Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-744/2023 25.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü (qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 sentyabr tarixli, 2-2(105)-105/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cava bdeh4 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ:
1. İddiaçı QSC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 (bundan sonra-Cavabdeh3, Cavabdeh1, Cavabdeh1, Cavabdeh4) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə bağlanmış 2021-ci il xx.xx tarixli 001R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, bütün cavabdehlərdən müştərək qaydada onun xeyrinə 6.769 manat əsas, 956,56 manat faiz və 1.269,86 manat cərimə borcu olmaqla, ümumilikdə 8.995,42 manat borcun, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 manat mediasiya xərcinin və ödənilmiş 9,95 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-189/2023 nömrəli 2023-cü il 18 aprel tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 6.769 manat əsas borc, 956,56 manat faiz borcu, 300 manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 60 manat xidmət haqqı və 9,95 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8.095,51 manat pulun iddiaçının xeyrinə tutulması, həmin cavabdehlə iddiaçı arasında bağlanmış 2021-ci il xx.xx tarixli 001R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim Z.Sadiqov).
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin digər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 aid hissədə ləğv edilməsini iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)105/2023 nömrəli 2023-cü il 18 sentyabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən-iddianın digər cavabdehlərə münasibətdə rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 6769 manat əsas borc, 956,56 manat faiz borcu, 300 manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 60 manat xidmət haqqı və 9,95 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8095,51 manat pulun müştərək qaydada iddiaçının xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən və məruzəçi-Z.Məmmədov, hakimlər- A.Süleymanova və F.Məmmədov).
5. Cavabdehlər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayəti ver ərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin cavabdehlərdən birgə qaydada əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
6. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti, onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyala rının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
8. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya qaydasında yoxlanıla bilməz.
9. Hazırki iş üzrə kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlərdən müştərək qaydada cəmi 8.095.51 manatın tutulması hissəsində mübahisələndirilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan MPM-in 402.1-ci maddəsinin tə ləbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz.
10. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır
11. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
12. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402 və 408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)105/2023 nömrəli 20 23-cü il 18 sentyabr tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin. İş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli A.Q.Hüseynov