Məhkəmə qərarları › İş №2(102)-3984/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3984/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3984/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(104)1022/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.A.Hünmətov, iş № 2(044)-2484/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın alqı- satqısı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehtiyev, L.S.Süleymanov və R.Ş.Muradov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı 2005-ci ildə X1 ilə nikaha girməklə ailə qurmuş və onlar nikahda olduqları dövrdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx xxxx 2016-cı il tarixdə Cavabdeh2 ilə iddiaçının qaynanası Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi notariatda təsdiq olunmuş, Cavabdeh1 evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2018-ci ilin sentya br ayında iddiaçının Nla ailə münasibətləri pozulmuşdur. 2019-cu ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli evin onların və ərinin birgə vəsaiti hesabına əldə edilməsini, evin qaynanası Cavabdeh1 adına rəsmiləşdirilməsinin səbəbinin ərinin hərbiçi olmaqla dövlət hesabına mənzillə təmin edilməli olması ilə bağlı olmasını, alqı-satqı müqaviləsinin Mülki Məcəllənin şərtlərini pozmaqla bağlanmasını əsas göstərməklə xx xxxx 2016-cı il tarixli Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək qətnamənin işin həqiqi hallarının nəzərə alınmadan, qanunu n qüvvəsinin düzgün tətbiq edilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kasasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı, digər cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmal ıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edərkən evin dəyərinin onun və əri tərəfindən ödənilməklə onlar tərəfindən alınmasını əsas göstərmiş və tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 337.4-cü maddəsinə istinad etmişdir. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi evin əvvəlki mülkiyyətçisi Cavabdeh2 ilə iddiaçının qaynanası Cavabdeh1 arasında bağlanmış və sonuncu evin dəyərini iddiaçı tərəfindən verilməsini və onun tərəfindən alınmasını inkar etmişdir. İddiaçının “alıcı” kimi müqavilənin iştirakçısı olmasına mane ola biləcək heç bir qanuni əsas olmadığından, eləcə də ərinin hərbçi kimi mənzil almalı olması barədə istinad etdiyi əsas onun müqavilə üzrə “alıcı” olmasını istisna etmədiyindən, kollegiya hesab edir ki, müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmış əqd sayıla bilməz. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Kollegiya hesab edir ki, iddiaçının qanuni əsas kimi istinad etdiyi dəlillər 337.1-ci maddənin qüvvəsinin tətbiq edilməklə əqdin etibarsız sayılması üçün əsas verməmişdir. İşdə əqdin etibarsız sayılmasına səbəb ola biləcək qanunda nəzərdə tutulmuş digər əsasların olması da müəyyən olunmamışdır. İddiaçının izahatlarından göründüyü kimi müqavilə onun istəyinə uyğun bağlanmaqla onun iradəsini ifadə etmi ş və müqavilənin bağlanması ilə onun hüquq və azadlıqları pozulmamışdır. Göstərilən vəziyyətdə müqavilənin etibarsız sayılmasının tələb edilməsi qanuni və əsaslı olmadığından, kollegiya iddianın rədd edilməsinin qanuniliyinə dair apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsaslar yoxdur. Kollegiya kasasiya şikayətinin əsassız olması barədə nəticəyə gələrkən eyni zamanda iddianın Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən olunmuş 1 illik müddətin ötürülməklə qaldırılmasını nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar