Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4014/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4014/2023 Açar söz: kredit borcunun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı "X” Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə sindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. "XX” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2020-ci il tarixli, BAKU2-27548-18567 saylı Kredit müqaviləsinə, onun tərkib hissəsi olan 21 avqust 2020-ci il tarixli, BAKU2-27548-18567/1 saylı və 21 avqust 2020-ci il tarixli, BAKU2-2754818567/2 saylı Razılaşmalara əsasən Cavabdeh1 illik 22 faizlə 36 ay müddətinə 25000 manat kredit verilmişdir. 2. 21 avqust 2020-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, “XX" BOKT MMC tərəfindən Cavabdeh1 hesabına 25000 manat məbləğində pul köçürülmüşdür.
3. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq "xxxx" BOKT MMC, Cavabdeh1 və Cavab deh2 arasında 21 avqust 2020-ci il tarixdə BAKU2-2754818567+BAKU2-27066 saylı Zaminlik müqaviləsi bağlanmışdır. 4. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclunun "xxxx" BOKT MMC-yə 22.976,91 manat əsas borc, 1865,97 manat cari faiz borcu və 1700,30 manat dəbbə borcu olmaqla, cəmi 26.543,18 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 21 avqust 2020-ci il tarixli BAKU2-27548-18567 saylı kredit müqaviləsinin, onun tərkib hissəsi olan 21 avqust 2020-ci il tarixli, BAKU2-27548-18567/1 saylı və 21 avqust 2020-ci il tarixli, BAKU2-2754818567/2 saylı Razılaşmaların ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 22976,91 manat əsas borc, 1865,97 manat cari faiz borcu və 1700,30 manat cari dəbbə borcu olmaqla, cəmi 26543,18 manat kredit borcunun və 170 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında illik 22 faizlə 36 ay müddətinə 25000 manat verilməsini nəzərdə tutan xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanılmış və ödəniş qrafikinə əsasən aylıq 955 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. Həmçinin cavabdehlər ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Kredit üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
7. Məhkəmə iclasında iddiaçın ın nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirmişdir ki, əvvəlki məhkəmə prosesində tərəflər arasında razılaşma əldə olunması və barışıq sazişinin imzalanması üçün məhkəmə iclası təxirə salınmış, lakin tərəflər barışıq sazişini imzalamaqdan imtina etdikləri üçün razılıq əldə etmək mümkün olmamışdır.
8. Əvvəlki məhkəmə izahatlarında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, o, xx.xx.2020-ci ildə bankdan 36 ay müddətinə 25000 manat kredit götürmüş və ödənişlər etmişdir. Digər cavabdeh isə ona zamin olmuşdur. Hazırda müqavilə müddəti hələ bitmədiyindən ayda 700 manat ödəməklə 2 il ərzində borcunu bağlaya bilər.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2215/2022 saylı, 9 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia qismən təmin olunmuş, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 21 avqust 2020-ci il tarixli, BAKU227548-18567 saylı Kredit müqaviləsinin, onun tərkib hissəsi olan 21 avqust 2020-ci il tarixli, BAKU2-27548-18567/1 saylı və 21 avqust 2020-ci il tarixli, BAKU2-27548-18567/2 saylı Razılaşmaların ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada kredit borcuna görə 22976,91 manat məbləğində əsas borc, 1865,97 manat məbləğində faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 24852,88 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 11 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd olunmuşdur.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
11. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən kredit borcuna görə əsas və faiz borcunun tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulu yüksəkdir.
12. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, müqavilə üzrə dəbbə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 739.1 və 743-cü, Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit üzrə ümumilikdə 9836 manat pul ödənilmişdir. Ödədiyi pulun böyük hissəsi proporsional qaydada borcun əsas hissəsinə deyil, faiz hissəsindən çıxılmışdır. Demək olar ki, ödənilən pulun böyük hissəsi əsas borca hesablanmış faizə çıxılmışdır. Hal-hazırda hesablan mış məbləğ isə həqiqəti və real borcu əks etdirmir. İndiyədək ödədiyi pul əsas borcun təqribən 30-40 faizini təşkil edir. Hesablama ümumiyyətlə düzgün aparılmamışdır. Bu halın müəyyən edilməsi üçün mütləq qaydada maliyyə ekspertizası təyin edilməlidir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) 2(103)457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli qətnaməsi 1865,97 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlərdən tutulan faiz borcunun məbləğinin 1435,26 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdi rilmədən saxlanılması, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun "TBC KREDİT” BOKT MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
17. Məhkəmə kollegiya öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 işə birinci instansiya məhkəməsində baxılarkən izahatında iddia tələbini qismən qəbul edərək xx.xx.2020-ci ildə bankdan 36 ay müddətinə 25000 manat kredit götürdüyünü və ödənişlər etdiyini, müqavilə müddətinin hələ bitmədiyini, ayda 700 manat ödəməklə 2 il ərzində borcunu bağlaya biləcəyini bildirmişdir. O, izahatında əsas və faiz borcunun məbləğini mübahisələndirməmiş, yalnız dəbbə pulunun çox hesablandığını göstərmişdir. Birinci instansiya məhkəməsi onun bu izahat ını əsas götürərək iddia tələbini dəbbə pulu hissəsində qismən (cəmi 10 manat) təmin etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən əsas və faiz borcunu mübahisələndirməsə də, apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmiş və göstərmişdir ki, kredit müqaviləsi üzrə 9836 manat ödəniş etsə də, Bank həmin məbləğin böyük bir hissəsini faiz borcuna deyil, əsas borcun ödənilməsinə yönəltmişdir ki, bu da ədalətli sayıla bilməz və borcun düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək üçün mütləq qaydada məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalıdır.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı məhkəmə mühasibatlıq ekspertizası təy in etmiş və ekspertdən kredit müqaviləsi üzrə maliyyə arayışının verildiyi xx.xx.2022-ci il tarixə əsas və faiz borcunun nə qədər təşkil etdiyini müəyyən etmək xahiş olunmuşdur.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 6 yanvar 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixə əsas borcun məbləği 23094,67 manat, faiz borcunun məbləği 1435,26 manat təşkil edir.
20. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən kredit borcuna görə 22.976,91 manat məbləğində əsas borc, 1865,97 manat məbləğində faiz borcu tutulmuşdur. Müqayisəli tədqiqat apardıqda məlum olur ki, ekspert rəyi ilə müəyyən olunan faiz borcunun məbləği (1435,26 manat) qətnamə ilə tutulan məbləğdən (1865,97 manat) a şağıdır. Əsas borcun məbləği isə əksinə, ekspert rəyində (23094,67 manat) qətnamə ilə tutulan məbləğdən (22.976,91 manat) çox göstərilmişdir.
21. Məhkəmə kollegiyası qətnamənin iddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini və qətnamənin əsaslılığının apellyasiya qaydasında yalnız cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin olunan hissəsində yoxlanıldığını nəzərə alaraq hesab etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinin mötəbərliyi qəbul edilməli və həmin rəy əsas götürülərək qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 448.1, 467, 739.1 və 739.2-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1 və 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit borcunun 30-40 fazini ödəmiş, lakin ekspert rəyi ilə indiyədək ödənilmiş 9836 manat pul ümumiyyətlə nəzərə alınmamışdır.Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil ol an öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən borcun məbləği hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin yoxlanılan hissəsində apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdı rılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aktı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-457/2023 nömrəli mülki iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi aktı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.