Məhkəmə qərarları › İş №2(102)-4002/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4002/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4002/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): borc müqaviləsi (borcun qaytarılması, borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə)), vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh oğluna qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2178/2024 nömrəli xx.xx.2024-cü il tarixli qət naməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh oğlu arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş, 3M-01/325 nömrəli reyestrdə qeydə alınmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana xx.xx.2014-cü il tarixədək 31.340 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 15.640 manat əsas məbləğ, həmin məbləğin iddiaçıya vax tında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 1.212,1 (illik 7,75 faizlə) manatdan iki il üçün 2.424,2 manat faiz məbləği, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 144 manat dövlət rüsumu olmaqla, cəmi 18.208 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanan xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 31.340 manat kredit vermiş, kreditin qaytarılma müddəti xx.xx.2014-cü il tarixə təyin edilmişdir. Cavabdeh borc aldığı pulun bir hissəsini, yəni 15.700 manatını qaytarsa da, qalan 15.640 manatını bu günə kimi qaytarmamışdır. Dəfələrlə ona bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh yalan vədlər verməklə, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Son dövrlərdə ona məlum olmuşdur ki, cavabdehin borclu qaldığı 15.640 manat məbləğində pulu qaytarmaq fikri yoxdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən kreditin qaytarılma müddəti xx.xx.2014-cü il tarixə təyin edilmişdir. Cavabdeh iddianı qəbul etmir, həmçinin iddia müddəti də ötürülmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

5. İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz təqdim edərək göstərmişdir ki, etiraza əlavə ed ilmiş “Whatsapp” danışıqlarının surəti ilə təsdiq olunur ki, tərəflər arasında mübahisəli hesab olunan pulun alış-verişi 2014-cü ildə həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı cavabdehə vermiş olduğu pulun davamını istədikdə cavabdeh “nə pul” deyərək cavab vermişdir. Göründüyü kimi, İddiaçı hüquqlarının pozulduğunu həmin tarixdən bilmişdir. Göstərilən tarixdən 3 il keçməmişdən, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0 və 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti şamil edilmir. Beləl iklə, iş üzrə iddia müddətinin tətbiq edilməməsi və iddianın təmin olunmasını xahiş edilmişdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(005)-2984/2023 nömrəli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh tərəf aralarında borc münasibətlərinin yarandığını, pulun verildiyini qəbul etsə də, onun tam şəkildə qaytarıldığını bildirmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Borcun ödənildiyini təsdiq edən sübutların təqdim edilməsi borclunun vəzifəsidir. Hazırkı işdə isə borcun verildiyini qarşı tərəf qəbul etsə də, onun qaytarıldığını təsdiq edən hər hansı bi r sübutu məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, borcun müddəti xx.xx.2014-cü il tarixdə bitdiyinə görə, öhdəliklər üzrə icra müddəti də həmin tarixdə bitmişdir, bununla da 3 illik iddia müddətinin axımı xx.xx.2014-cü il tarixdən başlamış və xx.xx.2017-ci il tarixində bitmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh borc məbləğindən 15.700 manat pulun qaytarıldığını qeyd etsə də, bunun hansı vaxtda qaytarıldığını bildirməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. İddia müddətinin tətbiqi barədə ərizə vermək cavabdehin iddiaya qarşı müdafiə vasitəsidirsə, həmin müddətin kəsilməsinə yönələn hərəkətlərin edilməsi və müddətin ötü rülməməsini sübut etmək vəzifəsi də iddiaçının üzərinə düşür. İddiaçı borc məbləğindən 15.700 manat pulun ona qaytarılmasını bildirsə də, bu pulun nə vaxt qaytarılmasını göstərməmiş, cavabdeh isə onun tərəfindən bütün borc məbləğinin tam şəkildə müqavilə müddəti ərzində qaytarıldığını bildirmişdir. Halbuki, qeyd edildiyi kimi iddia müddətinin hesablanması üçün həmin müddətin kəsilməsi vaxtının müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır.

10. İddiaçının vatsapp yazışmalarına istinad edərək iddia müddətinin axımının 2020-ci ildə kəsilməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş yazışmaların kimlər arasında aparıldığını müəyyən etmək mümkün olmadığından onlar mötəbər sübut kimi qəbul edilə bilməz, hətta qəbul edilsə belə, həmin yazışmalardan görünür ki, tərəf borcun aqib əti ilə maraqlanmış, qarşı tərəf isə “nə pul” deyə cavab vermişdir. Bu hal isə borclu şəxsin borcunu etiraf etməsini göstərən hərəkətlər kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia müddəti ötürüldüyündən borcun tutulması və ondan asılı olan digər tələblər əlavə araşdırma aparılmadan təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375, 380, 739 və 740-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaç ı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin icra müddətinin bitdiyi vaxtdan 3 üç ildən artıq müddət keçməsinə baxmayaraq, bu müddət ərzində borc verən tərəfindən borcla bağlı müəyyən tədbirlər görülmüş, buna görə də göstərilən müddət iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ağlabatan hesab edilməlidir. Belə ki, iddiaçı cavabdehə bu barədə xəbərdarlıq etmiş, o isə yalan vədlər verməklə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Qeyd olunmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özlüyündə kreditorun tələb hüq uqunu aradan qaldırmır. İddiaçının hüquqlarının pozulduğunu xx.xx.2020-ci il tarixdən bilmişdir. Göstərilən tarixdən 3 il keçməmişdən, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, son dövrlərdə iddiaçıya məlum olmuşdur ki, cavabdehin iddiaçıya borclu qaldığı 15.640 manat məbləğində pulu qaytarmaq fikri yoxdur. Cavabdehin borcun bir hissəsini qaytararaq borcu etiraf etməsi, iddiaçının 2020-ci ildə cavabdehə vermiş olduğu pulun davamını istəməsi iddia müddətinin axımını kəsir və bu baxımdan birinci instansiya məhkəməsi iddia müddətini ötürülmüş hesab etməklə səhv nəticəyə gəlmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0 və 384.0.4-cü maddələrinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür poz untularının aradan qaldırılması haqqında tələblərinə (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti şamil edilmir. Birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan nəticəyə gələrkən saysız-hesabsız maddi qanunvericlik normalarının pozuntusuna yol vermiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, iş üzrə əsassız, qanunsuz və qeyri-obyektiv qətnamə qəbul etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, tərəflərin Salyanda kərpic zavodunda işləri olmuş və yaxın münasibətləri olmuşdur. Borca verilmiş pulun bir hissəsini hissə-hissə qaytarıb. İddiaçı Rusiya Federasiyasına k öçüb və hazırda da orada yaşayır. Tərəflər arasında inam, etibar olmuşdur. Həqiqətən məsafə uzaq olduğu üçün borc hissə-hissə göndərilmişdir. 15.700 manatı qaytarmış, sonra isə pul göndərməyi dayandırmışdır. Cavabdeh isə Gürcüstan Respublikasına köçmüşdür. Tərəflər arasında “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışma olmuşdur. 2020-ci ildə iddia müddətinin axımı kəsilmişdir və sonra yenidən başlanmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) 2(103)-2178/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2984/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiy a şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilmişdir.

16. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 31.340 manat məbləğində borc verməyi, cavabdeh isə aldığı borcu xx.xx.2014-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini və ona 15.640 manat borcu qaldığını, cavabdeh isə borc məbləğinin tam şəkildə müqavilə müddəti ərzində qaytarıldığını bildirir. Lakin cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

17. Bununla belə məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan birinci instansiya məhkə məsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən iddia təmin edilə bilməz. Belə ki, kredit müqaviləsi üzrə münasibətlərə üç illik iddia müddəti tətbiq edilir və bu müddətin axımının başlanması müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə verilən pulun qaytarılmasının son müddəti xx.xx.2014-cü il müəyyən edilmişdir. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd etmişdir ki, iddiaçı cavabdehin borcun bir hissəsini qaytararaq borcu etiraf etməsilə iddia müddətinin axımının kəsildi yini bildirsə də, borcun bir qisminin nə vaxt qaytarılmasını bildirməmiş və buna dair sübutlar təqdim etməmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş yazışmalardan borclu şəxsin borcunu etiraf etməsi müəyyən edilmir. Belə ki, həmin yazışmaların Anar adlı şəxslə aparıldığı müəyyən edilir, həmin şəxsin yazışmalarda “nə pul” ifadəsi işlətməsi isə borcdan məlumatlı olmadığı anlamına gəlir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının borcun tələb edilməsinə dair iddiası təmin edilmədiyindən həmin borca hesablanmış faiz tələbi də təmin edilə bilməz.

21. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373.2, 373.3, 375.2, 376, 377.1, 377.2, 380.1, 385.1, 427.3, 442, 443.1, 448.2 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli və B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarlarında qeyd olunan hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikatəti ilə oxşar əsaslandırılmışdır. b)

24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

26. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

27. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

29. Maddə

376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir.

30. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

31. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

32. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən h ərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

35. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

37. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.

38. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı

39. Kredit münasibətlərindən yara nan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlar ına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı

40. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

50. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddiaçının apelyasiya şikatyətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

51. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

52. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər borcla bağlı öhdəlik münasibətləridir və apellyasiya instansiyası məhkəmə si işin hallarını araşdıraraq cavabdehin iddiaçı ilə borc razılaşması üzrə öhdəliyini icra etmədiyini müəyyən etmiş, lakin iddia müddəti keçdiyinə görə iddianı təmin etməmişdir.

53. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, kredit öhdəlikləri üzrə tələblər iddia müddətlərinə tabe tutulur.

54. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işi n baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

55. Kredit münasibətləri də həyata keçirilməsi müddətlərlə müəyyən edilən müqavilə öhdəliklərdir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya u yğun olaraq müəyyən olunur.

56. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

57. İddia müddətlərinin tətbiqi zamanı mütləq müəyyən edilməli hallardan biri – iddia müddətinin axımının başlanma anıdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri).

58. Apellyasiya instansiyası məhkəməsi işin hallarını bu baxımdan araşdıraraq qeyd etmişdir ki, tərəflərin arasında borcun qaytarılması müddəti xx.xx.2014-cü il müəyyən edilmişdir. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə iddia müddəti ötürülməklə müraciət olunmuşdur.

59. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi barədə dəlilləri ilə razılaşır. Kassator iddia müddəti ilə bağlı fərqli nəticəyə gəlməyə əsas verən hər hansı sübut rəqdim etməmişdir.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gə ldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

61. Kassasiya şikayətinin bəzi dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılm ası vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2178/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar