Məhkəmə qərarları › İş №e-2(006)-65/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-65/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-65/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı BOKTASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00156-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 42% hesablanmaq şərti ilə 11.000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi,ev 42, 92 saylı mənzilini (Yeni qaydalarla: ünvan 3 (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ seriya RX 0839752, tarix: xx.xx.2016) ipoteka predmeti kimi İddiaçı BOKT ASCyə təqdim etmiş və bu barədə xx.xx.2021-ci il tariхli, 2021/00156-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞQ, eydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 63.000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: 04 noyabr 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 9235,40 manat məbləğində qalıq, ona hesablanmış 3857,57 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3069 manat məbləğində dəbbə pulu, cəmi 16.161,97 manat məbləğində borc yaranmışdır. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00156-EY №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 9235,40 manat məbləğində qalıq, ona hesablanmış 3857,57 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3069 manat məbləğində dəbbə pulu, cəmi 16.161,97 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 138,49 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, 92 saylı mənzilinə (Yeni qaydalarla: ünvan 3 yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 63.000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 9235,40 manat məbləğində qalıq, ona hesablanmış 3857,57 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3069 manat məbləğində dəbbə pulu, cəmi 16.161,97 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 138,49 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi» tələbinə dair iş üzrə iddianın “ipoteka predmeti olan açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmidir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00156-01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 42% dərəcəsi ilə 11000 AZN məbləğində kredit ayırmış, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, mənzil 92 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən əmlakı iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixinə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə xx.xx.2021-ci il tarixli, 2021/00156-01 saylı kredit müqaviləsinə əsasən 9235,40 AZN əsas, 3857,57 AZN faiz və 3069,00 AZN dəbbə, cəmi 16161,97 AZN məbləğində borcu yaranmışdır. İddiaçı tərəfin cavabdehə ünvanladığı pretenziya məktubuna əsasən xx.xx.2022-ci il tarixinə 9735,40 AZN əsas, 3611,10 AZN faiz və 3146,00 AZN dəbbə, cəmi 16492,50 AZN məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, mənzil 92 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən əmlak xx.xx.2021-ci il tarixində ipoteka ilə "xxxx" BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. 9.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 2021/00156-EY saylı istehlak kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 9235,40 AZN əsas, 3857,57 AZN faiz, 3069,00 AZN dəbbə borcu olmaqla, cəmi 16161,97 AZN borcu vardır. 10.Mülki işin materiallarında olan «İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00156-01 saylı kredit müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit Təşkilatı tərəfindən borcalana 24 ay müddətinə, illik 42%-lə 11000 AZN məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 11.Mülki işin materiallarında olan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 2021/00156-01 saylı kredit müqaviləsi üzrə cəmi 3273 AZN ödəniş edilmişdir. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, mənzil 92 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən əmlak Cavabdeh xüsusi mülkiyyətində olmuşdur. 13.Mülki işin materiallarında olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh xx.xx.2021-ci il tarixli, 2021/00156-01 saylı kredit müqaviləsindən irəli gələn 9735,40 AZN məbləğində əsas borc, 3611 AZN məbləğində faiz borcu, 3146,00 AZN məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 16492,50 AZN məbləğində borcu yaranmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 31,9 kv.m ümumi sahəsindən ibarət ev 42, mənzil 92 nömrəli əmlaka tutmanın yönəldilməsi prosedurun başlanması ilə bağlı xəbərdarlıq edilmişdir. 14.Mülki işin materiallarında olan ƏMDX DƏDKRX X2 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ********** saylı, xx.xx.2022-ci il tarixli müraciətə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, mənzil 92 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. 15.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 2021/00156-01İP saylı sonraki ipoteka müqaviləsinə əsasən Cavabdeh ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, mənzil 92 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən əmlakını xx.xx.2019cu il tarixli, 2019/00388-EY nömrəli kredit müqaviləsinə və xx.xx.2021-ci il tarixli, 2021/00156-01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri 63000 AZN məbləğində müəyyən edilmişdir. 16.Mülki işin materiallarında olan ********** saylı, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 138,49 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. 17.İş üzrə tikinti-texniki ekspertizasının keçirilməsi təyin olunmuş, lakin iş üzrə tərəflərin baxışın keçirilməsində iştirak etməməsi səbəbindən tədqiqat aparılması mümkün olmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 20.Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 21.Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 23.Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. 24.Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, iddia tələbi faiz borcu hissəsində qismən təmin edilməklə hazırki mülki iş üzrə xx.xx.2021-ci il tarixli, 2021/00156-01 saylı kredit müqaviləsinə əsasən faiz borcu məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. 25.Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, hazırda iddia tələbi tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi tələb edilsə də artıq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən avtomatik ləğv edildiyindən yenidən məhkəmə tərəfindən ləğv edilməsinə zərurət qalmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. 26.Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 27.Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissədə qismən edilərək dəbbə pulu azaldılaraq, 900 AZN (doqquz yüz manat) məbləğində müəyyən edilməlidir. 28.Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. 29.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 30.Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 31.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 32.Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 33.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 3.2. ipoteka predmetinin təsviri; 3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 34.”İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 35.Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. 36.«İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 37.Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 38.«İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.

39. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdehdən tutulmalı olan borc məbləği ipoteka qoyulmuş əmlaka yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. 40.İpoteka qoyulmuş əmlakın satış qiymətinin müəyyən edilməsi hissəsində məhkəmə hesab edir ki, məhkəmə tərəfindən dəfələrlə ekspertizalar keçirilmiş, lakin bununla bağlı cavabdeh tərəfindən şərait yaradılmamışdır. Bu halda məhkəmə tərəfindən əmlakın hazırki likvid dəyərinin müəyyən edilməsi qeyri-mümkün olduğundan tərəflər öz aralarındakı razılıq əsasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00156-01İP saylı ipoteka müqaviləsində müəyyən edilmiş qiymət əsas götürülməlidir. 41.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. 42.Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş və ilkin satış qiyməti 63000 (altmış üç min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, mənzil 92 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən əmlaka yönəldilməli, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməlidir. 43.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 44.Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə 29 iyul 2021-ci il tarixli, 2021/00156-01 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 9235,40 (doqquz min iki yüz otuz beş manat, qırx qəpik) manat, faiz borcu üzrə 3611,10 (üç min altı yüz on bir manat, on qəpik) manat, 900 (doqquz yüz) manat dəbbə pulu olmaqla ümumilikdə 13.746,50 (on üç min yeddi yüz qırx altı manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş 138,49 (yüz otuz səkkiz manat, qırx doqquz) manat dövlət rüsumunun 137,74 (yüz otuz yeddi manat, yetmiş dörd qəpik) manatı tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli, həmin tutma Cavabdeh tərəfindən ipoteka qoyulmuş və ilkin satış qiyməti 63000 (altmış üç min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, mənzil 92 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməli, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 45.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 46.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 47.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 48.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 49.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 50.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 51.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli, 2021/00156-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış əsas borc üzrə 9235,40 (doqquz min iki yüz otuz beş manat, qırx qəpik) manat, faiz borcu üzrə 3611,10 (üç min altı yüz on bir manat, on qəpik) manat, 900 (doqquz yüz) manat dəbbə pulu olmaqla ümumilikdə 13.746,50 (on üç min yeddi yüz qırx altı manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş 138,49 (yüz otuz səkkiz manat, qırx doqquz qəpik) manat dövlət rüsumunun 137,74 (yüz otuz yeddi manat, yetmiş dörd qəpik) manatı tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Tutma Cavabdeh mülkiyyətində olan, ilkin satış qiyməti (likvid dəyər) 63.000 (altmış üç min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, mənzil 92 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar