Məhkəmə qərarları › İş №2(102)-3991/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3991/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3991/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X2, cavabdeh 1, onun vəkili İsmayılov Azər Salman oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh 1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(061)-1325/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən E.Bayramov) iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən, məruzəçi), F.Mehtiyev və A.Hüseynzadə, 2(104)736/2020 saylı mülki iş) hazırkı iş üzrə Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(061)-1325/2019 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Tərtər rayon Sarov kəndində yaşayan birgə mülkiyyətçilər Cavabdeh1, X13, XX, X8, X10 və X9 ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi iddiaçının mülkiyyətində olan 1,034 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, XX, X11 və DƏDRX-nin 7 saylı Bərdə Ə razi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayonu Notariat Kontorunun təsdiq etdiyi cavabdeh X5 verilmiş xx.xx.2019-cu il tarixli, AN-İ №0761774 olan daşınmaz əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilərək ləğv edilməsibarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı 11 il əvvəl sözügedən torpaq sahəsinin 1,034 ha hissəsini alqı-satqı müqaviləsi əsasında almışdır, lakin hüquqlarını dövlət qeydiyyatına aldırmadığından iddia əsassızdır. İşə baxan məhkəmələr tə rəfindən hər hansı araşdırma aparılmamış və sübutlar düzgün qiymətləndirilməmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh Nuruyev Emin Məhərrəm oğlu və onun vəkili İsmayılov Azər Salman oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının vəkili Məhərrəmov Rəşid Ağamirzə oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan ba xılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 2001-ci il tarixli 02 saylı qərarı ilə Cavabdeh1 və onun ailə üzvləri X6, X7, X8, X10, X13 və X3 mülkiyyətinə 3,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə Torpağa mülkiyyət hüququna dair JN 01xx xxx 61109005 saylı Dövlət Aktı tərtib edilmişdir. Ümumi birgə mülkiyyətçilərdən Cavabdeh1 və X8 3,62 ha torpaq sahəsinin onların payına düşən 1,034 ha hissəsini xx xxxxxx 2008-ci i l tarixli torpaq alqı-satqı müqaviləsinə əsasən İddiaçı 800 manata satmışlar. Həmin tarixdən etibarən 1,034 ha torpaq sahəsi İddiaçı istifadəsində və sahibliyində olmuş, iddiaçı həmin torpaq sahəsində hazıradək əkin sahəsi kimi istifadə etmişdir. Sonradan Babayev X14 mülkiyyət hüququna dair JN 01xx xxx 61109005 saylı Dövlət Aktını itirdiyini bildirməklə, bu barədə elan verərək, xx.xx.2019-cu il tarixdə mülkiyyət hüququna dair yeni çıxarış almış və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3,62 ha torpaq sahəsini bütövlükdə X-a satmağa razılaşmaqla, ümumi birgə mülkiyyətçilər - Cavabdeh1, X10, Babayevа Ülviyyə Xosrov qızı, X8, X10 və X4 X-a verdikləri etibarnamələr əsasında sonuncu 3,62 ha torpaq sahəsini həyat yoldaşı X5 4.500 manata satmışdır. Azərbaycan Respublikası 152.1-ci maddəsi nə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə, saticı əşyanı alıçının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya dig ər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Apelyasiya instansiya məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və X8 ümumi birgə mülkiyyətində olan 3,62 ha torpaq sahəsindən öz paylarına düşən 1,034 ha hissəni xx xxxxxx 2008-ci il tarixdə torpaq alqı-satqı müqaviləsi əsasında İddiaçı satdıqlarından və həmin torpaq sahəsi həmin vaxtdan etibarən iddiaçının sahibliyində və istifadəsində olduğundan, iddiaçı öz hüquqlarını dövlət qeydiyyatına aldırmasa belə, həmin 1,034 ha torpaq sahəsini 3,62 ha torpaq sahəsinin daxilində X1 haqlı olmamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmi yyətsiz əqdlər ola bilər. Beləliklə, MM-nin 560.1, 560.2, 560.3-cü maddələrinə əsasən, Cavabdeh1 qeyd edilən torpaq sahəsini iddiaçıya satmasına baxmayaraq, mülkiyyətində olmayan həmin 1,034 ha hissəni də 3,62 ha torpaq sahəsinin daxilində cavabdeh X-a satmaqla, hüquqdan sui-istifadəyə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar