Məhkəmə qərarları › İş №2(102)-4007/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4007/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4007/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və ”Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4007/2023 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1985/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Bank) ilə cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı ilə arasında bağlanmış xx.xx.2012ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsinə (bundan sonra – kredit müqaviləsi) əsasən Bank cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına 222 ay müddətinə, illik 12% ödəmək şərti ilə 46.209,23 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür.

3. Kredi t müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı 222 ay ərzində, yəni xx.xx.2012-ci il tarixdən xx.xx.2031-ci il tarixədək hər ay 519.10 (sonuncu ay 519.05) manat ödəniş etməli idi.

4. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı 120 ay ərzində, yəni ilk ödənişi xx.xx.2012-ci il tarixdə sonuncu ödənişi isə xx.xx.2022-ci il tarixdə həyata keçirməklə hər ay 662,97 (sonuncu ay 662,79) manat məbləğində ödəniş etməli idi.

5. Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu ərazisində,2595 nömrəli məhəllədə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilən, 8 nömrəli binanın, blok 1, ümumi sahəsi 67.2 kv.m olan 1 otaqlı, 137 nömrəli mənzil ipote ka ilə rəsmiləşdirilmişdir.

6. Bank ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – ASC) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli zaminlik müqaviləsinə (bundan sonra – zaminlik müqaviləsi) əsasən borcalan İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin ASC borcalan İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı ilə Bank qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür.

7. Bank tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına və eyni zamanda hesabdan çıxarış məlumatlarına əsasən 46.209,23 manat məbləğində pul vəsaiti İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının hesabına köçürülmüşdür, kredit müqaviləsi üzrə 10.894,69 manat məbləğində əsas, 1.484,96 manat məbləğində faiz, cəmi 12.379,65 manat məbləğində borc yaranmışdır.

8. Bank tərəfindən cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və ASC-yə xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildirişə əsasən cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 5 gün müddətində ödənilməsi ondan tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

9. Bank cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızından və ASC-dan müştərək qaydada iddiaçı Bankın xeyrinə kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.894,69 manat, faiz borcu üzrə 1.484,96 manat, cəmi 12.379,65 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 127,14 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank ilə İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə Bakı şəhəri, Sabunçu rayonu ərazisində, 2595 nömrəli məhəllədə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilən, 8 nömrəli binanın, blok 1, ümumi sahəsi 67.2 kv.m olan 1 otaqlı, 137 nömrəli mənzili n alınması üçün 222 ay müddətinə 12 faiz dərəcəsi ilə 46.209,23 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. Kredit müqaviləsinin təminatı olaraq Bank ilə ASC arasında zaminlik müqaviləsi imzalanmışdır. Yuxarıda adı çəkilən kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 10.894.69 manat, faiz borcu üzrə 1484.96 manat, cəmi 12.379.65 manat borcu mövcuddur. Eyni zamanda, onlar tərəfindən idd ia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 127,14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və ASC-yə xx.xx.2022-ci il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.

11. Məhkəmə iclasında iddiaçı Bankın nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etm işdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(005)- 3645/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızından və ASC-dən müştərək qaydada iddiaçı Bankın xeyrinə kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.894,69 manat, faiz borcu üzrə 1.484,96 manat, cəmi 12.379,65 manat kredit borcunun, 228,44 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının tutulması qət edilmişdir.

14. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini po zmuşdur. Buna görə də İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin ASC borclunun öhdəliyi lazıminca icra etmədiyi halda kredit borcunun ödənilməsi öhdəliyini öz üzərinə götürdüyündən borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – MM) 385.1-ci, 427.3-cü, 442-ci, 443.1-ci, 448.1-ci, 448.2-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 477.0.4-cü, 739-cu və 743-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məh kəməsindəki icraat

16. Cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, cavabdeh Rəsulova Səfiyyə Telman qızına kredit 222 ay müddətinə verilmişdir. Cavabdeh tərəfindən kredit məbləği qaytarılarkən, kreditin daha tez ödənilməsi üçün 10 illik qrafiklə ödənişlər edilmişdir. Hazırda da kredit məbləği nəzərdə tutulduğundan xeyli müddət əvvəl ödənilmişdir. Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən a n icra edilməlidir. Lakin məhkəmə qeyd olunan qanun normasını göstərərkən kredit müqaviləsinin 5.4-cü bəndini nəzərə almamışdır. Həmin bənddə göstərilir ki, kredit vəsaitindən istifadə müddəti 02 yanvar 2031-ci il tarixində bitir. Tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər bu müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Göründüyü kimi iddiaçı müqavilənin tələblərini pozmuş və müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuş müddət çatmamış cavabdehə əsassız olaraq əsas borc üzrə 10.894,69 manat, faiz borc üzrə 1.484,96 manat, cəmi 12.379,65 manat borc hesablamışdır. Bundan əlavə məhkəmə ilk öncə iddiaç ının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalı idı. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn bərpa edilməsinə yol verilə bilər. Həmçinin iddia ərizəsində göstərilmişdir ki, kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 10.894,69 manat, faiz borcu üzrə 1.484,96 manat, cəmi 12.379,65 manat borcu mövcuddur. Lakin məhkəmə bu borcun hansı tarixdə və necə yaranmasını göstərməmişdir. Əgər məhkəmə 10 illik qrafiklə ödənişi nəzərdə tutursa, bu qrafik cavabdeh tərəfindən borcun daha tez bağlanması üçün nəzərdə tutulmuşdur. Bu qrafik o demək deyil ki, cavabdeh mütləq həmin qrafik üzrə ödənişlərini həyata keçirməl idir. Cavabdeh bunu sadəcə kreditin tez bağlanması üçün təklif etmişdir. Bundan əlavə, iddiaçı Bank kredit vəsaitindən istifadə müddəti tamam olmamış və öhdəliyin icrası üçün müəyyən olunmuş son günü gözləmədən məhkəmədə iddia qaldırmışdır. Bu da iddiaçıya həmin iddia tələbi ilə iddia qaldırmaq hüququ vermir. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı 222 ay ərzində, yəni xx.xx.2012-ci il tarixdən xx.xx.2031-ci il tarixədək hər ay 519.10 (sonuncu ay 519.05) manat ödəməli idi. Bu hal məhkəmə tərəfindən müəyyən edilmiş, lakin cavabdehin hazıradək ödədiyi məbləğin 01 mart 2029-cu il tarixədək ödənilməli olduğu nəzərə alınmamış və məhkəmə tərəfindən sübut edilməmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdeh İbrahimova (Rəsulova) Səfi yyə Telman qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bankla müvəkkili arasında 222 aylıq kredit müqaviləsi bağlanılmışdır. Lakin İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı bankdan 120 aylıq, yəni 10 illik qrafik alaraq aylıq ödənişləri artıq məbləğdə ödəyərək, faktiki borc məbləğini azaltmışdır. Belə ki, bankın müştəridən tələb etdiyi məbləğ 10.894 manatdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən müştərinin 01 mart 2029-cu il tarixdə 10.894 manat qalıq borcu yaranır, ödəniş cədvəlinə əsasən müştərinin bugünkü tarixə qalıq borcu 32.000 manat təşkil edir. Qeyd olunanlardan da göründüyü kimi, İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı tərəfindən müqavilə şərtlərinin pozulması və üzərinə düşən öhdəl iklərin yerinə yetirilməməsi halı baş verməmişdir.

19. Məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi qüvvədədir. Həmin müqaviləyə əsasən kredit borcu 222 ay müddətində ödənilməlidir. Bununla bağlı cavabdehə ödəniş cədvəli də verilmişdir. Müqavilənin müddətlə bağlı bəndi hazırda da qüvvədədir. Müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı müqaviləyə hər hansı əlavə və dəyişiklik edilməmişdir. Lakin cavabdeh bir neçə ay müqavilənin 8.1-ci bəndinin şərtlərini pozaraq aylıq ödənişləri tam həcmdə və vaxtlı-vaxtında etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci i nstansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1985/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - X4 (sədrlik edən və məruzəçi), X6 və X2) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış və bu müqavilədən irəli gələn münasibət və öhdəliklər yaranmışdır. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən kredit məbləğinin ödənilməsi müddətinin 222 ay, aylıq ödənişin isə 519,10 manat olması barədə razı lığa gəlmişlər. Müqavilənin hər hansı bəndinə hər hansı dəyişikliyin edilməsi ilə bağlı tərəflər biri digərinə müraciət etməmiş və bunun nəticəsi olaraq, hər hansı dəyişiklik edilməmişdir. Belə olan halda, cavabdehə verilmiş və müqavilə üzrə müəyyən edilmiş kredit məbləğinin 120 ay ərzində ödənilməsini əks etdirən ödəniş cədvəlinin hər hansı hüquqi əhəmiyyəti yoxdur və bu ödənişin cədvəlinin mövcud olması müqavilənin 5.4-cü bəndi ilə müəyyən edilmiş müddətin dəyişdirilməsi (120 ay müəyyən edilməsi) kimi qiymətləndirilə bilməz. Müqavilənin şərtlərinə, xüsusilə də vaxtından əvvəl tələb etmə hüququnu yaradan 8-ci bəndinin tələblərinə əsasən hər ay məhz bu məbləğdə ödənişin edilməsi şərti ilə maliyyə arayışında göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə (ödəniş cədvəlinə uyğun olaraq daha yaxın ödəniş tarixi, yəni xx.xx.2022-ci il tarixi əsas götürülməklə) 32.908,04 manat məbləğində kredit borcu qalmalıdır. Lakin bu məbləğdən 3 dəfədən də az, yəni hesablanmış faizlərlə birlikdə cəmi 12.379,65 manat məbləğində borc qalmışdır ki, bu göstərici də təxminən xx.xx.2028-ci il tarixə qalıq qalmalı olan borc məbləğidir. Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq kredit ödədiyi təqdirdə müddətin sonuna onun tərəfindən ümumilikdə ödənilmiş faiz borcu məbləği 13.113,06 manat təşkil etmiş olur. Lakin cavabdeh məbləğ etibarı ilə bu cədvəli 3 dəfədən də çox qabaqlamasına baxmayaraq, ötən dövr ərzində ondan 33.145,46 manat məbləğində faiz borcu tutulmuşdur ki, bu ödəniş tempi qarşısında onun bu məbləğdə faiz borcunun yaranması qeyri-mümkündür. Belə ki, həmin müqavilə üzrə 10 ildən artıq müddə t ərzində fasiləsiz şəkildə müqavilə üzrə müəyyən edilmiş məbləğdən artıq məbləğdə ödəniş edilmişdir. Göstərilənlər müqavilə üzrə faiz borcunun 120 aylıq ödəniş cədvəli üzrə hesablanmasını təsdiq edir ki, bu da birmənalı şəkildə qanunsuzdur. Hüquqi nəticə etibarı ilə müqavilə üzrə öhdəliklərin icrasını cavabdeh deyil, borcun hesablanması ilə bağlı hissədə iddiaçı özü pozmuşdur. Cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri, o cümlədən ödənişlərin həyata keçirilməsi qaydasını və şərtlərini pozmamış, əksinə daha artıq məbləğdə ödənişlər edərək, kredit borcunun xeyli hissəsini vaxtından əvvəl ödəmişdir. Onun tərəfindən bir neçə ay ödəniş edilməməsi və ya daha az məbləğdə ödəniş edilməsi müqavilənin 8.1-ci bəndinin tələbləri nin pozulması kimi qiymətləndirilə bilməz.

22. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, zaminlik müqaviləsinə əsasən cavabdeh ASC zamin kimi cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıyır. Lakin cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını pozmadığından cavabdeh ASC-nin də həmin müqavilə üzrə iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır.

23. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 382-ci, 384-385-ci, 392-ci, 402-ci, 403-cü, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı Bank kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir eyni zamanda da öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidi r. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, ca vabdeh öhdəliyi vaxtında icra etməmişdir.

26. Bununla yanaşı apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində təqdim edilmiş sübutları nəzərə almamış və faiz borcunun yaranmasının qeyri-mümkün olmasını qeyd etmişdir. Halbuki, borclunun kredit hesabından silinmələr aparıldıqdan sonra faiz borcunun olub-olmaması xüsusi bilik tələb edir və mühasibatlıq ekspertizasının təyin edilməsi zəruridir. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən, borc alan müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni müqavilənin 7.3-cü maddəsinə əsasən kreditin qaytarılması bərabər hissələrlə aylıq ödəmələrin keçirilməsi yolu ilə aparılır. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, borc alan 222 ay müddətinə hər ayın əvvəli 519.10 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin borc alan müqavilə üzrə sonuncu ödənişini xx.xx.2021-ci il tarixdə etmişdir. Cavabdehlər tərəfindən aylıq ödənişlər razılaşdırılmış aylıq ödənişlərdən artıq məbləğdə həyata keçirilmişdir. Bu fakt təqdim edilən maliyyə arayışı və hesabdan çıxarışda da öz əksini tapmışdır. Silinmələr aparılarkən ay üzrə artıq məbləğlər Bank tərəfindən nəzərə alınmış və əsas borcdan silinmişdir. Kredit müqaviləsi üzrə birinci instansiya məhkəməsinə 22.07.22-ci il tarixində göstərilən borc üzrə müraciət edilmişdir və göründüyü kimi cavabdehlər tərəfindən 1 il müddətində ümumiyyətlə heç bir ödəniş həyata keçirilməmişdir. Sistem üzrə də həmin vaxta borc alanın 379 gün gecikməsi olmuşdur. Bununla da borc alan sözügedən müqavilənin 2. 3-cü və 7.3-cü maddələrini pozmuşdur. Əlavə olaraq həmin müqavilənin 8.1-ci maddəsinin j bəndinə əsasən əsas borcun və hesablanmış faiz borcunun qaytarılması müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirilmədikdə borc verən öhdəliyin icrasını vaxtından əvvəl tələb edə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Madddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

30. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

32. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

33. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

34. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilm əli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

35. Maddə 428.1. Əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər.

36. Maddə 428.3. Əgər icra vaxtı müəyyənləşdirilibsə, şübhələr yarandıqda ehtimal edilir ki, kreditor həmin müddətə qədər tələbin icrasını tələb edə bilməz, borclu isə öhdəliyi vaxtından əvvəl icra edə bilər.

37. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

38. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

39. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

40. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Ka ssasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səla hiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətn amənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1985/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar