Məhkəmə qərarları › İş №2(102)-4000/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4000/2021

12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4000/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh2 və kassatorların vəkili Nümayəndə iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-502 /2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh10, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə dair işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsi ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 25.05.2004-cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 10 ha torpaq sahəsi 25 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı məqsədi ilə ona icarəyə verilmişdir. Həmin icarə müqaviləsi qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyatından keçirilmiş və bu barədə iddiaçıya JN - 7201 (k od ********) nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmişdir. Sonradan 2007-ci ildə Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsinin sədri A.Nəcəfov tərəfindən məhkəmədə iddia qaldırılmaqla sözügedən şəhadətnamə mübahisələndirilərək ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmiş, lakin iddia Zərdab Rayon Məhkəməsinin 28.08.2007-ci il tarixli, 2-71-2007 nömrəli qətnaməsi ilə rədd edilmişdir. 2008-ci ildə Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsinin sədri H.Əsədov tərəfindən eyni məzmunlu iddia qaldırılmış, lakin eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu üçün Zərdab Rayon Məhkəməsinin 02.07.2008-ci il tarixli, 2(006)-94/2008 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulunda n imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə maddi ziyanın əvəzində 40000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun müştərək qaydada alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 2019-2020-ci il mövsümü üçün həmin torpaq sahəsinin 2.5 ha hissəsində xəsil (taxıl), qalan hissəsində isə heyvandarlığı inkişaf etdirmək üçün bir-neçə il bundan qabaq yonca əkmişdir. Qanunvericiliyə əsasən onu n 10 ha torpaq sahəsinin 3.3 ha hissəsində, yəni 1/3 hissəsində xəsil (taxıl) əkmək hüququ vardır. Ötən 16 il müddətində həmin torpaq sahəsindən istifadə etmiş, heyvandarlığın inkişaf etdirilməsi üçün xəsil və yonca əkməsinə bələdiyyə tərəfindən heç bir etiraz bildirilməmiş, ondan icarə haqları qəbul edilmişdir. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, cari ilin əvvəllərindən başlayaraq ayrı-ayrı şəxslər icarə torpaqlarında olan əkin sahələrini özbaşına mal-qaraya otararaq ziyanlıq vurmağa başlamışlar. O cümlədən onun icarəsində olan torpaq sahəsi hazırkı cavabdehlər tərəfindən otarılmışdır. Taxıl olan hissə otarılmadığı üçün bu barədə cavabdehlərə qarşı heç bir iddiası yoxdur. Lakin, heyvandarlığı inkişaf etdirmək üçün əkmiş olduğu yonca sahəsi cavabdehlər tərəfindən özbaşına və nümayişkarçaşına malqaraya otarılaraq məhv edilmişdir. Etiraz etməsinə baxmayaraq yonca sahəsi bu günədək otarılır. Bütün bunların başında hazırkı cavabdehlər durur. Cavabdehlər bu əməllərinə inkar da etməmişlər. Əksinə sahənin örüş sahəsi olduğunu əsas gətirərək otardıqlarını məhkəmə iclaslarında da təsdiq etmişlər. Hətta, Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavinləri Pərvin Mahmudovanın, Rəhman Feyzullayevin, kənd bələdiyyəsinin sədri Habil Əsədovun və başqa vəzifəli şəxslərin icazəsi ilə onun yonca sahəsini otardıqlarını bildirərək, özlərini haqlı saymışlar. Sözügedən torpaq sahəsinin yaxşılaşdırılması, istifadəyə yararlı hala salınması üçün xeyli sərmayə qoymuşdur. Cavabdehlərin özbaşına hərəkəti nəticəsində həmin sərmayə və cari il üçün 1-ci, 2-ci, 3-cü və 4-cü çalım yoncaya gör ə əldə oluna biləcək faydadan məhrum olmuşdur. Ona dəyən maddi zərəri 40000 manat məbləğində qiymətləndirir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonunun Alcanlı kəndində yaşayır. Bir neçə kənd sakini, o cümlədən hazırkı iddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Ona görə də cari ilin əvvəllərindən başlayaraq ayrı-ayrı şəxslərin icarəsində olan əkin sahələri otarılmışdır. O cümlədən iddiaçının taxıl sahəsinə dəyməsələr də, yonca sahəsini o da daxil olmaqla, digər cavabdehlər birlikdə otarmışlar. Hesab edir ki, sözügedən yer örüş sahəsi olduğu üçün icarəyə verilə bi lməz və camaatın ümumi istifadəsində olmalıdır. Hətta, Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavinləri Pərvin Mahmudovanın, Rəhman Feyzullayevin, kənd bələdiyyəsinin sədri Habil Əsədovun və başqa vəzifəli şəxslərin qəbullarında olarkən onlara sözügedən yerin kənd sakinlərinin örüş yeri olduğunu bildirmişlər. Ona görə də iddiaçının əkmiş olduğu yonca sahəsini otarmışlar. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər cavabdehlər də Cavabdeh1 izahatına uyğun izahat verərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyən X1, Zərdab rayonu Alcanlı bələdiyyəsinin sədr i vəzifəsində işləyən X2 və Zərdab RİHBA-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyən X4 ifadələrində cari ilin əvvəllərindən başlayaraq ayrı-ayrı şəxslərin Alcanlı kəndi ərazisində icarə torpaqlarında olan əkin sahələrinə özbaşına olaraq mal-qara salaraq otarmağa başladıqlarını, yaranmış narazılıqla bağlı Zərdab Rayon İcra Hakimiyyətində bir qrup kənd sakinlərinin qəbul edildiyini, onlara icarə torpağında olan əkinlərin otarılması barədə hər hansı bir tapşırıq verilmədiyini, əksinə qəbul zamanı sakinlərə özbaşına hərəkətlərə yol verməmələrinin, yalnız qanunla müəyyən olunmuş qaydada hərəkət etməli olmalarının, əgər torpaqlar vaxtı ilə icarəyə verilərkən qanunun tələbləri pozulmaqla verilmiş olsa belə, həmin torpaqların geri qayta rılmasının yalnız qanuni yolla mümkünlüyünün izah edildiyini bildirmişlər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X6 Mərkəzinin mütəxəssisi tərəfindən verilmiş 19.06.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsinin 25.05.2004-cü il tarixli, 05 saylı qərarına əsasən iddiaçıya icarəyə verilmiş torpaq sahəsində əkilmiş yonca sahəsindən 1-ci biçim üçün qiyməti 2.30-2.40 manat olmaqla 550-650 ot kipi, 2-ci biçim üçün qiyməti 4.00-4.20 manat olmaqla 440-460 ot kipi, 3-cü biçim üçün qiyməti 3.40-3.50 manat olmaqla 410-430 ot kipi, 4-cü biçim üçün qiyməti 2.80-2.90 manat olmaqla 250-300 ot kipi olmaqla, ümumilikdə 5300-5500 manat dəyərində məhsul (yem) götürülə bilərdi. Birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin iştira kı ilə keçirilmiş yerində müayinə nəticəsində iddiaçının icarəsində olan torpaq sahəsinin az bir hissəsində taxıl əkildiyi, qalan hissəsində isə bir neçə il əvvəl yonca əkildiyi, yonca sahəsinin mal-qaraya otarılması səbəbindən sahədə məhsul olmadığı, taxıl sahəsinin isə otarılmadığı müəyyən edilmişdir. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(035)224/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddia qismən təmin edilmiş, cavabdehlərdən maddi ziyana görə 5300 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 5330 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmasını qət edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunan hallarına və işdə olan Z ərdab X6 Mərkəzinin rəyinə istinadən hesab etmişdir ki, iddiaçının cavabdehlər tərəfindən pozulmuş icarə və mülkiyyət hüquqları bərpa edilməli, bu məqsədlə iddia qismən təmin edilərək, dəymiş maddi zərərin əvəzi mütəxəssis rəyinə əsasən müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 16.1, 17.1, 18, 21, 152.1, 164.1, 560.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 84-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 4.0.2, 5.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkə məsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-502/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmiş, iş üzrə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sözügedən icarə müqaviləsi hər hansı qanuni əsasla, o cümlədən məhkəmə qaydasında ləğv olunmadığı halda cavabdehlərin iddiaçının icarəsində olan torpaq sahəsinə birbaşa müdaxilə etməsi, əkin altında olan həmin torpaq sahəsinə mal-qara salınması və əkinin mal-qaraya otarılması icarəçinin icarə və mülkiyyət hüquqlarına qəsd edən, ona birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməl, eyni zamanda qanunla qadağan olunan özbaşınalıqdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehlər iddiaçının icarəsində olan yonca sahəsinə mal-qara salaraq otarmalarını inkar etmədikləri halda iddianı qəbul etməsələr də, iddiaçının icarə və əmlak hüququna etdikləri müdaxilənin qanuni olmasını əsaslandıra bilməmişlər. Ona gö rə də məhkəmə haqlı olaraq cavabdehlərin yuxarıda qeyd olunan hərəkətlərini iddiaçıya ziyan vurmağa yönəlmiş qanunla qadağan olunan özbaşınalıq kimi qiymətləndirmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə iclaslarında iddiaçının izahatı ilə yanaşı, cavabdehlərin öz izahatları, istinad edilən iş materialları və mütəxəssis rəyi ilə iddianın əsaslı olduğu kifayət qədər sübut olunur. Odur ki, iddiaçıya məxsus əkin (yonca) sahəsinin özbaşına otarılmasına hazırkı cavabdehlərin aidiyyəti və təqsirli olması sübut olunduğu üçün onlar iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, işdə olan sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrə uyğundur və həmin nəticələrə gəlməyə kifayət qədər əsas verir. Bundan başqa, cavabdehlərin apellyasiya şik ayətinin dəlillərinə görə, iddiaçı onun yonca sahəsini onların otarmaları barədə heç bir sübut təqdim etməmişdir. Onlar o sahələrdə olmamış, sadəcə kəndin örüş sahələrinin geri qaytarılmasına dair danışıqları olmuşdur. Bununla əlaqədar Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin həmin dəlilləri onların birinci instansiya məhkəməsində vermiş olduqları izahatları ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdehlər birinci instansiya məhkəməsində izahat verərkən onların mal-qarasının örüşsüz qaldığını, ona görə də cari ilin əvvəllərindən başlayaraq şəxsi təsərrüfatlarındakı mal-qaranı ayrı-ayrı şəxslərin icarəsində olan əkin sahələrində otardıqlarını, o cümlədən iddiaçının taxıl sahəsinə dəyməsələr də, yonca sahəsini birlikdə otardıqlarını bildirmişlər. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri özünümüdafiə xarakterlidir. Kassasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh10, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh8, Cavabdeh1 və Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı işti rakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və kassatorların vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edilsə də qətnamədən iddiaçı və digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh11 kassasiya şikayəti vermədiyindən qətnamə cavabdehlər Cavabdeh10, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh8, Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti əsasında iddianın onlara qarşı təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır... Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfi ndən pozulmaqdan müdafiə edilir (maddə 158). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (maddə 164.1). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiy a şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh10, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh8, Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-502/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın cavabdehlər Cavabdeh10, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh8, Cavabdeh1 və Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar