Məhkəmə qərarları › İş №2(102)-398/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-398/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-398/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-398/21 (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə yönəldilməsi ) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil, Cavabdeh2-nin vəkili Süleymanov Sənan Tofiq oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2” MMC-nə və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəlmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-465/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh2-nin kassasiya şikayətlərinə 01 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. «xxxx» ASC xx xxxxxx 2015-ci il tarixli 1647/15 nömrəli təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh2-yə illik 6 faizlə, 60 ay müddətinə 2.425.000 manat məbləğində kredit ver mişdir. 2. xx xxxxxx 2015-ci il tarixli 1647/15 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2-nin bank qarşısında öhdəliynə zamin durmuşdur. 3. xx xxxxxx 2015-ci il tarixli 1647/15 nömrəli sonraki ipoteka müqaviləsi ilə ipoteka qoyan Cavabdeh1 kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 3.0 ha torpaq sahəsini «xxxx» ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 225000 manat məbləğində qiymətləndirilmişdir. 4. xx xxxxxx 2015-ci il tarixli 1647-1/15 nömrəli sonraki ipoteka müqaviləsi ilə “Cavabdeh2“ MMC kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “New Holland” MH City markalı, AZ 10V-161 dövlət qeydiyyat nişanlı ekskavatoru «xxxx» ASC-nin qarşısında ipotekaya qoymuşdur. İpoteka predmeti 110.598 manat məbləğində qiymətləndirilmişdir. 5. xx xxxxxx 2015-ci il tarixli 1647-2/15 nömrəli sonraki ipoteka müqaviləsi ilə “Cavabdeh2“ MMC kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “Dynapac” CA280D markalı, 10000113AOA zavod nömrəli yolbasanı «xxxx» ASC-nin qarşısında ipotekaya qoymuşdur. İpoteka predmeti 82.660 manat məbləğində qiymətləndirilmişdir. 6. xx xxxxxx 2015-ci il tarixli 1647-3/15 nömrəli sonraki ipoteka müqaviləsi ilə “Cavabdeh2“ MMC kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “New Holland” B-115 markalı, AZ 10V-165 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicini «xxxx» ASC-nin qarşısında ipotekaya qoymuşdur. İpoteka predmeti 75.509 manat məbləğində qiymətləndirilmişdir. 7. xx xxxxxx 2015-ci il tarixli 1647-4/15 nömrəli sonraki ipoteka müqaviləsi ilə “Ca vabdeh2“ MMC kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “New Holland” TC 5050 markalı, AZ 10V-164 dövlət qeydiyyat nişanlı kombaynı «xxxx» ASC-nin qarşısında ipotekaya qoymuşdur. İpoteka predmeti 55.940 manat məbləğində qiymətləndirilmişdir. 8. xx xxxxxx 2015-ci il tarixli 1647-5/15 nömrəli sonraki ipoteka müqaviləsi ilə “Cavabdeh2“MMC kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “New Holland” L215 markalı, AZ 10V-163 dövlət qeydiyyat nişanlı yükləyicini «xxxx» ASC-nin qarşısında ipotekaya qoymuşdur. İpoteka predmeti 63.905 manat məbləğində qiymətləndirilmişdir. 9. xx xxxxxx 2015-ci il tarixli 1647-6/15 nömrəli sonraki ipoteka müqaviləsi ilə “Cavabdeh2“MMC kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “Shantui” SG183 markalı, AZ 10V-159 dövlət qeydiyyat ni şanlı avtoqreyderi «xxxx» ASC-nin qarşısında ipotekaya qoymuşdur. İpoteka predmeti 67.144 manat məbləğində qiymətləndirilmişdir. 10. xx xxxxxx 2015-ci il tarixli 1647-7/15 nömrəli sonraki ipoteka müqaviləsi ilə “Cavabdeh2“MMC kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “New Holland” F106.6 markalı, AZ 10U-612 dövlət qeydiyyat nişanlı avtoqreyderi «xxxx» ASC-nin qarşısında ipotekaya qoymuşdur. İpoteka predmeti 104.255 manat məbləğində qiymətləndirilmişdir. 11. yanvar 2015-ci il tarixli 1647-8/15 nömrəli sonraki ipoteka müqaviləsi ilə “Cavabdeh2“ MMC kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “New Holland” TD 90D markalı, AZ 10V-182 dövlət qeydiyyat nişanlı traktoru «xxxx» ASC-nin qarşısında ipotekaya qoymuşdur. İpoteka predmeti 38.067 manat məbləğində qiymətləndir ilmişdir. 12. xx xxxxxx 2015-ci il tarixli 1647-9/15 nömrəli sonraki ipoteka müqaviləsi ilə “Cavabdeh2“ MMC kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “New Holland” TD 90D markalı, AZ 10V-183 dövlət qeydiyyat nişanlı traktoru «xxxx» ASC-nin qarşısında ipotekaya qoymuşdur. İpoteka predmeti 38.067 manat məbləğində qiymətləndirilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

13. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 1647/15 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, MMC-dən və zamin Cavabdeh1 birgə qaydada iddiaçının xeyrinə 2.322.528,03 manat əsas, 110.216,81 manat faiz, 186.572,22 manat dəbbə pulu, cəmi 2.619.31 7,05 manat borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 32 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh2 ilə bağlanmış sonrakı ipoteka müqavilələrinə əsasən Ekskavator “New Holland” MH Cıty, Yolbasan “Dynapac“ CA280D, Ekskavator-yükləyici “New Holland“ B-115, Kombayn “New Holland“ TC 5050, Yükləyici “New Holland” L-215, Avtoqreyder “Shantui” SG18-3, X2" F-106.6, Traktor "New Holland" TD 90D (AZ 10V-183) və Traktor "New Holland" TD 90D (AZ 10V-182) texnikalarına yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi, hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, tutmanın Cavabdeh1 ilə bağlanmış sonrakı ipot eka müqaviləsinə əsasən, ünvan 1ində 3.0 ha torpaq sahəsinə yönəldilməsi, torpağın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmirlər.

15. Borc məbləği xx xxxxxxx 2016-ya hesablanıb.

16. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 319.1, 385.1, 442, 462.1, 472.1, 472.2-ci, “İpoteka haqqında” Qanunun 36 və 39.1-ci maddələrinə istinad etmişdir.

17. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə verərək, digər tələblər yerində qalmaqla cavabdehlərdən xx xxx 2017-ci ilə hesablanmış 2.322528.03 manat əsas, 186.860.23 manat faiz, 360.686.71 manat dəbbə borcu olmaqla, cəmi 2.870.074.97 manat borcun tutulmasını xahiş etmişdir.

18. Cavabdeh “Cavabdeh2“MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, göstərib ki, bank borcu düz hesablamayıb. Cavabdehin etdiyi ödənişlər düzgün silinməyib.

19. Nərimanov Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspert qarşısında ipoteka predmeti olan 9 ədəd texnikanın və ünvan 1ində 3.0 ha torpaq sahəsinin hazırki vaxta real bazar qiymətinin nə qədər olması barədə sual qoyulmuşdur.

20. «xxxx» MMC-nin xx xxxx 2017-ci il tarixli hesabatlarında “New Holland” L-215 markalı, AZ 10V-163 dövlət qeydiyyat nişanlı yükləyici 115.030 manat; “New Holland” F106.6 markalı, AZ 10U-612 dövlət qeydiyyat nişanlı avtoqreyder 187.660 manat; “New Holland” TD 90D markalı, AZ 10V-182 dövlət qeydiyyat nişanlı traktor 68.520 manat; “New Holland” TD 90D markalı, AZ 10V-183 dövlət qeydiyyat nişanlı traktor 68.520 manat; “Shantui” SG18-3 markalı, AZ 10V-159 dövlət qeydiyyat nişanlı avtoqreyder 120.860 manat; “DYNAPAC” CA280D markalı, 10000113AOA zavod nömrəli yolbasan 148.788 manat; “New Holland” TC 5050 markalı, AZ 10V-164 dövlət qeydiyyat nişanlı kombayn 100.692 manat; “New Holland” B-115 markalı, AZ 10V-165 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyici 135.916 manat; “New Holland” MH City markalı, AZ 10V-161 dövlət qeydiyyat nişanlı ekskavator 199.076 manat; ünvan 1ində 3.0 ha torpaq sahəsi 600.000 manat məbləğində qiymətləndirilmişdir. Hər hesabat üzrə tədqiqatının dəyəri 50 m anat təşkil etmişdir.

21. Cavabdeh2-nin nümayəndəsinin vəsatəti ilə birinci instansiya məhkəməsi xx xxxxxxxx 2017-ci il tarixli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında xx xxx 2017-ci il tarixinə kredit borcunun məbləği barədə sual qoymuşdur.

22. Ekspertin vəsatətində göstərilən sənədlər təqdim edilmədiyindən mühasibatlıq ekspertizası baş tutmamışdır.

23. İddiaçının bankın nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, digər tələblər yerində qalmaqla cavabdehlərdən xx xxxx 2018-ci ilə hesablanmış 2.172.528,03 manat əsas, 306.952,11 manat faiz, 784.769,98 manat dəbbə borcu olmaqla, cəmi 3.264.250 manat borcun tutulmasını xahiş etmişdir.

24. Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edil miş, Cavabdeh2 ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2.172.528,03 manat əsas, 306.952,11 manat faiz, 40.000 (qırx min) manat dəbbə borcu, cəmi 2.519.480,14 manatın iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın Cavabdeh2-yə məxsus 9 ədəd texnikaya və torpaq sahəsinə yönəldilməsi, “New Holland” L-215 markalı, AZ 10V-163 dövlət qeydiyyat nişanlı yükləyicinin ilkin satış qiymətinin 115.030 manat, “New Holland” F-106.6 markalı, AZ 10U612 dövlət qeydiyyat nişanlı avtoqreyderin ilkin satış qiymətinin 187.660 manat, “New Holland” TD 90D markalı, AZ 10V-182 dövlət qeydiyyat nişanlı traktorun ilkin satış qiymətinin 68.520 manat, “New Holland” TD 90D markalı, AZ 10V-183 dövlət qeydiyyat nişanlı traktorun ilkin satış qiymətinin 68.520 manat, “Shantui” SG18-3 markalı, AZ 10V159 dövlət qeydiyyat nişanlı avtoqreyderin ilkin satış qiymətinin 120.860 manat, “DYNAPAC” CA280D markalı, 10000113AOA zavod nömrəli yolbasanın ilkin satış qiymətinin 148.788 manat, “New Holland” TC 5050 markalı, AZ 10V-164 dövlət qeydiyyat nişanlı kombaynın ilkin satış qiymətinin 100.692 manat, “New Holland” B-115 markalı, AZ 10V-165 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicinin ilkin satış qiymətinin 135.916 manat, “New Holland” MH City markalı, AZ 10V-161 dövlət qeydiyyat nişanlı ekskavatorun ilkin satış qiymətinin 199.076 manat, Cavabdeh1 məxsus olan ünvan 1i ünvanında yerləşən 3.0 ha torpaq sahəsinin ilkin satış qiymətinin 60 0.000 manat olmaqla tələbin həmin əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza xərcinin Cavabdeh2dən tutulması qət edlmişdir. (hakim Ramin Quliyev)

25. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, xx xxxxxx 2015-ci il tarixli 1647/15 nömrəli təminatlı kredit müqaviləsinə əsasən, iddiaçı «xxxx» ASC Cavabdeh2-yə illik 6 faizlə 60 ay müddətinə 2.425.000 manat məbləğində kredit vermiş, xx xxxxxx 2015-ci il tarixli 1647/15 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2-nin bank qarşısında götürdüyü öhdəliyə zamin durmuşdur.

26. Mü əyyən edilib ki, kredit müqaviləsinin təminatı olaraq “Cavabdeh2“ MMC-nin mülkiyyətində olan “New Holland” MH City markalı, AZ 10V-161 dövlət qeydiyyat nişanlı ekskavator, “DYNAPAC” CA280D markalı, 10000113AOA zavod nömrəli yolbasan, “New Holland” B-115 markalı, AZ 10V-165 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyici, “New Holland” TC 5050 markalı, AZ 10V-164 dövlət qeydiyyat nişanlı kombayn, “New Holland” L-215 markalı, AZ 10V-163 dövlət qeydiyyat nişanlı yükləyici, “Shantui” SG18-3 markalı, AZ 10V-159 dövlət qeydiyyat nişanlı avtoqreyder, “New Holland” F-106.6 markalı, AZ 10U612 dövlət qeydiyyat nişanlı avtoqreyder, “New Holland” TD 90D markalı, AZ 10V-182 dövlət qeydiyyat nişanlı traktor, “New Holland” TD 90D markalı, AZ 10V-183 dövlət qeydiyyat nişanlı traktor və Cavabdeh1 mülkiyyət ində olan ünvan 1i ünvanında yerləşən 3.0 ha torpaq sahəsi «xxxx» ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir.

27. Birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, iş üzrə Cavabdeh2 müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur.

28. Birinci instansiya məhkəməsi mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2-nin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

29. Məhkəmə qeyd edib ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Həmçinin zamin Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2-yə zamin olduğundan kredit müqaviləsi üzrə yaranmış borcu hər iki cavabdeh iddiaçıya müştərək qaydada ödəməlidir.

30. Birinci instansiya məhkəməsi həmçinin kreditin məbləği üzrə qeyd edib ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və belə nəticəyə gəlib ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2.172.528,03 manat əsas, 306.952,11 manat faiz borcu tutulmalıdır.

31. Dəbbə pulunun tutulması hissəsində məhkəmə qeyd etmişdir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 40.000 manat məbləğində pul tutulmalıdır.

32. Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini qiymətləndirmə rəylərinə əsasən müəyyən etmişdir.

33. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269, 385.1, 386.1, 421.2 442, 443.1, 445.2.1, 448.1, 462.1, 465.2, 467,470.1, 472.1, 439.1, 439.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 34.1.2, 39.3.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat icraat

34. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti verib, qətnamənin qismən ləğv olunması və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə qətnamə qəbul edərkən ümumiyyətlə, cavabdehin ödəniş etməsini və bunun əsasında da faiz borcunun aşağı düşməli olmasını, qalan borcu isə qısa zaman ərzində ödəmək niyyətlərinin olmasını nəzərə almamışdır. Belə ki, hazırki qətnamə qəbul edilənə qədər 150000, qətnamə qəbul ediləndən sonra isə 100000 manat ödəniş olmuşdur.

36. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında xx xxxx 2018-ci il tarixə hesablanmış borcun nə qədər olması barədə sual qoyulmuşdur.

37. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 25074 saylı ekspertiza rəyinə əsasən Cavabdeh2-nin xx.xx.2018-cı il tarixinə “xxxx” ASC-yə 2.322.528,02 manat əsas, 152.432,79 manat faiz borcu vardır, xx xxxx 2018-ci il tarixdən sonra ödənilən 275000 manat pul nəzərə alınmamışdır.

38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1339/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini n 2(005)-70/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi faiz borcunun və yekun məbləğin cəmi hissəsində dəyişdirilmiş, faiz borcunun məbləğinin 152.432,79 (yüz əlli iki min dörd yüz otuz iki manat yetmiş doqquz qəpik) manat, əsas, faiz borcun və cərimənin cəminin isə 2 364 960.82 (iki milyon üç yüz altmış dörd min doqquz yüz altmış manat, səksən iki qəpik) manat müəyyən edilməsi, həmin məbləğdən 390.000 (üç yüz doxsan min) manat miqdarında edilmiş ödənişin çıxılması və yekun kredit borcunun cəmi 1.974.960,82 (bir milyon doqquz yüz yetmiş dörd min doqquz yüz altmış manat, səksən iki qəpik) manat müəyyən edilməsi, qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, 145 (yüz qırx beş) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2-dən və C avabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və İkram Şirinov)

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən faiz borcunun məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, birinci instansiya məhkəməsi cavabdehlərin banka 2.172.528,03 əsas və 306.952,11 manat faiz borcunun qaldığına dair iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına istinad etsə də, bu sənəddə göstərilən məbləğlərin düzgünlüyünün yoxlanılması xüsusi biliyə malik olan ekspertin imkanlarından istifadə etməmişdir.

40. Apellyasiya instansiyası məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən cavabdehi n xx xxxx 2018-ci il tarixinə (maliyyə arayışının tarixinə) 2322.528.02 manat əsas, 152.432.79 manat faiz borcunun olduğunu müəyyən etmişdir.

41. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Qeyd olunan rəy məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Buna görədə faiz borcu məbləği hissəsində ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsi üçün əsası yoxdur.

42. Apellyasiya məhkəməsi həm ekspertiza rəyi, həm də cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən ödəniş sənədləri ilə müəyyən edib ki, cavabdeh tərəfindən xx xxxx 2018-ci il tarixindən sonra kredit borcu üzrə iddiaçıya 390000 (üç yüz doxsan min) manat da ödənilmişdir.

43. İddiaçının nümayəndəsi bu ödənişlərin icra mərhələsində nə zərə alınacağını bildirsə də, apellyasiya instansiyası məhkəməsi hesab edib ki, faiz borcunun məbləği hisəssində qətnamə dəyişdirildiyindən, eləcə də bu hissədə icra mərhələsində çətinliklərin yaranmaması məqsədilə həmin məbləğ də cavabdehlərin ödəməli olduqları yekun borc məbləğindən çıxılmalı və cavabdehlərin yekun kredit borcu 1.974.960,82 manat müəyyən edilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

44. Cavabdeh2 kassasiya şikayəti vermişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya məhkəməsi cavabdehin etdiyi bütün ödənişləri nəzərə alsa da, həmin ödənişləri əsas borc hissəsindən yox, faiz və cərimə də daxil olmaqla ümumi borcdan silmiş, cavabdehin mütəmadi ödənişlər aparmasını, bunun əsasında da faiz borcunun aşağı düşməli olmasını nəzərə alma mışdır.

46. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu da apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti vermişdir.

47. İddiaçı kassasiya şikayəti onunla əsaslandırıb ki, apellyasiya məhkəməsi faiz borcunun az olması ilə bağlı ekspert rəyini əsas götürməkdə səhvə yol vermişdir. Təkrar ekspertiza olmalı idi.

48. Həmçinin ipoteka predmetləri olan əmlaklar da yüksək qiymətləndirilib.

49. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4828/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

50. Kassasiya instansiyası məhkəməsi nin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tutulmalı olan borcun məbləğinə aid hissədə gəldiyi nəticəni işdə olan sübutlara uyğun və aydın şəkildə əsaslandırmadığından, eləcə də, ödənişlərin (390.000 manat) borcun hansı hissəsindən (əsas borc, faiz borcu və cərimə) çıxılması dəqiqləşdirilmədiyindən qətnamə qanuni sayıla bilməz.

51. Dəqiqləşdirilmiş iddia ərizəsində bank cavabdehlərdən əsas borca görə 2.172.528,03 manat, faiz borcuna görə 306.952,11 manat, dəbbə puluna görə 784.769,98 manat pul tələb etmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi əsas borc kimi bankın tələb etdiyi məbləği, (2.172.528,03 manat) faiz borcu kimi isə ekspertin müəyyən etdiyi məbləği (152.432,79 manat) qəbul edərkən faiz borcuna aid hissədə gəldiyi nəticəni və bankın faiz ə görə cavabdehlərdən 306.952,11 manat tələb etməsinin əsassız olmasına əsaslanmışdır.

53. Kassasiya instansiyası qeyd edib ki, apellyasiya instansiyası bankın tələb etdiyi əsas borcu (2.172.528,03 manat) və faiz borcunu (152.432,79 manat) toplayıb onların üstünə dəbbə puluna görə 40.000 manat da gəlib cəmi borcu 2.364.960,82 manat (2.172.528,03+152.437,79+40.000=2.364.96,82) müəyyən edərkən əsas və faiz borcunun üstünə hesabladığı dəbbə pulunun miqdarına aid hissədə gəldiyi nəticəni əsaslandırmamışdır.

54. Kassasiya instansiyası vurğulayıb ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən məhkəmədə işə baxılan ərəfədə ödənilmiş 390.000 manatı tutulmalı olan cəmi borcdan çıxarkən həmin məbləğin kredit borcunun hansı hissəsindən (əsas borc, faiz borcu və dəbbə pulu) və nə qədər çıx ıldığının həmin hissələrin hər biri üzrə müəyyən etməmişdir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

55. İşin ikinci apellyasiya baxışı zamanı iddiaçı xx xxxxxxx 2019-cu il tarixinə əsas borcun 1652528,03 manat, faiz borcunun 248173,78 manat, dəbbə borcunun 414789,72 manat, cəmi borcun isə 2315491,53 manat olması barədə maliyyə arayışı vermiş, həmçinin iddiaçının nümayəndəsi qətnamə çıxandan sonra edilən ödənilən ödənişlərin sistemdə oturduğunu bildirib.

56. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə əlavə mühasibatlıq ekspertizası təyin edilmiş, digər suallarla yanaşı, ekspert qarşısında xx xxxxxxx 2019-cu il tarixinə cavabdehin borcunun nə qədər olması barədə suallar qoyulmuşdur.

57. Məhkəmə Ekspertizası Mərkəzinin x x.xx.2020-ci il tarixli 31019 saylı ekspert rəyinə əsasən ödənilmiş məbləğlər də nəzərə alınmaqla xx xxxx 2018-ci ilə Cavabdeh2nin 2.172.528,02 manat əsas, 301.366,12 manat faiz borcu, xx xxxxxxx 2019-cu il tarixinə 1.652.528,02 manat əsas, 301.952,96 manat faiz borcu, qərardadın çıxarıldığı xx.xx.2019cu il tarixinə 1.652.528,02 manat əsas, 309.389,33 manat faiz borcu vardır.

58. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-465/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2018 saylı, xx xxxx 2018ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, xx.xx.2015-ci il tarixli 164 7/15 saylı kredit müqaviləsi üzrə əsas borcun 1.652.528,02 manat, bundan asılı olaraq cəmi borc məbləğinin 1.999.480,13 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi), Afaq Nuriyev və Valeh Ağayev)

59. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, yeni apelyasiya baxışı zamanı iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmiş və həmin maliyyə arayışına əsasən əsas borc 1.652.528,03 manat, faiz borcu 248.173,78 manat, cərimə məbləği isə 414.789,72 manat müəyyən edilmişdir.

60. Apellyasiyanın mövqeyinə görə ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiq iliyinə olan təminat kifayət qədər yüksəkdir.

61. Apellyasiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.

62. Apellyasiya məhkəməsi ekspert rəyinə əsasən belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız əsas borcun və bundan asılı olaraq cəmi borcun tutulması hissələrində dəyişdirilməli, cavabdehlərdən tutulan əsas borc 1.652.528,02 manat, bundan asılı olaraq cəmi borc məbləği 1.999.480,13 manat müəyyən edilməlidir.

63. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği mütənasib həddədək azaldılmışdır. Kassasiya şikayətinin və ona etirazın d əlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

64. Cavabdeh Cavabdeh2 (vəkil X1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

65. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 31019 saylı ekspert rəyi də iddiaçı təşkilatın maliyyə arayışına əsasən tərtib olunmuş və nəticədə yanlış rəy verilmişdir. Məhkəmə prosesi zamanı bu dəlil bildirilsə də, apellyasiya məhkməsi bunu nəzərə almamışdır.

66. Ləğv Prosesində olan “xxxx” ASC-nin Əmanətlərin Sığortalanması Fondu (Vəkil ) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

67. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehdən tutulmalı dəbbə pulunun həcmini əhəmiyyətli azaldılıb. Halbuki, istinad edilən qanunun normasına görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə bu müddənı mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki dəbbə pulunun 40.000 (qırx min) manat müəyyən edilməsi 784.769,98 manat dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır.

68. İpoteka predmetləri yüksək qiymətləndirilib. b) Kassasiya şikayətinə qarşı tərəfin e tirazının dəlilləri

69. Kassasiya şikayətlərinə qarşı tərəflərin yazılı etirazları daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

70. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

71. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2-nin vəkili Süleymanov Sənan Tofiq oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

72. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri ba rədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün h allar üçün cavabdehdir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı q ayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzr ə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

74. Hazırkı kassasiya şikayətində Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin məzmunu və dəlillərindən görünür ki, cavabdeh qətnaməni yalnız tutulan borc məbləği hissəsində mübahisələndirir. İddiaçı da qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlilləri cərimə borcunun azaldılması və ipoteka predmetlərinin yüksək qiymətləndirilməsi barədədir. Bu baxımdan, kassasiya baxşının predmeti mübahisələndirilən həmin hissələrdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti üzrə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur.

76. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların açıq hərracda satılması hesabına ödənilməsi barədədir.

77. Borcun məbləğinə gəldikdə, apellyasiya məhkəməsi borcun məbləğini müəyyən etmək üçün ekspertiza təyin etmiş və əsas borcun məbləğini də məhz həmin rəyə uğyun müəyyən etmişdir.

78. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi əsas borca dair hissədə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

79. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun azaldılması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla da apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmi şdir.

79. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsini cərimə borcuna adi hissədə isə dəyişdirmədən saxlamaqla, əsas borc məbləği hissəsində isə ekspert rəyinə əsasən dəyişdirməklə düzgün nəticəyə gəlmişdir.

80. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi faiz borcu məbləği hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayrakən iddiaçının təqdim etdiyi maliyyə arayışını nəzərə almamaqla səhvə yol vermişdir.

81. Hazlrki işə ikinci dəfə apelyasiya instansiyasında baxılarkən iddiaçı xx xxxxxxx 2019-cu il tarixinə əsas borcun 1652528,03 manat, faiz borcunun 248173,78 manat, dəbbə borcunun 414789,72 manat, cəmi borcun isə 2315491,53 manat olması barədə maliyyə arayışı vermişdir.

82. Apelly asiya instansiyası isə ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixə Cavabdeh2-nin faiz borcunun 309.389,33 manat müəyyən edilməsinə və bu məbləğin də iddia tələbindən kənara çıxma kimi olmasına istinad etməklə, faiz borcu hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

83. Məhkəmə kollegiyası bununla razılaşmır. Əvvəla, sonuncu maliyyə arayışında iddiaçı borcu xx xxxxxxx 2019-cu ilə hesablasa da, apellyasiya məhkəməsi xx xxxxxx 2019-cu il tarixə olan (qərardadın tarixinə) faiz borcu məbləği barədə də ekspert qarşısında sual qoymuş və rəydə xx xxxxxxx 2019-cu il tarixə cavabdehin faiz borcunun 301.952,96 manat olması göstərilsə də, apellyasiya məhkəməsi heç bir əsaslandırma aparmadan nəyə görəsə xx xxxxxx 2019-cu il tarixə olan 309.389,33 manat faiz borcun u əsas götürmüş və bu məbləği də iddia tələbindən kənara çıxma kimi qiymətləndirmişdir. Halbuki xx xxxxxxx 2019-cu il tarixə cavabdehin faiz borcu ekspert rəyi ilə 301.952,96 manat müəyyən edilib, bu da iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə (İ cild, i.v.366) göstərilən faiz borcundan (306952,11 manat) azdır.

84. Bundan əlavə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə faiz borcu 306952,11 manat göstərilsə də, iddiaçı təqdim etdiyi yeni maliyyə arayışında (İİ cild, i.v.130) xx xxxxxxx 2019-cu il tarixinə cavabdehin faiz borcunun 248173,78 manat olmasını göstərmişdir ki, bu da apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyindəki faiz borcundan xeyli az məbləğdir.

85. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təqdim etdiyi yeni maliyyə arayışına müvafiq olaraq faiz mə bləği hissəsində iddia tələbindən imtina etməsə də, onun faiz məbləği ilə bağlı tələbi 248173,78 manatla məhdudlaşmışdır. Apellyasiya məhkəməsi isə həmin arayışı nəzərə almadan cavabdehin daha çox məbləğdə faiz tələb etməsi barədə ərizəsinə və həmin ərizədə göstərilən məbləğdən də yüksək hesablanan ekspert rəyinə istinad etməklə səhvə yol vermişdir.

86. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasının qətnaməsi 306.952,11 manat faiz borcu (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə) hissəsində dəyişdirilərək, həmin məbləğ ekspert rəyinə əsasən 248173,78 manat müəyyən edilməlidir.

87. İddiaçının kassasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, istər dəbbə pulunun azaldılıb 40000 manat məbləğdə saxla nması, istərsə də ipoteka predmetlərinin ilkin satış qiyməti birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilib və iddiaçı bundan apellyasiya şikayəti verməyib. Bu baxımdan, dəbbə pulunun azaldılması və ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı apellyasiya məhkəməsinin düzgün nəticəyə gəlməməsi barədə iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır və şikayəti təmin edilməməlidir.

88. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməməli, Cavabdeh2-nin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməli, faiz borcu 248173,78 (iki yüz qırx səkkiz min yüz yetmiş üç mana t yetmiş səkkiz qəpik) manat müəyyən edilməli, apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

89. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Cavabdeh2-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-465/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi faiz məbləği hissəsində dəyişdirilsin, faiz məbləği 248173,78 (iki yüz qırx səkkiz min yüz yetmiş üç manat yetmiş səkkiz qəpik) manat müəyyən edilsin. Apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar