Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3993/2020 02.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdeh XX oğlunun və vəkili Qənbərov Tağı Ədalət oğlunun iştirakları ilə, İddiaçı nun cavabdeh XX oğluna qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4080/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh XX oğlu tərəfindən verilmiş kassasiya şikayətinə a çıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xocalı Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(070)-237/2018 nömrəli qətnaməsi ilə (hakim V.İ.Məlikov) iddia tələbi təmin edilərək, cavabdeh XX oğlundan vurulmuş maddi ziyana görə 8.743 (səkkiz min yeddi yüz qırx üç) manatın, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4080/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ş.M.Əliyeva və Ə.İ.Məmmədov), cavabdeh XX oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Xocalı Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(070)-237/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh XX oğluna qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 8.743 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh XX oğlu ** OB *** dövlət qeydiyyat nişanlı “Hyundaı” markalı avtomobillə 21 may 2018-ci il tarixdə saat 17:00 radələrində BakıAeroport yolu üzrə Mərdəkan istiqamətində yol nəqliyyat hadisəsi törədərək, mülkiyyətində olan və qızı X1 etibarnamə əsasında idarə etdiyi “Hyundaı İX35” markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və nəticədə avtomobilə maddi ziyan dəymişdir. XX oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xə tanı törətdiyinə görə Bakı şəhəri DYPİ Yol Patrul Xidməti Baş İnspektor polis leytenantı Ş.İ.Qasımov tərəfindən tərtib edilmiş 24 may 2018-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən XX oğlu Azərbaycan Respeblikası İXM-nin 327.1 maddəsi ilə 40 manat cərimə olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan avtomobilə isə 11.543 manat maddi ziyan dəymişdir. Cavabdeh avtomobilin təmirini öz üzərinə götürsə də, ona 2.800 manat sığorta pulundan başqa heç bir ödəniş edilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh XX oğlu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin bütün faktiki, əhəmiyyətli hallarının müəyyən edilməsi üçün yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh XX oğlu və vəkili Qənbərov Tağı Ədalət oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası mübahisələndirilən zərərin real dəyərinin aydınlaşdırılması üçün heç bir prosessual hərəkət etməmiş, icbari sığorta üzrə ödənilmiş pul məbləğini nəzərə almamış, iş üzrə avtotexniki-qiymətləndirmə ekspertizası təyin etməmiş, formal mülahizələrə əsaslanmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşd ırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh XX oğlu və vəkili Qənbərov Tağı Ədalət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh XX oğlunun və vəkili Qənbərov Ta ğı Ədalət oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh XX oğlunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub-olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -İnzibati tənbeh vermə haqqında 24 may 2018-ci il tarixli TP-1017995 nömrəli qərardan görünür ki, XX oğlu 21 may 2018-ci il tarixdə saat 17:00-da “Hyundaı Sonata” minik markalı ** OB *** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərəkən Azərbaycan Republikası İXM 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Avtomobilin təmiri üçün tələb olunan 26 may 2018-ci il tarixli xərclər siyahısından görünür ki, İddiaçı nun mülkiyyətində olan “Hyunda ı İX-35” markalı ** XH *** dövlət qeydiyyat nişanlş avtomobilin təmiri üçün 11543 manat xərclənmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097, 1115 maddələrinə istinadən iddianı təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzin in daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delik t) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh XX oğlu 21 may 2018-ci il tarixdə saat 17:00-da “Hyundaı Sonata” markalı 10 OB 3 105 dövlət qeydiyyatı nişa nlı avtomobili idarə edərək Bakı-Aeroport yolu istiqamətində hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı nun mülkiyyətində olan və etibarnamə əsasında qızı X1 idarə etdiyi “Hyundaı İX-35” markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bakı DYPİ əməkdaşları tərəfindən 21 may 2018-ci il tarixli, İXP1793336 nömrəli protokol tərtib edilmiş və İnzibati tənbeh vermə haqqında 24 may 2018-ci il tarixli, TP-1017995 nömrəli qərarla XX oğlu Azərbaycan Republikası İXM 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat cərimə edilmişdir. İş materiallarında olan avtomobilin təmiri üçün tələb olunan 26.05.2018-ci il tarixli xərclər siyahısından görünür ki, XX oğlunun törətmiş olduğu yol nəqliyyat hadisə si nəticəsində İddiaçı nun mülkiyyətində olan “Hyundaı İX-35” markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilə 11.543 manat ziyan dəymişdir. Cavabdeh həmin təmir xərclərinin tərtib olunmuş siyahı üzrə hansı hissələrdə düzgün müəyyən edilməməsini mübahisələndirməmiş və bununla əlaqədar hər hansı sübut təqdim etməmişdir. Müəyyən edilmiş ziyanın 2800 manatı sığorta şirkəti tərəfindən ödənilsə də, lakin qalıq məbləğ ödənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və t ərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XX oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4080/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3993/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3993/2020
02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver