Məhkəmə qərarları › İş №2(102)-3991/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3991/2023

06.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3991/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, delikt öhdəliyi, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-474/2023 nömrəli, 2023-cü il 20 iyun tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Novxanı-Saray-Xırdalan yolunda xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə mülkiyyətçisi və hadisə baş verən anda sürücüsü Cavabdeh (bundan sonra “cavabdeh”) olan “OPEL ASTRA H” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə, mülkiyyətçisi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı”), hadisə baş verən anda sürücüsü X3 olan “MERCEDES BENZ G 63” markalı, **AA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən cavabdeh hadisədə təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci ma ddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tətbiq olunmuşdur.

3. Ziyanın ödənilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında mübahisə yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə dəymiş maddi zərərin əvəzi qismində 29416,80 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 180 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan avtomobili təmir etdirmək üçün X2 “Mercedes-Benz” rəsmi dillerinə müraciət edilmişdir. Mərkəzdən məlumat məktubu təqdim edilmiş, məktuba əsasən dəymiş ziyanın həmin günə olan dəyərinin 34416,80 manat təşkil etdiyi qeyd edilmişdir.

6. Sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilmişdir. İddiaçı cavabdehdən vurduğu zərəri könüllü olaraq ödəməsini dəfələrlə xahiş esə də, cavabdeh qalan 29416,80 manat ziyanı ödəməmişdir.

7. İddiaçı tələbinin əsasını təşkil edən sübut növü kimi “X2” MMC-nin qüsur aktını təqdim etmişdir, həmin akta əsasən iddiaçıya cəmi 34416,80 manat məbləğində zərər vurulmuşdur.

8. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1 və 1108.1-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri ondan ibarət olub ki, hadisədən sonra polis əməkdaşı təqsirin cavabdehdə olduğunu bildirmişdir. Cavabdeh kamera görüntüsünün çıxarılmasını tələb etsə də, buna əhəmiyyət verilməmişdir. Cavabdehdən və iddiaçıdan Xırdalan şəhərində yerləşən Yol Patrul Xidmətinə gəlməklərini tələb etmişlər. Orada vətəndaşların çox olmasına və növbə gözləməsinə baxmayaraq, cavabdehi növbəsiz içəri salmış, tələsik izahat yazdırmışlar. Həmçinin zərər aktında iddiaçıya məxsus avtomobilə dəymiş ziyan həddən artıq çox göstərilmişdir. Belə ki, avtomobilin yalnız kosmetik təmir işlərinə ehtyacı olmuşdur.

10. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6712/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 29416 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Emin Abdullayev)

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin təqsirli olduğu yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya ziyan dəymişdir. Həmin ziyan məbləği “X2” MMC-nin arayışına əsasən ümumilikdə cəmi 34416,80 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Buna görə də iddia ərizəsində göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2 və 1108.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı dəymiş ziyanın məbləğini “X2” MMC-nin tərtib etdiyi arayışla əsaslandırmış və məhkəmə də həmin arayışa əsasən ziyanın məbləğini müəyyən edərək cavabdehdən tutulmasını qət etmişdir. Bu zaman məhkəmə həmin arayışla kifayətlənməməli idi. Əsl ziyanın məbləğini müəyyən etmək üçün ekspertiza keçirməli idi. Çünki həmin MMC-nin səlahiyyətləri, sertifikatı, rəy və ya arayış vermək səlahiyyəti olub-olmaması müəyyən edilməyib və MPM-nin tələblərinə görə belə bir arayış sübut kimi qəbul edilə bilməzdi; - cavabdehin ekspertiza təyin edilməsi barədə vəsatətlərini məhkəmə təmin etməyərək, elə həmin arayışla da qətnamə çıxarmışdır. Hansı ki, ekspertiza təyin edilsəydi, ziyanın göstərildiyindən dəfələrlə az olması tam təsdiq edilərdi. Çünki cavabdeh məhkəməyə zərər vurulmuş maşının həm fotoşəklini, həm də videoçəkilişini təqdim etmişdir və oradan da görünür ki, avtomaşına yalnız adi cızıq və yüngül əzik zərəri dəyib və bu zərərin miqdarı hətta icbari sığortanın ödədiyi 5000 manatdan da dəfəl ərlə azdır. İddiaçının maşınına dəymiş ziyanı yalnız ekspertiza rəyi təsdiq edə bilərdi ki, bu işdə də belə bir rəy yoxdur. İddiaçının təqdim etdiyi arayış isə heç vaxt ziyanın məbləğini təsdiq edən sübut sənədi kimi qəbul edilə bilməz; - bundan əlavə, hər hansı bir qiymətləndirmə hər iki tərəfin iştirakı ilə olmalı, qiymətləndirmə zamanı yaranmış suallar və qiymətlərin obyektivliyi müzakirə edilməlidir. Lakin bu arayış naməlum şəraitdə, cavabdehə məlumat verilmədən tərtib edilmişdir ki, məhkəmə bu arayışı heç bir halda sübut kimi qəbul edə və ziyanın həcmini müəyyən edən sübut kimi qiymətləndirə bilməzdi. Məhkəmə bununla da Mülki Prosessual Məcəllənin 81ci maddəsinin tələbini pozmuş, bu isə sonda səhv qətnamə qəbul edilməsi ilə nəticələnmişdir ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasd ır; - məhkəmə gedişində cavabdeh iddianın qiyməti ilə razılaşmayaraq bildirmişdir ki, maşına o qədər ziyan dəyməyib, qiymət şişirdilib, bunu təsdiq etmək üçün avtomaşının şəklini və videosunu da göstərib. Belə olan halda məhkəmə vəsatətini qəbul edib iş üzrə ekspertiza təyin etməli idi. Vəsatəti olmasa da belə, məhkəmə ziyanın miqdarını müəyyən etmək üçün xüsusi biliklərə zərurətin olmasını nəzərə alaraq öz təşəbbüsü ilə ekspertiza təyin edib, ziyanın miqdarını yalnız bu yolla müəyyən etməli idi; - məhkəmə işdə təqdim edilmiş sübutlara obyektiv qiymət verməmiş, heç bir sübutun digər sübutdan üstünlüyünün olmaması və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmaması barədə olan prinsipləri pozmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi mənbəyi bilinməyən arayışa elə bir qiymət vermişdir ki, sanki bu arayış rəsmi dövlət orqanında ekspertiza rəyidir. Hətta ekspertiza rəyi olsa da belə, AR MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə bu sübutu digər sübutlarla birlikdə tədqiq etməli, müqayisə etməli və qiymət verməli idi. Bütün bunlar məhkəmənin işə qanunsuz və əsassız baxdığını təsdiq edir və qətnamənin ləğv edilib, iddianın rədd edilməsini zəruri edir.

15. Apellyasiya instansiyası məhkəməsi dəymiş zərərin miqdarını müəyyən edilməsi məqsədilə 14 fevral 2023-cü il tarixli qərardadla əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli, 9/1579 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il bur axılışlı “Mercedes Benz G63” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin ƏDV18% daxil təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 34327,0 manatdır.

17. Cavabdeh ekspertizanın rəyi ilə razı olmamış, təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir.

18. Apellyasiya instasnsiyası məhkəməsi ayrıca qərardadla cavabdehin təkrar ekspertiza təyin ediməsi barədə vəsatəti təmin etməmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-474/2023 saylı, 2023-cü il 20 iyun tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək 29327 (iyirmi doqquz min üç yüz iyirmi yeddi) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakimlər Lətifə Məmmədova, (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdehin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəymiş və həmin zərərin məbləği iş materiallarında olan aktla müəyyən edilmişdir. Qeyd edilən akt cavabdeh tərəfindən mübahisələndirilərək nəqliyyat vasitəsinə 34416,80 manat məbləğində zərər dəyməməsini bildirmişdir. Cavabdehin vəsatəti əsasında alınmış ekspert rəyi ilə 2019-cu il buraxılışlı “Mercedes Benz G 63” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin 18 faiz ƏDV daxil təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 34327,0 manat olması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus a vtomobilə dəymiş ziyan cüzi fərqlə ekspert rəyi ilə təsdiq edilmiş, nəqliyyat vasitəsinə 34327 manat ziyan dəyməsi ekspert rəyiilə təsdiqini tapmışdır. Qeyd edilən məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyindən cavabdehdən tutulmalı məbləğ 29327 manat müəyyən edilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsassız hesab edilə bilməz. Nəqliyyat vasitəsinə dəymiş zərərə gəldikdə isə, zərər ekspert rəyi ilə təsdiqini tapmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ekspert rəyi ilə razı olmaması barədə dəlilinə qiymət verərək göstərmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqay isədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda tərtib edilmiş və onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən gəlinən nəticə işin hallarına uyğun deyil. Çünki cavabdeh məhkəməyə foto və video təqdim etmişdir və oradan da görünür ki, avtomaşına dəyən zərər tam cüzi olmuşdur və onun dəyəri icbari sığortanın ödədiyi 5000 manatdan da azdır. Avtomobilə yalnız kosmetik zərər dəymişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyu lur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kol legiya qətnaməni tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

31. Apelly asiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verib.

32. İddia tələbi mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi barədədir. Belə olan halda, iddianın təmin olunması üçün törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

33. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından da görünür ki, iddiaçıya ziyan vurulmasında cavabdehin əməli hüquqa zidd olub, cavabdehin əməli (hərəkətsizlik) nəticəsində iddiaçıya zərər dəyib və bu zərərlə cavabdehin hüquqa zidd əməli arasında səbəbli əlaqə olub.

34. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normaları işin hallarına uyğun omuşdur. Çünki həmin normaların dispozitiv şərtləri iddianın təmini üçün əsas vermişdir.

35. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.

36. Dəymiş zərərin məbləğinin şişirdilməsi, bu barədə olan ekspert rəyinin düzgün olmaması barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı saymır.

37. Belə ki, işdən görünür ki, zərərin miqdarının müəyyən edərkən, birinci instansiya məhkəməsi işdəki qüsur aktına istinad etmiş, bu məqsədlə ekspertiza təyin etməmişdir. Lakin cavabdehin bu barədə dəlili və vəsatəti üzrə apellyasiya instansiyası məhkəməsi ekspertiza təy in etmiş, ekspert rəyi ilə dəymiş zərərin məbləği cüzi fərqlə təsdqini tapmışdır. Başqa sözlə, cavabdehin dəlili ekspert rəyi ilə təkzib edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

39. Məhkəmə kol legiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-474/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyiş dirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar