Məhkəmə qərarları › İş №2(102)-4012/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4012/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4012/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili X1 iştirakı ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-2037/2019) iddia təmin edilərək, cavabdehdən 9 000 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 9.030 manatı məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)14037/2019) Cavabdeh tərə findən verilmiş apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2037/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş və İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddiasının təmin edilməməsi, mərhum ərinin də qoyduğu vəsait hesabına birgə sahibkarlıq dövründə alınmış (qaynaqların yoxlanması üçün) diaqnostik aparatlardan mərhum ərinin payına düşəni tələb etmək üçün ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmasının iddiaçıya izah edilməsi, ödənilmiş dövlət rüsumlarının iddiaçının özünə aid edilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun poz untularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə, vəkili X5 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gönd ərilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməs ini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, AZ-İ № 974593 saylı ölüm haqqında şəhadətnaməyə görə, X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür və bu barədə 328 nömrəli qeyd aparılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şə hadətnaməyə görə, İddiaçı X2 vərəsəsidir. Nikahın bağlanması haqqında 324090 nömrəli şəhadətnaməyə görə, X9 xx.xx.1979-cu il tarixdə X6 ilə nikaha girmişdir. Səbail RPİ-nin xx.xx.2017-ci il tarixli qərarına görə, X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa görə, “xxx” MMC xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır, təsisçiləri Cavabdeh, X3, X4, qanuni təmsilçisi Cavabdehdur. Səbail RPİ-dən X2 ərizəsi əsasında aparılmış araşdırma materiallarında olan mərhum B.Bayramovun ərizəsinin surətinə görə, o, cavabdehə verdiyi pulu başqa şəxsdən borca aldığını bildirmiş, bununla da verdiyi pulun mənbəyinin borc olduğunu qeyd etmiş, lakin həmin pulu cavabdehə borc olaraq verdiyini bildirməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 386-cı maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı hazırkı halda mərhum ərinin cavabdehə borc verməsi ilə bağlı şübhədənkənar və biri-birini tamamlayan əsaslı sübutları m əhkəməyə təqdim edə bilməmiş və mərhum B.Bayramovun həmin pulu konkret nə vaxt, hansı şərtlə və nə qədər müddətə cavabdehə verməsini dəqiq izah edə bilməmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək həmin pulun ona borc kimi yox, birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əməkdaşlıqla bağlı verildiyini bildirmiş, məhkəməyə etirazla bağlı dəlillərini, o cümlədən şahidlərin ifadələrini təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş şahidlər X7 və X10 onların birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iş qurduqlarını, B.Bayramovun da onlarla birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün investisiya kimi pul verdiyini bildirdilər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Səbail RPİ-dən X2 ərizəsi əsasında aparılmış araşdırma materiallarında olan mərhum B.Bayramovun ərizəsinin surətindən görünür ki, o, cavabdehə verdiyi pulu başqa şəxsdən borca aldığını bildirmiş, bununla da verdiyi pulun mənbəyinin borc olduğunu qeyd etmiş, lakin həmin pulu cavabdehə borc olaraq verdiyini bildirməmişdir. Apelyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, aparılmış araşdırmalar nəticəsində iddiaçının mərhum əri ilə cavabdeh arasında borc münasibətlərinin olması sübut olunmamış, əksinə, tədqiq olunmuş sübutlarla tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı birgə əməkdaşlığa dair razılaşma olduğu müəyyən edilmişdir. Bu, iddiaçı tərəfin öz izahatları, cavabdehin etiraz dəlilləri, şahid ifadələri, Səbail RPİ-nin X2 ərizəsi əsasında aparılmış araşdırma materiallarındakı izahatlar, habelə müəssisənin fəaliyyətinin dayan masından sonra onun əmlakının bir hissəsinin, (dəyəri 1500 manat olan ofis mebelinin) iddiaçının mərhum əri tərəfindən götürülməsi, eləcə də MMC-nin fəaliyyəti dövründə alınmış və onun fəaliyyətinin həyata keçirilməsində istifadə olunan diaqnostik aparatlardan birinin iddiaçının mərhum ərinə verilməsi ilə bağlı tərəflər arasında əldə olunmuş razılıqla da təsdiq olunur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəs ində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tət biq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar