Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-399/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkil X1, Cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8328/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Fikrət Mirzəyev) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilki n iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilərək İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əzim-zadə küçəsi, 34/60 saylı evin, 4 saylı mənzilindən çıxarılması və X3 həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Zaur Əliyev - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Raqib Qurbanov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ünvan 1 ünvanında fasiləsiz olaraq 10 il yaşadığı üçün, eyni zamanda Füzuli rayonundan məcburi köçkün olaraq həmin mənzildə yaşadığı üçün, hazırda yaşamağa başqa heç bir yaşayış sahəsi olmadığına görə ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzildə yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh2, qarşılıqlı iddia verərək İddiaçı şəxsi əşyaları ilə birlikdə, Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, 34/60 saylı evin 4 saylı mənzilindən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və pr osessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkil X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və X5 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izhatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyas ının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, 34/60 saylı evin 4 nömrəli mənzili 1995-ci ildən Cavabdeh1 mülkiyyətində olmuşdur. Təxminən 2003-cü ildən Cavabdeh1, qardaşı Məmməd Hüseynovun həmin mənzildən istifadə etməsinə icazə vermişdir. İddiaçı Füzuli rayonundan məcburi köçkündür. xx xxxxxx 2010-cu ildə Cavabdeh1 qardaşı Məmməd Hüseynovla nikaha girmişdir. Cavabdeh1, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, 34/60 saylı evin 4 saylı mənzilini qızı Cavabdeh2 bağışlamışdır. Mənzil, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə xxxxxv arasında bağlanmış nikah pozulmuşdur və xxxxxxx xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Hazırda ilkin İddiaçı mülkiyyətçisi Cavabdeh2 olan mübahisəli mənzilə istifadə hüququnun tanınmasını, qarşılıqlı iddiaçı Cavabdeh2 isə buna etiraz edərək, mülkiyyətçisi olduğu mübahisəli mənzildən İddiaçı çıxarılmasını və özünün oraya köçürülməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə qeyd etmişdir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququ müəyyən edilməmişdir. Çünki Mülki Məcəllənin mənzildən istifadə hüququnu tənzimləyən 228.1-ci və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər ya şayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçi nin razılığı ilə yol verilir. Bundan əlavə, Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan işdə isə İddiaçı, mübahisəli mənzilə köçdüyü məqamda mül kiyyətçi Cavabdeh1 ailə üzvü olmamışdır. Belə ki, İddiaçı, əvvəlcə Cavabdeh1 qardaşı xxxxx faktiki ailə münasibətində olan, 2010-cu ilin yanvarın 6-dan etibarən isə sonuncu ilə nikaha girmiş şəxsdir. Hüquqi baxımdan bu statusda olan şəxsin nə Mülki Məcəllənin 228-ci, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən mənzildən istifadə hüququ yaranmır. Qeyd olunanlar ona dəlalət edir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi ilkin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddianın həlli ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 Mülki Məcəllənin 736.3-cü və 157.4-cü maddələrinə əsasən, İddiaçı mənzildən çıxarılmasını və özünün mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Çünki, yuxarıda qeyd olunduğu kimi, İddiaçı mənzildən istifadə hüququ mövcud deyil. O, həmin mənzildən əvvəlcə mülkiyyətçi Cavabdeh1, sonra isə Cavabdeh2 razılığı əsasında istifadə etmişdir. Başqa sözlə, İddiaçı, mübahisəli mənzildə əvəzsiz istifadə müqaviləsi əsasında yaşamışdır. Belə ki, Mülki Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Hazırda isə mülkiyyətçi Cavabdeh2, İddiaçı həmin mənzildən çıxarılmasını və özünün mənzilə köçürülməsini (yəni əşyanın onun faktiki sahibliyinə qaytarılmasını) tələb edir. Tərəflər arasında əşyadan əvəzsiz istifadənin konkret müddəti razılaşdırıl madığından, Cavabdeh2 tələbindən sonra İddiaçı həmin mənzildə yaşamasının heç bir hüquqi əsası yoxdur. Mülki Məcəllənin 736.3-cü maddəsinə əsasən, əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Odur ki, hazırda İddiaçı mənzildə yaşamaqla Cavabdeh2 öz mülkiyyətindən istifadəsinə maneçilik törədir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesa b edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8328/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmə
Məhkəmə qərarları › İş №2(102)-399/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-399/2020
23.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver