Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3989/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7964/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı
1. Tərəflərin faktiki münasibətindən 28.03.2018-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur.
2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 28.03.2018-ci il tarixdə Sumqayıt şəhərində İddiaçı doğulmuş Sultan adlı azyaşlı uşağa münasibətdə xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh atalığı müəyyən edilmiş və Cavabdeh 13.12.2018-ci il tarixdən başlayaraq hər ay 28.03.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, 28.03.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment və 28.03.2018-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin “Bizim Ev” mebel şəhərciyində “Angel” mebel mağazası var və onun aylıq gəliri 5.000 manat təşkil edir. Buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Hesab edir ki, cavabdehin uşağın sax lanılması üçün maddi imkanı vardır. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, alimentin ödənilməsi 13.12.2018-ci il tarixdən hesablandığına görə aliment borcu yığılmışdır və ölkədə baş vermiş “Covid-19” pandemiyası ilə bağlı satıcı işlədiyi mağaza fəaliyyətini dayandırdığına görə, hazır işsizdir və heç bir gəliri yoxdur. Bu səbəblərdən o, qətnamə üzrə ödəməli olduğu aliment borcundan 21.07.2020-ci il tarixə kimi 1600 manat ödəmişdir, hazırkı vaxta kimi 250 manat borcu qalmışdır. 17.03.2020-ci il tarixdə alimenti ödəmək üçün inəyini 300 manata satmış və pulunu iddiaçıya göndərmişdir. O, iki il əvvələ kimi “Angel” mebel mağazasını icarəyə götürməklə işləmişdir. Hazırda mağaza bağlıdır və onun heç bir gəliri yoxdur. Onun hər hansı bir mağazası və ya obyekti yoxdur, hazırda işsizdir. Qətnamə ilə müəyyən edilmiş 100 manat alimenti tam ödəyə bilmir. Alimentin miqdarının artırılması zamanı ağır maddi duruma düşəcək və artırılacaq 170 manat alimenti və uşağa 3 yaşına kimi qulluğu görə iddiaçıya 100 aliment ödəməyə maddi imkanı yoxdur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) 06 avqust 2020-ci il tarixli, 2(004)-3546/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş 13.12.2018-ci il tarixdən başlayaraq hər ay tutulan 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilmiş, 28.03.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
6. Məhkəmə Ailə Məcəllənin 112.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 04 noyabr 2020 -ci il tarixli, 2(103)-7964/20 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3546/2020 saylı iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh işsizdir və işsiz kimi Biləsuvar Rayon Məşğulluq İdarəsində qeydiyyata alınmışdır. Bununla yanaşı cavabdehin aylıq gəliri, o cümlədən hər hansı bir gə liri barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Doğrudur, cavabdeh aliment tələb olunan uşağın atasıdır və bir ata kimi onun qayğısı ilə bağlı zəruri xərcləri ödəməlidir. Lakin nəzərə almaq lazımdır ki, uşaq eyni zamanda iddiaçının övladıdır və onun saxlanılması üçün zəruri xərcləri qarşılamaq da cavabdehlə yanaşı iddiaçının üzərinə düşür. Bu səbəbdən məhkəmənin müəyyən etdiyi aylıq 170 manat məbləğ əslində tək cavabdehin üzərinə düşməməlidir, həmin məbləğin müəyyən bir hissəsi də iddiaçıya aid edilməlidir. Cavabdeh apellyasiya instansiya məhkəməsində işə baxılarkən hər hansı bir gəlirinin olmamasını, özünü saxlamaq üçün pulu böyük çətinliklə tapdığını, buna baxmayaraq övladı üçün hər ay 100 manat ödəmək İqtidarında olmasını bildirməyinə baxmayaraq nədənsə məhkəmə onun ifadəsinə hər hansı bir münasibət bildirməmişdir. Bundan başqa hazırkı zamanda dünyada, o cümlədən ölkəmizdə mövcud Pandemiya şəraiti ilə bağlı iş tapılmasında müəyyən çətinliklər mövcuddur. Bu səbəbdən cavabdehin hazırkı şəraitdə iş tapması, o cümlədən işsiz vəziyyətdə hər ay 170 manat aliment ödəməsi olduqca çətindir. Apellyasiya instansiya məhkəməsi mübahisəli qətnaməsində istinad etmişdir ki, Cavabdeh adına **********6, ********** və ********** qeydiyyat nömrələri ilə qeydiyyata alınmış 1 mənzili və 2 fərdi yaşayış evi vardır. Sözügedən 1 mənzil Cavabdeh mülkiyyətindədir və həmin ünvanda da, cavabdeh hazırda yaşamaqdadır, yəni cavabdehin başqa yaşayış yeri mövcuddur. Digər 2 fərdi yaşayış evinə gəlincə, həmin yaşayış evinin sayı 1-dir, 2-ci say səhvən cavabdehin üzərinə d üşübdür. Sözügedən 1 fərdi yaşayış evi isə Biləsuvar rayonunda yerləşir və həmin ev vərəsəlik qaydasında keçməklə, cavabdehlə yanaşı 3 nəfərin (cavabdehin bacıları və anası) adına paylı mülkiyyətdədir. Cavabdeh hazırda həmin fərdi yaşayış evindən istifadə etmir, onunla bağlı hər hansı bir hərəkətlər aparmır. Cavabdehdən aliment tutulan uşağın cavabdehlə görüşməsinə iddiaçı tərəfindən maneəçilik törədilir. Belə ki, iddiaçı 6 aydır ki, cavabdehin uşağı ilə görüşməsinə qarşıdır və cavabdehin bir ata kimi valideynlik hüquqlarını həyata keçirməsinə mane olur. Odur ki, uşağı ilə görüşməsinə maneçilik törədilən atanın aliment ödəməsində ananın fəallığı başa düşülən deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iş tirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
13. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
14. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallar ını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
21. İddiaçı və Cavabdeh faktiki münasibətlərindən 28.03.2018-ci il təvəllüdlü X3 adlı uşaqları var.
22. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 28.03.2018-ci il tarixdə Sumqayıt şəhərində İddiaçı doğulmuş Sultan adlı azyaşlı uşağa münasibətdə xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh atalığı müəyyən edilmiş və Cavabdeh 13.12.2018-ci il tarixdən başlayaraq hər ay 28.03.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 23. 4 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsi tərəfindən 29.01.2020-ci il tarixdə verilmiş AZ-İV 411723 seriyalı doğum haqqında şəhadətnamədən mü əyyən edilir ki, X3 28.03.2018-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. 24. “AZEMİS” Məhkəmə Elektron Sistemindən 06.08.2020-ci il tarixdə real vaxt rejimində çap edilmiş məlumatlardan müəyyən edilir ki, Cavabdeh adına 20.05.2011-ci il tarixdə ********** nömrəli VÖEN nömrəsi açılmışdır və fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Hazır heç bir yerdə işləmir və gəliri yoxdur. Cavabdeh adına **********6, ********** və ********** qeydiyyat nömrələri ilə qeydiyyata alınmış 1 mənzili və 2 fərdi yaşayış evi vardır.
25. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir.
26. Apellyasiya məhkəməsi qeyd etmişd ir ki, iddia tələbi iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Tərəflər arasındakı hazırki mübahisənin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir (§ 14).
27. Qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
28. Lakin mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Apellyasiya kollegiyası hesab etmişdir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Buna görə də, birinci instansiya məhkəməsi ölkə üzrə 2020-ci il üçün uşaqlar yaşayış minimumunu nəzərə almaqla alimentin miqdarının 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
29. Alimentin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə ko llegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, cavabdeh işləmədiyinivə gəlirinin olmadığını qeyd etmişdir. Cavabdehin qeyd etdiyi hallar qəbul edilsə belə, sonuncunun uşağının saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Ona görə də, cavabdehin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz.
30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
31. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7964/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.