Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4000/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1 və vəkili İsmayılov Yusif Yaşar oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)xxx/2019 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin (hakim F.Mirzəquliyev) xx.xx.2019-cu il tarixli, 2(042)-xxx/2019 nöm rəli qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı “yaşayış evinə qoyulan maneənin aradan qaldırılması və yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi, Novoivanovka kənd İƏD üzrə nümayəndəsi X16 tərəfindən təsərrüfatbaşı kitabda saxtakarlıq edilməsi ehtimalının araşdırılmasının aparılması üçün xüsusi qərardad çıxarılması və Gədəbəy Rayon Prokuroruna göndərilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Muradov, Ş.Əliyeva, Ə.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-xxx/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilm əməsi qət edilmişdir. İddiaçı1 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı1 Cavabdeh1 qarşı “yaşayış evinə qoyulan maneənin aradan qaldırılması və yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən xx.xx.1977-ci ildə Gədəbəy rayonu, Novoivanovka kənd sakini X14 adlı şəxsdən 4600 rubla almış olduğu yaşayış evinə qoyulan maneənin aradan qaldırılması və yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı1 v ə vəkili İsmayılov Yusif Yaşar oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən qətnamə prosessual pozuntularla qəbul edilməklə bərabər, işdə olan sübutlara hüquqi qiymət verilmədən qərəzli qəbul edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları sadəcə olaraq sadalamaqla işini bitmiş hesab etmiş, lakin eyni orqan, eyni şəxs tərəfindən verilən ziddiyyətli arayışları nəinki araşdırmış, bununla əlaqədar heç bir tədbir görmədən hazırki mübahisənin əsasını qoyan və nəticədə iddiaçı və ailəsini evsiz, torpaqsız qoyan saxta sənədləri araşdırmaq üçün prokurorluğa göndərilmə barədə qərardadı da əsassız saymaqla naməlum şəkildə saxlayır. İddiaçının iddia tələbinin əsasını iş materiallarında olan saxta arayışlar təşkil edir ki, məhkəmə bu barədə araşdırma aparmamış, bununla da tərəf lər arasında davam edən mübahisələrə son qoymamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və vəkili İsmayılov Yusif Yaşar oğlu kasasiya şika yətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(042)xxx/2018 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı1, X6, X19, X20, X22, X23 və X2 rayonu, Novaivanovka kəndində iddiaçı Cavabdeh1 məxsus evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmaları və iddiaçıların fərdi yaşayış evinə köçürülmələri; iddia tələbinin X12, X9, X13, X21 və X10 qarşı olan hissədə təmin edilməməsi qət olunmuş, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(104)-xxx/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(102)-xxx/2018 nömrəli qərarı ilə cavabdeh İddiaçı1 apelyasiya və kasasiya şikayəti təmin edilməmişdir. Həmçinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(043)-xxx/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X1 arasında Gədəbəy rayonu, Novoivanovka kəndində 0,28 ha sahəsində yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət olunmuş, Gəncə Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2( 104)-xxx/2017 nömrəli qətnaməsi ilə, maraqlı şəxs Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı iltarixli 2(043)-xxx/2016 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(102)-xxx/2018 nömrəli qərarı ilə cavabdeh İddiaçı1 kasasiya şikayəti təmin edilməyərək, Gəncə Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(104)- xxx/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gədəbəy Rayon Məhkəmə sinin xx xxxxxx 2016-cı il tarixli 2(042)-xxx/2016 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, cavabdeh X4 və onun ailə üzvü X7 Gədəbəy rayonu, Novoivanovka kəndində iddiaçı Cavabdeh1 məxsus evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmaları qət edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(104)-xxx/2017 nömrəli qətnaməsi ilə cavabdeh X3 apelyasiya şikayəti təmin edilməmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1(83)-xxx/2017 nömrəli qərardadından görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli qərarının qismə n, Gədəbəy rayon Torpaq şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2010-cu il tarixli torpağın mülkiyyətə verilməsinə dair A 254753 nömrə ilə qeydə alınmış Dövlət Aktının tamamilə ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmış, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-l(104)xxx/2017 nömrəli qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(083)-xxx/2019 nömrəli qərardadından görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Cavabdeh1 eyib oğlu) qarşı şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasinin m ümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə etməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 377.1-ci mad dəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apelyasiya kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha sahəsinə dair hazırki iş üzrə Cavabdeh1 mülkiyyət hüququnun olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçı Sultanovun qeyd olunan fərdi yaşayış evinə və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyəti hüququnun tanınması yolverilməzdir. Bundan əvvəl də qeyd olunduğu, mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələba tlarının təmin olunması təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir..Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə iddia ərizəs indən görünür ki, iddiaçı ərizədə Gədəbəy rayonu Novoivanovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X16 tərəfindən təsərrüfatbaşma kitabda saxtakarlıq edilməsi ehtimalının araşdırılmasının aparılması xüsusi qərardad çıxarılaraq prokurorluq orqanına göndərilməsini xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi də qətnamənin nəticə hissəsində Novoivanovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X16 tərəfindən təsərrüfatbaşma saxtakarlıq edilməsi ehtimalının araşdırılmasının aparılması üçün xüsusi qərardadıni çıxarılması və Gədəbəy rayon Prokuroruna göndərilməsini qət etmiş, eləcə də bu barədə ayrıca xüsusi qərardad çıxartmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hər əkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi hazırki məsələ qətnamə ilə deyil, qərardadla tənzimlənir. Ümumiyyətlə iddiaçı tərəf Gədəbəy rayonu Novoivanovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X8 hərəkətlərində cinayətin əlamətlərinin olmasını və bu barədə xüsusi qərardad çıxarılaraq prokurorluq orqanına göndərilməsini məhkəmədən xahiş etsə də, hazırkı işdən, eləcə də tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə qanuni qüvvədə olan məhkəmə qərarları ilə X16 təsərrüfatbaşına kitabda saxtakarlıq etməsi sübut olunmur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin mübahisəli evə mülkiyyət hüququ qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edil mişdir. Hazırki halda da iddiaçının hansısa arayışa istinadən mülkiyyət hüququnun tanınmasını və digər tələbini irəli sürməsi qüvvədə olan məhkəmə qərarlarının ziddinə olaraq əsas götürülə bilməz. İddiaçının xüsusi qərardadla bağlı dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, ərazi dairəsi üzrə nümayəndənin təsərrüfatbaşına kitabda saxtakarlıq etməsi qüvvədə olan məhkəmə qərarları ilə sübut olunmur. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4000/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4000/2020
28.07.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver