Məhkəmə qərarları › İş №2(102)-4007/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4007/2020

24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4007/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-95/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2957/2018 saylı, 08 iyun 2018-ci il tarix li qətnaməsi ilə (hakim R.Ə.Səmədov) ilkin iddia tələbi rədd, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04569 ha torpaq sahəsinin ¼ hissəsinin mənzil sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04569 ha torpaq sahəsinin 1/8 hissəsinin mənzil sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması, Cavabdeh4 qarşılıqlı iddia tələblərinin təmin edilməsi, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04569 ha torpaq sahəsinin 1/8 hissəsinin mənzil sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması qət e dilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-95/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov), ilkin iddia üzrə İddiaçı MMC-nin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2957/2018 saylı 08 iyun 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin iddia tələbinin zərərin əvəzinin ödənilməsi hissəsində və qarşılıqlı iddia tələblərinin mübahisələndirilən hissələrdə, yəni torpaq sahəsinin əvəzləşdirilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-95/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.N.İmanov (sədrlik e dən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov), ilkin iddia üzrə İddiaçı MMC-nin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2957/2018 saylı, 08 iyun 2018-ci il tarixli qətnaməsinin “ilkin iddia tələbinin çıxarışın ləğv edilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin halları: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı çıxarışın ləğv edilməsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və Cəmiyyətin Nizamnaməsi əsasında həyata keçirərək 10 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X1 Dövlət Qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. 28 dekabr 2017-ci il tarixdə Cəmiyyətin Nizamnaməsinə dəyişiklik edilərək Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları X4 - 33,34 manat, 33,34 pay, 33,34% pul şəklində; X5 - 33,33 manat, 33,33 pay, 33,33% pul şəklində; X3 - 33,33 manat, 33,33 pay, 33,33% pul şəklində müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Baçşısının 18 nömrəli, 27 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarını rəhbər tutaraq və "xxxx” Məhdu d Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış 23.01.2017-ci il tarixli, 02/05-72 nömrəli şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin 49 illik icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan sərəncamın 2.2-ci bəndində ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülm əsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması məsələsi sifarişçiyə tapşırılmışdır. Daha sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 319 nömrəli 01 dekabr 2017-ci il tarixli sərəncamı ilə “xxxx” MMCnin 24 noyabr 2017-ci il tarixli 26 saylı imtina məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Piraliahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarın ın icrası ilə bağlı verilmiş Nəsimi RİH Başçısının 18 saylı, 27.01.2017-ci il tarixli və 100 saylı, 14.04.2017-ci il tarixli sərəncamları ilə görülən sənədləşdirmə işləri İddiaçı MMC-nin adına aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 30 ünvanında yerləşən 0,0391 ha torpaq sahəsi, ümumi sahəsi 370,81 kv.m. olan fərdi yaşayış evi cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindədir. Yuxarıda qeyd olunan 0,0391 ha torpaq sahəsi çıxarışa əsasən cavabdehlərin istifadəsində Dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Cavabdehlər söküntü işlərinin başlamasından sonra, qanunsuz olaraq əsassız varlanmaq niyyəti ilə qeyd olunan torpaq sahəsini heç bir hüquqi əsas olmadan özəlləşdirmiş və hazırda 0,04569 ha torpaq sahəsi ölçüsündə Cəmiyyətdən kompensasiya tələb edirlər. 12 noyabr 2009-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa nəzər yetirilsə, görünər ki, qeyd olunan torpaq sahəsi cavabdehlərin istifadəsində olmuş və mülkiyyət növü dövlətə məxsusdur. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti Başçısının 18 nömrəli 27 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında Cəmiyyətin istifadəsinə verilmişdir. Cavabdehlərin 06 mart 2018-ci il tarixində torpaq sahəsinin özəlləşdirilməsi tam qanunsuz və əsassız olmaqla əsassız varlanmaq niyyəti daşıyır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmuş və cavabdehlərin torpaq üzərinə olan hüquqlarına 27 yanvar 2017-ci il tarixində xitam verilmişdir. Qeyd olunan sərəncamda çoxmərtəbəli yaşayış binalarının və qeyri- aşayış obyektlərinin tikintisinin, layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında Cəmiyyətə verilməsinə baxmayaraq, 06 mart 2018-ci il tarixində torpaq sahəsi qanunsuz olaraq özəlləşdirilmişdir. Hazırda tikinti işləri sərəncama uyğun olaraq cavabdehlərin hərəkətləri nəticəsində aparılmır və binalardan köçürülən digər sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə maliyyə vəsaitinin ödənilməsi nəticəsində Cəmiyyətə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində gündəlik zərər dəyir. Hazırda digər 32 sakinlə Cəmiyyət arasında müqavilə imzalanmış və aylıq olaraq 500 manat kirayə haqqı ödənilir. Cavabdehlərin hərəkətləri nəticəsində isə 3 aydan artıq müddətdir ki, tikinti işləri aparılmır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 48.000 (qırx səkkiz min) manat zərərin, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı MMC-yə qarşı sərəncamlarda düzəlişin edilməsi, yanaşı olan sökülmüş hasarların bərpa edilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 1929-cu ildə tikilmiş, 1978-ci il tarixli texniki pasporta, alqı-satqı müqaviləsinə, 1989-cu il, 30/4245 nömrəli Qeydiyyat vəsiqəsi, 2009-cu il, ******* saylı çıxarış ilə və hazırda mülkiyyətində olan ünvan 1, mənzil 2-də yerləşən ümumi paylı xüsusi mülkiyyətdə olan 314,63 kv.m. fərdi yaşayış evi % hissəsi (78.6575 m²) 0,04569 ha torpaq s ahəsinin xüsusi mənzilinin altına düşən 1/4 hissə (78,6575) 1989-cu ildən daimi istifadəsində, ümumi paylı mülkiyyətdə olan torpağın 7/32 hissəsinin (142.27 m²) 1/5 hissəsi (28,46 m²) ******* nömrəli çıxarışla və 06.03.2018ci il tarixli texniki pasporta əsasən xüsusi nülkiyyətindədir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il tarixli qərarı qəbul edilmişdir. Həmin qərarın 1.2-ci bəndinə əsasən Nəsimi RİH-nə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri t ərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması tapşırılmışdır. Həmin qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazım i maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını qanunla müəyyən edilmiş müvafiq tikinti şirkətlərinə, İddiaçı MMC-yə tapşırılmışdır. Hal-hazırda cavabdeh İddiaçı MMC şirkətinin iddiasına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il tarixli qərarına əsasən cavabdehlərin ümumi paylı mülkiyyətində olan ərazi, o cümlədən Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki ərazilər Nəsimi RİH-nin 319 nömrəli, 01 dekabr 2017-ci il tarixli sərəncamı ilə 49 il müddətinə müvəqqəti olaraq çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi və əvvəlki “xxxx” MMC- n in adına verilmiş 18 saylı, 27.01.2017- ci il tarixli və 100 saylı, 14.04.2017-ci il tarixli sərəncamları ilə aparılmış sənədləşdirmələrin cavabdehin adına aparılması tapşırılmışdır. Cavabdeh2 həmin sərəncamları qəbul etmir. Belə ki, Cavabdeh2 mülkiyyət hüquqları pozularaq iddiaçı olan tikinti şirkəti ilə danışıq aparmaq və razılaşmaq üçün heç bir şərait yaradılmamışdır. Həmin sərəncamlarda tikinti norma və qaydalar pozularaq konkret olaraq nə qədər torpaq sahəsinin layihələndirilməsi üçün ölçünün ayrılması göstərilməmiş, icarə müqaviləsi bağlanılmamış, ayrılmış torpaq sahəsinin ölçüsünü təsdiq edən ayrıca akt, plan tərtib edilməmiş, torpaq sahəsinin ayrılması barədə tərəflər arasında öhdəliklər barədə müqavilə bağlanmamış, birgə söküntü barədə akt tərtib edilməmiş və ən nəhayət iddiaçı tə rəfdən torpaq sahəsinin icarə, istifadə hüququnu təsdiq edən qeydiyyat, kadastr və çıxarış alınmamışdır. Bu faktlar, həmin sənədlərin olmamasının təsdiqini taparaq sübut üçün iddiaçı tərəfdən məhkəməyə sənədlərin əsli təqdim edilmədiyindən iddiaçının hazırkı iddia ilə tələb irəli sürməyə subyektiv hüququnun olmamasını təsdiq edir. İddiaçı MMC şirkəti cavabdehlərin ümumi paylı xüsusi mülkiyyətində olan bəzi payçılarla danışıqlar apararaq Cavabdeh2 ilə razılaşmamaqla, ona digər payçılar tərəfindən yazılı bildiriş verilməyərək, 45 gün müddət gözlənilmədən iddiaçı ilə ümumi paylı mülkiyyətdə payların alqı-satqı olunması barədə razılaşmaya gəlməyərək qanunsuz olaraq özbaşına söküntü işlərinə başlanılmış və Cavabdeh2 mülkiyyət və istifadə hüquqlarını pozaraq onunla razılığa gəlməmişdir. Göstəril ənlərə əsasən İddiaçı MMC-nin Cavabdeh2 qarşı “çıxarışların ləğv edilməsi və zərərin ödənilməsinə dair” iddia tələbi təmin edilməyərək, İddiaçı MMC-nin adına Nəsimi rayon İH-ti tərəfindən çıxarılmış 319 nömrəli, 01 dekabr 2017-ci il tarixli Sərəncamla 49 il müddətinə müvəqqəti olaraq çoxmərtəbəli yaşayış binaların və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi və əvvəlki “xxxx” MMC-nin adına verilmiş 18 saylı, 27.01.2017- ci il tarixli və 100 saylı, 14.04.2017-ci il tarixli sərəncamları ilə aparılmış sənədləşdirmələrin cavabdehin adına aparılmasına dair sərəncamlarda cavabdehin xüsusi mülkiyyətində olan 107,1175 kv.m. ərazi çıxılmaqla ayrılmış torpaq sahələrinin ölçülərinin qeyd edilməsi üçün düzəlişin aparılması barədə Nəsimi rayon İH-nə tapşırığın verilməsi, sökülmüş hasar ların bərpa edilməsi, ******* nömrəli çıxarış və 06.03.2018-ci il tarixli texniki pasporta əsasən Cavabdeh2 ünvan 1, mənzil 2-də yerləşən 107,1175 kv.m. torpaq sahəsinin dəyəri bazar qiymətinə uyğun olaraq ödənilməyənə, o cümlədən 20 faiz əlavə edilməklə 94,39 kv.m. təmirli mənzil sahəsi verilməyənə və aylıq kirayə üçün maliyyə vəsaitinin ayrılmayana qədər tikinti və söküntü işlərinin aparılmasının İddiaçı MMC tərəfindən qadağan edilməsi, tikintiyə icazə və xüsusi nişan alınmayana qədər ərazidə söküntü və tikinti işlərinin dayandırılması barədə qərarın FHN tərəfindən qəbul edilməsinin tapşırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC-nin iddiasının rədd ed ilməsi və Cavabdeh2 mülkiyyətində olan ******* nömrəli çıxarış və 06.03.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 1, mənzil 2-də yerləşən 107,1175 m² torpaq sahəsinin digər sahə ilə əvəzləşdirilməsi və ya torpaq sahəsinin dəyəri bazar qiymətinə uyğun olaraq məhkəmə tərəfindən qiymətləndirilərək həmin torpaq sahəsinin qiymətləndirilmə əsasında məcburi satın alınmaqla dəyərinin İddiaçı MMC tərəfindən ödənilməsi barədə qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC-nin iddiasının rədd edilməsi, Cavabdeh2 mülkiyyətində olan, ******* nömrəli çıxarış və 06.03.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 1-da yerləşən 175 m² torp aq sahəsinin həmin əraziyə yaxın digər torpaq sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulmasına dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMCnin iddiasının rədd edilməsi, Cavabdeh2 mülkiyyətində olan, ******* nömrəli çıxarış və 06.03.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 1-da yerləşən 107.1175 kv.m. torpaq sahəsinin həmin əraziyə yaxın digər torpaq sahəsi ilə əvəzləşdirilməsi mümkün olmadıqda həmin sahə üzərinə 20% gəlməklə mənzil sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulmasına dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş dir. Cavabdeh3 İddiaçı MMC-yə qarşı torpaq sahəsinin əvəzləşdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,0391 ha torpaq sahəsi, ümumi sahəsi 370,81 kv.m. olan fərdi yaşayış evi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindədir. Həmin çıxarışda torpaq sahəsi dövlətin mülkiyyəti, cavabdehlərin istifadəsində olan kimi göstərilmişdir. Lakin sonradan cavabdehlər yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasporfa əsasən çıxarışa düzəliş edilərək, həmin pasportda qeyd olunan torpaq sahəsinə əsasən faktiki olaraq mülkiyyətlərində olan 0.04569 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi müraciəti təmin edərək, RX seriyalı, ******* saylı çıxarış verməklə, 0.04569 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata almışdır. Faktiki olaraq ünvan 1-da yerləşən 73,33 kv.m. torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. Göstərilənlərə əsasən ilkin iddia üzrə İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsi və Cavabdeh3 mülkiyyətində olan, ******* nömrəli çıxarış və 06.03.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 1-da yerləşən 73,33 kv.m. torpaq sahəsinin həmin əraziyə yaxın digər torpaq sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulmasına dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilkin iddia üzrə İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsi və Cavabdeh3 mülkiyyətində olan, ******* nömrəli çıxarış və 06.03.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 1-da yerləş ən 91,38 kv.m. torpaq sahəsinin əvəzinə təmirli mənzil ilə (110 kv.m.-dən az olmayaraq) əvəzləşdirilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulmasına dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 İddiaçı MMC-yə qarşı torpaq sahəsinin dəyərinin ödənilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06 mart 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi və tikinti işlərinin yubadılması ilə əlaqədar ondan və digər cavabdehlər-Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 48.000 manat pulun alınaraq, Cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı, iddiaçı şirkət Cavabdeh4 və digər payçıların uzun illər istifadəsində olan torpaq sahəsinə verilmiş mülkiyyət hüququna dair 06 mart 2018-ci il tarixli çıxarışın ləğvini tələb edərək iddia ərizəsində göstərir ki, mübahisəli torpaq sahəsi əvvəllər Dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilməsinə baxmayaraq, cavabdehlər, o cümlədən Cavabdeh4 həmin ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlav ə tədbirlər barədə» qərarına əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 27 yanvar 2017-ci il tarixli sərəncamına əsasən müvafiq olaraq ərazidə söküntü işlərinin başlanılmasından sonra, qanunsuz olaraq əsassız varlanmaq niyyəti ilə, heç bir hüquqi əsas olmadan ümumilikdə 0,04569 ha torpaq sahəsini özəlləşdirməklə, iddiaçıdan kompensasiya tələb edirlər, ilkin iddianın heç bir əsası yoxdur. Belə ki, mübahisələndirilən torpaq sahəsindəki fərdi yaşayış evləri 1929-cu ildə tikilmişdir və 1978-ci ildə tərtib edilmiş texniki pasporta və alqı-satqı müqaviləsinə əsasən 2009-cu ildə verilmiş ******* saylı çıxarışla Cavabdeh4 mülkiyyətində hesab edilir. Mübahisələndirilən torpaq sahəsi də digər cavabdehlərlə birlikdə faktiki olaraq uzun illərdir ki, onların istifadəsində olmuşdur. Düz dür, mübahisəli torpaq sahəsi barədə mülkiyyət hüququna dair çıxarış cavabdehlər tərəfindən 06 mart 2018-ci il tarixdə alınmışdır. Bunda da məqsəd ərazidə söküntü işləri aparan iddiaçı tərəfindən cavabdehlərin hüquqlarının pozulmasının qarşısını almaq olmuşdur. Paylı mülkiyyətdə olan 0,04569 ha torpaq sahəsinin Cavabdeh4 çatacaq 1/8 hissəsi ya qanunvericiliyə müvafiq olaraq qiymətləndirilməklə dəyəri ödənilməli, yaxud da mənzil sahəsi ilə əvəzləşdirilməlidir. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh4 qarşı “mülkiyyətində olan torpaq sahəsinə verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair ilkin iddianın təmin edilməməsi, həmin torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq qiymətləndirilməklə dəyərinin ödənilməsi, ya da əvəzləşdirilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı iddiasının təmin edilməməsi, paylı mülkiyyətdə olan 0,04569 ha torpaq sahəsinin Cavabdeh4 çatacaq 1/8 hissəsinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qərardadından narazı qalaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin qərardaddan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilib işin yenidən baxılması üçün ap elyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların vəkili Miriyev Rafiq Əlimurad oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Koll egiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2895/2019 saylı, 11 dekabr 2019-cu il tarixili qərarından görünür ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı çıxarışların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 08 fevral 2019-cu il tarixli, 2-1(81)- 326/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan İddiaçı MMC-nin apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 21(103)-1288/2019 saylı qərarı ilə İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarmaqla iddia tələbi təmin edilərək, ünvan 5 ünvanında yerləşən 0.04569 ha torpaq sahəsinə dair Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatların və ünvan 5 ünvanında yerləşən 0.04569 ha torpaq sahəsinin 1/4 hissəsinə dair Cavabdeh2 adına verilmiş 06.03.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, torpaq sahəsinin 1/8 hissəsinə dair Cavabdeh4 adına verilmiş 06.03.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, torpaq sahəsinin 1/8 hissəsinə dair Cavabdeh3 adına verilmiş 14.03.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışları ləğv edilmişdir. Həmin qərardadan üçüncü şəxs Cavabdeh3 və vəkili X6, həmçinin üçüncü şəxslər Cavabdeh2 və vəkili Aşirov Kənan Şərif oğlu kassasiya şikayəti vermiş və kassasiya şikayətləri təmin olunmamış, B akı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 21(103)-1288/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı MMC eyni iddia tələbi ilə, yəni cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı çıxarışların ləğv edilməsi tələbi ilə əlaqədar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin tələb kassasiya instansiya məhkəməsinin yekun qərarı ilə təmin edilməklə qüvvəyə minmiş, hazırki işdə iddia tələbi “çıxarışın ləğv edilməsi”ndən ibarətdir. Hər iki işdə “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiy yatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” eyni tələb təşkil edir. Bu isə o deməkdir ki, hazırda da iddiaçı eyni cavabdehə qarşı eyni əsaslardan çıxış etməklə eyni predmetli iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən bu halda iş üzrə icraata xitam verilməlidir. Həmin maddəyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə iddiaçının hazırki tələbi ilə bağlı iddia tələbinə baxılması yolverilməzdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdehlər Cavabd eh2, Cavabdeh3, Cavabdeh4 kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-95/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar