Məhkəmə qərarları › İş №2(102)-4010/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4010/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4010/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə kredit müqaviləsi əsasında verilmiş borcun və faizlərinin geri qaytarılması, öhdəliyin icra edilməməsinə görə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 04.08.2015-ci il tarixli müqavilə üzrə yaranmış 8.000 manat əsas borc məbləğinin, bank uçot faiz dərəcəsi kimi əldən çıxan faydaya görə hesablanmış 592 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsinə görə yaranmış 400 manat məbləğində pulun, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun, dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini bel ə əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 04.08.2015-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alana 8.000 manat borc vermiş, borc alan krediti 04.08.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər borc verən tərəfindən icra edilmiş, 8.000 manat məbləğində borc məbləği Cavabdeh verilmişdir. Lakin Cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, yəni 8.000 manat borc pulu 04.08.2019-cu il tarixə qədər qaytarmalı olduğu halda iddiaçıya qaytarmamışdır. Nəticədə Cavabdeh 04.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 8.000 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Tərəfindən cavabdehə dəfələrlə müraciət olunaraq borcun ödənilməsi xahiş olunmuş, bu barədə cavabdehə 16.06.2020-ci il tari xli pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh müraciətləri cavabsız qoymuşdur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsini rəhbər tutaraq 8000 manat üçün illik 5%, yəni 400 manat (8000x5%) məbləğində pul vəsaiti də onun xeyrinə cavabdehdən tutulmalıdır. Müqavilə üzrə yaranmış əsas borc ödənilmədiyi üçün cavabdehdən bank faizinin uçot dərəcəsi də tutularaq əldən çıxmış fayda kimi ona ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından çıxarışa əsasən müəyyən olunur ki, 13.09.2019-cu il tarixdən 19.06.2020-ci il tarixinə qədər uçot faiz dərəcəsi orta məbləğ olaraq 7,4 % kimi hesablanmışdır. Ona görə də uçot faiz dərəcəsi olaraq hesablanmış 592 manat (8000x7,4%) məbləğ ində pul da cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan əlavə cavabdeh onun pulunu qaytarmamaqla və onu hər dəfə aldatmaqla, vaxtını almaqla onun əsəb sarsıntısı, mənəvi iztirab keçirməsinə səbəb olmuşdur ki, bununla da ona mənəvi zərər vurulmuşdur. Mənəvi zərərin əvəzi olaraq 5.000 manat cavabdehdən tutularaq ona ödənilməlidir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, Binəqədi rayon Polis İdarəsində sahə müvəkkili vəzifəsində işləyir, iddiaçı X dan borc almamışdır. Onlar arasında avtomobil alqı-satqısına dair razılaşma olmuş, bu razılaşmaya əsasən onun İddiaçı 3000 manat borcu olmuş, həmin vəsaitdən hissə-hissə qaytardıqdan sonra 2200-2300 manat borcu qalmışdır. 2015-ci ildə iddiaçı ona borcu qaytarmadığı üçün iş yerinə müraciət edəcəyini dediyindən o, iddiaçı ilə notariat kontoruna gedərək 8000 manat borc alması barədə müqavilə imzalamışdır. Belə ki, iddiaçı onun iş yerinə müraciət edəcəyi halda onu işdən çıxara bilərdilər.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim S.Səlimova) 24 sentyabr 2020-ci il tarixli, 2(001)-3958/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 04.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borca görə 8.000 manat, dövlət rüsumuna görə 31 manat olmaqla cəmi 8.031 manat İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının cavabdehə 8000 manat borc verməsi, cavabdeh tərəfindən alınan borcun geri qaytarılmaması məhkəmə a raşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının borcun geri qaytarılmasına dair tələbi əsaslıdır, ona görə də borca görə 8000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 02 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasi ya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 04.08.2015-ci il tarixli kredit müqaviləsi formal xarakterli müqavilədir. Onunla İddiaçı arasında heç bir pul öhdəliyi olmamışdır. Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda bağlanmış 04.08.2015-ci il tarixli kredit müqaviləsinə görə ona İddiaçı tərəfindən heç bir pul ödənilməmişdir. Borc müqaviləsi bağlanan zaman ödənilməli məbləğ borc alanın bank hesabına qoyulmalı və həmin qəbz borc müqaviləsi üzrə olan qovluğa əlavə edilməli idi. Göründüyü kimi Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda bağlanmış 04.08.2015-ci il tarixli kredit müqaviləsi əhəmiyyətsizdir. Çünki o, İddiaçı bu müqavilə qarşılığında heç bir pul vəsaiti al mamışdır. Göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Belə ki, həmin halların araşdırılması üçün İddiaçı məhkəmədə iştirak edərək suallara şəxsən cavab verməsi zərurəti olduğunu məhkəmədən xahiş etməyinə baxmayaraq hakim tərəfindən təmin edilməmişdirir. Halbuki, iddiaçının nümayəndəsi və vəkilinin sualları ətraflı cavabdeh verə bilməməsi ətraflı görünürdü. Yalnız müqavilə öhdəliyinin olduğunu bildirən tərəf başqa heç bir sübut təqdim edə bilmir. Bakı şəhəri 13 saylı dövlət notariat ofisinin 14 sentyabr 2020-ci il tarixli məktubuna əsasən borc müqaviləsi bağlanan zaman depozitə pul qəbul edilmədiyi bildirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının i zahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

22. İş materiallarında olan borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 04 avqust 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 04.08.2019-cu il tarixədək qaytarmaq şərti ilə 8.000 manat faizsiz kredit almışdır.

23. İş materiallarında olan borcverən İddiaçı borcalan Cavabdeh ünvanladığı 16 iyun 2020-ci il tarixli pretenziyadan görünür ki, borc verən borcalana kredit müqavilə üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

24. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi id diaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Baxılan işin hallarından görünür ki, iddiaçı, kredit müqaviləsi əsasında cavabdehə borc vermiş, tərəflər borcun qaytarılma tarixini razılaşdırmışl ar. Buna baxmayaraq cavabdeh borcunu vaxtında qaytarmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və iddiaçının tələb hüququ meydana gəlmişdir. Belə olan halda, iddiaçının təmin edilmiş tələbi yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§14-15).

26. Cavabdehin etirazları ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətində göstərilən hallarla bağlı, yəni İddiaçıla aralarında bağlanmış Kredit müqaviləsinin formal xarakterli müqavilə olduğunu, onunla İddiaçı arasında heç bir pul öhdəliyinin olmadığını göstərsə də, qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

27. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhk əməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

28. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

29. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar