Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3984/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə və digərlərinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3984/2023 (Açar sözlər: mənzilə sahiblik və istifadə hüququnun tanınması, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X17 (məruzəçi), X7 və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 cəlb edilməklə) “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2941/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “İcraçı” Cavabdeh mənzil tikinti kooperativinin sədri X8 ilə “Payçı” İddiaçı arasında mənzilin tikintisi ilə əlaqədar pay barədə 14 aprel 2008-ci il tarixdə bağlanmış 55 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh MTK ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1 “A” blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqd an ibarət olan 6 saylı mənzili 18 aya istismara verərək “Payçı”ya təhvil verməyi, “Payçı” həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını, yəni hər kvadrat metr üçün 985,30 manat olmaqla ümumi məbləğin ilkin pay kimi 98.530 manatı ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh MTK-nin rəhbəri və baş mühasibi tərəfindən verilmiş 14 aprel 2008-ci il tarixli kassa mədaxil orderinə (qəbz) əsasən, İddiaçı ünvan 1 ünvanında 20 mərtəbəli yaşayış evinin 1 “A” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m. olan 6 saylı mənzilin pay dəyərini, 98.350 manat məbləğində pul ödəmişdir. 3. “İcraçı” Cavabdeh mənzil tikinti kooperativinin sədri X5 ilə “Payçı” X11 arasında mənzilin tikintisi ilə əlaqədar pay barədə 07 mart 2016-cı il tarixdə bağlanmış 509 nömrəli müqavilənin şə rtlərinə əsasən, Cavabdeh MTK ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1 “A” blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili istismara verərək “Payçı”ya təhvil verməyi, “Payçı” həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını, yəni hər kvadrat metr üçün 1.100 manat olmaqla ümumi məbləğin ilkin pay kimi 110.000 manatı ödəməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh MTK-nin sədri S.N.Cahangirli tərəfindən verilmiş 07 mart 2016-cı il tarixli maliyyə arayışına əsasən, X11 ünvan 1 ünvanında 20 mərtəbəli yaşayış evinin 1 “A” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m. olan 6 saylı mənzilin pay dəyərini, 110.000 manat məbləğində pulu tam ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə akt ları. Birinci instansiya məhkəməsində birinci icraat:
5. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan, 3 otaqdan ibarət olan 6 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 aprel 2008-ci il tarixdə onunla Cavabdeh MTK arasında 55 saylı müqavilə bağlanmışdır. Qeyd olunan mü qavilənin 2-ci bəndinə uyğun olaraq o, üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Belə ki, o, aldığı mənzilin dəyəri olan 98.530 manat pulu Cavabdeh MTK-nin kassasına tam məbləğdə ödəmişdir. Müəyyən müddət keçdikdən sonra Cavabdeh MTK tərəfindən inşa olunmuş həmin mənzil ona göstərilmişdir. Mənzilə ehtiyacı olduğundan o, tezliklə mənzildə təmir işləri aparmaq, təmiri tezliklə bitirmək niyyətində olmuşdur. 2009-cu ilin iyul ayında işıq, qaz və su sayğacları üçün ümumilikdə 1.200 manat (1.500 ABŞ dolları) pulu "xxxx" MTK ödəmiş və mənzildə təmirə başlamışdır. Təmirin ilk mərhələsində mənzilə daxili işıq, telefon, internet xətləri çəkilmiş və bu işlərin görülməsi üçün ümumilikdə 2.050 manat (2.560 ABŞ dolları) xərc çəkmişdir. Təmirin sonrakı mərhələsində də 5.690 manat (7.100 ABŞ dolları), 1.560 manat (1.910 ABŞ dolları) xərc çəkmişdir. Mənzil alındıqdan sonra mənzilə ümumilikdə 10.500 manat (13.110 ABŞ dolları) xərc çəkmişdir. Bir müddət sonra isə o, mənzilinə gəldikdə mənzilin qapısının dəyişdirildiyini görmüşdür. O, Cavabdeh MTKnin ofisinə müraciət etdikdə, ona bildirmişlər ki, anlaşılmamazlıq olub, bu barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh MTK mənzili ona təhvil vermir. Müqavilənin 1.3-cü bəndinə görə icraçı 18 aya mənzili istismara verməli idi. Lakin, 10 ilə yaxın müddətdir ki, Cavabdeh MTK sözügedən müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir.
7. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1943/2019 nömrəli, 29 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim Abbas Rzayev) iddia təmin edilərək, İdd iaçı ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan mənzil 6-ya sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152 və 385.1-ci maddələrinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh MTK həmin müqavilə ilə üzərinə düşən öhdəliyini pozmuş, yəni ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili iddiaçıya təh vil verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
9. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9991/2019 nömrəli, 24 iyul 2019-cu il tarixli qərardadı ilə (hakimlər Azad İmanov (sədrlik edən, məruzəçi), Abiddin Hüseynov və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MTK-nə qarşı “yaşayış sahəsindən istifadə, sahiblik hüququnun tanınması, mənzilin istifadəsinə və sahibliyinə verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş ərazi ai diyyəti üzrə baxılması üçün Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 31.1, 39.1, 40.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində ikinci icraat:
12. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən X11 mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilək, ünvan 4 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mən zilinin İddiaçı təhvil verilməsinin Cavabdeh MTK-nə həvalə edilməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152 və 385.1-ci maddələrinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh MTK həmin müqavilə ilə üzərinə düşən öhdəliyini pozmuş, yəni ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili iddiaçıya təhvil verməmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
15. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul o lunmasını xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1487/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), İsmayıl Xəlilov və Elşad Şamayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi cavabdeh "xxxx" MTK-nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, yəni mülki qanunvericiliyin normaları baxımından Cavabdeh Mənzil Tikinti Kopera tivinin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Çünki cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Apelyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir.
18. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətində qeyd olunan mübahisəli mənzilin X2 dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi də düzgün olaraq Cavabdeh Mənzil Tikinti X1 ilə aralarında bağlanmış 07 mart 2016-cı il tarixli 509 nömrəli müqaviləni mübahisələndirmək hüququ olduqlarını izah etmişdir.
19. Apell yasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6.2, 165.5, 385.1, 442-ci maddələrinin və Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:
20. Qətnamədən cavabdeh "xxxx" MTK (vəkil X12) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5000/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
22. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyib. Belə ki, iddia ərizəsindən görünür ki, 10 ilə yaxın müddətdir ki, Cavabdeh MTK iddiaçı ilə bağladığı müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir. Cavabdehin isə id diaya olan etirazının əsası (eləcə də, apellyasiya şikayətinin dəlilləri) ondan ibarət olmuşdur ki, iddiaçı ilə müqavilə bağlanılsa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilib. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmayıb. Mübahisəli mənzil X3 və həmin mənzil onun tərəfindən təmir olunub və hal-hazırda o, mənzildə yaşayır.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinin araşdırılması istiqamətində heç bir cəhd etməmişdir. Hazırki mübahisəni həll etmək üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 məhkəmə iclasında iştirakının təmin etməsi zəruri olub. Lakin, apellyasiya instansiyası məhkəməsi ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsini qeyd edərək Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etsə də, işin bu halına diqqət yetirməmişdir ki, həmin şəxsə məhkəmə bildirişinin çatdırılmasını təsdiq edən sənəd mülki iş materiallarında mövcud deyil. Əksinə, məhkəmələrin onun qeydiyyatda olduğu ünvana göndərdiyi məktublar “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, faktiki olaraq mübahisəli mənzildə yaşaması qeyd edilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 hazırki iş üzrə dindirilməsi mübahisənin obyektiv və ədalətli həlli baxımından əhəmiyyətlidir. Məhkəmə kollegiyasının qənaətinə görə X6 məhkəmə iclaslarında iştira kını qeydiyyatda olduğu ünvanı üzrə təmin edilməsi mümkünsüz olduğu halda, apellyasiya instansiyası məhkəməsi onun dindirilməsi və tərəflərin qeyd etdikləri faktların yerində yoxlanılması məqsədi ilə yerli baxış (yerində müayinə) keçirilməsinin məqsədə müvafiqliyini müzakirə etməyib.
25. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi X11 ilə müqavilənin 07 mart 2016-cı il tarixdə bağlanmasına baxmayaraq iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının 2014-cü ildən evindən başqa şəxsin olmasını bildiyini göstərməsinə, eləcə də, cavabdehin nümayəndəsinin həmin məhkəmədə verdiyi izahatında iddiaçıya hazırki mənzildən 40 kv.metr artıq sahəsi olan mənzilin təklif edilməsi barədə göstərilənlərə diqqət yetirməyərək iddiaç ının konkret olaraq hansı tarixdən iddia etdiyi mənzilində kənar şəxslərin yaşamasını bilməsini, ona digər, daha artıq sahəli mənzil təklifindən imtinasının səbəblərini aydınlaşdırmamışdır.
26. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında mənzilin 2016-cı ildə İlham Qasımovun həbsindən sonra mübahisəli mənzilin satılmasının göstərməsinin hazırki işlə hansı əlaqəsinin olmasını, mübahisəli mənzilin həbs olunan şəxs barədə olan cinayət işi üzrə keçib-keçməməsini də aydınlaşdırmamışdır.
27. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası, eyni mənzilin iki şəxsə satılması ilə bağlı Cavabdeh MTK-nın hərəkətlərində cinayət tərkibi olan rəhbər şəxslərinin məsuliyyətə cə lb olunması məqsədi ilə iş üzrə 2(102)-5000/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini qərara almışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:
28. İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2918/2021 nömrəli, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, İddiaçı cavabdeh "xxxx" MTK qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahib liyə verilməsi” barədə iddiası rədd edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışaıd ki, mübahisəli mənzil 14 aprel 2008-ci il tarixdə İddiaçı satılmış və o, müqavilə ilə üzərinə düşən öhdəliklərini tam icra etmiş, lakin cavabdeh "xxxx" MTK mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. 07 mart 2016-cı il tarixdə mübahisəli mənzil hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlahə Seyidovaya satmış və həmin mənzil onun tərəfindən təmir olunmuş və hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi həm də vicdanlılıq prinsipi nöqtəyi nəzərindən əsassızdır. Belə ki, mübahisəli mənzilin İlahə Seyidovaya satılması, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada yaşaması işin müəyyən olunmuş mübahisəsiz halıdır.
30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək bu qənaətə gəlmişdir ki, İlahə Seyidova vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, onun iddia tələbinin təmin edilməsi qeyri-mümkün hesab edilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425, 442-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat:
32. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməd ən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdib.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)290/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2021ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
34. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əşyanı vicdanlı əldə etmə institutu daşınmaz əmlakın dövlət reyestri məlumatlarına güvənərək əldə edən şəxslərin hüquqlarının qorunmasına dair bir qaydadır. Belə ki, mübahisəli daşınmaz əmlakla bağlı reyestrdə aparılmış qeydiyyat hansısa səbəbdən əsassız olur, əldə edən bu halı bilmir, həmin qeydiyyatın həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək əşya hüququ qazanır. Bu halda vicdanlı şəxsin etimadı qorunur. Hazırki işdə mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi göstərilən maddi hüquq normalarına uyğun olmayıb. Məhkəmənin yol verdiyi digər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmamış, mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmamışdır. Hazırki mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlmişdir. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı, tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14 aprel 2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddia çının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilib-verilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir. İddianın qanuni əsası kimi Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranması aydınlaşdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Apellyasiya məhkəməsi isə iddianın həllinə dair gəldiyi qənaəti iş materialları və konkret qanun normalarına istina d etməklə əsaslandırmamışdır. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat:
35. İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3381/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, İddiaçı cavabdeh "xxxx" MTK qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” barədə iddiası rədd edilmişdir.
36. Apell yasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslanldırmışdır ki, mübahisəli mənzil 14 avqust 2008-ci il tarixdi İddiaçı satılmış və o, müqavilə ilə üzərinə düşən öhdəliklərini tam icra etmiş, lakin cavabdeh "xxxx" MTK mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. 07 mart 2016-cı il tarixdə sözügedən mənzil üçüncü şəxs İlahə Seyidovaya satmış və həmin mənzil onun tərəfindən təmir olunmuş və hal-hazırda mənzildə o, yaşayır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi həm də vicdanlılıq prinsipi nöqtəyi nəzərindən əsassızdır. Belə ki, mübahisəli mənzilin İlahə Seyidovaya satılması, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada yaşaması işin müəyyən olunmuş mübahisəsiz hal ıdır. Qeyd olunanları nəzərə alaraq hazırki iş üzrə İlahə Seyidova vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, İddiaçı iddiasının təmin edilməsi qeyri-mümkün hesab edilməlidir. Həmçinin, İddiaçı iş üzrə üçüncü şəxs olan İlahə Seyidovanın vicdanlı əldə edən şəxs olmasını nəzərə alaraq pozulmuş hüququnun əvəzinin alternativ qaydada ödənilməsini tələb edə bilər.
37. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.1, 178.8, 442, 452.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat:
38. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, və iddianın təmin edilməsinə dair yekun qərar qəbul olu nmasını xahiş etmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-88/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov sədrlik edən, məruzəçi, Ələsgər Əliyev və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
40. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, hazırkı işdə mübahisə predmeti olan mənzil ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün, apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi maddi hüquq normalarına uyğun olmamışdır. Bundan başqa, apellya siya instansiyası məhkəməsinin yol verdiyi digər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmamış və mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmamışdır. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndir mə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlmişdir. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı və tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14 aprel 2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilib-verilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir. Əgər tərəflər arasında kooperativ üzvlüyü ilə bağlı deyil, podrat münasibətləri yaranmışsa bu zaman Mülki Məcəllənin 452-ci maddəsi baxımından dəyərləndirmə aparılmalıdır. Həmin normaya görə, fərdi- müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İddianın qanuni əsası kimi bu norma tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranması aydınlaşdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri aras ında uyğunluq yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi, iddianın həllinə dair gəldiyi qənaəti mülki iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmamışdır. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi İddiaçı kassasiya şikayətinin dəlillərini əsaslı saymış və hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalam aqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apellyasiya instansiyası məhkəməsində beşinci icraat:
41. İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2941/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev sədrlik edən, məruzəçi, Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni müqavilə münasibətləri çərçivəsində qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, iş m ateriallarından da göründüyü kimi, üçüncü şəxsin müqaviləsindən daha əvvəl, yəni 14 aprel 2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən inşa edilən ünvan 5 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m. olan 3 otaqdan ibarət olan mənzil 6 İddiaçı tərəfindən tam ödənilməklə, yəni 98.530 manat məbləğində pul ödənilməklə alınmışdır. İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh MTK həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni ünvan 5 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan 6 nömrəli mənzili iddiaçıya təhvil verməkdən imtina etməklə müqavilənin və mülki qanunv ericiliyin tələblərini pozmuşdur. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 178.8, 452.1-ci maddələrinin və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
44. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 (Vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə üçüncü şəxs olan İlahə Seyidova ilə MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 509 nömrəli müqaviləyə əsasən icraçı olan Cavabdeh MTK, ünvan 4 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 100 kv.m. olan, 3 otaqdan ibarət 6 n ömrəli mənzili bina inşa edildikdən sonra payçı olan İlahə Seyidovaya təhvil verməyi, sonuncu isə mənzili qəbul edərək mənzilin hər kv.metri üçün 1.100 manat olmaqla, cəmi 110.000 manat pulu MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə şərtlərini tərəflər icra etmişlər. Belə ki, üçüncü şəxs mənzilin dəyərini təşkil edən 110.000 manatı Cavabdeh MTK-ya ödəmiş, MTK tərəfindən bu barədə xx.xx.2016-cı il tarixli “Maliyyə arayışı” verilmişdir. İlahə Seyidova mənzilin dəyərini tam həcmdə Cavabdeh MTK-ya ödədikdən sonra, MTK mənzili İlahə Seyidovaya təhvil vermişdir. Elə həmin vaxtdan da İlahə Seyidova mənzili təmir etdirmiş, mebeh və digər əşyaları mənzildə yerləşdirmiş, ailə üzvləri ilə birlikdə mənzilə köçərək, mənzildə yaşamağa başlamışlar. Sözügedən mənzil bu gün də İlahə Seyidova və onun ailə üzvlərinin qanuni sahiblik və istifadələrindədir. Qeyd olunmalıdır ki, sözügedən mənzil bugün də İlahə Seyidova və onun ailə üzvlərinin qanuni sahiblik və istifadələrindədir. O da qeyd olunmalıdır ki, mübahisəli mənzillə bağlı İlahə Seyidova və Cavabdeh MTK arasında müqavilə bağlandığı xx.xx.2016-cı il tarixdə, nə də ki, İddiaçı hazırki iddianı irəli sürdüyü vaxtadək, İddiaçı və ya hər hansı başqa şəxs mənzillə bağlı İlahə Seyidovanı və onun ailə üzvlərini narahat etməmiş, mənzilin qapısını döyməmiş, mənzilə iddia etməmişdir. İlahə Seyidova da mənzilin vicdanlı alıcısı kimi, dövlət reyestrindən çıxarış almaq üçün sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmiş və İlahə Seyidovanın mənzil üzərində mülkiyyət hüququnun qe ydə alıması barədə onun adına xx.xx.2022-ci il tarixdə çıxarış verilmişdir. Mübahisəli mənzilə dair İlahə Seyidovanın adına çıxarış verilməzdən əvvəl də X10 Xidmətinə təqdim etdiyi sənədlərin həqiqiliyi yoxlanılmış, İlahə Seyidovanın mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının dayandırılması və ya imtina edilməsi üçün hər-hansı hal müəyyən edilməmişdir. Bundan sonra İlahə Seyidovanın adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu çıxarış halhazırda da qüvvədədir. Bütün bu göstərilənlər onu təsdiq edir ki, İlahə Seyidova mübahisəli mənzilin vicdanlı alıcısıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi il ə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı al ıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
46. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
47. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələ rin əmələ gəlməsi əsaslarıdır.
48. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi vəya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
49. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydəəsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
50. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
51. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
52. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
53. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımın a hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
57. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
58. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
59. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliy yət qoyulmadıqda bu qayda qüvvədə olmur.
60. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sü rən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
68. Mad də 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
69. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
70. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
73. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv e dib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
74. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
75. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
76. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
78. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxmış apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, təkrarən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçin in mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
79. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin fak tiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
81. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapıl ırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
82. İddia tələbindən görünür ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan, 3 otaqdan ibarət olan 6 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
83. İşin müəyyən olunan hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Mülki Məcəllənin 152 və 385.1-ci maddələrinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır k i, iddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyini pozmuş, yəni ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili iddiaçıya təhvil verməmişdir.
84. Cavabdehin apellyasiya şikayətinə əsasən işə beşinci dəfə apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə razılaşmış və həmin qətnaməni dəyişdirmədən saxlamışdır.
85. Lakin iş materiallarından müəyyən edilir ki, işə sonuncu dəfə apellyasiya qaydasında baxılarkən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi Seyidov Hicran Kamil oğlu izahat verərək İlahə Seyidovanın mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alıması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdiyini və mənzilin onun adına xx.xx.2022-ci il tarixdə qeydə alınaraq ona çıxarış verildiyini bildirmiş, çıxarışın surətini məhkəmə kollegiyasına təqdim etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilərək iş materiallarına əlavə edilmiş həmin Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 6, Yeni qaydalarla ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 87,80 kv.m. olan 1 nömrəli mənzil tam mülkiyyət hüququ ilə X6 adına **********7 qeydiyyat nömrəsi ilə 14 iyul 2022-ci il tarixdə qeydə alınmışdır.
86. Bununla belə işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Hicran Seyidovun təqdim etdiyi Çıxarış qəbul edilərək iş materiallarına əlavə edilsə də, həmin yeni subuta iddiaçının və cavabdehin münasibətləri aydınlaşdırılmamış, qeyd olunan çıxarışın həmin şəxslər tərəfindən mübahisələndirilib-mübahisələndirilməməsi, çıxarışın işə baxılan vaxt qüvvədə olub-olmaması araşdırılmamış, yeni sübuta münasibətdə iddiaçıya birinci instansiya məhkəməsinin baxışına təqdim etdiyi iddiaının hüquqi əsasını dəyişməsi habelə yeni tələb irəli sürməsi üçün zəruri şərait yaradılmamış, habelə adı çəkilən sübuta qətnamədə hə r hansı hüquqi qiymət verilməmişdir.
87. Halbuki Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
88. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
89. Həmin Məcəllənin 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
90. Apellyasiya instansiya məhkəməsi həmçinin təqdim edilmi ş yeni sübuta əsasən işin dəyişən hallarına hər hansı hüquqi qiymət verməmiş, cavabdeh “İcraçı” Cavabdeh MTK-ya yönəlmiş iddia üzrə mübahisəli mənzilin hazırda mülkiyyətçisi olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlahə Seyidovadan hansı qaydada alıb iddiaçıya təhvil verilməsinin hüquqi əsaslarını qətnamədə əsaslandırmamışdır.
91. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 152 və 385.1-ci maddələrinə istinad edərək, ünvan 4 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzilinin iddiaçıya təhvil verilməsinin Cavabdeh MTK-nə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq haqqında gəldiyi nəticə tam və əsaslı deyildir.
92. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
93. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
94. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.
95. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvaf iq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
96. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
97. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyy ətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
98. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
99. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
100. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının 2(103)-2941/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.