Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3999/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-81/2019 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim C.T.Tağıyev, iş № 2(021)-2748/2017) iddiaçı “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 əsas kredit, faiz borcları və cəriməyə görə cəmi 31.864,86 manat ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan N küçəsi, 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 36.000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin 24.000 manat dəyərində qiymətləndirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, ev satıldıqdan sonra Cavabdeh2 və Cavabdeh3 istifadə hüququna xitam verilməklə onların ən geci bir ay ərzində evdən çıxarılması və evin boşaldılması, satışdan artıq qalmış vəsaitin Cavabdeh2 qaytarılması, əldə olunmuş vəsait yetərli olmadıqda borcun qalan hissəsinin Cavabdeh1 ümumi qaydada tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehtiyev, L.S.Süleymanov və A.V.Bayramov) Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 20.626 manat məbləğində əsas, 10.619,43 manat məbləğində faiz, 619,45 manat məbləğində cərimənin – cəmi 31.864,86 manatın tutularaq ASC-yə verilməsi, evin ilkin satış qiymətinin 36.000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin 24.000 manat məbləğində qiymətləndirilməsi hissələrində dəyişdirilib Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcunun məbləği 1 9.787,84 manat, faiz borcunun məbləği 7.824,06 manat, cərimənin məbləği 100 manat, cəmi 27.711,9 manat müəyyən olunaraq həmin borcun cavabdehdən alınaraq ASC-yə verilməsi, torpaq sahəsi və evin ilkin satış qiymətinin birlikdə 85.000 manat müəyyən olunması, qətnamənin Cavabdeh2 aid qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 3 ay müddətinə illik istifadə dərəcəsi 18 faiz olmaqla 100.000 manat məbləğində kredit verilmiş, borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 məxsus Şəmkir şəhərində yerləşən fərdi yaşayış evi həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini lazımı nca icra edə bilmədiyi üçün bank 2017-ci ilin aprel ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2017-ci il tarixə Cavabdeh1 banka 20.626 manat məbləğində kredit, 10.619,43 manat məbləğində isə faiz borcunun yaranmasını əsas göstərməklə həmin borcun və 10.619,43 manat məbləğində hesablanmış cərimənin, cəmi 41.864,86 manatın ondan alınıb banka ödənilməsinə, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh3 kasasiya şikayəti verərək məhkəmə kollegiyasının qəbul etdiyi qətnaməni bankın maraqları mövqeyindən əsaslandırılmasını, faiz borcunun artıq hesablanmasını, borcun maddi imkansızlığı üzündən tam ödənilməməsini, i poteka predmeti olan əmlakların satılacağı barədə onların ciddi çətinliklərlə üzləşəcəklərini, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamasını və s. əsas göstərməklə ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərin i müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırkı mübahisə Cavabdeh1 tərəfindən kreditin müqavilədə müəyyən olunmuş müddətdə və qaydada banka qaytarılması ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan və zifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən olunması üçün məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin olunmuş və ekspert tərəfindən müəyyən olunmuşdur ki, əsas kredit üzrə borcun məbləği 19.787.84 manat, faiz borcunun məbləği 7824,06 manat təşkil edir. “xxxx” MMC-nin xx xxxxxxxx 2018-ci il tarixli rəyinə görə isə ipoteka predmeti olan evin və torpaq sahəsinin birlikdə dəyəri 85.000 manat təşkil edir. Kasasiya şikayətində borcun məbləği mübahisələndirilsə də, məhkəmə kollegiyasının istinad etdiyi sübutlar təsdiq edir ki, borcun məbləği məhkəmə kollegiyası tərəfindən düzgün müəyyənləşdirilmişdir. Cavabdeh2 məxsus olan əmlak qanunun tələbinə uyğun ipoteka ilə yüklü edildiyindən, öhdəliyin icra edilməməsi səbəbindən tutmanın həmin əmlaka yönəldilməsi qanuni olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka sax layan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Qanunun göstərilən normalarının tələblərinə əsasən borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instans iyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığı üçün kasasiya şikayətinin dəlilləri onun ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3999/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3999/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver