onlara göstərərək sağ tərəfdəki hamar olmayan torpağı satmışdır. Həmin vaxt isə kənar şəxslər həmin yerdə tikinti işləri aparmışlar. Beləliklə, məlum olmuşdur ki, cavabdeh iddiaçını aldadaraq başqa torpaq sahəsini satmışdır. Bu barədə cavabdehdən soruşduqda isə cavabdeh bildirmişdir ki, “ona da elə göstərib satıblar”. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir - ape llyasiya instansiyası məhkəməsi iş üzrə tərəflər arasında mövcud olmuş münasibətləri əqd kimi qiymətləndirmiş, bağlanmış əqdi isə əhəmiyyətsiz əqd kimi qəbul edərək, iddiaçının cavabdehdən əhəmiyyətsiz əqd əsasında əldə etdiyi pul məbləğinin geri qaytarılması ilə bağlı tələbi bir il ərzində irəli sürə bilməsini, bu müddətin ötürülməsini, müddət keçdiyi üçün isə hazırki tələb hüququnu itirməsini qeyd etmiş və ona görə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlmişdir; - lakin bu zaman apellyasiya məhkəməsi əqdin hansı əsasla etibarsız hesab edilməsini qətnamədə göstərməmiş, gəldiyi nəticə ilə bağlı yalnız “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinad etmişdir; - əqdin anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsində verilmişdir. Həmin normaya görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.6-cı maddəsində isə qeyd olunmuşdur ki, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir; - mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. - əqdin mübahisələndirilməsi isə Mülki Məcəllənin 337.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - iddiaçı iddia ərizəsində cavabdehdən 20 avqust 2015-ci il tarixdə ondan aldığı 10.000 manat pulu, həmin vaxtdan bu günə qədər olan inflyasiya fərqini indeksasiya edilərək ona qaytarılması və məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir; - qeyd olunan iddia əsasında işə məhkəmələrdə baxılarkən, iddiaçı və cavabdeh arasında mövcud olmuş münasibətlərin etibarsız hesab edilməsi barədə cavabdeh tərəfindən qarşılıqlı iddia verilməmişdir; - iddiaçı ilə cavabdehin arasında torpağın alqı-satq ısına dair razılaşma olsa da, alqı-satqının rəsmiləşdirilməsi ilə bağlı hər hansı addım atılmadığından, həmin münasibətlərin alqı-satqı kimi qiymətləndirilməsi və alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Çünki iddiaçı ilə cavabdehin arasında alqı-satqı münasibətlərinin olması haqqında işdə heç bir sübut yoxdur. Hüquqi əsası olmadığını bildiyi halda, dəqiq yeri belə ona məlum olmayan torpaq sahəsi barəsində cavabdeh tərəfindən iddiaçıya yalnız torpağın yanlış yeri göstərilmiş, ilk sahibinin adından etibarnamə verilmiş və iddiaçıdan torpağa görə pul alınmışdır; - mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. (Mülki Məcəllənin 14.2.7-ci maddəsi). Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - işin faktiki hallarından da göründüyü kimi cavabdeh iddiaçıya heç bir hüquqi əsas olmadan torpaq sahəsi satmaqla iddiaçıdan aldığı pul vəsaiti hesabına varlanmışdır; - iddiaçı ilə cavabdehin arasında əsassız varlanma ilə bağlı münasibətlər mövcud olduğundan apellyasiya instansiyası məhkəməsi tərəflərin arasında mövcud olmuş münasibətlərlə bağlı maddi hüquq normasını düzgün tətbiq etməmişdir; - hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə ayd ınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-972/2023 saylı, 6 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 nömrəli, 24 may 2022-ci il qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Lalə Rəhimli)
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin müəyyən edilən hallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12/01 saylı qərarı ilə Binəqədi Rayonu, Xocəsən Bələdiyyəsinin ərazi sində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsinin alğı-satqı yolu ilə X5 mülkiyyətinə verilməsi qərara alınmışdır. X8 Xocəsən bələdiyyəsi tərəfindən 600 kv.m torpaq satılmasına dair bələdiyyənin elektron bazasında qeydiyyat aparılmışdır. X21 həmin torpağı etibarnamə ilə cavabdehə satmış, cavabdeh isə öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixində etibarnamə ilə iddiaçıya satmışdır. İddiaçı uzun müddət orada heç bir tikinti işi aparmadığından həmin torpaq sahəsi kənar şəxslər tərəfindən zəbt edilərək orada tikinti işləri aparılmağa başlanılmışdır. Məsələyə aydınlıq gətirilməsi üçün iddiaçı ona məxsus olduğunu hesab etdiyi torpaq sahəsinin hansı ərazi olduğunu müəyyən etmək məqsədi ilə 23 sentyabr 2020-ci il tarixdən sonra Xocəsən Bələdiyyəsinə müraciət etm iş və araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh yolun sol tərəfindəki hamar yeri onlara göstərərək sağ tərəfdəki hamar olmayan torpağı satmışdır. Həmin vaxt isə kənar şəxslər həmin yerdə tikinti işləri aparmışlar. Beləliklə məlum olmuşdur ki, cavabdeh iddiaçını aldadaraq başqa torpaq sahəsini satmışdır. Bu barədə cavabdehdən soruşduqda isə cavabdeh bildirmişdir ki, “ona da elə göstərib satıblar”. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, məhkəmə iddianı qismən, 10.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair hissədə düzgün nəticəyə gəlmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini – aldığı torpaq sahəs ini iddiaçıya satması, bundan başqa iddiaçının iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş müddət ötürməsi – əsassız sayaraq göstərmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 20 avqust 2015-ci il tarixdə ondan aldığı 10.000 manat pulu, həmin vaxtdan bu günə qədər olan inflyasiya fərqini indeksasiya edilərək ona qaytarılması və məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia əsasında işə məhkəmələrdə baxılarkən, iddiaçı və cavabdeh arasında mövcud olmuş münasibətlərin etibarsız hesab edilməsi barədə cavabdeh tərəfindən qarşılıqlı iddia verilməmişdir.
50. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı ilə cavabdehin arasında torpağın alğı-satqısına dair razılaşma olsa da alğı-satqının rəsmiləşdirilməsi ilə bağlı hər hansı addım atılmadığından, həmin münasibətlərin alğı-satqı kimi qiymətləndirilməsi və alğı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Çünki iddiaçı ilə cavabdehin arasında alğı-satqı münasibətlərinin olması haqqında işdə heç bir sübut yoxdur. Hüquqi əsası olmadığını bildiyi halda, dəqiq yeri belə ona məlum olmayan torpaq sahəsi barəsində cavabdeh tərəfindən iddiaçıya yalnız torpağın yanlış yeri göstərilmiş, ilk sahibinin adından etibarnamə verilmiş və iddiaçıdan torpağa görə pul alınmışdır.
51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsas larından biri də əsassız varlanmadır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
52. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh iddiaçıya heç bir hüquqi əsas olmadan torpaq sahəsi satmaqla iddiaçıdan aldığı pul vəsaiti hesabına varlanmışdır.
53. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 146, 337, 372, 377, 385, 386, 442, 448, 1091, 1092, 1095-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 217 və 218-ci maddələri ilə əsaslandırmışd ır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
55. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti belə əsaslandırılıb: - Azərbaycan Respublikası Konstitusiyasının 60.1 və 60.2-ci maddələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - qeyd edilməlidir ki, cavabdeh hansı torpaq sahəsini X4 alıbsa, oranı da iddiaçıya 10000 manata satmışdır. Hətta torpaq sahəsi iddiaçıya verilərkən bələdiyyə sədri də ərazidə olmuşdur. İddiaçı torpaq sahəsini alarkən də d aşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olmadığını bilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçının aldadılmasından söhbət gedə bilməz. Həmin torpaq sahəsi isə kadastr planındakı kordinatlarla üst-üstə düşür. İddiaçı sonradan oranı nəzarətsiz qoyduğundan torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edilmişdir; - iddiaçı özü 2015-ci ildə torpağı aldıqdan sonra torpaqla maraqlanmamış, səhlənkarlıq etmiş və sonradan torpaq sahəsini başqa şəxslər qanunsuz zəbt etdikdən sonra torpağı həmin şəxslərdən tələb etmək əvəzinə cavabdehə qarşı qanunsuz iddia irəli sürmüşdür. Göründüyü kimi cavabdeh iddiaçıya heç bir zərər vurmamışdır. Cavabdeh aldığı pulun əvəzinə torpaq sahəsini iddiaçıya vermişdir. - göründüyü kimi məhkəmə göstərilən halları nəzərə almadan və həmçinin cavabdehin heç biri təqsi ri və qanunsuz hərəkət törətmədiyini nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. - mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. - iddia müddətinin ötürülməsi Sumqayıt Apellyasiya Məhkəməsinin əvvəlki qətnaməsində ə saslı olaraq qeyd edilir. Belə ki, hazırki iddianın verilməsi üçün müəyyən edilmiş 6 illik iddia müddəti ötürülüb. Həmin torpaq sahəsi satıldığı xx.xx.2015-ci ildən 6 il 5 ay keçdikdən sonra verilmiş iddia tələbi Mülki Məcəllənin 373.2-ci maddəsində göstərilmiş imperativ normaya, yəni daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 il müəyyən edilmiş müddətin keçirilməsi ilə verildiyindən rədd edilməlidir; - həmçinin əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında 1 illik iddia müddəti də ötürülmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamədə İddiaçı 23 sentyabr 2020-ci il tarixdə ona satılan torpaq sahəsində başqa şəxslərin tikinti işləri apardığını bildikdən sonra bu barədə həmin gün Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə şikayət etməsinə əsasl anaraq müddətin guya ötürülmədiyi bildirmişdir. Halbuki, həmin şikayət qanunsuz tikinti işləri aparan şəxslərə qarşı verilməli idi. Çünki qanunsuz tikinti işilərini aparan cavabdeh deyildir və o, iddiaya cavab verməli olmayan şəxsdir. İkinci instansiya məhkəməsi də iddia müddətinin tətbiq edilməsi məsələsində məhz iddiaçının bu müraciətini əsas götürmüşdür; - göründüyü kimi iddiaçı 2015-ci ildə aldığı torpaqla maraqlanmamış, səhlənkarlıq etmiş və sonradan torpaq sahəsini başqa şəxslər qanunsuz zəbt etdikdən sonra torpağı həmin şəxslərdən tələb etmək əvəzinə, cavabdehə qarşı qanunsuz iddia irəli sürmüşdür. Yəni iddiaçı öz mülki hüquqlarından sui-istifadə etmiş, nəticədə isə cavabdehin hüququnun eləcə də, Mülki Məcəllənin 16.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Apellyas iya instansiyası məhkəməsi iddiaçının hüquqlarından sui-istifadə etməsinin mümükünlüyü, ümumiyyətlə, nəzərə almamış, bu məsələyə hüquqi qiymət verməmişdir - apellyasiya instansiyası məhkəməsi fərziyyələrə əsaslanaraq qətnamədə qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibəti alqı-satqı hüquq münasibətləri deyil, əsassız varlanmadır, halbuki əsassız varlanmanın mövcud olması üçün Mülki Məcəllə imperativ norma qismində tələb edir ki, bir şəxs “hüquqi əsas olmadan” başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Göründüyü kimi iddiaçı və cavabdeh öz iradə ifadələrini bildirərək müqavilə bağlamışlar. İddiaçı cavabdehə 20 avqust 2015ci il tarixdə 10000 manat ödəmiş, əvəzində 600 m2 torpaq sahəsini almışdır. Nəticədə, tərəflər arasında alqı-satqı hüquq münasibəti mövcud olmuşdur. Bu da onu göstərir ki, cavabdeh hüquqi əsasa – alqı-satqı müqaviləsinə əsasən satıcı qismində gəlir əldə etmişdir; - apellyasiya instansiyası məhkəməsinin alqı-satqı münasibətləri nəticəsində cavabdeh tərəfindən əldə edilmiş 10.000 manat məbləğində vəsaiti əsassız varlanma kimi qələmə verməsi qanunsuz və əsassızdır. Apellyasiya instansiyası Mülki Məcəllənin 1091ci maddəsində əsassız varlanmanın mövcud ola biləcəyi halları araşdırmayaraq əsassız qətnamə qəbul etmişdir; - “B.Mürsəlovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda, həmin Məcəllənin 375.2-ci m addəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olm aqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur; - yuxarıda qeyd edildiyi kimi xx.xx.2015-ci tarixli, AR-İ 423092 saylı etibarnamə əsasında X5 adından cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli, N/12/01 saylı qərarına əsasən Binəqədi rayon Xocəsən Bələdiyyəsi ərasində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m olan torpaq sahəsini 10000 manata iddiaçıya satmışdır. İddiaçı uzun müddət həmin torpaq sahəsinə faktiki nəzarət etməmiş, daha sonra 2020-ci ilin sentyabr ayında qeyd olunan torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edildiyini bilmiş, habelə bunun davamı olaraq müvafiq qurumlara rəsmi müraciəti əsasında cavabdeh tərəfindən aldadıldığını öyrənmiş və hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, cavabdeh tərəfindən aldadılmasına istinad edərək, mübahisə predmeti olan torpaq sahəsinə dair onun tərəfindən sonuncuya ödənilmiş 10000 manat məbləğində pulu tələb edir; - iddiaçı cavabdehdən əhəmiyyətsiz əqd əsasında əldə etdiyi pul məbləğinin geri qaytarılması ilə bağlı tələbi bir il ərzində irəli sürə bilərdi. Yuxarıda şərh olun anlardan göründüyü kimi o, bu müddəti ötürmüş, müddət keçdiyi üçün isə hazırki tələb hüququnu itirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermiş, etirazında işin faktiki hallarına istinad etməklə, apellyasiya instansiyası məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(105)-972/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan ha llarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələr in notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 3 72.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştir akçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilən hissəsi apellyasiya baxışının predmeti olub, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissədə çıxıb. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
60. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyini n təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.
63. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
64. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
65. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, iddiaya etirazın və apellyasiya şikayətinin əsasını təşkil edən və işin hallarına aid olan məhz həmin dəlillərə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməs i tərəfindən qiymət verilməklə iş üzrə yuxarıda göstərilən nəticəyə gəlinib.
66. Həmçinin bu dəlillər kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi baxımından da əsaslı deyil.
67. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-972/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.