Məhkəmə qərarları › İş №2(102)-4/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4/2020

24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, X9 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının hüquqi varisi X1 və vəkili X2, cavabdehƏmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X4 və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsi) qarşı alqı-satqı əqdlərinin və onun əsasında verilmiş şəhadətnamələri n etibarsız hesab edilməsi tələbinə dairmülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 14 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2009-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh1 arasında Sumqayıt-Novxanı yolunun dənizkənarı zolağında yerləşən «İstirahət zonasının yarımçıq tikilisinə» dair 29 avqust 2007-ci il tarixli alqı-satqı müqaviləsi, bunun əsasında verilmiş 25 sentyabr 2007-ci il tarixli şəhadətnamə, həmin yarımçıq tikilinin yerləşdiyi 10.000 kv.metr torpaq sahəsinə dair alqısatqı müqaviləsi və bunun əs asında verilmiş 20 noyabr 2007- ci il tarixli Şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 avqust 2011-ci il tarixli qətnaməsi ilə (sədrlik edən H.Həmidov,hakimlər A.Nuriyev və N.Nəsibov) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2014-cü il tarixli qərarı ilə (sədrlik edən A.İsgəndərov, hakimlər İ.Əliyev və Ə.Nurməmmədov) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 avqust 2011-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən bax ılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə(sədrlik edən S.Qafari, hakimlər E.Rəhimov və L.Məmmədova) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərarı ilə (sədrlik edən Ə.Əhmədov, hakimlər M.Əhmədova və V.İbayev) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən G.Tağızadə, hakimlər A.Hüseynov və T.Quliyev) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2009- cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Dəmirov, hakimlər Ə.Rüstəmov və T.Qoldman) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməməs i qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh1 Musafa oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı alqı-satqı əqdlərinin və bunun əsasında verilmiş şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi və işə qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının Mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alın mışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13 oktyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarının və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Abbasov, hakimlər T.Məmmədov və Ş.Abbasov) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərarı ilə(sədrlik edən Q.Allahverdiyev, hakimlər İ.Xələfov və Ə.Şadıy ev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyun 2018- ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Məmmədov, hakimlər R.Əsgərova və M.Rzayev) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən A zərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər “Sarıqaya” massivində torpaq sahəsinə və onun üzərində olan yarımçıq tikiliyə dair alqı-satqı müqavilələrinin və bunların əsasında verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən halların a görə Sumqayıt şəhər XDS İK-nin 18.07.1991 -ci il tarixli qərarı ilə Sumqayıt Aliminium Zavoduna sağlamlıq və istirahət zonası tikmək üçün Sumqayıt-Novxanı yolu boyunca bağlar sahəsindən dənizkənarı zolaqda 1,0 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İH başçısının 07.06.1999-cu il tarixli sərəncamı ilə “Sumqayıtəlvanmetal” İB-nin 01.10.1998-ci il tarixli razılıq məktubu nəzərə alınaraq, sağlamlıq və istirahət zonasına tikintisi məqsədilə ayrılmış 1,0 ha torpaq sahəsi geri alınaraq, həmin məqsədlərlə tikinti aparmaq üçün “Qönçə-83” firmasına verilmiş və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsi tərəfindən ayrılmış torpaq sahəsində sağlamlıq və istirahət zonası tikilməsi üçün “Qönçə-83” firmasının adına 26 saylı inşaat pasportu tərtib edilmişdir. 15 aprel 2004-cü il tarixli alqı-sat qı müqaviləsinə əsasən torpaq sahəsinə dair daimi istifadə hüququ «Qonçə-83» firması tərəfindən “xxxx” MMC-yə, 30 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən isə sonuncu tərəfindən İddiaçı satılmışdır. Həmin müqavilə əsasında 19 yanvar 2005-ci il tarixdə sonuncunun adına “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktı verilmişdir. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, Dövlət Əmlak Komitəsi 29 avqust 2007-ci il tarixli «müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən mübahisəli ərazidə (1.0 ha) yerləşən yarımçıq tikilini 6.526 manata Cavabdeh1 satmış, 25 sentyabr 2007-ci il tarixdə sonuncunun adına yarımçıq tikiliyə dair şəhadətnamə verilmişdir. 25 oktyabr 2007-ci il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqavil əsinə əsasən Dövlət Əmlak Komitəsi tərəfindən qeyd olunan yarımçıq tikilinin yerləşdiyi 1.0 ha torpaq sahəsi 14.400 manata Cavabdeh1 satılmış, 20 noyabr 2007-ci il tarixdə sonuncunun adına torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Bundan sonra Cavabdeh1 cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinə, İddiaçı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Sumqayıt - Novxanı yolu boyunca “Sarı Qaya” bağlar sahəsindən dənizə tərəf dənizkənarı zolaqda istirahət zonasının tikintisi üçün “Qönçə-83” firmasına 1,0 ha torpaq sahəsinin ayrılması haqqında Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 07.06.1999-cu il tarixli sərəncamının, mübahisəli torpaq sahəsinə dair «Qönçə-83» firm ası 3 ilə «Elit Ko» firması arasında bağlanmış 15.04.2004-cü il tarixli, «Elit Ko» firması ilə İddiaçı arasında bağlanmış 30.12.2004-cü il tarixli alqı-satqı müqavilələrinin, İddiaçı verilmiş torpaqdan daimi istifadə hüququna dair 19.01.2005-ci il tarixli dövlət aktının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvədə olan 25.11.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası rədd edilmişdir. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, bundan sonra İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və üçüncü şəxslər Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq şöbəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə, Sumqayıt şəhər Əs aslı İnşaat İdarəsinə qarşı hazırkı iş üzrə iddianı vermişdir. 23.08.2019-cu il tarixində iddiaçı vəfat etmişdir. İddiaçının vəfat etməsi ilə əlaqədar X5 onun hüquqi varisi qismində işə cəlb edilməsinə dair ərizə vermişdir. İşə baxan məhkəmə kollegiyası tərəfindən sonuncu hüquqi varis qismində işə cəlb edilmişdir. İddiaçı birdirir ki, Sumqayıt şəhər XDS İK-nin 18.07.1991-ci il tarixli qərarı ilə sağlamlıq istirahət zonası tikintisi üçün “Sumqayıtəlvanmetal” İB-yə “Sarı Qaya” dəniz kənarı zolaqda torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İH-nin 07.06.1999-cu il tarixli sərəncamı ilə həmin torpaq sahəsi “Sumqayıtəlvanmetal” İB-nin razılıq məktubu nəzərə alınaraq, həmin məqsədlərlə tikinti aparılması üçün “Qönçə- firmasına verilmişdir. Həmin sahə yerində “Qönçə- firmasına təhvil 3 verilməklə Memarlıq Şöbəsi tərəfindən inşaaat pasportu tərtib edilmişdir. Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı alan “Qonçəfirması həmin torpaq sahəsini 15.04.2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən “xxxx” firmasına satmışdır. O, da həmin torpaq sahəsini “xxxx” firmasından 30.12.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən almış və hazırda həmin torpaq səhasinə dair dövlət aktı vardır. Üç il sonra Cavabdeh1 adlı şəxs həmin torpaq sahəsinin ona məxsus olduğunu və həmin torpağın ona Dövlət Əmlak Komitəsi tərəfindən satıldığını bildirmişdir. Cavabdehə verilmiş şəhadətnamədə göstərilmişdir ki, Sumqayıt Novxanı yolunun dənizkənarı zolağı ünvanda yerləşən istirahət zonasının yarımçıq tikintisi qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınmışdır. Bu hərracın nəticələri etiba rsız hesab edilməlidir. Çünki həmin sahə 1999-cu ildən “Qönçə-83”firmasının daimi istifadəsinə verilmişdir və orada olan hər hansı bir tikinti artıq dövlətin yox, həmin firmanın mülkiyyəti ola bilərdi və belə bir tikilini dövlət komitəsi heç kimə sata bilməzdi. Komitənin adından da göründüyü kimi bu komitə yalnız dövlət əmlakının idarə olunması ilə məşğul ola bilərdi və şəxsi firmaya məxsus bir yarımçıq tikilini sata bilməzdi. Cavabdeh bildirir ki, Sumqayıt Əlavan Metal X12 dənizkarı zolağından yerləşən istirahət zonasının yarımçıq tikilisi 25.09.2007-ci il tarixdə Cavabdeh1 tərəfindən özəlləşdirilmiş, onunla Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında tikilinin satılmasına dair müqavilə bağlanmış, Cavabdeh1 25.09.2007-ci il tarixli şəhadətnamə verilmişdir. İstirahət zona sının yarımçıq tikilisinin yerləşdiyi 10000 kv.m torpaq sahəsi də həmçinin Cavabdeh1 tərəfindən özəlləşdirilmiş və ona həmin torpaq sahəsinə dair 20.11.2007-ci il tarixli şəhadətnamə verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə 23 may 2018-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəylə Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunun dənizkənarı zolağında yerləşən mübahisəli torpaq sahəsində aşkar edilmiş beton blokların həmin ərazidə özül çalasının qazılaraq, binaların tikinti texnologiyasında lentvari bünövrənin quraşdırılması və binaların zirzəmi hissəsinin divarında özül bərkitmə işləri üçün aparıldığı müəyyən edilir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasi ya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə iddia verilməmişdən əvvəl Cavabdeh1 Sumqayıt Şəhər İcra Hakimiyyətinə, İddiaçı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi üçüncü şəxs olmaqla) Sumqayıt şəhər Məhkəməsində iddia qaldıraraq, Novxanı yolu boyunca “Sarı Qaya” bağlar sahəsindən dənizə tərəf dənizkənarı zolaqda istirahət zonasının tikintisi üçün “Qönçə- firmasına torpaq sahəsinin ayrılması haqqında Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 07 iyun 1999-cu il tarixli sərəncamının və Azərbaycan Respublik ası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş torpaqdan daimi istifadə hüququna dair 13 yanvar 2005-ci il tarixli Dövlət Aktının, “Qönçə- firması ilə “Elit KO” firmasında arasında bağlanmış 15 aprel 2004-cü il tarixli, “xxxx” firması ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 25 noyabr 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilməmiş, həmin qətnamə Sumqayıt Apelyasiya Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli qətnaməsi ilə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi də Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2011-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı qeyd edilən torpaq sahəsinə hüquq larını təsdiq edən sənədlər məhkəmə qaydasında mübahisələndirilsə də, həmin sənədlər etibarsız hesab edilməmiş, əksinə, qanuni qüvvədə olan məhkəmə aktları ilə həmin sənədlərin qanuni olması müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən işlə bağlı qəbul edilmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli ərazidə hər hansı bir yarımçıq tikili olmamışdır və ƏMDK tərəfindən həmin ərazidə yarımçıq tikilinin olması və bu tikilinin inşasına vaxtıilə dövlət vəsaitləri sərf oluması barədə sübutlar buna dair müvafiq sənədlər olmadan sonradan tərtib edilmişdir. Azərbaycan Respulikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin başqa qaydada həll edilməsi, yəni İddiaçı iddiasının rədd edilməsi hüquqi müəyyənlik prinsipinin kriterilərınə ziddir. Birincisi - mübahisəli torpaq sahəsinə münasibətdə İddiaçı hüquqlu şəxs olması qanuni qüvvədə olan qətnamə ilə təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsi məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İkincisi – İddiaçı mübahisəli torpaq sahəsi üzərində daimi istifadə hüququ Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən, yəni həmin dövrdə dövlətin buna səlahiyyətli olan dövlət orqanı tərəfindən 19.01.2005-ci ildə dövlət qeydiyyatına alınmışdır. Ona görə də 19.01.2005-ci ildən sonra yəni 25.10.2007-ci ildə digər dövlət orqanı, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli torpaq sahəsinin H.Hənzəyevə satılması və mülkiyyət hüququ üzrə sonuncunun adına qeydiyyata alınması hüquqi müəyyənlik prinsinin kriterilərinə ziddir. Çünki hüquqi müəyyənlik prinsipi digər kriterilərlə yanaşı hər bir məsələdə, o cümlədən buna səlahiyyətli dövlət orqanları tərəfindən şəxslərə verilən hüquqverici sənədlərə münasibətdə hüquqi sabitliyi – yəni həmin sənədlərin bütün dövlət orqanları tərəfindən tamlı ğının tanınmasını və həmin sənədlərin qəbuledilənliyini nəzərdə tutur. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisəli ərazidə yarımçıq tikilinin mövcud olması, ona görə də həmin əraziyə İddiaçı adına hüquqverici sənədlərin verilməsində səlahiyyətli dövlət orqanları tərəfindən səhvə yol verildiyi barədə ƏMDK-nin dəlilləri ehtimal olaraq öz təsdigini tapdığı halda da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qladışeva Rusiyaya qarşı” işi üzrə 06 dekabr 2011-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqe qeyd edilən torpaq sahəsinin İddiaçı daimi istifadəsindən geri alınmasını istisna edir. Belə ki, həmin işin mahiyyəti ondan ibarətdir ki, Moskva şəhərində yerləşən sosial fonda məxsus mənzil, buna səlahiyyəti olan dövlət orqanları tərəfindən hüquqsuz bir şəxsə icarəyə verilmiş və icarəyə verilən gündə qeyd edilən şəxsin adına özəlləşdirilmişdir.Bundan sonra həmin şəxs mənzili Qladışeva soyadlı ərizəçiyə satmışdır. Müqavilə əsasında Qladışevanın mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi mənzili ozəlləşdirən dövlət orqanının verdiyi iddia əsasında 4 il sonra mənzilə dair özəlləşdirməni, alqı-satqı müqaviləsini və ərizəçinin mülkiyyət hüququnu ləğv edərək mənzili onu qanunsuz özəlləşdirən dövlət orqanına qaytarmışdır. Qeyd edilən məhkəmə aktlndan verilmiş şikayət üzrə işə baxan Avropa Məhkəməsi göstərir ki, hakimiyyət orqanlarının səhvləri və diqqətsizliyi xüsusilə, söhbət ziddiyyətli xüsusi maraqdan getdikdə, maraqlarına toxunduğu şəxsin mənafeyinə xidmət etməlidir. Başqa sözlə desək, dövlət hakimiyyəti orqanının risk məsuliyyətini elə dö vlətin özü daşımalıdır və bu səhvlərin maraqlı şəxslərin hesabına aradan qaldırılmasına yol vermək olmaz. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası Məhkəmə Ekspertiza Mərkəzinin 23.05.2018-ci il tarixli rəyi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, həmin rəydə mübahisəli ərazidə lentvari bünövrənin (beton blokların) quraşdırılması müəyyən edilsə də, bu bünövrənin nə vaxt və kim tərəfindən qoyulması və bunun məhz dövlət vəsaiti hesabına həyata keçirilməsi barədə sübutlar (layihə-smeta sənədləri, xərclərin ödənilməsi ilə bağlı ödəniş sənədləri və s.) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar