Məhkəmə qərarları › İş №2(102)-4004/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4004/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4004/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Sadıqov Nurəddin Arif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6958/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Mehrəliyev) iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və A.Hüseyn, 2(103)1700/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)6958/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh 3635 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1100 manat və 4000 ABŞ dolları məbləğində borcun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: O, Cavabdeh 2007-ci ildən tanıyır, onunla Azərbaycan Respublikası Statistika K omitəsində birlikdə çalışmışdır. 2015-ci ildə Cavabdeh əvvəlcə 2500 manat, daha sonra isə 4000 ABŞ dolları məbləğində borc vermişdir. 25xx xxxxxxxx 1400 manatını Cavabdeh ona qaytarmış, lakin 1100 manatı və 4.000 ABŞ dollarını bu günədək ondan ala bilməmişdir. Cavabdeh ona qarşı dələduzluq cinayəti törətməsi qənaətinə gələrək, dəfələrlə hüquq-mühafızə orqanlarına şikayət ərizələri ilə müraciət etmişdir. Sonuncu dəfə belə bir müraciəti Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.1 maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla araşdırılmış və xx.xx.2018-ci il tarixli qərarla həmin cinayət işi üzrə icraata xitam verilmişdir. Eyni zamanda, istintaq orqanı izah etmişdir ki, tərəflər arasında yaranmış öhdəliklər borc müqavilələri ilə əlaqədar olduğundan mübah isə məhkəmə qaydasında mülki icraat formasında həll edilməlidir. Cinayət işinin istintaqı zamanı Cavabdeh göstərmişdir ki, pula ehtiyacı olduğu üçün, müxtəlif vaxtlarda ondan hər ay 7 faiz əlavə pul ödəməklə borc pul götürmüş və 2015-ci ilin noyabr ayında ona 1100 manat məbləğində borcu qalmışdır. 2015-ci ilin oktyabr ayında yenidən ona müraciət edərək 5000 manat pulu faizlə borc kimi verməsini xahiş etmişdir. O da, 5000 manat pulunun olmadığını bildirərək, yalnız 3000 manat məbləğində pulu hər ay 20 faiz əlavə ödəniş etməklə borca verməyi təklif etmiş, əlacsız qalaraq, bu şərtlərlə razılaşmış və 3000 manat pulu hər ay 20 faiz əlavə ödəniş etmək şərti ilə borca götürmüşdür. Borc məbləğini və faiz pullarını ödəyə bilmədiyi üçün münasibətləri kəskinləşmiş, məcbur qalaraq, bacısı oğlu X-a ona köməklik göstərməsi barədə xahiş etmişdir. 2016-cı ilin iyun ayında X özünə məxsus avtomaşını sataraq, Cavabdeh 5100 manat məbləğində pul vermiş, o da bu pulu iddiaçıya ödəməklə, ona daha borcu qalmadığını bildirmişdir. Cavabdeh istintaq orqana vermiş olduğu ifadələrində ona borcu olmadığını bildirsə də, yanlışlığa yol vermişdir. Hal-hazırda da ona 1100 manat və 4000 ABŞ dolları məbləğində borcu qalmaqdadır ki, bu borcların ödənilməsi üçün onun tərəfındən hər hansı təşəbbüs göstərilməmiş, əksinə, bütün hərəkətləri ilə borc məbləğlərini ödəməkdən yayınmağa çalışmış, həmin səbəbdən də münasibətləri daha da kəskinləşmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmu ş, düzgün tətbiq edilməmişdir. Belə ki, o, 3000 AZN pulu borc şəklində götürdüyünü, aralarında 4000 ABŞ dollarla bağlı hər hansı bir münasibət olmadığını və götürülmüş manat borcunun qaytarıldığını bildirmişdir. Bundan əlavə, tərəflər arasında telefon danışığının səs yazısında iddiaçı cavabdehin ona borcu olmadığını etiraf edir, həmin danışıqlarda hər hansı bir dollar məbləğindən söhbət getmir. Məhkəmə iddiaçının və onun bacısının aldıqları puldan qalıq qalmış pulu ondan tutsa da, nəzərə almamışdır ki, iddiaçının tələb etdiyi 1100 manat pulu iddiaçının bacısı XX-a ayrılıqda ondan tələb etmiş və Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq iddiaçının xeyrinə ondan 1500 manat pul da tutulmuşdur. Məhkəmə eyni pul məbləğinə dair m übahisəyə baxaraq müxtəlif qərarlar qəbul etmişlər. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Sadıqov Nurəddin Arif oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəm ənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi ləğv olunaraq, iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə baxan məhkəmə mövcud mübahisəyə MM-nin 739.1-ci maddəsinin tətbiq etməklə mübahisəni həll etmişdir. Həmin normaya görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Məhkəmənin dəyərləndirməsi belə olmuşdur: “Bakı şəhəri Ya samal RPİ-nin İŞ-nin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarından görünür ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh Bakı şəhər prokurorluğuna ərizə ilə müraciət edərək, İddiaçı ona borca pul verərək sonradan faizlə pullarını tam geri almasına baxmayaraq əlavə pul almaq məqsədi ilə ona öldürməklə hədə-qorxu gəldiyini bildirmişdir. Həmçinin, xx.xx.2016-ci il tarixdə Mirzəyeva X3 RPİ 27-ci PB-nə ərizə ilə müraciət edərək Cavabdeh onun 1100 manat və 4000 ABŞ dollarını ələ keçirib ona qarşı dələduzluq etdiyini bildirmişdir. Həmin ərizələr əsasında aparılmış araşdırma zamanı Cavabdeh öz ifadəsində bildirmişdir ki, “Beləliklə də, o, İddiaçıya müraciət edib xəstəliyi ilə bağlı borca pul istədikdə o, onunla razılaşaraq 2013-cü ilin avqust ayından başlayaraq 2014 -cü ilin yanvar ayına qədər olan müddət ərzində (dəqiq günü və ayları xatırlamır) ilk dəfə 1.500 manat pulu hər növbəti ay üçün 7 faiz miqdarda pul ödəməyi şərti ilə ona borc vermişdir. Sonradan isə həmin müddət ərzində o, yenidən əlavə olaraq eyni məqsədlə İddiaçı pul istəyərək ümumilikdə ondan 5.100 manat pulu eyni şərtlə borca götürmüşdür. Götürdüyü həmin pulların müqabilində o, hər ay üçün 7 faizdən olmaqla İddiaçı gəlir kimi pul ödəmişdir. 2013-cü ilin təxminən payız aylarında isə İddiaçı Bakı şəhərində olmadığından o, onu doğma bacısı Mehrabanla tanış edərək borc götürdüyü pulların faizlərini xxxa verməsini xahiş etmişdir. Buna görə də, həmin ərəfədə o, iddiaçı vasitəsi ilə onun bacısı xxx-la işlədiyi Komitənin qarşısında ilk dəfə görüşərək tanış olmuş və həmin vaxt faizlərı xxxa çat dırmışdır. Bu yolla o, həmin ərəfədə təxminən 2-3 ayın faizlərini xxx-a çatdırmışdır. Daha sonra isə İddiaçı özündə pulunun olmadığını deyərək, bildirmişdir ki, ona yenidən əlavə pul lazım olarsa, onda onun bacısı xxx-dan eyni qaydada, yəni ayda 7 faiz ödəmək şərti ilə borc götürə bilər. Məhz bu səbəbdən də, o, sonradan, yəni 2014-cü ilin yanvar ayından sonra iddiaçı bacısı xxx-dan hissə-hissə olmaqla hər ay 7 faiz ödəmək şərti ilə cəmi 6.900 manat pulu borca götürdüyü üçün hər iki bacılardan götürdüyü pulların ümumi miqdarı 12000 manat təşkil etmişdir. 2 il müddətinə o, iddaçı və xxx bacılarına onlardan borc aldığı pulların hesabına 20000 manatdan artıq miqdarda faiz pulunu gəlir kimi ödəmişdir. 2015-ci ilin yanvar ayında isə iddaçı ona zəng edib onunla bacısı xxxa məxsus olan bütün pul larını təcili qaytarmağını tələb etmişdir. Həmin vaxt isə onun pulu olmadığından o, onların pullarını qaytara bilməmiş və buna görə də onun doğma bacısı X4 ona köməklik etmək məqsədi ilə məcbur olub özünə məxsus 2014-cü ilin aprel ayında 19.500 manata almış olduğu «KİA-Cerato» markalı avtomobili 2015-ci ilin fevral ayında 13.000 manata sataraq həmin pulun 12.000 manatını ona vermişdir. O da, xx.xx.2015-ci ildə həmin 12.000 manat pulu iddaçıün iştirakı ilə onun bacısı xxx a qaytarmışdır. O da, həmin pulu ondan təhvil alması barədə yazdığı qəbzi öz imzası ilə təsdiq etmişdir. Lakin bundan sonra, yəni 2015-ci ilin oktyabr ayında o, bundan əvvəl götürmüş olduğu kreditlər üzrə bir neçə banklara aylıq faizləri verə bilmədiyindən məcbur olub iddaçıə müraciət edərək ondan əlavə olaraq ona yenidən 5.000 manat pulu faizlə borc kimi verməsini xahiş etmişdir. iddaçı isə həmin miqdarda pulunun olmadığını bildirərək ona 2015-ci ilin oktyabr ayında cəmi 3.000 manat pulu həmişə olduğu kimi təklikdə borca verərkən bildirmişdir ki, bu pulları başqa adamlardan özü faizlə aldığı üçün ona yalnız hər ay üçün 20 faiz gəlir ödəmək şərti ilə verir. O da, əlacsız qaldığı üçün onun dediyi bu kimi şərtlərlə razılaşaraq həmin 3.000 manatı ondan götürüb bankların aylıq ödənişlərinə və ailəsinin digər tələblərinə sərf etmişdir. Lakin həmin pulları götürdükdən sonra maddi vəziyyəti ağırlaşdığı üçün iddaçıə heç bir faiz ödəyə bilməmiş və o həmin pulların 4 ay üçün üstünə faizləri hesablayaraq borcunun 5.100 manatı keçdiyini bildirmişdir.” Göründüyü kimi polis idarəsində verdiyi ifadədə X1 iddaçı ndan 2013- cü ilin avqust ayından başlayaraq 2014-cü ilin yanvar ayına qədər olan müddət ərzində 1.500 manat, sonradan 5.100 manat, İddiaçı bacısı xxxdan 6.900 manat olmaqla, ümumilikdə 13500 manat, daha sonra isə 2015-ci ilin oktyabr ayında isə İddiaçı əlavə olaraq ayrılıqda 3.000 manat məbləğində pul borc götürdüyünü etiraf etmişdir. Eyni zamanda iş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış qəbzdən görünür ki, o, aldığı 12000 manatı xx xxxxxx 2015-ci il tarixdə İddiaçı bacısı xxx qaytarmış, sonuncu da həmin pulu təhvil aldığını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında da İddiaçı Cavabdeh verdiyi borc pulların məhz bacısı xxx ilə ona birgə məxsus olduğunu bildirdi və həmin qəbzin həqiqiliyini mübahisələndirmədi. Göründüyü kimi Cavabdeh İddiaçı və onun bacısı xxx ümu milikdə aldığı 13500 manat borcdan 12000 manatını geri qaytarmış və qalıq borc 1500 manat təşkil etmişdir. Lakin iddiaçı həmin borcdan cəmi 1100 manat borcun tutulması tələbini irəli sürmüşdür. Eyni zamanda iş materiallarında olan qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya xx.xx.2015-ci il tarixdə 265 manat, xx.xx.2015-ci il tarixdə isə 200 manat olmaqla, ümumilikdə 465 manat pul ödəmişdir. Cavabdeh həmin qəbzlərdəki imzaların ona məxsus olduğunu etiraf etdi, lakin həmin ödənişlərin digər şəxslərin borcu ilə bağlı olduğunu bildirdi. Kollegiya hesab edir ki, həmin ödənişlərin digər şəxslərlə bağlı olması hər hansı sübutla təsdiq olunmadığına görə hazırkı mübahisəyə aid edilməlidir. Ödənilmiş həmin məbləğlər də nəzərə alındıqda isə müəyyən olunur ki, cavabdehin iddiaçıya cəmi 635 manat borcu qalmışdır (1100 – 465 = 635). Həmçinin yuxarıda da qeyd olunduğu kimi cavabdeh bu borclardan əlavə olaraq 2015-ci ilin oktyabr ayında iddiaçıdan ayrılıqda cəmi 3000 manat pulu borca aldığını etiraf etmiş, lakin həmin borcun geri qaytarılmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmin cinayət işi üzrə dindirilmiş şahid ifadələri isə hazırki mülki iş üzrə heç bir preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, həmin qərar məhkəmə tərəfindən qəbul edilməmişdir. Bundan başqa həmin şahidlərin hazırki mülki iş üzrə dindirilməsi barədə tərəflərin heç biri tərəfindən vəsatət verilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdehin borc müqavilələri üzrə borcu ayrı-ayrılıqda 635 manat və 3000 manat olmaqla, cəmi 3635 manat təşkil edir. Eyni zamanda iddiaçı cavabde hə 2015-ci ilin dekabr ayında məhz ABŞ dolları ilə borc pul verdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh də həmin halı etiraf etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cəmi 3635 manat borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır və ona görə də, iddia qismən təmin edilməlidir.” Apellyasiya instansiyası məhkəməsinin əsaslanmasından belə qənaət hasil olur ki, məhkəmə iddiaçının və onun bacısı xxx ın cavabdehə vermis olduğu ümumi məbləği və cavabdehin qaytarmış olduğu pulların cəmini verilən məbləğdən (iki bacıya verilən) çıxmaqla son məbləği müəyyən edərək qalan məbləği iddiaçının xeyrinə tutmuşdur. Amma, təqdim edilm iş digər məhkəmə qətnaməsinin mövcudluğu məhkəmənin qənaəti ilə ziddiyyət təşkil edir. Beləki, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, X2 hazırkı iş üzrə Cavabdeh qarşı ayrıca pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək 1500 manat pulun tutulmasını xahiş etmiş və məhkəmənin həmin qətnaməsi ilə iddia təmin olunmuşdur. Tələb olunan 1500 manat pul məbləği hazırkı iş üzrə iddiaçının qeyd etdiyi vaxtda və şəraitdə verilən, məhkəmənin yuxarıda qeyd olunan əsaslanmasına aid olan pul məbləğlərinə daxildir. Deməli belə qənaət hasil olur ki, əslində digər bacı öz mənafeyini heç kimə həvalə etməmiş və cavabdehin ona borclu olduğu pulu özü ayrıca iddia verməklə tələb edir. Həmin qətnamənin mövcudluğu hazırkı işlə bağlı məhkəmənin gəldiyi qənaətlə ziddiyyət təşkil edir. Çünki məhkəmə hazırkı işdə iki bacıya verilmiş pullardan qalan məbləği hesablayaraq iddiaçının xeyrinə tutmuşdu. Cavabdeh tərəf sonrakı qətnamə ilə tələb olunan 1500 manat pulun hazırkı işdə tələb olunan 1100 manat olduğunu israr edir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi yekun nəticə bu halı istisna etmir, əksinə onu ehtiva edir ki, digər bacıya qalıq qalmış borc məbləği də bu işdə həll edilmişdir. Qətnamədə bununla bağlı açıqca qeyd edilir ki, “Cavabdeh İddiaçı və onun bacısı xxx dan ümumilikdə aldığı 13500 manat borcdan 12000 manatını geri qaytarmış və qalıq borc 1500 manat təşkil etmişdir. Lakin iddiaçı həmin borcdan cəmi 1100 manat borcun tutulması tələbini irəli sürmüşdür. Eyni zamanda iş materiallarında olan qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya xx.xx.2015-c i il tarixdə 265 manat, xx.xx.2015-ci il tarixdə isə 200 manat olmaqla, ümumilikdə 465 manat pul ödəmişdir.” Nə qədər ki, digər bacı (xxx) ona aid olan borcu ayrılıqda tələb edirdi, hazırkı işdə iki bacının cavabdehə vermiş olduğu və qaytarılan məbləğləri ümumiləşdirərək yekun qərar qəbul edilməsi əsaslı olmamışdır. Artıq kassasiya şikayətinə baxılarkən cavabdeh tərəf digər iş üzrə qətnamənin apellyasiya icraatında da dəyişdirilmədən saxlanmasını təsdiq etmişlər. Eyni zamanda Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, iddiaçının tələb etdiyi 4000 ABŞ dolları pulun verilməsi təsdiq olunmur. Lakin, məhkəmə həmin məbləğin əvəzi olaraq iddiaçının cavabdehə 3000 manat verməsi barədə cavabdehin etirafını əsas tutaraq iddianı həmin məbləğdə təmin etmişdir. Ona görə işə yenidən baxılarkən qeyd olu nan ziddiyyətli hallar aradan qaldırmalı, iddiaçının cavabdehə vermiş olduğu borcla bağlı təqdim edilmiş sübutlar ayrıca tədqiq edilməli, iddiaçının 4000 ABŞ dolları pulun qaytarılması ilə bağlı tələbi aydınlaşdırılmalı, iddiaçının hansı əsasla məhz 4000 ABŞ dolları tələb etməsi, bu halı təsdiq etmək üçün hansı sübutlar təqdim etməsi, onların mötəbərliliyi müəyyən edilməli, 3000 manat pulun həmin 4000 ABŞ dollarına aidiyyəti olub-olmaması dəqiqləşdirilməli və bunun nəticəsindən asılı olaraq tərəflərin sübutemtə vəzifəsinin öhdəsindən nə dərəcədə gəlmələri rəhbər tutulmaqla mübahisəyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci ma ddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticə: Kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar